Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
43 
təqvimindən başqa sistemlərə keçmə üsulları, hicri təqviminin 
hesablanması problemi mövcuddur. Hicri təqviminə görə il 12 
aya bölünür və 354 (355) gündən ibarətdir. Qriqoryan təqvimi 
ilə hicri təqvimi arasında 10 (11) gün fərq mövcüddür. Bu 
təqvimlərin birindən o birinə keçən zaman bu günlər nəzərə 
alınır. Hicri təqvimindən qriqoryan təqviminə keçmək üçün bir 
neçə sistemdən istifadə edilir. Bunların ən sadəsi aşağıdakıdır: 
H=Q-622+(Q-622/32) 
H-burada hicri, Q isə qriqoryan təqvimidir.  
Qriqoryan təqvimindən hicri təqviminə keçərkən aşağıdakı 
düsturdan istifadə olunur: 
Q=H+622-(H/33) 
Tarixdə  mənbə  və hadisələrin tarixiləşdirilməsi bəzən 
müəyyən inzibati-idarə sistemləri  əsasında aparılır və belə 
hallarda tarixi hadisə  və  sənədin dəqiq ilini müəyyənləşdirmək 
mümkün olmur. Məs., 312-ci ildə Roma imperatoru Konstantin 
vergilərin yığılması üçün iddia sistemi təsis etmişdir. 15 ildən 
ibarət bu sistemin əhatə etdiyi mənbə və sənədlər normal qəbul 
edilən təqvim ilinə görə deyil, sistemin siklinə uyğun 
tarixləşdirilmişdir. Bu sənəd və  mənbələrin dəqiq ilinin 
müəyyən edilməsi üçün xronoloqlar 312-ci ili başlanğıc il kimi 
götürərək, mənbədə verilən ildən onu çıxıb 15-ə bölürdülər. 
Mənbə və hadisələrin tarixinin dəqiqləşdirilməsində ortaya 
çıxan bir problem də illərin müxtəlif region və ölkələrdə 
müxtəlif aylardan başlanmasıdır. Məs., yunan və Konstantinopol 
təqviminə görə il sentyabrın 1-də başlanırdı. İmperiya və Sezar 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
44 
dövründə  təqvim b.e. 312-ci ilində sentyabrın 24-də, 313-cü 
ilində isə yanvarın 1-də başlamışdır. 
Qədim təqvimlərdə ilin mart ayında başlanmasına daha 
çox təsadüf olunur. “Mart təqvimi”nin yaranması da məhz bu 
ənənə ilə bağlıdır. Müsəlman hicri təqvimində də il məhz mart 
ayından başlanır. Çox zaman ay təqvimi adlanan bu təqvim ayın 
bütün nöqtələrdə  hərəkətini izləyərək, onun ayın yenidən eyni 
gündə hansı nöqtədə olmasını qeydə alır. Bu sikl 15 ildən bir baş 
verir və bu cür hesablama b.e.YI əsrindən başlanır.  
Tarixdə qeydə alınmış təqvim sistemlərindən biri də günəş 
təqvimidir. Bu sistem 28 ildən ibarətdir və ayın günlərinin 
həftənin günləri ilə mümkün əlaqəsinə əsaslanır. Siklin sonunda 
başlanğıcda olduğu gün qeydə alınır. 
Hal-hazırda isttifadə etdiyimiz və qriqorian adlanan 
təqvim qədim günəş təqvimi ilə müqayisədə, 10 gün fərq qeydə 
alınmaqla qəbul olunub. Bu təqvim romalıların bir ili 365 gün 
qəbul etməsinin, uzun ilin xüsusiyyətlərini nəzərə almaq və 
roma təqvimindən 10 gün çıxmaq  şərtilə  qəbul edilmişdir. 
Papanın elan etdiyi dekretə  əsasən 1582-ci il oktyabrın 4-ü 
1582-ci il oktyabrın 15-i kimi qəbul edilmişdir. 
Təqvim sistemində baş verən bu ciddi dəyişikliklər XYIII 
əsr tarixi ədəbiyyatında qədim və yeni stil kimi qeydə alınır. 
Təqvim sistemindəki dəyişikliklərin təkcə tarix üçün deyil, 
cəmiyyət üçün də mühüm problemlər yaratmasına baxmayaraq, 
yeni dövrdə bir sıra sosial-siyasi axınların təsiri altında 
Avropada təqvim sistemində  dəyişikliklər baş vermişdir. Məs., 
Böyük Fransa burjua inqilabı dövründə Fransada ayların adları 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
45 
belə dəyişdirilmişdir. Sözsüz ki, həmin dövrü tədqiq edən tarixçi 
bu faktları nəzərə almalıdır. 
Beləliklə, tarixi mənbə  və hadisələrin dəqiq yaranma və 
baş vermə tarixinin müəyənləşdirilməsi, mövcud saxtalaşdır-
maların aradan qalıdırılması üçün tarixçi həm də xronoloq 
olmalı, təqvim sistemləri, onların hesablanması  və bir-birlərinə 
keçid mexanizmini bilməlidir. 
Möhür 
Sənədin rəsmiləşdirilməsi üçün möhürdən istifadə olun-
masının çox qədim tarixi var. Hələ Misir və Babilistan dövründə 
heroqrafik möhür sənəti mövcud olmuş, onların küllü miqdarda 
qalıqları bu mədəniyyətin dağıntıları arasında aşkarlanmışdır. 
Romalılar lazımi və  məxfi məlumatların məzmununun gizli 
saxlanılması üçün sənədlərin möhürlənməsindən istifadə 
edirdilər. Lakin qədim dövrlərə aid bu tarixi qalıqlar  əsasən 
arxeologiya tərəfindən tədqiq edildiyindən burada orta əsr və 
yeni dövr möhürlərinin tədqiq olunması  və  əhəmiyyəti 
probleminə toxunulacaq. 
Möhürlərin tarixçilər tərəfindən öyrənilməsi iki prinsipial 
məsələnin - 1) mənbənin həqiqiliyinin və 2) rəsmi  əhəmiyyə-
tinin müəyyənləşdirilməsi üçün lazımdır. Müəyyən zaman 
keçdikdən sonra möhürün təsdiq etdiyi rəsmi sənəd hüquqi 
mahiyyətini itirir. Sənəddə əks olunan fikir və ifadələr isə yalnız 
onun həqiqiliyi və tarixiliyi təsdiq olunduqdan  sonra müəyyən 
əhəmiyyət kəsb edir. Möhr bu həqiqiliyi təsdiqləyən  ən vacib 
nişan olduğu üçün onun öyrənilməsi zəruridir.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
46 
Hakimiyyət nümayəndələrinin nə zamandan möhrdən 
istifadə etdiklərini müəyyənləşdirmək mümkün olmasa da 
qərbdə müəyyən edilmiş  ən qədim möhürlənmiş  sənəd 
Meravinqlər dövrünə aiddir. Sənəddə  nə zamansa əks olunan 
möhür silinə və ya korlana bilər, lakin onun nə vaxtsa mövcud 
olması haqqında nişanələr sənəd haqqında ciddi mülahizələr 
yürütməyə imkan verir. 
Qədim zamanlarda mühüm əhəmiyətli sənədlərin surətinə 
olan ehtiyacı ödəmək üçün onun yaradıcıları perqamentin eyni 
üzündə  sətrlərin arasında sözləri iri hərflərlə yazır, sonra isə 
sənədi dalğavari şəkildə bu sözlərin arası ilə iki yerə bölürdülər. 
Beləliklə, sənədin iki nüsxəsi alınırdı. Yarandığı  qədim 
zamanlardan müasir dövrə qədər möhürlər metal və ya mumdan 
hazırlanırdı. Möhürə  bərkidilən qızıl yüksək  əhəmiyyətə malik 
sənədlərə vurulurdu və «qızıl qanun” adı daşıyırdı.  
Mum orta əsrlərdən bu günə  qədər möhür üçün işlədilən 
başlıca material olaraq qalır. Möhürlərin rənginə  gəldikdə isə 
sənədi yaradanlar müxtəlif rənglərdən istifadə edirdilər. 
Müqəddəs Roma imperiyasında XY əsrdə qırmızı möhür yalnız 
imperiya əhəmiyyətli sənədlərə vurulurdu.  
Möhürün vurulması texnikası  sənədlərin tarixinin 
müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İlk 
vaxtlar mum hara yaxşı möhkəmlənirdisə, möhür həmin yerə 
vurulurdu. Sonralar dairəvi və xaç formalı möhürlərin hazır-
lanması ənənəyə çevrildiyindən möhür sənədin hər iki tərəfində 
əks olunurdu. Möhürün istifadə olunmasının ilk dövrlərindən 
XII  əsrə  qədər möhürlərin formalarının xüsusi əhəmiyyət kəbs 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə