Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
51 
metod müxtəlif məhsul və  əmtəə qiymətlərinin müəyyənləş-
dirlməsi zamanı mənfi nəticə verir, lakin əmtəənin qiymətini və 
dəyərini dəqiq müəyyən edir. 
Dövrün ölçü və çəki vahidi sistemlərini müəyyən edərkən, 
həmin dövrdə  əldə edilən gəlirin miqdarının müəyyənləşdi-
rilməsi metodunun tətbiqi mühüm nəticələrə  gətirib çıxarır. 
Məs., çoxlarımız sovet dövründə gündəlik tələbat mallarının 
neçə rubl və  qəpik olduğunu xatırlayırıq, nisbətən yaşlı  nəsil 
sovet dörünün ilk illərində, daha yaşlı  nəsil isə çar dövründə 
ərzaq mallarının qiyməti haqqında məlumata malikdir. Bu 
məlumatlar dövrün orta gəlir dəyərinin hesablanmasına, ölçü və 
çəki vahidi sistemlərinin dəqiqləşdirilməsinə imkan verir.  
Orta  əsr mənbələrində olan məlumatlar o dövrdə orta 
yaşayış  zənbilinin müəyyənləşdirilməsi, yaşayış standartları  və 
gündəlik  ərzaq məhsulları haqqında məlumat verir. Lakin çox 
zaman mənbələrdə  əks olunan bu məlumatların təhlili dövrün 
sosial-iqtisadi  şəraiti haqqında ümumi təsəvvür yaratmır. 
Bilavasitə iqtisadi fəaliyyətlə  məşğul olan təbəqə  və qruplara 
(tacirlər, kəndlilər, sənətkarlar) aid məlumatların toplanması, 
onların sosial statusunun və  şəraitinin müəyyənləşdirilməsi 
dövrün iqtisadi təsvirini tamamlamaq imkanı verir.  
Qədim və orta əsr mənbələrində iqtisadi informasiyanın 
toplanması və hesablanması çox zaman roma rəqəmləri ilə ifadə 
olunduğu üçün çətinləşir. Hindistandan gəlmə  ərəb rəqəmləri 
ərəblərə YIII əsrdə, qərb dünyasına isə bir qədər sonra məlum 
olmuşdur. 1130-cu ildən 1150-ci illər arasında peyda olmuş ərəb 
hesablamalarının latın tərcüməsi bu sahədə olan problemləri bir 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
52 
qədər azaltsa da, XY əsrə  qədər  ərəb rəqəmlərinin işlənməsi 
ümumi hal almadığından çətinliklər uzun müddət davam 
etmişdir.  
Roma rəqəmlərindən  ərəb rəqəmlərinə keçmənin üsulları 
1542-ci ildə Robert Rekordenin əsərində tam açıqlığı ilə  təsvir 
olunmuşdur (bax: əlavə  № 1). Bunun üçün adətən yüzlükləri, 
onluqları  təklikləri ayırır və  hər bir riyazi əməliyyatı ayrılıqda 
aparırdılar. Məs., 1542-nin 365-ə vurulması belə  həyata 
keçirilirdi: 
1000x365=365.000 
500x365=182.000 
40x365= 14.600 
2x365= 730 
1542x365=562.330 
Eyni  əməliyyat ölçü və  çəki vahidlərinin çevrilməsi və 
dəqiqləşdirilməsi zamanı həyata keçirilirdi. 
Pul vahidlərinə  gəldikdə isə  qədim sivilizasiyalarda və 
orta  əsrlərdə  hər bir dövlətin ayrıca pul vahidi olması dövrün 
tədqiqatında onların demək olar ki, hamısı haqqında müəyyən 
təsəvvürə malik olmanı tələb edir. 
Qədim və orta əsrlərdə gümüş və qızıl əsas barter vasitəsi 
rolunu oynayırdı. Qızıl və gümüşün üzərində müəyyən təsvirin 
və ya möhürün olması onların çəkisinin rəsmi 
müəyyənləşdirilməsi və müəyyən dəyər vahidinə malik olma-
sından xəbər verirdi. 
Qədim pul vahidləri aid olduqları dövrün iqtisadi şəraiti və 
əlaqələrindən başqa, onlarda pul istehsalı  sənətinin inkişaf 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
53 
səviyyəsi, siyasi hadisələr, dövlətçilik atributları və s. haqqında 
da geniş  məlumat verirlər. Yunan pul vahidlərinin istehsal 
olunduğu dövrü rəqəm və sözlə müəyyən etmək mümkün deyil, 
onların üzərində həkk olunmuş rəhbərin, şəhərin böyüyünün adı 
bu haqda məlumat verir. Siyasi liderlərin təsvirləri yunan 
sikkələrində son dövrlərdə peyda olmağa başlamışdır. Adətən 
yunan sikkələrində  əfsanəvi qəhrəmanların təsviri verilirdi. Bu 
ənənə  hətta Makedoniyalı  İsgəndərin dövründə belə 
pozulmamışdır. Yunan pul sikkələrinin yüksək texnika və 
zövqlə hazırlanması  qədim dövr insanlarının elmi və texniki 
inkişafına dəlalət edirdi.  
Qədim və orta əsrlər dövrünün sosial, iqtisadi və siyasi 
inkişaf istiqamətləri və  şəraitinin müəyyənləşdirilməsində mü-
hüm əhəmiyyət kəsb edən pul vahidləri müasir dövrdə sözsüz ki, 
öz  əhəmiyyətini bir qədər itirir. Müasir dövr haqqında 
məlumatları biz başqa mənbələrdən alırıq. Lakin qədim və orta 
əsr pul vahidləri, onların ölçü və çəki vahidləri sistemi o dövrün 
tədqiqi üçün əvəzedilməz bilik mənbəyidir. 
Geneologiya 
Ayrı-ayrı tarixi nəsil və ailələrin geneologiyasının mü-
əyyənləşdirilməsi və öyrənilməsi qədim, orta və müasir dövr 
tarixinin mənbələrdə qaranlıq qalan və açıqlanmayan his-
sələrinin bərpası üçün lazımdır. Bu materiallar qədim və orta əsr 
sivilizasiyasının idarə aparatı,  şahları, kral və imperatorları, 
onların kökü, qohümluq əlaqələri haqqında geniş məlumat verir, 
tarixin etnik, siyasi, hərbi və s. problemlərinin öyrənilməsində 
zəngin informasiya bazasına çevrilir. Azərbaycan tarixinin 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
54 
qədim və erkən orta əsrlər tarixinin öyrənilməsində alban 
çarlarının, alban katolikoslarının, Arşaki və Sasani sülaləsi 
geneologiyasının araşdırılması, müqayisəli təhlili mühüm 
əhəmiyyət kəsb edir.  
Tarixin sosial sahəsinin tədqiqi ilə  məşğul olan alimlər 
üçün geneologiyanın  əks olunduğu materialların elmi tədqiqi 
sənədlərdə  əks olunan informasiyanın düzgünlüyünün təsviri 
üçün mühüm əhəmiyyət kəsb edir.  
Geneologiya ilə məşğul olan tədqiqatçılar küllü miqdarda 
ədəbiyyatın və  mənbələrin təhlili və araşdırılması  nəticəsində 
müəyyən mülahizələr yürütməyə müyəssər olurlar. Bu cür 
mənbələrlə işləyərkən onların dəqiqliyinin müəyyənləşdirilməsi, 
orijinal və surətlərinin aşkarlanması  tədqiqatçıya obyektiv elmi 
biliklər əldə etmək imkanı verir. 
Diplomatiya 
Dünyada mövcüd olan beynəlxalq  əlaqələr müxtəlif tipli 
və xarakterli mənbələrdə  əks olunmuşdur.  Əsrlər boyu 
beynəlxalq münasibətlərin  əks olunduğu sənəd, akt və 
materiallara münasibət şübhəli xarakter daşımışdır. Bunun əsas 
səbəbi isə ayrı-ayrı  şəxslərin — səfir, missioner, səyyah, alim, 
kəşfiyyatçı  və s. başqa xalqlar haqqında öz hökmranlarına 
göndərdikləri məlumatların obyektivliyinin şübhə doğurması ilə 
bağlıdır.   
Orta  əsrlərdə iki xarici dövlət arasında yazışmalar dövlət 
katibliyi orqanı  tərəfindən həyata keçirilir, hər bir sənədin bir 
neçə surəti hazırlanır və saxlanılırdı. Xarici əlaqələrin 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə