Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
59 
yeddi iqlimə bölmüşdü. Hər iqlimi 10 hissəyə ayıran  İdrisi 
xəritəsini «Nuzxat al-muştak-fi-xtirak al-afak» (Vilayətləri 
səyahət üçün həsrət çəkənin  əyləncələri)  adlı  əsəri ilə 
tamamlamışdı. Maraqlıdır ki, ərəb alimlərinin çəkdikləri 
xəritələrdə  şimal və  cənub qütblərinin yerləri dəyişik 
göstərilirdi.  
XYI əsrdə tarixlə coğrafiyanın əlaqələndirilməsi sahəsində 
bir neçə ciddi cəhd edilsə  də, alimlərə coğrafi mühit, şərait və 
iqlimin xalqların tarixində mühüm əhəmiyyət kəsb etməsi fikrini 
əsaslandırmaq üçün bir neçə yüz il daha lazım oldu. Hal-hazırda 
insan coğrafiyasının torpaq və onun atmosfer fenomeninin insan 
irqinə təsirini öyrənən xüsusi sahəsi formalaşmışdır. Bu sahənin 
ən maraqlı  tədqiqatları  cəmiyyətlərdə mövcud olan qanunların 
insan mühitinə,  dağların, səhraların, sahillərin və digər iqlim 
faktorlarının insan enerjisinə, insan təfəkkürünə təsiri, insanların 
ətraf mühitin, coğrafi  şəraitin yaratdığı  çətinliklərə qarşı 
mübarizə perspektivləri və s. ilə bağlıdır. 
Coğrafiyanın bir hissəsi olan nəqliyyat tarixinin öyrə-
nilməsi yeni ərazilərin məskunlaşdırılması  səviyyəsi və xarak-
terinini tədqiqi baxımından mühüm əhəmiyət kəsb edir. 
Coğrafi xəritələrin hazırlanması olduqca mühüm biliklərin 
və  gərgin  əməyin nəticəsidir. Müasir dövrdə hazırlanan fiziki 
xəritələr nəinki müasir dövlətlərin iqtisadi şərait və vəziyyətinin 
müəyyənləşdirilməsi üçün, həmçinin onların tarixi şəraitinin 
öyrənilməsi üçün əhəmiyyətlidir.   
Statistka 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
60 
Keçən bir neçə  nəsil tarixçilərin statistik metodlara 
müraciəti tarixi keçmişin daha tam və obyektiv əhatə etmək, 
kəmiyyət metodlarının tətbiqi ilə tarixi daha da elmləşdirmək və 
təsviri yazı üsullarından bir qədər uzaqlaşdırmaq meylləri ilə 
bağlıdır. Statistika öz növbəsində tarixi faktorların  əlaqələrini 
daha qabarıq aşkarlamağa, hadisələrin qarşılıqlı  təsirini sübut 
etməyə imkan verir. Məs., keçən  əsrin doğum və evlənmə 
statistikasının araşdırılması alimlərə tarixi demoqrafiya 
haqqında zəngin biliklər toplamaq imkanı vermişdi.  
Lakin tarixi tədqiqat aparan alimlər bilməlidirlər ki, heç də 
bütün tarixi problemlər və tarixi mənbələr statistikanın 
qanunlarına tabe olmur və statistik metodlarla tədqiq oluna 
bilməz.  
İlk növbədə keyfiyyətli statistik tədqiqat işi kifayət qədər 
kütləvi mənbələrin və faktların mövcudluğunu tələb edir. 
Statistik metodlar yalnız kütləvi xarakter daşıyan mənbələrin 
mövcudluğu zamanı effektiv nəticə verir, tədqiq olunan problem 
haqqında obyektiv təsəvvür yaradır. Statistik metodların tətbiqi 
zamanı istifadə olunan mənbələrin mənşəyinin, yaranma 
tarixinin, onların hansı material əsasında yaranmasının 
müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.  
Statistik mənbələr özünəməxsus xüsusiyyətlərə malikdir 
və onlarla kifayət qədər professional rəftar edilməzsə  səhv və 
saxtalaşdırılmış nəticələrin əldə edilməsi ehtimalı yaradır. Məs., 
statistik mənbələrdən istifadə edən XYIII əsr müəllifi T.Maltus 
Avropanın demoqrafik gələcəyi haqqında faciəli bir təsəvvür 
yaratmışdı. Keçmişin ərzaq istehsalı ilə əhalinin artımı arasında 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
61 
əlaqənin xüsusiyyətlərini və müstəmləkə Amerikasındakı doğum 
normasını araşdıran tədqiqatçı belə bir nəticəyə  gəlmişdir ki, 
gələcəkdə Avropanı geometrik və demoqrafik faciə gözləyir. 
Əslində keçmişdən bu günə  qədər qida məhsullarının istehsalı 
ilə  əhalinin artımı arasında olan əlaqə kompleks şəkilli 
olduğundan və Maltusun yaşadığı XYIII əsrdə  əhalinin surətli 
artımı başladığından bu fərziyyənin  əsassız olduğunu asanlıqla 
sübut etmək olar. Lakin T.Maltusun yaratdığı  nəzəriyyə onun 
müasirlərinin təfəkküründə  dərin iz buraxmış  və pessimist 
əhval-ruhiyyələrin yayılmasına səbəb olmuşdur.  
Statistik metodlar tarixi demoqrafiya üçün daha əlverişli 
və lazımlı hesab olunur. Bu cəhətdən demoqrafik tarix 
problemlərinin sosial praktika və mədəni normalarla sıx əlaqədə 
öyrənilməsi, mövcud siyasi quruluşların xarakteri, müharibə və 
işğalların mövcudluğu nəzərə alınmalıdır. 
Statistik metodlar təkcə demoqrafik tarixdə deyil, kriminal 
problemlərin, iqtisadi tarixin öyrənilməsində  də geniş  tətbiq 
edilir. Statistik mənbələrlə  işləyən tədqiqatçı  mənbənin dilini, 
üslubunu, informasiyanın kim tərəfindən, nə  məqsədlə, necə 
yaradılmasını  dərindən araşdırmalıdır. Bu tip informasiya 
tədqiqatçıya işlədiyi statistik materialların həqiqiliyi, 
obyektivliyi və etibarlılığı haqqında fikir yürütməyə imkan 
verir.  
Digər texniki vasitələr 
Tarixi problemlərin tədqiqi ilə  məşğul olan alimlər 
yuxarıda adları  çəkilən sahələrdən başqa bir sıra köməkçi 
vasitələrdən də istifadə edərək, malik olduqları  nəticələrin 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
62 
obyektivliyini möhkəmləndirə bilərlər. Möhrlərin, xronolo-
giyanın, paleoqrafiyanın, geneologiyanın, linqvistikanın kömə-
yindən başqa tarixçilər əl ilə yazılan kitabların tədqiqi ilə məşğul 
olan kodikologiya, papirusları  tədqiq edən papirologiya, sosial 
qrupların etnik, professional təsvirinin bərpası ilə  məşğul olan 
prospoqrafiyanın köməyindən istifadə edə bilərlər.  
Bu alət və vasitələrin çoxuna tarixçi keçmişdən gələn 
mənbələrin məlumatı kifayət qədər olmadıqda, və ya mənbənin 
həqiqiliyi  şübhə doğurduqda müraciət edir. Mənbələrlə  işləyən 
tarixçilər ilk növbədə  mənşəyi saxta olan mənbə ilə 
saxtalaşdırılmış informasiyaya malik mənbəni ayrımağı 
bacarmalıdırlar. Birinci halda tarixçi mənbənin həqiqiliyini 
sübuta yetirməli, ikinci halda isə  mənbənin verdiyi infor-
masiyanın obyektivliyini təsdiqləməlidir. 
Mənbənin mənşəyinin həqiqiliyini və tarixiliyini müəyyən 
etmək üçün onun aşağıdakı qayda ilə təsnifatı aparılmalıdır: 

 
məzmun ilə formanın uyğun gəlmədiyi mənbələr; 

 
intellektual hissiyyat əsasında saxtalığı müəyyən-
ləşdirilən mənbələr; 

 
qismən saxtalaşdırılmış mənbələr; 

 
mənbələrin surətləri. 
Sözsüz ki, mənbələrdə saxta informasiya və  mənbələrin 
saxtalaşdırılması tarixçi üçün ciddi problemlər yaradır. 
Problemin ən mürəkkəbi mənbələrin saxtalaşdırılmasının aşkar-
lanmasıdır. Bəzən tarixçilər bütün köməkçi tarix sahələrinin 
imkanlarından istifadə etsələr də, mənbənin saxtalığını sübut edə 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə