Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
67 
xadimlərinin, siyasi liderlərin çıxışları, yazıları bu tip mənbələrə 
aiddir. Bu mənbələrin real, yəni intellektual müəlliflərinin 
aşkarlanması olduqca çətindir.  
Mənbənin orijinallığı və ya həqiqiliyi 
Keçmişdən yadigar qalan yazılı  mənbələr (qanun 
kodeksləri, müqavilələr, fəlsəfi mənbələr, aqioqrafik materiallar 
və s.) intellektual ənənələrin məhsululdur və  hər hansı yazılı 
mənbəni təhlil edən tədqiqatçı onun yarandığı dövrun ənənələri, 
xüsusiyyətləri haqqında məlumata və biliklərə malik olmalıdır. 
Məs., qanun kodeksini təhlil edən tarixçi ən azı onun cəmiyyəti 
idarə etmə üslubu, aid olduğu dövlətin və  hətta qonşu 
dövlətlərin siyasi sisteminə  nə  dərəcədə uyğun gəlməsi, nə 
dərəcədə unudulan ənənələri bərpa etmə  cəhdləri ilə uzlaşması 
və s. haqqında biliklərə malik olmalıdır.  
Əslində bu suallara cavab tapmaq üçün tədqiqatçı  həmin 
dövrə aid sinxron mənbələrin mətnini tədqiqata cəlb etməli, 
işlədiyi mənbə ilə onların müqayisəli təhlilini aparmalıdır. Çox 
təəssüf ki, tarixi keçmişin dərinliklərinə getdikcə tarixçinin 
parallel mənbələr  əldə etmək imkanı  məhdudlaşır və tarixçi 
yalnız malik olduğu mənbəni təhlil etməyə məcbur olur. Qədim 
tarixi mənbələrə xas olan mənimsəmə formaları çox zaman 
mənbələrin bilərəkdən saxtalaşdırılması  və orijinal mətn kimi 
təqdim edilməsi faktlarının geniş yayılmasını  təsdiqləyir. 
Tarixçinin üzərinə düşən  ən çətin vəzifə bu mənimsəmələri 
aşkar etmək, onların orijinalını müəyyənləşdirmək, mətnin hansı 
hissəsinin müəllifə, hansının isə başqa  şəxslərə  məxsus 
olduğunu aydınlaşdırmaqdır.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
68 
Mənbələrin şərhi və ya interpretasiyası 
XIX  əsr tarixi məktəbinin nümayəndələri mənbələrin 
izahını texniki tələbatla bağlayır və bu anlayışı nisbətən dar 
mənada anlayırdılar. Müasir dövrümüzdə elmlərarası əlaqələrin 
inkişafı bu dar çərçivəni adlamaq və  mənbələrin təhlilini daha 
geniş məkana çıxarmaq imkanı verir.  
Mənbələrin tarixi interpretasiyası tarixçilərin faktlar 
arasında seçim aparılması, hansı  şahidliyə üstünlük verilməsi 
prinsiplərinin müəyyənləşdirilməsi, hansı faktların tədqiqata 
cəlb edilməsi, hansıların isə  kənarlaşdırılması sxeminin təyin 
edilməsi və s. sualları  əhatə edir. Mənbələrin tarixi interpreta-
siyası bir neçə proseduranın kombinasiyasından ibarətdir.  
Mənbələrin müqayisəli təhlili 
Keçmişi bərpa etməyə çalışan tarixçilər bir mənbə  və ya 
bir növ mənbələr qrupu ilə deyil, bir sıra, bir neçə qrup 
mənbələrlə  işləyir, müxtəlif səslərə qulaq asmağa çalışırlar. 
Bəzən müxtəlif mənbələrdən gələn məlumatlar ziddiyyətli, 
şübhə doğuran, təəccübləndirici olur. Lakin tarixçinin vəzifəsi 
onların hansının məlumatının və  nə üçün istifadə edilməsini 
müəyyənləşdirməkdir. Bu cəhətdən tarixçi mənbələri çox 
yararlı, yararlı  və az yararlı olmaqla üç hissəyə bölür. Adətən 
tarixçilər tədqiqata bir qədər qədim mənbələr əsasında yaranmış 
və az yararlı olan mənbələrin tədqiqindən başlayırlar. Bu 
mənnbələr arasında  əlaqələrin mövcud olub olmadığını,  əlaqə 
mövcud olduğu halda isə onun xarakterini müəyyən edir, sonra 
isə aşağıdakı üsulla mənbələr haqqında fikir yürüdürlər: 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
69 

 
əgər mənbələrin hamısı hadisə haqqında eyni məlu-
mata malikdirsə, hadisənin həqiqətən tarixi gerçəkliyə 
uyğunluğu təsdiq olunur; 

 
əgər mənbələrin böyük əksəriyyəti hadisə haqqında 
eyni məlumat verirsə, hadisə haqqında ümumi təsvirə 
uyğun gəlməyən mənbələrin mətni təhlil edildikdən 
sonra hadisə tarixi fakt kimi qəbul olunur; 

 
əgər mənbələrin verdiyi informasiyanın müəyyyən 
hissəsi kənar müəllifin məlumatı ilə  təsdiqlənirsə, 
həmin hissənin obyektivliyi qəbul olunur; 

 
əgər iki mənbənin verdiyi məlumat arasında ziddiyyət 
mövcuddrusa, tədqiqatçı onların içərisində daha 
obyektiv olanını (məs., əgər mənbənin müəllifi dövrün 
müasiridirsə, təsvir etdiyi hadisənin  şahididirsə  və 
yaxud iştirakçısıdırsa və s.) seçir və  həmin mənbənin 
obyektivliyi qəbul edilir; 

 
əgər tarixi hadisə haqqında onun şahidi məlumat 
verirsə, və bu məlumatlar müasir mənbələrlə  təsdiq 
olunursa, mənbə obyektiv hesab olunur; 

 
əgər iki mənbə eyni hadisənin səbəbi haqqında eyni 
məlumat verirsə, onların hər ikisi etibarlı sayılır; 

 
əgər iki mənbə bir-birinə ziddirsə, tarixçi tarixin 
ümumi axarına uyğun gələnini və ya daha etibarlı 
sayılan mənbəni qəbul edir. 
Yuxarıda təsvir edilən  əməliyyatların praktikada necə 
işləməsinə misal olaraq, bir faktı qeyd etmək olar. 1990-cı il 
iyulun 25-də ABŞ-ın Bağdaddakı  səfiri April Qlans İrak 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
70 
prezidenti Səddam Hüseyn ilə  şəxsi görüşə  dəvət edilir. Bu 
görüş zamanı heç bir tərəf yazılı qeydlər aparmamış, görüşdən 
bir həftə sonra isə 1990-cı il avqustun 2-də,  İraqın hərbi 
qüvvələri Küveyt ərazisini işğal etmişdir. Məhz bu faktdan sonra 
ABŞ-ın bu hadisəyə  rəsmi müdaxiləsi və tarixə “Körfəz 
müharibəsi” adı ilə daxil olan hərbi  əməliyyatlar başlanmışdır. 
Görüşdən sonra S.Hüseyn və A.Qlans müzakirə obyekti 
haqqında ziddiyyətli məlumatlar vermişlər. Səddam Hüseyn öz 
açıqlamasında göstərir ki, görüşdə ABŞ səfiri Amerikanın dünya 
siyasətində dost münasibətlər tərəfdarı olduğunu və  İraqın 
Kuveytlə  sərhəd problemi haqqında heç bir xüsusi mövqeyə 
malik olmadığını bildirmişdir. A.Qlasının bir qədər gec 
yayımlanmış  məlumatında isə (1991-cı ilin martında senata 
verdiyi hesabat) göstərilir ki, o, görüşdə Amerikanın  İrakla 
Küveyt arasında yaranmış konflikti diplomatik yolla nizama 
salınması  tərəfdarı olduğunu qeyd etmişdir. O, həmçinin iddia 
etmişdir ki, Səddam Hüseynin görüş haqqında məlumatında bir 
cümlə, məhz “ABŞ İrakın Kuveytlə olan konflikti dinc yolla həll 
etməyi israr edir”, cümləsi buraxılmışdır. Görüşün hər iki 
iştirakçısı öz mövqelərində israrlı olmaq üçün ciddi əsaslara 
malikdirlər. Bu halda tarixçi hansı  mənbəyə, hansı  şahidliyə 
istinad etməli və bu tapmacanı necə açmalıdır?  
Çox güman ki, hadisənin həqiqətdə necə baş verdiyini tam 
obyektivliyi ilə araşdırmaq heç zaman mümkün olmayacaq. 
Sözsüz ki, A.Qlans kimi təcrübəli diplomatın səhvə yol verdiyi 
və  şərq siyasi diplomatiyası spesifikasını anlamadığını  qəbul 
etmək çətindər. Lakin digər tərəfdən Səddam Hüseynin də İraq 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə