Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
101 
Kəmiyyət və riyazi metodların tarixi tədqiqatlarda tətbiqi 
ilk növbədə obyektiv reallığın təzahür və proseslərinin 
ölçülməsinin mümkünlüyü ilə şərtlənir. 
Əslində ölçmə obyektlər arasında münasibətlərin yaradıl-
masıdır. Ölçmənin mahiyyəti bu münasibətlərin rəqəmlərlə ifadə 
olunmasında əks olunur. 
Tarixi hadisə  və proseslərin ölçülməsi üçün əsas onların 
keyfiyyət cəhətdən eyni tipli olması, tədqiq olunan obyektlərin 
müqayisəsinin mümkünlüyüdür. Məhz buna görə  də tarixi 
hadisə  və proseslərin ölçülməsi imkanı onlar haqqında yalnız 
müəyyən mahiyyət-məzmun bilikləri toplananda mümkün olur. 
Tarixi hadisə  və proseslərin ölçülməsi sahəsində tarix 
müəyyən məhdudiyyətlərə malikdir və yalnız tarixi mənbələrin 
imkanı  çərçivəsi daxilində  kəmiyyət göstəriciləri sisteminin 
variasiyası və ya zaman (dinamik) sıralarını əks etdirə bilər.  
Variasiya sıraları müxtəlif obyektlərdə eyni xüsusiy-
yətlərin kəmiyyət göstəricilərini, dinamik sıralar isə eyni 
obyektlərin məxsus olduqları bu və ya digər xüsusiyyətləri 
xarakterizə edən göstəriciləri təşkil edir. 
Tarixi mənbələrdə  əks olunan kəmiyyət göstəriciləri 
əsasən variasiya sıralarıdır. Məhz buna görə  də tarixi tədqi-
qatlarda dinamik sıraların yaradılması olduqca çətindir. Tarixi 
obyektləri xarakterizə edən göstəricilərin böyük əksəriyyəti 
keyfiyyət atributlarıdır. Onların ölçülmə vahidi olmadığından 
onları metrik göstəricilərə çevirmək çətindir. Keyfiyyət 
xüsusiyyətlərinin ölçülməsinin  ən sadə metodu onların 
saylarının müəyyən edilməsidir. Kəmiyyət göstəricilərindən 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
102 
fərqli olaraq, keyfiyyət göstəricilərinin ölçülməsi tək deyil, 
bütöv xüsusiyyətlərə aiddir. 
Tarixi hadisə  və proseslərin keyfiyyət göstəricilərinin 
ölçülməsi və  kəmiyyət sistemi ilə formalaşdırılması metodla-
rından biri kontent-analizdir (təsviri-təhlil). Bu metod həm 
sadə, həm də mürəkkəb problemlərin həlli zamanı tətbiq edilir. 
Bu metodun mahiyyətini öyrənilən obyektlərin təzahür və 
xüsusiyyətlərinin kəmiyyətləşdirilməsi təşkil edir. Növbəti 
mərhələdə eyni kəmiyyət xüsusiyyətlərinə malik obyektlərin 
sayı müəyyənləşdirilir və bu keyfiyyət göstəriciləri kodlaşdırılır. 
Nəticədə təsviri informasiya rəqəmsal sistem formasını alır.  
İctimai varlığın təzahür və proseslərinin ölçülməsinin  ən 
mürəkkəb problemi obyekt və  təzahürlərə aid xüsusiyyətlərin 
intensivlik dərəcəsinin müəyyənləşdirilməsidir. Məhz bu 
problemin aradan qaldırılması üçün tarixçilər çox zaman ekspert 
qiymətlərindən istifadə edirlər. Bu üsula görə ayrı-ayrı 
xüsusiyyətlərin intensivlik şkalası müəyyən edilir. Bu proses 
çətin olsa da olduqca dərin və obyektiv biliklərin  əldə 
olunmasına kömək edir. Lakin bu üsulların tarixi tədqiqatlarda 
geniş istifadəsi ümumi metodoloji, metodik və texniki 
problemlərin həllini və tarixçilərin bu metodlarla dərindən 
yiyələnməsini tələb edir.  
Tarixi proses və  təzahürlərin öyrənilməsində modelləşmə 
mühüm  əhəmiyyət kəsb edir və tarixi tədqiqatlarda riyazi 
metodların tətbiqinin  ən yüksək səviyyəsini təşkil edir. 
Məlumdur ki, modelləşmə tarixi gerçəklik və reallığın qurulan 
modellər  əsasında təhlili deməkdir. Xarakterinə görə modellər 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
103 
maddi və ideal olmaq şərti ilə iki yerə bölünürlər. Əslində tarixi 
proseslərin modelləşdirilməsi öyrənilən obyektin mahiyyətinin 
riyazi işarələr formasında  əksidir. Modelləşmənin  əsasını 
oxşarlıq nəzəriyyəsi təşkil edir. Obyektlərin modellər  əsasında 
öyrənilməsi mümkünlüyü isə analogiya prinsipinə əsaslanır. 
Tarixçilər arasında belə bir fikir formalaşıb ki, riyazi 
modellərin qurulması üçün müəyyən elmi hipotez yaradıl-
malıdır. Model bu hipotezə uyğun qurulmalı, sonra isə onun 
modelə əsasən təsdiq olunub olunmadığı yoxlanılmalıdır. Lakin 
riyazi modelləşmə üçün elmi hipotezin formalaşdırılması  əsas 
şərt deyil. 
Tarixi proseslərin modelləşdirilməsi üçün yaradılan 
modelləri  əksetmə-ölçmə  və immitasiya-proqnoz olmaqla iki 
qrupa bölmək olar.  
Əksetmə-ölçmə modelləri tarixçilər tərəfindən adi və 
ənənəvi metodlar vasitəsilə  tədqiqi mümkün olmayan ictimai 
inkişaf proseslərinin xüsusiyyətləri və qanunauyğunluqlarını 
öyrənmək üçün tətbiq olunur. Bu modellərin  əsasında tədqiq 
olunan obyektin xüsusiyyət, xasiyyət və inkişafının kəmiyyət 
göstəricilərinin müəyyənləşdirilməsi və modelləşdirilməsi durur. 
Riyazi model tədqiq olunan obyektin gələcək inkişaf 
perspektivlərinin müəyyənləşdirilməsi üçün qurulursa, o immi-
tasiya-proqnoz tipinə aiddir. İmmitasiya tədqiq edilən obyektin 
optimal inkişaf variantını müəyyənləşdirmək imkanı verir. Tarix 
elminə münasibətdə  əksetmə-ölçmə modellərinin bütün 
növlərini tətbiq etmək olar. İmitasiya-proqnoz modellərinə 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
104 
gəldikdə isə onların tətbiqi yalnız üç tip problemlərin həllində 
daha effektiv nəticə verir:  
1.
 
Alternativ tarixi situasiyaların modelləşdirilməsi; yəni 
obyektiv və subyektiv cəhətdən mümkün olan, lakin 
faktiki olaraq, reallaşmamış tarixi situasiyaların 
modelləşdirilməsi. Bu cür modellər tarixin real inkişaf 
istiqamətini dərindən təhlil etmək imkanı verir.  
2.
 
Kontrfaktik situasiyaların modelləşdirilməsi, yəni real 
mövcud olmamış, lakin ehtimal oluna bilən tarixi 
situasiyaların modelləşdirilməsi. Bu cür modellər real 
tarixi  şəraitin qiymətləndirilməsi üçün etalon rolunu 
oynayır və reallığın idealdan nə  qədər fərqləndiyini 
müəyyənləşdirməyə imkan verir.  
3.
 
Tarixi hadisə  və proseslərin adi xarakteristikası üçün 
imitasiya modellərinin qurulması. Adətən bu modellər 
tarixi hadisələr haqqında mənbələrdə kifayət qədər 
konkret-tarixi faktlar tapılmayanda qurulur. 
Beləliklə, tarixi tədqiqatlarda riyazi və  kəmiyyət 
metodlarının istifadəsinin geniş perspektivləri və imkanıları 
mövcuddur. Tarixi təzahür və proseslərin modelləşdirilməsinin 
geniş  tətbiqi qlobal tarixi problemlərin həllində mühüm 
nailiyyətlər  əldə etmək imkanı verir. Sadəcə olaraq, onların 
modelləşdirilməsi zamanı  əsas diqqət modellərin məzmun-
mahiyyətinə yönəldilməli və bu baxımdan tədqiqat obyektinə 
məzmun cəhətdən yanaşılmalı, bütün metodoloji və  mənbə-
informasiya problemlərinin hərtərəfli əhatəsi təmin edilməlidir. 
 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə