Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
89 
hadisə və proseslərdən deyil, qarşılıqlı əlaqə və qarşılıqlı təsirdə 
olan müəyyən bütöv obyektlər sistemi şəklində  qəbul 
olunmasından ibarətdir.  
Hər bir sistemin özünəməxsus quruluşu, strukturu və 
funksiyaları mövcuddur. Lakin bu komponentlər bir-birləri ilə 
sıx əlaqəlidirlər. Sistemin quruluşu onu təşkil edən elementlərin 
hissələrindən ibarətdir. Hər bir konkret götürülmüş ictimai 
sistemin özünəməxsus daxili mexanizmə malik olduğunu qəbul 
etsək, tarixi tədqiqatlarda sistemli yanaşma və sistemli təhlilin 
nə  dərəcədə mühüm əhəmiyyətə malik olduğunu anlamaq olar. 
Lakin sistemli təhlil mürəkkəb dərketmə prosesidir və istənilən 
problemin həlli zamanı istifadə oluna bilməz. 
Tarixi tədqiqatlarda geniş  tətbiq olunan metodlardan biri 
də  səbəb-nəticə analizidir. Bu metodun köməyi ilə tarixi 
proseslərin situasiya və dinamikası  tətbiq olunur. Beləliklə, 
tarixi reallığın tətbiqi bir sıra ümumelmi metodların köməyi ilə 
həyata keirilir. Lakin bu metodların hər biri müəyyən  şərtlərin 
və müəyyən elmi bilik səviyyəsinin olmasını  tələb edir. Məhz 
buna görə tarixi reallığın tədqiqi üçün tədqiqat metodunun 
seçilməsi tədqiq edilən obyektin və qarşıya qoyulan tədqiqat 
probleminin xarakterinə uyğün gəlməlidir. 
Konkret tarixi metodların təhlilinə keçərək, qeyd etmək 
lazımdır ki, müasir tarix elmində “tarixi metod” dedikdə tarixi 
reallığı öyrənən bütün metodlar nəzərdə tutulur. Tarixi 
ədəbiyyatda tarixi tədqiqatın dörd ənənəvi və ya klasssik 
metodu-  tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji  və 
tarixi-sistemli, müəyyənləşdirilir. Bu metodların konkret tətbiqi 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
90 
çox zaman fəlsəfi və ümumelmi metodların cəlb edilməsi ilə 
tamamlanır.  
Tarixi tədqiqatlarda ən geniş istifadə olunan tarixi-genetik 
metod  tədqiq olunan obyektiv reallığın ona məxsus 
xüsusiyyətləri, funksiya və  dəyişikliklərinin tarixi dinamikada 
araşdırılmasını  nəzərdə tutur. Bu metodun tətbiqi obyektiv 
reallığın təklikdən ümumiliyə doğru dərk edilməsidir. Məntiqi 
cəhətdən tarixi-genetik metod analitik-induktiv xüsusiyyətə 
malikdir və öyrənilən obyektin təsviri ilə xarakterizə olunur. Bu 
metod tarixi inkişafın səbəb-nəticə 
əlaqələrinin və 
qanunauyğunluqlarının təhlilinə yönəlib və tarixi reallığın 
inkişaf analizidir. Məhz buna görə bu metodun tətbiqi zamanı 
tarixi proses və hadisələrin baş verdiyi zaman məfhumu nəzərə 
alınmazsa, relyativizmə yuvarlanma qorxusu yaranır. 
Relyativizm isə tarixi hadisənin tam deyil, birtərəfli 
öyrənilməsinə, onun ətrafındakı hadisə  və proseslərin, 
obyektlərin hamısının dinamik, dəyişkən və  hərəkətdə olan 
təbiətə malik olmasının qəbul edilməməsinə  gətirib çıxarır. 
Əslində  ətraf mühitdə müəyyən sabitliyə malik obyektlər də 
mövcuddur və tarixi-genetik metod tətbiq edilən zaman bu 
faktor nəzərə alınmalıdır.  
Tarixi-genetik metodun digər xarakterik xüsusiyyəti onun 
təsviri metod olması  və empirizmə meylliliyidir. Bu halda 
nəzərə almaq lazımdır ki, bizim tədqiq etdiyimiz tarixi obyektin 
empirik yolla, yəni təsviri metodla, tədqiq etmək qeyri-
mümkündür. Məhz buna görə tarixdə kütləvi hadisə  və 
proseslərin öyrənilməsi zamanı tarixi-genetik metodun tətbiqi 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
91 
istənilən nəticəni vermir. Tarixi-genetik metod imkan daxilində 
digər metodlarla əlaqəli şəkildə tətbiq olunarsa, əhəmiyətli olar. 
Tarixi-müqayisəli  metod elmi təfəkkürün  ən geniş 
yayılmış tətbiqi metodlarından biri olaraq, demək olar ki, bütün 
elmi tədqiqatlarda istifadə olunur. Tədqiq edilən obyekt 
haqqında empirik məlumatların toplanması və sistemləşdirilməsi 
tarixi-müqayisəli metodun tətbiqinə  şərait yaradır. Tarixi-
müqayisəli metodun obyektiv əsasını ictimai-tarixi inkişafın 
təkrarlanan, daxilən müəyyənləşmiş qanunauyğun proses olması 
təşkil edir. Tarixi reallıqda mövcud olan bütün hadisə  və 
proseslər daxilən oxşar mahiyyətə  və demək olar ki, oxşar 
formaya malikdirlər. Tarixi-müqayisəli metodun məntiqi əsasını 
isə hadisə və proseslərin oxşarlıq prinsipini açıqlayan analogiya 
təşkil edir. 
Analogiya ümumelmi dərketmə metodu olub obyektlərin 
oxşar xüsusiyyətlərini  əsas götürərək, onların digər obyektlərlə 
müqayisəli təhlili və bunun əsasında onların oxşarlığı haqqında 
nəticələrin əldə edilməsindən ibarətdir.  
Tarixi-müqayisəli metod tədqiq edilən tarixi hadisə  və 
proseslərin mahiyyətini araşdırmağa, onlarda ümumi, xüsusi və 
qanunauyğunluqların aşkarlanmasına, onların keyfiyyət 
fərqlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Bu metodun 
köməyi ilə hadisə  və proseslərin analogiyası vasitəsilə  təkcə 
öyrənilən problemin deyil, daha geniş tarixi ümumiləşmə  və 
paralellərin aparılması mümkündür. Tarixi-müqayisəli metod 
tədqiqat probleminə digər metodların tətbiqini zəruri edir. Bu 
cəhətdən müqayisəli metodun mühüm üstünlükləri mövcuddur. 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
92 
Lakin digər tərəfdən tarixi-müqayisəli metodun tətbiqi müəyyən 
metodoloji tələblərə riayyət olunmasını  zəruri edir. Əvvəla, 
müqayisə tarixi hadisə  və proseslərin formal oxşarlığına deyil, 
konkret faktlara əsaslanmalıdır. Eyni zamanda tarixi dövrün 
ümumi oxşar cəhətləri, inkişaf mərhələləri, hadisə və proseslərin 
tipoloji mahiyyəti nəzərə alınmalıdır. Məs., bu baxımdan XX 
əsrin  əvvəli və sonunda Azərbaycanda mövcud olmuş ictimai-
siyasi, iqtisadi situasiyanın müqayisəli təhlili bütövlükdə keçən 
əsr Azərbaycan tarixinə dair bir sıra mühüm və mürəkkəb 
problemlərin araşdırılmasına imkan yaradar. 
Tədqiqat zamanı təkcə oxşar, eyni tipli deyil, müxtəlif tipli 
və ya müxtəlif inkişaf mərhələsində olan obyekt və hadisələri də 
müqayisə etmək olar. Lakin bu halda tədqiq edilən obyektin 
mahiyyəti oxşarlıq deyil, fərqli cəhət nöqteyi-nəzərindən 
araşdırılmalıdır.  
Hər bir tədqiqat metodunda olduğu kimi müqayisəli 
metodun da tətbiqi zamanı müəyyən metodoloji prinsiplərin 
mövcudluğu zəruridir. Adətən müqayisəli metodu digər me-
todlarla  əlaqəli surətdə  tətbiq etmək məqsədəuyğundur. 
Müqayisəli metod yalnız zaman daxilində geniş bir dövrü əhatə 
edən problemlərin həlli zamanı effektli nəticə verir. Onun tətbiqi 
eyni zamanda müəyyən çətinliklər də yaradır. Əvvəla, bu metod 
tədqiq edilən obyektin mahiyyətinin aşkarlanmasına imkan 
vermir.  İctimai problemlərin inkişaf dinamikasını  tədqiq 
edərkən, bu metodu tətbiq etmək mümkün olmur. Obyektlər 
arasında formal oxşarlığa  əsaslanaraq, müqayisəli metodun 
tətbiqi çox zaman mənfi nəticələr verə bilər. Məhz buna görə 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə