Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
97 
malikdir. Məhz bu metodun köməyi ilə abstraktdan konkretə 
keçid və konkret-nəzəri biliklərin toplanması mümkündür. Bu 
metod öyrənilən sistemlərin modelləşdirilməsinə imkan yaradır.  
Lakin bu metodun zəif cəhətləri də mövcuddur.Məs., bu 
metod yalnız sinxron təhlil zamanı müsbət nəticələr verir. Digər 
tərəfdən öyrənilən proseslərin nəzəri-mahiyyət xüsusiyyətinə 
kifayət qədər fikir verilməzsə, sistemlərin həddən artıq 
mütləqləşdirilməsi meylləri yarana bilər.  
Beləliklə, tarix elmi ümumtarixi tədqiqat metodlarının 
zəngin bazasına malikdir. Ümumelmi və fəlsəfi metodlarla birgə 
bu metodlar müxtəlif tarixi proses və hadisələrin tədqiqinə geniş 
imkanlar yaradır. 
3. Tarixi tədqiqatlarda riyazi metodlar 
Tarixçilərin tarixi hadisələri və prosesləri “hesablamaq” 
imkanı keçən  əsrin  əvvəllərində yaranıb. Lakin qeyd etmək 
lazımdır ki, tarixi tədqiqatlarda kəmiyyət metodlarının isti-
fadəsinə münasibət həmişə bir mənalı olmamışdır. Subyektivist 
metodologiya tərəfdarlarının müxtəlif məktəb və istiqamətləri 
tarixi keçmişin obyektiv bərpası mümkünlüyünü inkar edərək, 
kəmiyyət metodlarının tarixin bərpasına heç bir köməklik 
göstərməyəcəyini iddia edirdilər. Onların fikrincə tarixçinin əsas 
vəzifəsi keçmişin təsviri metodlarla subyektiv əks etdirilməsidir. 
Əksinə, strukturalist konsepsiyanın tərəfdarları tarixi 
keçmişin obyektiv dərk edilməsinin mümknülüyünü qəbul etsə-
lər də, pozitivist ənənələri davam etdirərək, tarixin obyektiv 
bərpası üçün yalnız riyazi və  kəmiyyət mteodların zəruri 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
98 
olduğunu göstərirdilər. Bununla da onlar ənənəvi tarixi 
metodlardan istifadənin lüzumsuz olduğunu sübut etməyə 
çalışırdılar.  
Keçən  əsrin  əvvəllərində tarix elmində formalaşmış 
istiqamətlərdən olan dialektik materializm tarixi tədqiqatlarda 
imkan daxilində həm klassik, həm də qeyri-ənənəvi  metodların 
istifadəsinin vacibliyi və zəruriliyini vurğuladı.   
Riyazi və  kəmiyyət metodlarının tarix elmində  tətbiqi ilk 
vaxtlar iqtisadi tarix və demoqrafiyanın ehtiyacları üzündən 
mümkün olmuşdur. Riyazi və kəmiyyət metodlarının iqtisadi və 
demoqrafik problemlərin həlli zamanı  tətbiqinin fəlsəfi  əsası 
pozitivist konsepsiya tərəfindən qoyulmuşdur. Bu dövrdə (XIX 
əsrin sonu- XX əsrin əvvəlləri) riyazi üsulların köməyi ilə yeni 
toplanmış  rəqəmlər təhlil olunurdu. İlk dəfə 1866-cı ildə 
İngiltərədə C.T.Rocer tərəfindən nəşr etdirilən kənd təsərrüfatı 
və qiymətlər probleminə həsr olunmuş 6 cilddlik tədqiqat işində 
tarixi informasiyanın təhlili zamanı riyazi metodlardan istifadə 
olunmuşdur. Sonralar C.D.Avennelinin XIII əsrdən XYIII 
əsrədək Fransada mövcud olmuş qiymətlər və  əmək haqqının 
dinamikasına həsr olunmuş  əsərində, A.Yanovskinin XYI əsr 
Polşa tarixinin tədqiqinə həsr olunmuş və statistik materialların 
təhlili  əsasında yazılmış  tədqiqat işində riyazi metodlar tətbiq 
edilmişdir. 
Tarixi tədqiqatlarda riyazi və  kəmiyyət üsullarının tətbiq 
olunmasının ikinci mərhələsi bu metodların tarixi tədqiqatlarda 
istifadəsinin nəzəri  əsasının formalaşması ilə başlanır. Bu 
nəzəriyyənin yaranması ilk növbədə marksist siyasi 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
99 
iqtisadiyyatın xidməti sayılmalıdır. XX əsrin  əvvəllərində 
yaranmış bir sıra elmi əsərlər, məs.,V.Leninin «Rusiyada 
kapitalizmin inkişafı» adlı  əsəri, sosial strukturun statistik 
təhlilinə  əsaslanaraq, yazılmışdır. Bu dövrdə yaranmış  tədqiqat 
işlərində riyazi metodların tətbiqi aqrar, sənaye, demoqrafik və 
s. bu qəbildən olan problemlərin həlli ilə bağlı olsa da, onların 
tətbiqinin nəzəri cəhətdən  əsaslandırılması  və  nəzəri bazasının 
formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi. 
Tarixi tədqiqatlarda riyazi və  kəmiyyət metodlarının 
istifadəsinin üçüncü mərhələsi ikinci dünya müharibəsindən 
sonrakı dövrə  təsadüf edir. Tətbiqi riyaziyyat, kibernetika 
elmlərinin geniş imkanıları və ictimai-siyasi, tarixi problemlərin 
getdikcə daha fundamental xarakter alması bu metodların tarixi 
tədqiqatlara cəlb edilməsini genişləndirdi. Tarixi tədqiqatlarda 
tətbiq olunan riyazi və  kəmiyyət metodlarının xüsusiyyət və 
növlərini araşdırmamışdan öncə onların mahiyyətinin 
müəyyənləşdirilməsi zəruridir. 
Qeyd edək ki, tarixi tədqiqatlarda kəmiyyət metodlarının 
tətbiqi demək olar ki, həmişə mövcud olmuşdur. Çünki 
kəmiyyət metodları  kəmiyyət göstəriciləri sistemi əsasında 
obyektiv reallığın təzahür və proseslərinin adi təsvirini təşkil 
edir. Riyazi metodlar isə tarix elmi üçün yeni istiqamət olaraq, 
əslində verilən kəmiyyət göstəriciləri  əsasında təzahür və 
proseslərin formal-kəmiyyət və riyazi modellərinin yaradılması 
deməkdir. Hər bir tarixi təhlil məzmun-təsvir və ya məzmun-
kəmiyyət xarakteri daşıyır. Bu baxımdan tarixi tədqiqatlarda 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
100 
kəmiyyət və keyfiyyət təhlilini qarşı-qarşıya qoymaq qeyri-
mümkündür.  
Tarixdə mahiyyət-məzmun təhlili təsviri xarakter 
daşıyaraq,  şifahi formada həyata keçirilir. Lakin hər bir tarixi 
təzahür və prosesin tam təhlili onlarda olan kəmiyyət və 
keyfiyyət xüsusiyyətlərinin uyğunluğu müəyyən edilməzsə, tam 
sayıla bilməz. Tarixi tədqiqat yalnız kəmiyyət və keyfiyyət 
birliyini açıqlayan ölçü müəyyən edildikdə tamamlanmış hesab 
olunur. Məhz bu konteksdən tarixi tədqiqatlarda kəmiyyət 
metodlarının yerinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət 
kəsb edir.  
Nəzəri cəhətdən istənilən tarixi reallığın öyrənilməsi 
zamanı  kəmiyyət metodlarını  tətbiq etmək olar. Lakin bu 
metodların praktik tətbiqi yalnız obyektlər və proseslərin tədqiqi 
müəyyən səviyyəyə çatdıqda mümkün olur. Məhz buna görə 
tarixi tədqiqatlarda kəmiyyət və riyazi metodların köməyi ilə 
həll oluna biləcək üç tip problem müəyyən edilir: 
1) tədqiq edilən reallığın təşkil olunduğu keyfiyyətlərin
xüsusiyyətlərin kəmiyyət ölçüsü və  sərhədlərini 
müəyyən etmək üçün onun rəqəmlər vasitəsi ilə 
xarakterizə olunması; 
2) tədqiq edilən hadisə və proseslərin formal-kəmiyyət və 
riyazi modellərinin qurulması; 
3)  yeni elmi nəzəriyyələrin yaradılması  və artıq mövcud 
olanların ifadəsi üçün riyazi metodların tətbiqi. 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə