Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
19 
Artıq XX əsrdə alimlər mənbə dedikdə insan zehninin
təfəkkürünün məhsulu olan, insanın şüurlu fəaliyyəti nəticəsində 
yaranan hər bir şeyi nəzərdə tuturdular.  
Mənbəşünaslıq baxımından hər bir tarixi mənbə iki 
istiqamətdə- nəzəri-metodoloji və konkret-tətbiqi, təhlil olun-
malıdır. Mənbənin nəzəri-metodoloji təhlili onun mənşəyi, 
sosial təbiəti, mahiyyəti, mənbədə  əks olunan hadisə  və 
proseslərin tarixi gerçəkliyə nə dərəcədə uyğun gəlib gəlməməsi
mənbələrdə obyektiv və subyektiv informasiyanın dərəcəsi, 
mənbənin informasiya vermə qabiliyyəti və s. məsələləri  əhatə 
edir.  
XIX  əsrin alman alimi L.Ranke 1830-cu ildə tarixin 
«saflaşdırılmasına» qarşı etiraz olaraq qeyd etmişdir ki, 
“tarixçinin vəzifəsi sadəcə olaraq, onun (yəni tarixin) əslində və 
ya olduğu kimi baş verdiyini əks etdirməkdir. Alman, Britaniya, 
və  hətta Fransanın üç nəsil tarixçiləri bu sehrkar sözlərin, yəni 
“necə olubsa, eləcə  də  bərpa etmək” sözlərinin necə  həyata 
keçirilməsi üsulluarı üzərində düşünüblər. Problemin 
mürəkkəbliyi isə çox zaman tarixçilərə lazım olan 
informasyianın mənbələrdə əks olunmaması ilə bağlıdır. 
Hər bir tarixi mənbə üç elementin kombinasiyasından 
yaranır. Bu elementlər ətraf mühit və ya tarixi gerçəklik, reallıq, 
bu reallığı  əks etdirən subyekt, yəni tarixi mənbənin yaradıcısı 
və subyektin obyekti əks etdirərək qeydə aldığı və mənbədə əks 
olunan informasiyadan ibarətdir.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
20 
Tarixi gerçəklik ---------- subyekt ----------  informasiya 
İnformasiya bu halda obyektiv reallığın  əks olunmuş 
rəngarəngliyidir. Sözsüz ki, istənilən  əksetmə prosesi şüurlu 
prosesdir və ətraf gerçəkliyi əks etdirən subyekt bunu müəyyən 
məqsədlər çərçivəsində  həyata keçirir. Başqa sözlə, mənbədə 
informasiyanı  əks etdirən müəllif  ətraf mühitə  məqsədyönlü 
yanaşır. Subyekt ətraf mühiti bütövlükdə deyil, yalnız onu 
maraqlandıran, onun suallarına cavab verən, onu düşündürən, 
nəhayət, ona lazım olan problemlər baxımından  əks etdirir. 
Buna görə  də demək olar ki, informasiyanın  əks olunması  
praqmatik xarakter daşıyır.  
Lakin sözsüz ki, ətraf mühitə seçmə münasibət bəsləyən 
və onu məqsədyönlü  əks etdirən subyekt çox zaman özündən 
asılı olmayaraq, şüursuz surətdə özünə lazım olmayan faktları da 
qeydə alır. Bu növ informasiya mənbə yaradıcısının istəyindən 
asılı olmayaraq, mənbədə  əks olunur. Bu, ilk növbədə  ətraf 
mühitin, tarixi reallığın rəngarəngliyi, zənginliyi ilə izah olunur. 
Məhz buna görə qeyd etmək olar ki, informasiya prosesi eyni 
zamanda  semantik xarakter daşıyır. Mənbədə  şüursuz qeydə 
alınan məlumatlar çox zaman gizli və ya potensial informasiya 
adlanır. Çünki mənbə yaradıcısının məqsədi həmin 
informasiyanı qeydə almaq deyil, bu informasiya təsadüfü 
olaraq qeydə alınır. 
Mənbədə əks olunan informasiya müəyyən sözlər, sistem-
lər vasitəsi ilə oxucuya çatdırıldığından onun sintaksis 
xarakteriə malik olması da qeyd olunmalıdır. Mənbənin təbiət 
və  mənşəyinin öyrənilməsi mənbənin informasiya vermə 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
21 
qabiliyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhə-
miyyət kəsb edir. Belə ki, hər zaman tarixi tədqiq edən tarixçiyə 
lazım olan informasiya ilə  mənbədə  əks olunmuş informasiya 
arasında müəyyən uyğunsuzluq mövcud olub. Bunun əsas 
səbəbi ilk növbədə  mənbənin yaradıcısının qarşıya qoyduğu 
məqsədlərlə tarixi tədqiq edən tarixçinin qarşısında duran 
vəzifələrin bir-birinə uyğun gəlməməsidir. 
Tarixi mənbədə  əks olunan informasiyanın nə  dərəcədə 
obyektiv olduğunu, yəni nə  dərəcədə tarixi reallığa uyğun 
gəldiyini müəyyənləşdirmək olduqca çətin və mürəkkəb işdir. 
Mənbənin yaranmasında praqmatik aspektin mövcudluğuna 
istinad edən alimlər onun tamamilə subyektiv olmasını iddia 
edirlər. Lakin əgər nəzərə alsaq ki, mənbənin yaradıcısı  ətraf 
mühitə  məqsədyüönlü yanaşır və bu mühiti öz maraq və 
ehtiyacları baxımından öyrənir, onda biz mənbə yaradıcısının 
özü haqqında obyektiv bilik əldə edirik. Belə ki, ətraf mühitə 
qeyri-obyektiv, yəni məqsədyünlü yanaşan mənbə yaradıcısının 
düşüncələri, marağı, onun tutduğu sosial mövqe, dünyagörüşü, 
səviyyəsi, siyasi baxışları  və s. haqqında obyektiv məlumat 
vermiş olur. Ətraf mühitə  qərəzli münasibətlə subyekt özü 
haqqında tədqiqatçıya obyektiv məlumatlar vermiş olur. Qeyd 
etmək lazımdır ki, mənbələrin yaradıcısı haqqında mənbədə əks 
olunmuş informasiya da gizli xarakter daşıyır. Məhz buna görə 
də “mənbə obyektivdir, yoxsa subyektiv” sualına “həm obyek-
tivdir, həm də subyektiv”cavabı verilməlidir. Mənbənin mən-
şəyinin ikili xarakter daşıması ilk növbədə onun əksolunma 
prosesinin nəticəsi olması ilə izah edilir. Ətraf mühiti əks etdirən 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
22 
subyekt tarixi hadisələr haqqında informasiyanı öz zehni, 
təfəkkürü süzgəcindən keçirərək əks etdirir. Artıq burada tarixi 
gerçəkliyin bir hissəsi  əks olunur. İkincisi isə  mənbənin 
yaradıcısı tarixi hadisələrə birtərəfli münasibəti, onları təhlil və 
əks etdirmə üsulu ilə özü haqqında, öz maraqları, dünyası, elmi 
səviyyəsi, sosial statusu və s. haqqında obyektiv məlumat verir. 
Mənbələrdə əks olunan informasiyanın obyektivlik səviy-
yəsini çox zaman onun tarixi gerçəkliyin obyektiv fəaliyyəti və 
inkişafına uyğunluq səviyyəsi ilə müəyyən edirlər. Başqa sözlə, 
mənbədə  əks olunan informasiya və ya mənbə yaradıcısının 
qarşısına qoyduğu məqsəd tarixi gerçəkliyin real inkişaf 
istiqamətlərinə zidd deyilsə, onda mənbənin obyektivlik 
səviyyəsinin yüksək olması haqqında danışmaq olar.  
Hər bir mənbənin təhlili, onda əks olunmuş informasiyaya 
seçmə münasibət  əslində  mənbənin subyektivləşdirilməsi ilə 
nəticələnir. Mənbəyə tarixçinin və ya hər hansı bir şəxsin 
müdaxiləsi onda əks olunan informasiyanın obyektivliyinə təsir 
göstərməsə də, mənbədə əks olnmuş obyektiv məlumatın qeydə 
alınması prosesini çətinləşdirir.  
Mənbədə  əks olunan hər bir informasiyanın üç aspekti –
praqmatik, semantik və sintaktik aspekti qeyd olundu. Sintaktik 
aspekt mənbədəki informasiyanın  əks olunma formaları  və 
üsullarını  əks etdirir. Məhz bu baxımdan mənbəşünaslıqda 
mənbələrin təsnifatı həyata keçirilir.  
Mənbələr tipə və növə görə qruplaşdırılır. Mənbələrin tipə 
görə  təsnifatı dedikdə  mənbələrdəki informasiyanın tarixi 
gerçəkliyin əks olunma formasına görə qruplaşdırılması nəzərdə 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə