Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
265 
XIX  əsrin  əvvəllərində Rusiya imperiyasının tərkibinə 
qatılan Cənubi Qafqazın ictimai-siyasi, sosial-iqtisadi həyatı 
Rusiya imperiyası qanunvericilik aktları  və  sənədləri ilə 
nizamlanırdı. Bu dövrdə imperator qanunvericilik təşəbbüsü ilə 
çıxış edə biləcək yeganə qüvvə idi. 1865-ci ilin aprel ayında 
verilən çar reskriptinə görə dövlət quruculuğu ilə bağlı bütün 
məsələlər üzrə  həlledici sənəd və qanunların qəbul edilməis 
bilavasitə çarın səlahiyyətində idi. 1905-07-ci illər rus 
inqilabının nailiyyəti olan Dumanın çağırılması belə bu qaydanı 
ləğv etmədi. Dövlət Dumasına qanunvericilik təşəbbüsü ilə 
müraciət səlahiyyəti yalnız imperatora məxsus idi.  
Rusiya imperiyasında mütləqiyyətin mövcudluğu qanun-
vericilk sənədlərinin dəqiq təsnifatına imkan vermir. Belə ki, 
qəbul edilmiş qaydaya görə imperatorun istənilən istək və 
arzusu qanun qüvvəsi ala bilərdi. Buna baxmayaraq, qanun-
vericilik sənədlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1) 
Manifestlər-fövqəladə hadisələrlə  əlaqədar verilən və ölkənin 
sosial-iqtisadi və siyasi həyatında mühüm dəyişikliklərlə 
əlaqədar olan qanunlar; 2) Əsasnamələr- qanunvericilik 
aktlarının forması olaraq, dövlət və özəl təşkilatların fəaliyyətini 
nizamlayan sənədlər; 3) qanunlar - Rusiya imperiyasında Dövlət 
dumasının yaranmasından sonra meydana gəlmiş, ali hüquqi 
statusa malik sənədlər; 4) fərmanlar – Dumadan kənarda 
yaranmış qanunvercilik aktları olaraq, müxtəlif məsələlərin 
hüquqi normalarını müəyyən edən sənədlər; 5) nizamnamələr - 
siyasi üstqurumda mühüm dəyişiklikləri əks etdirən sənədlər; 6) 
Dövlət  Şurasının aktları - iqtisadi məsələləri nizamlayan 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
266 
sənədlər; 7) beynəlxalq paktlar- beynəlxalq münasibətlər və 
xarici siyasəti müəyyənləşdirən sənədlər. Sonuncular özləri bir 
neçə növə bölünürlər. Onların içərisində  məktubları, müqavilə 
və sazişləri, konvensiya və protokolları göstərmək olar.  
Qunanvericilik sənədlərinin mənbəşünaslıq təhlili bu 
sənədlərin yaranma tarixi və şəraitinin aydınlaşdırılmasını tələb 
edir. Bu isə öz növbəsində  aşağıdakıları müəyyənləşdirməyi 
zəruri edir: 1) siyasi üstqurumda və dövlət quruculuğunda baş 
vermiş  dəyişikliklərin öyrənilməsi; 2) hər hansı qanunun 
yaranmasını zəruri edən konkret faktların, hadisə və proseslərin 
araşdırılması.  
İstənilən qanunvericilk sənədinin formalaşması qanun-
vericilik təşəbbüsünün yaranması, qanunvericilik layihəsinin 
yazılması  və müzakirəsi, qanunvericilik sənədinin təsdiqi və 
elanından ibarətdir. Bu sənədlərin tənqidi tədqiqi qanunvericilik 
sənədlərinin hazırlandığı müəssisə  və  təşkilatların kargüzarlıq 
materiallarının təhlili, qanunların variant və layihələrinin 
öyrənilməsini tələb edir. Rusiya imperiyası  tərkibində olan 
Qafqazın idarəçiliynə aid qanunvericilik sənədləri üç cilddən 
ibarət «Rusiya imperiyası qanunlarının tam külliyatı» 
toplusunda nəşr olunmuşdur. Toplunun sonuncu iki cildi 1881-ci 
ildən 1917-ci ilədək dərc edilmiş qanunları  əhatə edir. Bu 
sənədlər Qafqazın idarə olunması sistemi və mexanizminin, 
Rusiya imperiyasının müstəmləkəçilik siyasəti istiqamətlərinin 
və mahiyyətinin, Qafqazın sosial-iqtisavdi və ictimai-siyasi 
həyatının nizamlanması, mənəvi və  mədəni-dini dünyasının 
istiqamətləndirilməsi və s. məsələlərin işıqlandırılması  və 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
267 
öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu 
sənədlər həmçinin Rusiya qanunvericiliyinin inkişaf və  tərəqqi 
istiqamətlərinin təhlili baxımından da əvəz edilməz mənbələr 
sayılır.  
c. Kargüzarlıq sənədləri 
Kargüzarlıq sənədləri müəssisə, təşkilat və idarələrin idarə 
aparatı  fəaliyyətini  əks etdirən mənbələr toplusudur. Bu 
sənədlərin yaranması kapitalist münasibətlərin inkişafı ilə bir 
dövrə təsadüf edir. Onların yaranma səbəblərini isə ilk növbədə 
dövlət aparatının idarəedmə funksiyasının genişlənməsi, 
ictimaiyyətin idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı 
məlumata olan tələbatının artması  və kargüzarlıq sənədlərini 
qeydə almağa imkan verən texnikanın meydana gəlməsi ilə izah 
etmək olar. Kargüzarlıq sənədərinin bir neçə tipi mövcuddur. 
Bunlara birincisi, dövlət müəssisə, təşkilat və idarələrinin 
sənədləri, ikincisi, şəxsi təsərrüfat, təşkilat, müəssisə, 
kompaniya və bankların kargüzarlıq sənədləri, üçüncüsü, 
məhkəmə-istintaq orqanlarının sənədləri, dördüncüsü, siyasi 
partiya və  təşkilatların sənədləri daxildir. Kargüzarlıq 
sənədlərinin hər bir tipi öz növbəsində bir neçə növə bölünür. 
Məsələn, dövlət müəssisə, təşkilat və idarələrinin kargüzarlıq 
sənədələrinin aşağıdakı  təsnifatı mövcuddur: 1) protokol 
sənədlər; 2) hesabat sənədləri; 3) qubernator hesabatları; 4) 
reyestrlər; 5) müraciətlər; 6) yazışmalar; 7) göstərişlər; 8) 
sirkulyarlar; 9) sərəncamlar; 10) diplomatik sənədlər və s. 
Bunların içərisində qubernator hesabatları mühüm əhəmiyyətə 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
268 
malikdirlər. Bu sənədlərdə quberniya ərazisinin təbii  şəraiti və 
imkanları, sərvətləri,  əhalisi,  əhalinin sosial statusu, dini 
mənsubiyyəti, kənd təsərrüfatının vəziyyəti, sənayenin inkişaf 
səviyyəsi, kəndli və  fəhlə  hərəkatı  və s. haqqında maraqlı 
məlumatlar  əks etdirilir. Hesabat sənədlərində  əsasən sosial-
iqtisadi xarakterli məlumatlar toplanmışdır. Bu sənədlərdə əmək 
haqqları, kadr məsələsi, fəhlə  və mühəndis heyətinin tərkibi, 
dövlət müəssisələrinin iş üsulu və s. haqqında informasiya 
vardır.  
Diplomatik sənədəlr  əsasən beynəlxalq münasibətlər və 
xarici siyasəti  əks etdirən materiallardan ibarətdir. Bu sənədlər 
öz növbəsində notalar, memorandumlar, yaddaş qeydləri və s. 
bölünürlər. Notalar şəxsi və verbal olmaqla iki növə malikdir. 
Bunlar dövlətlərin ayrı-ayrı öhdəlikləri  əsasında tərtib olunan 
sənədlərdir. Yaddaş qeydləri hər hansı faktın düzgün şərh 
edilməməsinin qarşısını almaq məqsədilə imzalanırdı. 
Memorandumlar isə konrket məsələlərin hüquqi tərəfini 
təsdiqləyən sənədlərə deyilir.  
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində Rusiya imperi-
yasında ictimai-siyasi gərginliyin artması, inqilabi hərəkat və 
təşkilatların güclənməsi müşahidə olunur. Bununla əlaqədar çar 
hökumətinin siyasi cəhətdən etibarsız sayılan qüvvələrə qarşı 
mübarizəsini  əks etdirən sənədlər siyasi proseslrəin daha 
obyektiv, elmi və dərindən təhlili baxımndan mühüm əhəmiyyət 
kəsb edir. Məhz bunun üçün məhkəmə-istintaq orqanları 
materiallarının təhlili xüsusi maraq doğurur. Axtarışların, 
dindirmələrin, ifadələrin protokolu, hesabat sənədləri, 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə