Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
285 
siyahıyalanıması 1926-cı ildə keçirilmişdi. Ondan 
sonra 1929, 1936, 1939, 1959, 1979-cu illərdə siyahıya 
alınma keçrirlmişdi. SSRİ  ərazisində son ümumittifaq 
siyahıyaalınması 1989-cu ildə olmuşdu. 1936-cı ilin 
siyahıyaalınması  nəticələri isə Stalinin əmri ilə 
«saxtalaşdırılmış» elan edilərək, məhv edilmişdi.  
6.
 
Sovet mətbuatı bir mənbə kiim özünəməxsus xüsusiy-
yətlərə malikdir. İlk növbədə qeyd etmək laızmdır ki, 
birpartiyalı siyasi sistem və avtoritarizm SSRİ 
ərazisində partiya orqanlarından başqa hər-hansı 
alternativ təbliğat və  təşviqat aparatının olmasını 
qadağan edirdi. Bu baxımdan sovet dövrü mətbuatı 
yalnız Kommunist partiyası  və sovet hökumətini  
təmsil edirdi. Partiyanın qoyduğu qaydaya əsasən 
bütün qəzet redaktorları partiya üzvü olaraq, qəzetdə 
çıxan materiallara görə bilavasitə  məsuliyyət 
daşıyırdılar. Partiyanın ideoloci orqanları  mətbuat 
orqanlarını ciddi nəzarətdə saxlayır, sərt sovet 
senzurası çap məhsullarını saf-çürük edirdi. Bu 
xüsusiyyətlər sovet mətbuatı materiallarından istifadə 
edilərkən nəzərə alınmalıdır.  
Bütövlükdə sovet dövrü mənbələrinin bir sıra spesifik 
xüsusiyyətləri mövcuddur. İlk növbədə bu, partiyanın cəmiy-
yətin bütün ictimai həyat aspektlərini nzarətdə saxlaması 
cəhdləri ilə izah olunur. Bu baxımdan yaradılmış bütün yazılı 
mənbələr və informasiya partiyanın ciddi təsiri və təzyiqi altında 
formalaşmışdı. Siyasi həyatın qapalılığı, informasiya blokadası 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
286 
və bütün məlumatların partiyanın imicinin qorunub saxlanılmaq 
şərti ilə paylanması sovet dövrü mənbələrinin obyektivliyinə 
ciddi xələl gətirən faktorlardandır. Lakin yuxarıda sadalananlar 
bu mənbələrin tam saxtalığına da dəlalət etmir. Əslində bu 
saxtalaşdırılmış  məlumatlar o dövr siyasi hakimiyyətinin 
fəaliyyət prinsipləri, gerçəkliyi dərk etmə yolları  və metodları 
haqqında obyektiv təsəvvür əldə etmək imkanı verir. 
XX  əsrin sonunda Sovet İttifaqının süquta uğraması ilə 
müttəfiq respublikalar dövlət müstəqilliyini elan etdilər. O 
dövrdən bu günümüzədək baş vermiş tarixi hadisələrin 
araşdırılması və tədqiqi bilavasitə tarix deyil siyasət adlandırılsa 
da, gələcək nəsillər üçün onun mühüm əhəmiyyət kəsb etməsi 
danılmazdır. Müasir dövrümüz yeni mənbələrin yaranması  və 
artıq məlum olan mənbələrin inofrmasiya vermə qabiliyyətinin 
artırılması üçün yeni metodalrın tətbiqi ilə xarakterizə olunur. 
İnternet məlumatlarından istifadə, təbii elmlərin metodlarının 
tarixdə geniş  tətbiqi indiyədək  əldə edilmiş elmi nəticələrin 
korrektləşdirilməsi, mükəmməlləşdirilməsi və tamamlanması 
imkanı yaradır. Bu dövrün tədqiqi üzrə  aşağıdakı  mənbə-
informasiya bazasını formalaşdırmaq olar: 
1.
 
Akt sənədləri: qanunverici, icraedici və  məhkəmə 
orqanlarının sənədləri. Bu sənədlər müasir dövrdə 
dövlətçiliyin inkişafı istiqamətləri və cəmiyyətin müx-
təlif sahələrində aparılan işlərin tədqiqi baxımından 
əhəmiyyət kəsb edir.  
2.
 
Kargüzarlıq sənədləri müxtəlif nazirliklərin, ictimai və 
siyasi partiya və  təşkilatların mətbəx sənədlərinin, 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
287 
qərar və qətnamələrin, sərəncam və yazışmaların, əmr 
və göndərişlərin külliyatını təşkil edir.  
3.
 
Statistika ölkə iqtisadyyatının bütün sahələrində 
mövcud olan strukturların, bank və investisiya qurum-
larının fəaliyyətinin araşdıırlmasına, iqtisadi vəziyyətin 
öyrənilməsinə, ölkənin iqtisadi potensialı  və iqtisadi 
inkişaf perspektivlərinin, sosial problemlərin 
xarakterinin müəyyənləşdirilməsinə imkan verir.  
4.
 
Dövrü mətbuat materialları müasir dövrümüzün 
tədqiqində  əvəzedilməz informasiya bazası rolunu 
oynayır. Demokratik, vətəndaş cəmiyyətinin qurulması 
yollarında atılan addımlar cəmiyyətin daha da açıq 
olmasına  şərait yaradır. Bu ilk növbədə  cəmiyyətin 
inofrmasiya  əldə etmək imkanlarının genişliyi və  əldə 
edilmiş informasyianın yayımlanma azadlığında özünü 
büruzə verir. Sovet dövründən fərqli olaraq, müasir 
dövrdə kütləvi informasiya vasitələrinin tərəqqisi və bu 
sahədə əldə edilən nailiyyətlər informasiya blokadasını 
qeyri-mümkün etməklə  cəmiyyətlərin daha da 
yaxınlaşmasına imkan yaradır. Respublikamızda hal-
hazırda müxalifat, hakimiyyətpərəst və neytar olmaqla 
üç istiqamət, üç tip informaisya vasitəsi mövcuddur. 
Belə alternativlik cəmiyytəin siyasi-ideoloci, sosail 
vəziyyəti və  gələcək inkişaf perspektivləri haqqında 
müəyyən fikir formalaşdırır. 
Beləliklə, mənbəşünaslıq kursu Qafqaz və Azərbaycanın 
antik dövrdən müasir dövrümüzə  qədər olan tarixinin bərpası 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
288 
üçün lazım və  zəruri olan mənbələrin təsnifatı  və 
xüsusiyyətlərini müəyyənləşdirir. Hər bir mənbə, hər bir 
informasiya bazası yarandığı tarixi şərait, yaranma səbəbləri və 
məqsədi baxımından tarix və ictimaiyyət qarşısında müəyyən bir 
missiyanın daşıyıcısıdır. Bu missiyanın tədqiqtçılar tərəfindən 
düzgün qiymətləndirilərək yönəldilməsi, tədqiq olunan 
problemlərin həqiqi informasiya bazasının formalaşdırılması, 
mənbələrin  əsl elmi təhlilinin həyata keçirilməsi olduqca çətin 
və məsuliyyətli işdir. Mənbələrin düzgün seçilməsi və hərtərəfli 
obyektiv təhlili bizim keçmiş haqqında biliklərimizin nə 
dərəcədə obyektiv və elmi olacağına təminat verir. Keçmişi 
bərpa etməyə hazırlaşan hər bir tarixçi bu məsuliyyəti dərk 
etməli və elmi obyektivliyi subyektiv faktorlara qurban 
verməməlidir. 
Ədəbiyyat siyahısı 
1.
 
Azerbaydjan v üifrax. B., 1973 
2.
 
Azerbaydjan v üifrax v 1978 q. B., 1979 
3.
 
Azərbaycan xalq Cumhuriyyəti. (1918-1920). 
Parlament. I, II cild. Bakı, 1998 
4.
 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika. (1918-
1920). Zakonodatelğnıe aktı. B., 1998 
5.
 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika. (1918-
1920).Armiə. B., 19998 
6.
 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika. (1918-
1920). Vneşnəə politika. B., 1998 
7.
 
Baku v üifrax. B., 1967 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə