Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
289
8.
Vsesoöznaə perepisğ naseleniə. 1926 q. M., 1927
9.
Vsesoöznaə perepisğ naseleniə. 1939 q. M., 1940
10.
Vsesoöznaə perepisğ naseleniə. 1970 q. M., 1971
11.
Qadjibeyli Dc. İzbrannıe. B., 1995
12.
Dekretı Azrevkoma. 1920-1921. B., 1988
13.
Dokumentı vneşney politiki SSSR. M., 1957-1977
14.
Ziyadxan A. Azərbaycan. B., 1990
15.
İz otçeta o prevom scezde «Musavat». Açıq sez. 29
10.1917 q.
16.
İtoqi desətiletiə sovetskoy vlasti v üifrax. 1917-1927.
M., 1927
17.
KP Azerbaydjana v üifrax. B., 1982
18.
K istorii obrazovaniə NKAO Azerbaydcanskoy SSR.
1918-1925: Dokumentı i materialı. B., 1989
19.
Lloyd Djordj D. Voennıe memuarı. M., 1934-38, tt.1-4
20.
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B.,
1992
21.
Narimanov N. İzbarnnıe proizvedeniə v z-x tomax. B.,
1988
22.
Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair
(İ.V. Stalinə məktub)
23.
Narodnoe xozəystvo Azerbaydjanskoy SSR., B., 1965
24.
Pervıy Vseazerbaydjanskiy scezd Sovetov.
Stenoqrafiçeskiy otçet. B., 1922
25.
Promışlennostğ SSSR.M., 1964
26.
Rəsulzadə M. Əsrimizin Siyavuşu. Çağdaş
Azərbaycan. B., 1992
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
290
27.
Topçibaşev A.M. Memorandum. B., 1993
28.
Topçibaşev A.M. Azərbaycanın təşəkkülü. Az.EA
Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1990, №3
29.
Xauz G. Arxiv polkovnika Xauza. M., 1937-1945, tt.
1-4
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
291
ƏLAVƏLƏR
Əlavə № 1
Roma rəqəmləri
I-1 LXXXY-85
II-2 XC-90
III-3 XCY-95
IY-4 C-100
Y-5 CL-150
YI-6 CC-200
YII-7 CCC-300
YIII-8 CD-400
IX-9 D-500
X-10 DC-600
XX-20 DCC-700
XXY-25 DCCC-800
XXX-30 CM-900
XXXY-35 M-1000
XL-40 MD-1500
XLY-45 MDC-1600
L-50 MDCC-1700
LY-55 MDCCC-1800
LX-60 MCM
və ya MDCCCC-1900
LXV-65 MCMX-1910
LXX-70 MCMXX-1920
LXXY-75 MCMXXX-1930
LXXX-80 MCMXL-1940
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
292
MCML-1950 MCMLXXX-1980
MCMLX-1960 MCMXC-1990
MCMLXX-1970 MM-2000
Əlavə № 2
Orta əsr ərəbdilli müəlliflərin əsərlərindən
XV əsrin müəllifi əl-Kəficinin “Tarixşünaslığa həsr
olunmuş qısa əsər” (əl-Mühtəsər fit elm ət-tarih) adlı əsəri 1463-
cü ildə yazılmışdır. əl-Kəfici təx. 1386/7-ci ildə Anadoluda
anadan olmuş və 1474-cü ildə vəfat etmişdir. Dövrünün ən
görkəmli müəliflərindən olan əl-Kəfici olduqca məhsuldar
yaradıcılığa malik olmuş, lakin onun əsərlərinin yalnız bir qismi
nəşr edilmişdir. Professional tarixçi olmayan əl-Kəfici qeyri-
ənənəvi, qeyri-dini fənnlərin, fəlsəfənin və digər elmlərin
tarixşünaslığa təsiri məsələlərini əhatə etməyə çalışmışdı. Bu
əsər müsəlman tarix elmində məlum olan və tarixşünaslığın
nəzəriyyəsinə həsr olunmuş ən qədim əsərdir. Tarixin nəzəri
problemlərini Misirin 20 qədim əlyazmaları əsasında təhlil
etməyə cəhd göstərmiş alimin seçdiyi mənbələr təəssüf ki, real
tarixi deyil, ilahələr və peyğəmbərlərə həsr olunmuş rəvayətləri
əks etdirir. Əsər giriş və üç fəsildən ibarətdir. Əsərin giriş
hissəsi orta əsr tarixşünaslığının tipik nümunəsi olaraq, dini
xarakter daşıyır, birinci fəsil tarixşünaslığın prinsiplərini, ikinci
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
293
fəsil tarixşünaslığın əsas problemlərini, üçüncü fəsil isə tarix
elminin tədrisi məsələlərini əhatə etmişdir. Əsərin ikinci
hissəsində tarixçinin tədqiqat metodu probleminə toxunan
müəllif qeyd edir ki, hər hansı hadisə haqqında yazmağa
hazırlaşan tarixçi aşağıdakı təsəvvürlər nöqteyi-nəzərindən çıxış
etməlidir:
•
hadisənin müasiri olaraq, gözünlə gördüyün hadisələr
haqqında təsəvvür;
•
müəyyən biliklər haqqında təsəvvür;
•
güman edilən hadisə haqqında təsəvvür;
•
həyata keçməsi qeyri-mümkün olan ziddiyyətlər haq-
qında təsəvvür;
•
yuxarıda sadalanan hallardan fərqli təsəvvürlər (s.189).
XV əsrin digər görkəmli nümayəndəsi Əs-Səhavi
“Tarixçilərin ziddiyyətli təhlilinin açıq tənqidi” əsəri ilə ərəb
tarixşünaslığının ən güclü əsərlərindən birini yaratmışdır. Bu
əsərdə tarix akademik dini fənnlərin öyrənilməsində köməkçi rol
oynayan elm sahəsi kimi təhlil edilir. Digər tərəfdən bu əsər
yazılı tarixin yaradılması sahəsində tərtib edilmiş ən kamil
tədqiqat əsəri sayıla bilər. Əsər müəllifin müasirləri olan və
olmayan tarixçilərin yaradıcılığının tənqidi
əsasında
qurulmuşdur və müsəlman tarixşünaslığına yüksək səviyyədə
həyata keçirilmiş səyahət sayıla bilər.
Hüdud əl-Aləm. Dünyanın hüdudları. 982-ci il fars
coğrafiyası. İngilis dilinə tərcümə və şərhlər V.Minorski
tərəfindən həyata keçirilmişdir. V.Minorskinin fikrincə əsərin
müəllifi X əsrdə yaşamış və Azərbaycandan olan İbn Abu l-
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
294
Hayca ər-Rəvvaddır. Əsərin rus dilinə tərcüməsi Y.E.Borşevski
tərəfindən həyata keçirilmişdir. Əsərin 35-ci bölməsində Azər-
baycan, Ərməniyyə, Arran vilayətlərinin və onların şəhərlərinin
təsviri verilir. Təqdim olunan hissə V.Minorskinin ingilis
nəşrindən təcümə edilmişdi.
“Bu üç vilayət bir-birinə qonşudur. Onların sərhədləri bir-
birinin içərisinə girir. Bu regionun (nahiyənin) şərqi Gilan,
cənubu İraq və Cəzirə, qərbi Rum və Sərir, şimalı isə Sərir və
Xəzərlər (Xazaran) ilə həmsərhəddir. Bu ərazi bütün islam
torpaqları içərisində ən gözəl və mülayimidir (bisyar ni
mattarin). Bu nahiyə axar suları və gözəl meyvəsi ilə çox çiçəkli
və yaraşıqlıdır. Bu ərazi dünyanın bütün hissələrindən inam
dalınca bura gələn tacirlərin, mübarizkarların və xaricilərin
sığınacaq yeridir.
...1. Ərdəbil Azərbaycanın paytaxtı, divarları olan böyük
şəhərdir. Bu çox sakit və gözəl bir şəhərdir. Bu şəhər
Azərbaycan şahlarının iqamətgahı olan yerdir. Bu şəhərdə
zolaqlı və müxtəlif rənglərdə olan məhsullar istehsal olunur.
3. Təbriz Alə bin Əhməd tərəfindən tikilmiş divarları olan
kiçik, lakin çiçəklənən və gözəl şəhərdir.
4. Marağa böyük, çiçəklənən və gözəl, axar suları və çiçək
açan bağları olan şəhərdir. Onun çox möhkəm divarları var idi,
lakin Busacın oğlu onları dağıtdı.
6. Muğan dəniz sahilində yerləşən və nahiyəsi olan
şəhərdir. Onun nahiyəsində Muğan adlanan iki şəhər vardır.
Muğandan küllü miqdarda boyaq məhsulları, taxıl, cuval və
xalça ixrac olunur.” (s.142-143)
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
295
Əsərin bu hissəsində Azərbaycanın 7 şəhərinin adı çəkilir:
Ərdəbil, Asna, Təbriz, Marağa, Vərzənd, Muğan, Varsan.
Ərməniyyə və Arran bir yerdə təsvir olunur. Ərməniy-
yənin şəhərləri içərisində Urmiya, Samas, Xoy, Naxçıvan,
Bidlis, Malazgird, Qaliqala, Erzurum, Mərənd, Əhər, Sincanın
adları sadalanır. Ümumilikdə, Ərməniyyənin 19 şəhərinin adı
göstərilir.
Arranın 22 şəhərinin adı çəkilir və təsvir olunur. Onlar-
Qaban( Qafan), Bərdə, Beyləqan, Bəzgah (Çavad?), Gəncə,
Xunan (Tiflisdən 22 fərsəng şərqdə), Varduqiya (Borçalı), Qala
(Girdman), Tiflis, Şəkki, Mubaraki (indiki Yevlağın
yaxınlığında), Süq əl-Cabal (müasir Ərəşin yaxınlığında,
Kaxetiya yaxınlığında) Sunbatman (Bərdənin şimalında), Sanar
(Şəki ilə İlisu arasındakı ərazi), Qəbələ, Bərdiç (Bərdə
yaxınlığında ərazi), Şirvan, Gürzan, Kurtvan, Şabaran,
Dərbəndi-Xəzəran, Bakıdır. Bunların içərisində ən geniş Şirvan
təsvir olunur.
“36. Şirvan, Kirzan (Bəlazuriyə əsaslanaraq, Bartold bu
ərazini Lakz ilə eyniləşdirir, cənubi Dağıstan xalqlarının-buduq,
xinaluq, kriz, haput və s. yaşadığı ərazi, Dərbəndlə Şirvan
arasında, Qafqaz dağlarına yaxın olan ərazi), Lizan (“əl-Abxaz”
(Şirvan (və ya Şabaran) ilə Samur çayı arasındakı ərazi, Lahıc,
əhalisi iran mənşəli, türklər onları “tat” adlandırırdılar) bir şahın
hakimiyyəti altında olan üç vilayətdir. O Şirvan-şah, Kirzan-şah
və Lizan-şah adlandırılır. O, Şamaxıdan bir fərsəng məsafədə
yerləşən hərbi düşərgədə yaşayır.” (s.143)
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
296
“29. Şakki, Ərməniyyənin çiçəklənən və gözəl bölgəsidir.
Onun uzunluğu təxminən 70 fərsəngdir. Onun sakinləri
müsəlman və kafirdirlər. (143-145)
“ Daxili Bulqarlar ölkəsinin təsviri
Onun şərqi Mirvət (Madyar, Qara dənizin şimal sahili),
cənubu Gurz dənizi, qərbi Səqləbs, şimalı isə Rus dağlarıdır. Bu,
dağları olmayan ölkədir. Onun əhalisi mərd, igid və
döyüşkəndir. Onların mənşəyi qonşuluqlarında yaşadıqları
Xəzər ölkəsinin türkləri ilə eynidir. Daxili Bulqarlar bütün
ruslarla müharibə şəraitindədirlər, lakin onların ətrafında
yaşayan hamı ilə ticarət edirlər. Onların qoyunları, silahları və
müharibə sursatları var.
Mirvət ölkəsinin təsviri
Onun şərqi bir sıra dağlar və Xəzər peçeneqləri, cənubu
Xəzər peçeneqləri və Gurz dənizi, qərbi Gurz dənizi sahilləri və
Daxili Bulqarlar, şimalı isə dəniz sahili və V.n.nd.r. dağları
(Madyar ?) ilə həmsərhəddir. Onlar xristiandırlar və iki dildə -
ərəb və rumi (Bizans yunanı?) dilində danışırlar. Onlar ərəblər
kimi geyinirlər. Onlar türklər və Rum ilə dostluq
münasibətindədirlər. Onların düşərgələri və mağaraları var.
Xəzər peçeneqləri ölkəsinin təsviri
Onun şərqi Xəzər dağları, cənubu Alanlar, qərbi Gurz
dənizi, şimalı isə Mirvətdir. Onlar peçeneq türkü mənşəlidirlər.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
297
Onlar bu əraziyə gəlmiş, işğal etmiş və məskunlaşmışdılar.
Onların düşərgələri, mağaraları, mal-qarası və qoyunları var.
...Xəzər qulları islam torpaqlarına əsasən bu ərazidən gətirilir. “
(s.160)
“ Alanların ölkəsinin və onun şəhərlərinin təsviri
Onun şərqi və cənubu Sərir (Markvart və Bartoldun
fikrincə avarların yaşadığı ərazi), qərbi Rum, şimalı isə Gurz
dənizi və Xəzər peçeneqləridir. Bu ölkə dağlara bölünür və
gözəl təbiətə malikdir. Onların şahı xristiandır. Onların 1000
böyük kəndi var. Onların içərisində həm xristian, həm də
bütpərəstlər var. Əhalinin bir hissəsi dağda, bir hissəsi isə
düzənlikdə yaşayır.
Sərir ölkəsinin və onun şəhərlərinin təsviri
Onun şərqi və cənubi Ərməniyyə ilə, qərbi Rum ilə, şimalı
isə Alan ölkəsi ilə həmsərhəddir. Bu ölkə dağlar və düzənlərdən
ibarət olduqca gözəl təbiətə malikdir. Söyləyirlər ki, onun
dağlarında cücə kimi böyük milçəklər uçur. Hərçənd ki, onların
şahı bu milçəklərə kifayət qədər yem göndərir, lakin onlar ac
olanda bu əraziyə gəlib istənilən kişini və ya mal-qaranı şikar
kimi apara bilirlər.
1.
Şahın sürüsü dağlarda olan ən böyük sürüdür.
...deyirlər ki, onun olduqca böyük qırmızı qızıl ehtiyatı
var.
2.
Xandan şahın hərbiçilərinin yaşadığı şəhərdir.
3.
Qaytaq, Rubas iki çiçəklənən şəhərdir.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
298
Bu ölkələrin hamısından islam torpaqlarına çoxlu qullar
gətirilir.” (s.161)
Qafqaz tarixinin öyrənilməsi. V.Minorski tərəfindən
hazırlanmış materialdan hissələr. (Studies in Caucasian History.
V.Minorsky. London 1953)
Azərbaycanın
Şəddadilər dövrü üzrə qiymətli
mənbələridən biri XVI əsr müəllifi, tarixə Münəccimbaşı adı ilə
daxil olmuş Əhməd bin Lütfullahın ərəb dilində tərtib olunmuş
“Cami əl-duval” əsəridir. Əsərin müəllifi 1702-ci ildə Məkkədə
vəfat etmişdir. Onun əsəri 1730-cu ildə Əhmət Nedim tərəfindən
tamamlanmış və “Sahaif əl-əxbar” adı altında türk dilində nəşr
edilmişdir. Münəccimbaşı əsəri tərtib edərkən küllü miqdarda
tarixi mənbələrdən (təxminən 72 dildə olan müxtəlif tarixi
mənbələrdən) istifadə etmişdir ki, onların içərisində bizim
dövrümüzə gəlib çatmamış Bab əl-Abvab, Şirvan və Arranın
(Tarix əl-Bab) yerli tarixi qeyd olunur. Münəccimbaşının
sözlərinə görə bu mənbə 1106-cı ildə tamamlanmış, lakin
Şəddadilərə aid iki mühüm fəsil və əl-Bab və Şirvanın tarixi
yalnız 1075-ci ilə qədər təsvir edilmişdir. Məhz buna görə
Münəccimbaşı öz əsərində Şəddadilərin Ani idarəçiliyi
məsələsinə toxunmur. Əsərdə hadisələrin hərtərəfli təhlili
V.Minorskiyə belə bir fikir yürütmək imkanı verir ki, müəllif
Gəncəyə yaxın bir ərazidə yaşamış və ya bir sıra yerli xarakterli
mənbələrdən istifadə etmişdir. V.Minorskinin fikrincə müəllifin
xristianlığa sərt mövqeyi və eyni zamanda türklərə mənfi
münasibəti onun yerli kürd və ya fars olması haqqında
fərziyyələr irəli sürmək imkanı verir.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
299
Mənbənin ingilis dilində təqdim edilmiş hissəsinin
azərbaycan dilinə tərcüməsi.
“VII bölmə IV fəsil: Şəddadilərin, Aran və Ərməniyyənin
bir hissəsinin hökmranlarının sələfləri haqqında.
Onlar 10 nəfərdirlər və mən belə fikirləşirəm ki,
kürddürlər. Onların paytaxtı Dəbil, sonra isə Gəncə olmuşdur.
Onların ilk yaranması 951-ci ilə, süqutu isə 1075-ci ilə təsadüf
edir. Onlar 128 il hakimiyyətdə olmuşlar.
§2. Arran cənubi Azərbaycanla həmsərhəd olan tanınmış
ərazidir. Qərbdən o, Ərməniyyə ilə, şərq və cənubdan
Azərbaycan ilə, şimaldan isə Qafqaz dağları ilə həmsərhəddir.
Onun paytaxt şəhəri Naxçıvan 5-ci iqlimdə, 78° uzunluq və 42°
enində yerləşir”. (s.5-6)
“Şəddadilərin ilk nümayəndəsi Muhamməd bin Şəddad
olmuşdur. Onun yüksəlməsi və hökmran olması səbəbi Salar
Mərzban Muhəmməd bin Musafirin 948-ci ildə Rey yaxın-
lığında məğlub olması və dörd il həbsdə qalması ilə əlaqədar
Azərbaycanın çətinliklərə düşməsi və hər bir tayfanın və ailə
qrupunun ölkənin bir hissəsini mənimsəməsi ilə izah
olunmalıdır. Və Məhəmməd bin Şəddad Dəbil və onun sakin-
lərini öz hakimiyyəti altına aldı, onlar onun hökmranlığını qəbul
etdilər, çünki bu onları və onların qadınlarını himayə edir, qonşu
düşmən qüvvələrdən, Deyləmilər (V.Minorskinin fikrincə İran
mənşəli, Xəzər əyalətlərindən olan element) və başqalarından
qoruyurdu. Və Muhəmməd bin Şəddad öz ailəsi, tayfası və
davamçıları ilə 951-ci ildən Dəbildə hökmranlıq etməyə başladı.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
300
Salar İbrahim bin Mərzban Azərbaycanın bir hissəsində
əsir düşmüş atasının hərbi qulluqçusu kimi xidmət edirdi. Bu
haqda ona xəbər çatan kimi o, Durmusun (Durlüs - Vayadzor?)
hakiminə məktub göndərərək, onu Şəddadiyə qarşı çıxmağa və
onu Dəbildən qovmağa çağırdı. Deyilənə görə o, bu çağırışa
tabe oldu və erməni, lakz və digər kafirlərdən ibarət Mühamməd
bin Şəddada qarşı qoşun topladı. ....Onlar iki çayın -Araz və
Metsamaur (Azat?) çayının arasında görüşdülər. Müsəlmanlar
qalib gəldilər, kafirlər isə məğlub oldular....Muhamməd bin
Şəddadi qələbə ilə Dəbilə qayıtdı.” (s.8-9)
“1031-ci il şənbə günü İd əl-Ədha Fədl bin Muhəmməd
bin Şəddad öldü. Onun hökmranlığı 47 il sürmüşdü.
Onu oğlu və varisi Abul-Fəth Musa bin Fədl bin
Muhəmməd bin Şəddad 19 noyabr 1031-ci ildə əvəz etdi. Həmin
il Rus ikinci dəfə gəldi və Musa onlara qarşı Bakuya
yaxınlığında döyüşə girdi. O, onların çoxlu döyüşçülərini
öldürdü və öz ərazilərindən uzaqlaşdırdı. 1034-cü ildə Ləşkəri
Ali bin Musa öz atası Əbul-Fəth Musaya qarşı hücuma keçdi və
onu xəyanətkarcasına öldürdü. Onun hökmranlığı 3 il davam
etdi.” (s.17-18)
“Həmin 1062-ci il Alanlar Alan darvazalarını keçərək,
Aran ərazisinə soxuldular, çoxlu adamı öldürdülər və 20.000-
dən çox adamı, kişi, qadın və uşağı... əsir götürdülər. 1063-cü
ildə Abül-Asvər Gəncə yaxınlığında möhkəmləndirilmiş divarlar
tikdirdi. Onları möhkəm darvazalarla birləşdirdi və onların
ətrafında dərin xəndəklər qazdırdı və Gəncənin ərazisi
genişləndi.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
301
Elə həmin il o, Şarvanın ərazisinə soxuldu və Gülmiyan
qalasını ələ keçirdi. O, burada öz hərbçilərini və döyüşçülərini
yerləşdirdi. Sonra o, Şarvan şəhəri üzərinə yeridi. Şarvanlılar
ona qarşı vuruşdular, lakin məğlub oldular. O, onları izləyərək,
çox hissəsini məhv etdi, əyanlar içərisindən 50-yə yaxın Lakz və
Küvərvətdan (Dağıstanın cənub hissəsində) olan əsl-nəcabətli və
mərd kişini əsir götürdü. O, olduğu bütün ərazilərdə var-dövlət,
atlar və qənimət ələ keçirdi. Sonra o, Bərdiyə (əl-Yazdiyə-
Şamaxı) üzərinə hücum etdi və onun qızını, Şarvanın hakimi
Saların həyat yoldaşını onun xəzinəsi və atları ilə birgə əsir
götürdü. Sonra o, geriyə Arana qayıtdı, lakin həmin 1063-cü ilin
Rəcəb ayında Şarvana qayıtdı və taxılı və kəndləri yandırdı,
sonra isə geri qayıtdı. 1066/67- ci ildə Abul-Asvər yenidən
Şarvana döndü K.r (?) və Qatranı mühasirəyə aldı və Haməvəri
(?) işğal etdi. Kürd əyanları ona birləşdilər... Sonra o, öz
paytaxtına döndü, bundan sonra onunla Şarvanın hakimi
arasında 1064-cü ilin Rəcəb ayında sülh bağlandı və Abul-Asvər
Gülmiyan qalasını ona qaytardı, sonra ondan 40.000 dinar
(xərac) aldı.
1065-ci ildə Sultan Alp Arslan Səlcuqi Ərməniyyə və Ru-
ma qarşı müqəddəs müharibəyə başladı. O, çoxlu qalalar işğal
etdi və onları Abul-Asvərə, Aranın hakiminə etibar etdi ki, öz
şahlığına əlavə etsin... 1065-ci ildə Abul-Asvər öz qoşunlarını
səfərbər etdi və Ərməniyyə və Rumun ərazisinə soxuldu. O, Ani
üzərinə yürüş etdi və orada qayda-qanun yaratdı. O, oraya öz
maliyyə nümayəndəsini qoydu və onu öz ordusu, sursatı və
döyüşçüləri ilə möhkəmləndirdi. Sonra o, Rumun içərisinə
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
302
doğru irəlilədi. Və o, Aninin qonşuluğunda olan güclü qalanı
işğal etdi və onu öz adamları ilə möhkəmləndirdi. Sonra o,
yolunu dəyişərək, Vucun (Zanda) qalası istiqamətində
irəliləməyə başladı. O, düşərgəsini onun yaxınlığında saldı,
qalanı hücümla aldı və orada etibar etdiyi adamları yerləşdirdi.
Sonra o, geriyə Gəncəyə döndü.” (s.20-21)
60-cı səhifəyə aiddir (Klavdiy Ptolemeyin xəritəsi, b.e.II
əsri)
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
303
61-ci səhiyəfə aiddir (əl-İstəxrinin xəritəsi, X əsr)
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
304
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
305
61-ci səhiyəfə aiddir (əl-İdrisinin xəritəsi, XII əsr)
Dostları ilə paylaş: |