Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

273 
toxumçuluq üçün daha qorxulu olduğunu müəyyən etmək 
çətindir. Mutantlar özlərinin çətinliklə seçilən dəyişiklikləri ilə 
fərqlənir. Onların morfoloji və bioloji xüsusiyyətlərinə görə 
kəskin fərqlənsələr də, fizioloji xassələri ilə əsas sortdan seçil-
mirlər. Bu cür spontan mutasiyalar başqa bitkilər ilə tozlan-
dıqları üçün toxumu pisləşdirir.  
Xəstəliklərə qarşı immunitetin azalması.  Sortun yaradıl-
ması prosesində müxtəlif xəstəliklərə (göbələk, bakteriya və s.) 
qarşı daimi seçmə aparıldığına görə onlarda güclü immunitet 
yaranır. Lakin bəzən bu xəstəliklərdən törəmiş başqa törədici-
lərin fəaliyyət zonasına düşür və sortun xəstəliklərə qarşı 
davamlılığı azalır.  
Sortun ekoloji depressiyası.  Sortlar təbiətinə görə geniş 
ekoloji plastikliyə və yaxud az plastikliyə malik olur. Birincilər 
müxtəlif ekoloji şəraitlərdə    və zonalarda yüksək məhsul verə 
bilir. Əgər sortu əhatə edən mühitlə onun biologiyası arasında 
müəyyən uyğunluq yoxdursa, onda bitki orqanizminin fizioloji  
funksiyası pozulur və depressiyası baş verir. Nəticədə məhsul-
darlıq və  məhsulun keyfiyyəti xeyli azalır. Ona görə  də  hər 
sortun toxumçuluğu üçün optimal zonalar seçilməlidir.  
Payızlıq buğda əkinlərində bizim respublikada ən geniş ya-
yılan növ qarışığı yabanı  vələmir və payızlıq çovdardır. Sort-
laşdırma və  təmizləmə vaxtı çovdar buğda dənindən, yabanı 
vələmir isə arpadan çox çətinliklə ayrılır.  Əkin dövriyyəsinə 
əməl etməklə bu cür qarışığa yol verməmək lazımdır. Növ 
alağına əsasən sünbülləmədən sonra, qarışıqları asanlıqla ayırd 
etmək mümkün olduqda başlayırlar. 
Sort alağını o vaxt aparmaq mümkün olur ki, bitkilərin artıq 
sort əlamətləri formalaşır və onları asanlıqla bir-birindən fərq-
ləndirmək mümkün olur. Arpa və buğda  əkinlərində sort 
alağını sünbülləmədən sonra aparmağa başlayırlar. Çünki bu 
vaxt qarışıqların qılçıqlı  və  qılçıqsız olması bilinir. Əsas sort 
alağını isə sünbülün rənginə görə seçmək mümkün olduqda 
aparılır.  


274 
Sort alağı aparan zaman, həmçinin digər alaqlar və  xəstə 
bitkilər də əkin sahəsindən kənara çıxarılaraq məhv edilməlidir. 
Çətin ayrılan mədəni bitkilər yazlıq buğda əkinlərində mədəni 
arpa və payızlıq çovdar, payızlıq çovdar əkinlərində buğda və 
arpa, arpa əkinlərində buğda, vələmir və yabanı vələmir sayılır. 
Sort alağını aparan zaman aşağıdakı  xəstəliklərə tutulmuş 
bitkilər xüsusi diqqətlə təmizlənməlidir: bərk və tozlu sürməyə 
tutulmuş payızlıq arpa və buğdalar; gövdə pası  xəstəliyi olan 
payızlıq çovdar; tozlu sürməyə tutulmuş vələmir və darı.  
Sort və növ alağı edilib qurtardıqdan sonra yığımqabağı 
bütün sort əkinləri təlimat əsasında aprobasiya edilir.  
Əkinlərdə növ və sort alaqlarının, eləcə  də cins əkinlərdə  
aprobasiyanın vaxtında və düzgün aparılması yetişdirilən 
toxumun keyfiyyətini yüksəltməyin əsas üsullarıdır.  
 


275 
XVIII FƏSİL 
 
TOXUMÇULUQDA NƏZARƏT 
 
Nəzarətin növləri.  Sort toxumlar kənd təsərrüfatı istehsa-
latında  əsas vəsait hesab olunur. Kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığı  və keyfiyyəti  əsasən toxumun keyfiyyətindən 
asılıdır. Toxum materialında başqa qarışıqlar olmamalıdır və o, 
yüksək cücərmə qabiliyyətinə, həmçinin sağlam, zərərverici və 
xəstəliklərə tutulmayan, cins keyfiyyətinə malik olmalıdır.  
Toxumun təmiz sortluluq dərəcəsi və birtipliyi onun sort 
keyfiyyətini təşkil edir. Ona görə  də toxumçuluq işi elə  təşkil 
edilməlidir ki, çoxalma zamanı yaxşı toxum almaq mümkün 
olsun.  
Toxumlar kütləvi çoxalma zamanı, daşındıqda və saxlandıq-
da  əkin keyfiyyətinin saxlanması çox çətindir. Ticarət sistemi 
və bazarlardan toxum satılması ilə  əlaqədar olaraq bir əmtəə 
kimi onun cücərmə qabiliyyəti, zibilliyi, rütubətlik dərəcəsi 
üzərində nəzarət etməyə ehtiyac gəlir.  
Rayon  toxum-nəzarət laboratoriyasının vəzifəsi toxumun 
səpin keyfiyyəti üzərində bilavasitə nəzarət etməkdən ibarətdir. 
Bununla yanaşı olaraq rayon toxum-nəzarət laboratoriyası 
toxum məhsulu anbarda saxlandıqda toxumçuluq sənədləri və 
tədarük məntəqələri üzərində yoxlama aparır. “Toxum keyfiy-
yət şəhadətnaməsi” verir, toxumun səpin üçün yararlı olmasını 
müəyyən edir. Karantin müfəttişliyinin vəzifəsi karantin alaq 
otlarının  toxumu, zərərverici və  xəstəliklər üzərində  nəzarət 
etməkdən ibarətdir, həmçinin xaricdən gətirilən toxumlar 
üzərində xarici karantin nəzarət aparır.  
Hal-hazırda Azərbaycanda toxum üzərində dövlət və  təsər-
rüfat tərəfindən nəzarət aparılır. Dövlət nəzarəti fermer təsər-
rüfatı və seleksiya-təcrübə idarələrində kənd təsərrüfatı bitkiləri 
toxumlarının keyfiyyəti üzərində aparılan tədbirlər sistemindən 
ibarətdir. Dövlət nəzarətinin bilavasitə  vəzifəsi fermer təsər-


276 
rüfatlarının ayırdığı toxum materiallarının səpin və cins key-
fiyyətini müəyyən etməkdən ibarətdir.  
Dövlət nəzarəti iki formada olur: 
1.  Sort  əkinlərdə bitkilər kökü üzərində olarkən aparılan 
nəzarət-bu tarla aprobasiyasıdır. 
 2. Toxum nəzarəti –dövlət toxum-nəzarət laboratoriyaları 
ilə toxumların saxlanması, tədarükü və planlı istifadəsi zamanı 
sort və səpin keyfiyyəti üzərində olan nəzarətdir.  
Toxum  üzərində dövlət nəzarətindən başqa, təsərrüfatdaxili 
nəzarət də aparılır.  
Təsərrüfatdaxili nəzarətin vəzifəsi daim toxumçuluğun tex-
nikası  və aqrotexnikası üzərində  nəzarət etmək, toxumun sort 
zibillənməsinin, cırlaşmasının və  səpin keyfiyyətinin aşağı 
düşməsinin qarşısını almaqdan ibarətdir. Bu nəzarət düzgün 
aparılmazsa, toxumçuluq işinə və təsərrüfata böyük ziyan vura 
bilər.  
Təsərrüfatdaxili nəzarət, toxumçu aqronom, fermer təsərrü-
fatının idarə heyəti, müdiriyyəti və digər məsul işçiləri tərəfin-
dən aparılır. Təsərrüfatdaxili nəzarət zamanı orta nümunənin 
düzgün götürülməsinə, aprobasiyanın aparılmasına, toxumçu-
luq sahələrinin ayrılmasına və bu sahələrdə toxumçuluğun 
aqrotexnikasına əməl edilməsinə nəzarət edilir.  
 Təsərrüfatdaxili nəzarət zamanı, xüsusilə toxumçuluq 
sənədlərinin tərtib edilməsinə diqqət edilməlidir.  
Sortun saflılığını və təmizlik dərəcəsini təyin etmək üçün üç 
üsuldan: laboratoriyada yoxlamaq, tarlada yoxlamaq və tarla 
aprobasiyasından istifadə edilir, hər üç üsul bir-birini tamam-
layır.  
Sortun laboratoriyada yoxlanması. Bu yoxlamada məqsəd 
toxumların və cücərtilərin  əlamətlərinə görə toxumun 
sortluluğunu müəyyən etməkdir. Bu üsul toxum qrupunun 
əlavə yoxlanmasına imkan verir.  
Laboratoriya üsulunda sortlar cücərmə konuslarına görə, 
birinci yarpaqların və yarpaq qınının tüklülüyünə görə yazlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə