283
XIX FƏSİL
BİTKİLƏRİN TOXUMLARI VASİTƏSİLƏ
QORUNMASI VƏ SAXLANMASI
Mədəni bitkilərin genetik ehtiyatları əsasən toxumları
vasitəsilə çoxaldılır və qorunur.
Toxumların qorunmasında məqsəd mədəni bitkilərin milli
genofondunu təşkil edən mədəni bitkilərin, onların yabanı əc-
dadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələ-
cək nəsillər üçün zəmanətli qorunub-saxlanılmasını, onları hər-
tərəfli öyrənməklə ərzaq məhsulları istehsalında, kənd təsər-
rüfatı işlərinin dayanıqlı aparılmasında, elmi-tədqiqat, selek-
siya və digər
fəaliyyətlərdə istifadəsini, bitki materiallarına
olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin ərzaq,
ekoloji və bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılma-
sını təmin etməkdən ibarətdir.
Toxumların saxlanmaya hazırlanması, saxlanması, daimi
monitorinqi, nümunələrin artırılması və hərtərəfli öyrənilməsi
üçün elmi və texniki tələblərə uyğun şərait olduqda həyata
keçirilir.
Azərbaycan üçün prioritet sayılan bitkilərin
müxtəlifliyini,
həmçinin endem, nadir, itmək təhlükəsi olan bitki növlərini və
növdaxili müxtəlifliyini, yerli xalq seleksiyası sortlarını,
seleksiya proqramları üçün mühüm əhəmiyyət daşıyan və digər
qiymətli genetik materialları toxumları vasitəsilə saxlayırlar.
Mədəni bitkilərin genetik ehtiyatları əsasən toxumları va-
sitəsilə çoxaldılır və qorunur. Bura aşağıdakılar aiddir:
1. mədəni bitkilərin yabanı əcdadları və onların yaxın növ-
ləri və növdaxili müxtəlifliyi;
2. ərzaq, bəzək və dərman təyinatlı yabanı bitki materialı;
3. yerli. xalq seleksiyası sortları;
4. elmi seleksiya sortları (becərilən, istifadədən çıxarılmış və
ya tövsiyə olunan sortların milli kataloquna daxil edilməmiş);
284
5. seleksiya xətləri, təsərrüfat əhəmiyyətli əlamətlərin
mənbəyi və donorları;
6. məxsusi genetik materiallar (mutantlar, hibridlər, nişan-
lanmış xətlər, biotexnologiya üsulları ilə yaradılmış bitki for-
maları);
7. genetik məlumatın əsas daşıyıcıları - nuklein turşuları
(DNT və RNT));
8. mədəni bitkilərin genetik ehtiyatlarından istifadə hüquq-
ları.
Toxumların mühafizəsi və səmərəli istifadəsi sahəsində
fəaliyyətin əsas prinsipləri
Toxumların mühafizəsi və səmərəli istifadəsi sahəsində
fəaliyyətin əsas prinsipləri aşağıdakılardır:
1.
Toxumların mühafizəsi və səmərəli istifadəsinin təmin
edilməsi məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi
əsaslarla uzlaşdırılması;
2. Toxumların mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar
fəaliyyətin planlaşdırılması zamanı aqroekosistemlərin təbii və
sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması;
3. aqrofitomüxtəlifliyin qorunub-saxlanması və istifadəsi
üzrə fəaliyyətin bu sahədə mövcud qanunvericiliyin tələblərinə
uyğun həyata keçirilməsi;
4. aqroekosistemlərdə təsərrüfat və ya digər fəaliyyətin
səbəb olduğu antropogen çirklənmənin müəyyən edilməsi və
onun qarşısının alınması;
5. gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən
alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı
istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb
olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların
aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması.
6. Toxumların milli genofond nümunələrinin əldə edilməsi
şərtlərinin və onların istifadəsindən alınan gəlirlərin bərabər
paylanma mexanizmlərinin müəyyən edilməsi və həmçinin bu
285
ehtiyatların toplanması, təhlükəsiz qorunub-saxlanması, öyrə-
nilməsi və istifadəsi qaydalarının müəyyən edilməsi.
7.Azərbaycan Respublikasının bir sıra bitkilərin ilkin və
ikinci əmələgəlmə və mədəniləşdirmə mərkəzi olmasını sübut
etmək və Azərbaycan xalqı tərəfindən yaradılmış bitki sort-
larının mənşəyini təsdiq etmək məqsədilə genetik pasportlaş-
dırmanın həyata keçirilməsi;
8. Azərbaycan xalqına məxsus ənənəvi mədəni bitki brend-
ləri siyahısına daxil olan bitki nümunələrinin öz xarakterik
xüsusiyyətlərinin və adaptiv xassılırini qazandığı ərazilərdə
becərilməsinin stimullaşdırılması.
Azərbaycan Respublikasının Milli Genbankında (bundan
sonra Milli Genbank) ümummilli dəyərə malik mədəni bit-
kilərin genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və
nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri,
formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları
üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit
seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan
tədqiqat
materiallarının toxumları toplanır, orta və uzunmüddətli saxla-
ma şəraitində etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır,
elmi və digər məqsədlər üçün paylanır, hərtərəfli öyrənilir,
səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir,
məlumat bazası yaradılır.
Toxumları ilə qorunan mədəni bitkilərin genetik
ehtiyatlarının milli kolleksiyalarının qrupları
Toxumları ilə qorunan mədəni bitkilərin genetik ehtiyatları-
nın milli kolleksiyaları öz təyinatına uyğun olaraq aşağıda-
kıqruplara bölünür:
1.
Milli baza kolleksiyaları - mədəni bitkilərin genetik eh-
tiyatlarının milli kataloquna daxil edilən, bu ehtiyatların qiy-
mətli və nadir nümunələrindən ibarət olmaqla müvafiq müx-
təlifliyi mümkün qədər tam əhatə edən, əlaqələndirici institutun
strukturunda yaradılmış milli genbankda beynəlxalq standart-