17
2)
Xərclərin həcmi və müəssisələrin böyüklüyü ilə əlaqədar güclü bir rəqabət
yoxdur;
3)
Görülən işin növü, həcmi və sifarişçiləri ilə bir növ qapalı bir bazarın
mövcudluğu bu sahə üçün xarekterikdir;
4)
Mal və xidmət təklifi üzrə çox saylı və çeşidli fəaliyyət növünün olması bu
sahə üzrə xarekterik bir haldır.
5)
Iri həcmli və ağırlığı çox olduğundan bu xidmət sahəsinin əhatə dairəsi
məhdud radiusla həyata keçirilir.
6)
Yerli qanunla hüquqa, əxlaqa, məişət tərzinə zidd olacaq fəaliyyət
növlərinin fəaliyyətinin qeyri mümkünlüyü;
7)
Sahənin özünün gün-gündən yeniləşməsi və cavanlaşması baxımından bir-
birinə örnək və ya təsiredici gücə sahib olmaması.
Bu xususiyyətlərlə xarekterizə olunan spesifik xusisiyyətli sahədə, təbii bir
proses kimi, eyni fəaliyyət növü ilə məşğul olan müəssisələr birləşə bilərlər. Bunu
onların ümumi maraqları, ortaq mal göndərənləri, və bazara birgə mal
göndərmələri edirlər. Bu sahədə də firmaların bir qədər imkanlarını inkişaf etdirir,
başqaları isə, elə sahənin spesifikasına mövcud kortəbii, bu günkü imkan və tələblə
fəaliyyətdə olurlar.
Bu sahədə rəqabət çox zəif və çox güclü ola bilər. Çünki, sahəyə daxil olmaq
yuxarıda qeyd etdiyimiz kimi, elə də çətin deyil. Kiçik ölçülü firmalar istər
istehlakçı, istərsə partnyorlara iş sahəsində güclü nüfuza və təsir dairəsinə malik
olmadığından onlar çox vaxt iri müəssisələrin kölgəsində qalırlar. Rəqabət məhsul
çeşidinin çoxalması, xidmət servisinin yaxşılaşdırılması, daha ucuz qiymətlə
istehsal edib, ucuz da satılması, görülmüş işlərdən əlavə servis xidmətlərinin təklifi
sahələrində aparılır. Odur ki, bu sahədə bütün rəqabətqabiliyyətlilik əsas
istehlakçılar və bazar seqmentində boş qalmış yerləri doldurub nüfuz qazanmaqdan
ibarətdir.
Müəssisələr və şirkətlər öz fəaliyyətlərini beynəlxalq bazarlara çıxarırlar.
Bu, müxtəlif səbəblərdən olur. Bu səbəblərə yeni bazarları axtarmaq, daxili
rəqabətə dözə bilməmək, daha ucuz əmək resurslarından istifadə etmək və s
18
daxildir. Səbəblərin nə olmasından aslı olmayaraq, xarici bazarlarda şirkətləri
xarici ölkənin bir çox tələbləri əhatə edir. Bunlara xərclərin müxtəlif cür dəyişə
bilməsini, valyuta kyrslarının dəyişməsini, həmin ölkənin ticarət siyasəti və
beynəlxalq rəqabətin özünəməxsus xüsusiyyətlərini aid etmək olar. Bunlara ayrı-
ayrılıqda baxaq:
1)
Ölkədən ölkəyə xərclərin dəyişməsi. Hər bir ölkədə əmək haqqı həddi, əmək
məhsuldarlığı, infilyasiya tempi, enerji daşıyıcılarının qiyməti, qanunvericilik,
müxtəlif cür dəyişdiyindən çəkilən xərclər də müxtəlif olur. Məhz, göstərilən
faktorların ucuz olduğu ölkələrdə istehsalı daha asan və az xərclə təşkil etmək olur.
ə
mək qüvvəsini ucuz olduğu ölkələrə Tayvanı, Cənubi Koreyanı, Meksikanı,
Brazilyanı aid etmək olar.
2)
Valyuta kurslarının dəyişməsi. Valyuta kursları əsas göstərici kimi həm xərclərə,
həm də gəlirlərə təsir edir. Bəzən valyuta kursları il ərzində 20-40%-ə qədər
dəyişir. Bu cür dəyişmə şirkətlərin bəzilərinin gəlirlərini artırsa da, bir çoxlarını
müflisləşdirir.
3)
Dövlətin xarici ticarət siyasəti. Dövlət öz milli iqtisadiyyatını qorumaq üçün
gömrük, vergi və bu kimi sahələrdə bir çox dəyişiklik edib, daxili bazarında öz
məhsullarına əlverişli şərait də yarada bilər. Yaxud, xarici mallarla ölkənin
ehtiyaclarını ödəmək məqsədi ilə daha münbit şərait yaradıb onları həvəsləndirə
bilər. Bundan başqa, hası mahsulların çıxarıla bilməsinə və ya gətirilə bilməsinə də
icazə vermək dövlət səlahiyyətlərindədir. Daxili iqtisadi qanunlar və mülki
qanunlar və mülki qanunlar da xarici fəaliyyət üçün əlverişli və ya əlverişsiz ola
bilər.
Rəqabət dövlətlərarası və milli ola bilər. Dövlətlərarası rəqabətdə hər hansı
bir mal üzrə dünya bazarını qazanmaq, daha çox xammal satmaq və ya hansısa
məhsulun monopolist istehsalçısına çevirilmək rəqabət törədir. Qlobal rəqabətdə
qiymət və rəqabət şərtləri bütün milli bazarlar üzrə bir-biri ilə əlaqədardır. Odur ki,
bu halda vahid dövlətlərarası və qlobal bazar mövcuddur.
Qlobal rəqabətin bazar gücü onun müxtılif ölkələrdən aldığı rəqabət
üstünlüklərinin cəmi ilə düz mütənasibdir. Belə rəqabətə avtomobil, avtomobil
19
ş
ini, televizor və s. kommersiya xidməti üçün istehsal olunmuş təyyarələr
istehsalında rast gəlinir.
Beynəlxalq bazarlarda işləyən şirkətlərin alti strateji istiqaməti var:
1)
Xarici şirkətlərə öz şirkətinin texnologiyasından istifadə etməyə, yaxud da,
onun məhsullarını istehsal edib satmaq üçün lisenziyalar verilməsi. Bu halda
beynəlxalq məcmu gəlir müqavilə üzrə lisenziyaya ödənən məbləğə bərabər
olur.
2)
Milli məhsul istehsalını bir ölkədə təmsil edərək onu başqa ölkələrə ixrac
etmək. Belə halda öz paylama imkanlarından istifadə oluna bilər.
3)
Çoxmilli strategiyaya üstünlük vermək. Bu halda hər bir xarici dövlət üzrə
bazar, onun tələbi, yerli şərait nəzərə alınmaqla, onlar üçün fərdi strategiya
hazırlanır. Bunlar ümumi strategiyada birləşsələr də, hər birindəki strategiya
digərindən fərqlənir və onlar fərdi qaydada həyata keçirilirlər.
4)
Ən aşağı xərclərlə qlobal strategiyanı həyata keçirmək. Bu halda şirkət bütün
imkanları ilə hər bir dövlətdə olan satış bazarlarına öz məhsullarını aşağı
qiymətlə
göndərərək
mövcud
olan
imicini
və
bununla
da
rəqabətqabiliyyətliyini yüksəltmiş olur.
5)
Diferansasiyaya üstünlük vermə strategiyası. Şirkət öz məhsullarını
fərqləndirir ki, o, eyni xarakteristikalı məhsuların istehsalı üzrə etibarlı qlobal
imic qazanmış olsun.
6)
Təmərküzləşdirmə qlobal strategiyasını həyata keçirmə. Şirkət öz fəaliyyətini
bu və ya digər ölkələrin bazar şəraitlərinə rast gəlinən bu boşluqları
doldurmağa istiqamətləndirir.
Bütün bunlar beynəlxalq bazarda rəqabətqabiliyyətliliyi qoruyb saxlamağ
imkan verən amillərdir.
Bazar iqtisadiyyatına keçid prosesi ölkəmizdə müəssisələrin fəaliyyət
mühitlərinə onlar üçün yeni iqtisadi amili-rəqabəti gətirmişdir. Rəqabət bazar
iqtisadiyyatının əsas atributlarından biri olaraq, iqtisadiyyatın, onun sahələrinin və
sahibkarlıq fəaliyyətinin intensiv inkişaf etməsinə, istehsala ETT-nin nəticələrinin
tətbiq olunmasına və təlabatların səmərəli ödənilməsinə təkan verən xüsusiyyətləri
Dostları ilə paylaş: |