Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   2   3   4   5   6   7   8   9   10   ...   31

20 
 
özündə  cəmləşdirir.  Rəqabət  anlayışı  mürəkkəb,  çoxməqsədli,  çoxaspektli  və 
dinamik bir anlayışdır. 
       “Firmanın 
rəqabətqabiliyyətliyi” 
anlayışı 
özünə 
böyük 
iqtisadi 
xarakteristikalar  kompleksi  birləşdirir.  Bunlar  isə  firmanın  sahə  bazarlarında 
vəziyyətini  müəyyən  edir.  Bu,  kompleks  məhsulun  istehsal  sferasında  müəyyən 
olunan  xarakteriktikasını,  eləcə  də  firmanın  məhsullarının  istehsalı  və  satışında 
formalaşan  və  həmin  proseslərin  normal  gedişinə  iqtisadi  və  texniki  cəhətdən 
ə
lverişli şərait yaradan amilləri birləşdirir. 
        Məhsulun  rəqabətqabiliyyətliyi  və  istehsalçı  firmanın  rəqabətqabiliyyətliliyi 
öz  aralarında  həm  bir  hissə  kimi,  həm  də  bütövlükdə  vahid  bir  sistem  kimi 
fəaliyyət  göstərir,  yəni  qarşılıqlı  vəhdətdədirlər.  Belə  ki,  kompanyanın  müəyyən 
ə
mttə 
bazarında 
rəqabət 
mübarizəsi 
aparma 
imkanları 
məhsulun 
rəqabətqabiliyyətliyindən  və  firmanın  fəaliyyətinin  rəqabət  mübarizəsindəki 
nəticələrinə təsir edən iqtisadi metodların məcmusundan bilavasitə asılıdır. 
        Konkret  məhsul  bazarında  firmanın  rəqabəti  bilavasitə  həmin  bazarda 
firmanın  istehsal  etdiyi  məhsulun  rəqabəti  formasını  alır.  Başqa  sözlə,  məhsulun 
həmin  bazardakı  rəqabətqabiliyyətliliyi  elə  həmin  məhsulu  hazırlayan  və  onu 
dünya bazarında satan firmanın özünün də rəqabətqabiliyyətliliyidir. 
        Firmanın  rəqabətqabiliyyətliliyinin  səviyyəsinə  aşağıdakı  amillər:  istehsal 
texnologiyasının  elmi-texniki  səviyyəsi  və  texnologiyanın  təkmilləşmə  dərəcəsi; 
yeni ixtiralardan və kəşflərdən istifadə edilməsi; istehsalda müasir avtomatlaşdırma 
vastələrinin tətbiqi və s. təsir edir. 
        Firmanın  bazarda  rəqabətqabiliyyətliliyinin  təhlili  zamanı  istehlakçıların 
bazarda  firmaya  və  onun  məhsuluna  olan  münasibəti  və  bu  münasibətə  təsir 
göstərən əsas amillər də öyrənilməlidir. 
        Xammalı  emal  edən  firmaların  rəqabətqabiliyyətliliyinə  xammalın  emalı 
zamanı  alınan  gəlirin  miqdarı  təsir  göstərir.  Bu  gəlir  isə  bilavasitə  xammalın 
keyfiyyət  və  qiymət  xarakteristikalardan  aslıdır.  Eləcə  də  bu  firmaların 
rəqabətqabiliyyətliliyinə digər istehsal resurslarının qiyməti; xammalın emalından 
alınan son məhsulun bazar konyukturasındakı vəziyyəti, tələb və təklifin dəyişməsi 


21 
 
nəticəsində  qiymətin  dinamikasını,  xammalın  emal,  yaxud  istehlak  yerinə 
daşınması xərcləri və digər əlaqə formaları. 
      Xam  məhsulları  istehsal  edən  firmaların  rəqabətqabiliyyətlilik  səviyyəsinə 
onların hansı məhsulları satması, həmin xam  məhsulların harada və necə istehlak 
edilməsi amilləri də güclü təsir edir. 
       Firmaların  bazardakı  rəqabət  vəziyyəti,  eləcə  də  milli    dövlət  orqanları  və 
digər  təşkilatlar  tərəfindən  firmanın  dəstəklənməsi  və  ona  köməklik 
göstərilməsindən  xeyli  dərəcədə  asılıdır.  Onlar  firmaya  ixrac  kreditlərinin 
verilməsi,  onların  sığortalanması,  vergidən  azad  edilməsi,  bazrların  konyukturası 
haqqında informasiyalarla təmin edilməsi və s. yolu ilə köməklik edə bilərlər. 
        Adətən  firmalar  milli  və  xarici  bazarlarda  günü-gündən  kəskinləşən  rəqabət 
mübarizəsi  şəraitində  özünün  real  imkanlarını  ölçüb-biçməli,  güclü  və  zəif 
tərəflərini  təhlil  etməlidir.  Eləcə  də  o,  əməli  tədbirlər  və  vasitələr  işləyib 
hazırlamalı  və  onları  reallaşdırmalıdır.  Çünki  yalnız  bu  yolla  firma  özünün 
rəqabətqabiliyyətliliyini  yüksəldə  bilər  və  müvəqqətiyyətini  –  yüksək  gəlir 
götürməsini təmin edə bilər.  
        Firmaların  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsinə  istiqamətləndirilən 
təşkilatı tədbirləri aşağıdakı kimi qruplaşdırmaq olar: 
1)
  Bazarda  firmanın  məhsulunun  nüfuzunun  qaldırılmaına  imkan  verən  texniki-
iqtisadi və keyfiyyət göstəricilərinin təmin edilməsi; 
2)
  Istehlakçıların firmanın məhsuluna olan tələblərin konkret sifarişlərinin, eləcə də 
məhsulun etibarlığına diqqətin artırılmasını nəzərə almaqla, onun keyfiyyətinin və 
texniki-iqtisadi göstəricilərinin dəyişdirilməsi; 
3)
  Məhsulun onun əvəzedicisi ilə müqaisədə üstünlüklərini aşkar və təmin etmək; 
4)
  Məhsulun  rəqabətqabiliyyətliliyini  yüksəltmək  məqsədi  ilə  qiymət  amillərinin 
aşkar  olunması  və  istifadə  edilməsi,  o  cümlədən  bu  sahədə  rəqib  firmalar 
tərəfindən tətbiq edilən metod və üsulların öyrənilməsi; 
5)
  Məhsulun  tətbiq  olunması  üçün  yeni  sahələrin  axtarılıb  tapılması  və  istifadə 
olunmsı; 


22 
 
6)
  Məhsulun müxtəlif şəraitlərdə, müxtəlif qruntlarda işləyə bilməsinə şərait yaratmaq 
və s. 
      Beləliklə, 
konkret 
bazarda, 
yaxud 
onun 
seqmentində 
firmanın 
rəqabətqabiliyyətliliyinin  qiymətləndirilməsi  firmanın  texnoloji,  istehsal,  maliyyə 
və  satış  imkanlarının  diqqətlə  təhlil  edilməsinə  əsaslanmalıdir.  Bu  isə,  marketinq 
tədqiqatlarının  tamamlayıcı  mərhələsi  olmaqla,  firmanın  potensial  imkanlarının 
müəyyən  edilməsinə,  konkret  bazarda  yaxud  da  onun  seqmentində  rəqabət 
vəziyyətinin  yaxşı  saxlanılmasını  təmin  edə  biləcək  tədbirlər  sistemi  hazırlamağa 
və onu həyata keçirməyə köməklik edəcəkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə