26
Ölkələrin firmalarının strategiyası, onların strukturu və rəqabəti. Bu, ölkədə
firmaların yaradılması və idarəedilməsini müəyyən edən şəraiti və daxili baxarda
rəqabətin xarakterini nəzərdə tutur. Firma tərəfindən seçilən bazar strategiyası və
lazımi çevikliyi təmin edən təşkilati struktur beynəlxalq ticarətə müvəffəqiyyətlə
qoşulmanın əsas şərtlərindən biridir.
Ölkədə mövcud olan qohum və yaxın sahələrin xarakteri. Bu zaman ölkədə
dünya bazarında rəqabət qabiliyyətli olan qohum və ya yaxın sahələrin
mövcudluğu və ya qeyri-mövcudluğu nəzərdə tutulur. Müvafiq avadanlıqla
təminat, nəqliyyat, komersiya və maliyyə strukturları ilə sıx əlaqələr rəqabət
baxımından mühüm əhəmiyyət kəsb edir.
Sayılan parametrlər özlüyündə milli “romb” əmələ gətirirlər ki, onun da
komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (Sxem 1.).
Sxem 1.
M.Porterin “rəqabət rombu”nun sxemi
Bu sistemə həmçinin təsadüfi hadisələr və hökumətin siyasəti də əlavə edilir.
Bu parametrlər ölkənin rəqabət üstünlüklərini həm gücləndirə, həm də zəiflədə
bilər.
M.Porterə görə, daxili bazarda rəqabətin mövcudluğu mühümdür. O, dövlət
tərəfindən müdafiə edilərək istehsalın bir milli firmada cəmləşdirilməsinin
potensial səmərəliliyini qəti surtədə rədd edir. Bu cür dövlət firmalarının
ə
ksəriyyəti aşağı səmərəliliyi, təbii ehtiyatlarda qeyri-səmərəli sitifadəsi və aşağı
ə
mək məhsuldarlığı ilə fərqlənir.
Firmaların strategiyası, onların
strukturu və rəqabəti
Qohum və yaxın sahələr
Amillər şəraiti
Tələb şəraiti
Təsadüf
Hökumət
27
Daxili bazarda sərt rəqabət firmaları xarici bazara çıxmağa stimullaşdırır,
xarici bazar axtarmağa sövq edir. Bununla yanaşı, daxili bazarda rəqabət
qabiliyyətli əmtəələrin kifayət qədər olduğu şəraitdə xarici satış bazarının tapılması
məsələsi nisbətən asanlıqla həll edilir. Bu baxımdan, M.Porterin nəzəriyyəsinə
görə, xarici ticarətdən daha çox uduş qazanmaq üçün milli əmtəələrin rəqabət
qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır.
M. Porter istehsal amillərinin klassik nəzəriyyəsinin tərafdarı olduğundan, o,
bu amilləri nəinki məhdudlaçdırmır, hətta yenilərini, hansı ki istehsal prosesində
meydana çıxır, onları da (iş qüvvəsinin çatışmadığı şəraitdə əmək
məhsukdarlığının artması, məhdud resursların – torpaşın, və diğər təbii ehtiyatların
məhdudluğu şəraitində ehtiyatlara qənaət edən kompakt texnologiyaların tətbiq
olunması) daxil edir.
Firmanın inkişafı üçün müəyyənedici olan ikinci mühüm komponent
tələbdir. Beləki xaricdəki potensial şəraitlə qarşılıqlı təsirdə daxili tələbin vəziyyəti
firmanın şəraititnə həlledici təsir göstərir. Burada firmanən xaricə çıxmasına təsir
göstərə bilən milli xüsusiyyətlərdə (iqtisadi, mədəni, etnik, təhsil) nəzərə
alınmalıdır. M. Porterin yanaşmasında ayrıca şirkətin fəaliyyəti üçün daxili
bazarın tələbi müəyəedici hesab olunur.
Üçüncü komponent - istehsalın, xidmət göstərən və ona yaxın olan sahələrin
vəziyyəti və inkişaf səviyyəsi, müvafiq avadanlıqlarla təchiz olunması, maliyyə,
kommersiya strukturlarıvə malğöndərənlərlə sıx əlaqələrin mövcudluğu.
Dördüncüsü, rəqabət şəraiti və firmanın strategiyası. Firma tərəfindən
seçilmiş strategiya və müvafiq çevikliyi olan təşkilatı struktura beynəlxalq ticarətə
müvəffəqiyyətlə qoşulmağın vacib şərtidir. Ciddi stimul daxili bazarda kifayət
qədər rəqabətin olmasıdır. Dövlətin yardımı ilə süni hökmranlıq düzgün qərar
olmayıb, vəsaitlərdən səmərəsiz və talançı istifadə edilməsidir.
28
Müxtəlif ölkələr üçün bu amillərin müxtəlif kombinasiyası mümkündür ki,
M. Porter, buna uyğun olaraq hər bir ölkənin həyat tsklinin 4 mərhələsini
fərqləndirmişdir:
1) istehsal amilləri mərhələsi (factor - driven economy). (Bu mərhələdə olan
ölkələr əsasən malik olduqları istehsal amillərindən - ucuz iş qüvvəsi, daha münbit
ə
kin sahələri və s. istifadə etdiklərinə görə rəqabət aparırlar.
2) investisiya mərhələsi (investment - driven economy). qtisadiyyatın rəqabət
qabiliyyətliliyi dövlətin və milli firmaların investitsiya aktivliyinə əsaslanir ki, bu
zaman milli istehsalçıların xarici texnologiyalara adaptasiyası və onları
təkmilləşdirmək qabiliyyəti həlledici əhəmiyyət kəsb edir. nvestisiyaların
həcminin artması yeni, qabaqcıl amillərin yaradılmasına və müasir infrastrukturun
inkişafina gətirib çıxarır.
3) yeniləşmə mərhələsi (innovation - driven economy). Bu mərhələ geniş
sahələr timsalında, bir - biri ilə qarşılıqlı təsirdə olan 4 amilin mövcudluğundan
irəli gələn rəqabət üstünlüyü ilə xarakterizə olunur. Milli şirkətlərin
müvəfəqiyyətlə rəqabət apardığı sahələrin məcmusu əsaslı artaraq
genişlənməkdədir.
4) sərvət mərhələsi (prosperiti - driven economy). stehsalın səviyyəsinin
aşağı düşməsi. qtisadiyatın hərəkətverici qüvvəsi əldə olunmuş sərvətə xidmət
edir. Ölkə və onun şirkətləri beynəlxalq rəqabətdə öz mövqelərini tədricən verərək,
bütün gücü öz mövqelərini saxlamağa yönəldirlər. Halbuki aktiv investitsiyalar
etmədiklərindən hakimiyət orqanlarının dəsdəklədiyi konservativ strategiya
yeridirlər.
Bu bölgüyə uyğun olaraq M. Porter ölkələrə onların iqtisadi siyasətlərinə
uyğun aşağıdakı məsləhətləri formula edir:
1. stehsal amilləri mərhələsində olan ölkə iqtisadiyatları üçün:
Dostları ilə paylaş: |