Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

26 
 
Ölkələrin  firmalarının  strategiyası,  onların  strukturu  və  rəqabəti.  Bu,  ölkədə 
firmaların  yaradılması  və idarəedilməsini müəyyən  edən  şəraiti  və  daxili  baxarda 
rəqabətin xarakterini nəzərdə tutur.  Firma  tərəfindən seçilən bazar  strategiyası və 
lazımi  çevikliyi  təmin  edən  təşkilati  struktur  beynəlxalq  ticarətə  müvəffəqiyyətlə 
qoşulmanın əsas şərtlərindən biridir.  
Ölkədə  mövcud  olan  qohum  və  yaxın  sahələrin  xarakteri.  Bu  zaman  ölkədə 
dünya  bazarında  rəqabət  qabiliyyətli  olan  qohum  və  ya  yaxın  sahələrin 
mövcudluğu  və  ya  qeyri-mövcudluğu  nəzərdə  tutulur.  Müvafiq  avadanlıqla 
təminat,  nəqliyyat,  komersiya  və  maliyyə  strukturları  ilə  sıx  əlaqələr  rəqabət 
baxımından mühüm əhəmiyyət kəsb edir. 
Sayılan  parametrlər  özlüyündə  milli  “romb”  əmələ  gətirirlər  ki,  onun  da 
komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (Sxem 1.). 
Sxem 1. 
M.Porterin “rəqabət rombu”nun sxemi 
 
 
 
 
 
 
 
 
Bu sistemə həmçinin təsadüfi hadisələr və hökumətin siyasəti də əlavə edilir. 
Bu  parametrlər  ölkənin  rəqabət  üstünlüklərini  həm  gücləndirə,  həm  də  zəiflədə 
bilər. 
M.Porterə  görə,  daxili  bazarda  rəqabətin  mövcudluğu  mühümdür.  O,  dövlət 
tərəfindən  müdafiə  edilərək  istehsalın  bir  milli  firmada  cəmləşdirilməsinin 
potensial  səmərəliliyini  qəti  surtədə  rədd  edir.  Bu  cür  dövlət  firmalarının 
ə
ksəriyyəti  aşağı  səmərəliliyi,  təbii  ehtiyatlarda  qeyri-səmərəli  sitifadəsi  və  aşağı 
ə
mək məhsuldarlığı ilə fərqlənir. 
Firmaların strategiyası, onların 
strukturu və rəqabəti 
 
Qohum və yaxın sahələr 
 
Amillər şəraiti 
 
Tələb şəraiti 
 
Təsadüf 
 
Hökumət 


27 
 
Daxili  bazarda  sərt  rəqabət  firmaları  xarici  bazara  çıxmağa  stimullaşdırır, 
xarici  bazar  axtarmağa  sövq  edir.  Bununla  yanaşı,  daxili  bazarda  rəqabət 
qabiliyyətli əmtəələrin kifayət qədər olduğu şəraitdə xarici satış bazarının tapılması 
məsələsi  nisbətən  asanlıqla  həll  edilir.  Bu  baxımdan,  M.Porterin  nəzəriyyəsinə 
görə,  xarici  ticarətdən  daha  çox  uduş  qazanmaq  üçün  milli  əmtəələrin  rəqabət 
qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır. 
M. Porter istehsal amillərinin klassik nəzəriyyəsinin tərafdarı olduğundan, o, 
bu  amilləri  nəinki  məhdudlaçdırmır,  hətta  yenilərini,  hansı  ki  istehsal  prosesində 
meydana  çıxır,  onları  da  (iş  qüvvəsinin  çatışmadığı  şəraitdə  əmək 
məhsukdarlığının artması, məhdud resursların – torpaşın, və diğər təbii ehtiyatların  
məhdudluğu  şəraitində  ehtiyatlara  qənaət  edən  kompakt  texnologiyaların  tətbiq 
olunması) daxil edir.  
 Firmanın  inkişafı  üçün  müəyyənedici  olan  ikinci  mühüm  komponent  
tələbdir. Beləki xaricdəki potensial şəraitlə qarşılıqlı təsirdə daxili tələbin vəziyyəti 
firmanın şəraititnə həlledici təsir göstərir. Burada firmanən xaricə çıxmasına təsir 
göstərə  bilən  milli  xüsusiyyətlərdə  (iqtisadi,  mədəni,  etnik,  təhsil)  nəzərə 
alınmalıdır.  M.  Porterin  yanaşmasında  ayrıca  şirkətin    fəaliyyəti  üçün  daxili 
bazarın tələbi müəyəedici hesab olunur. 
 Üçüncü komponent - istehsalın, xidmət göstərən və ona yaxın olan sahələrin 
vəziyyəti  və  inkişaf  səviyyəsi,  müvafiq  avadanlıqlarla  təchiz  olunması,  maliyyə, 
kommersiya strukturlarıvə malğöndərənlərlə sıx əlaqələrin mövcudluğu. 
 Dördüncüsü,  rəqabət  şəraiti  və  firmanın  strategiyası.  Firma  tərəfindən 
seçilmiş strategiya və müvafiq çevikliyi olan təşkilatı struktura beynəlxalq ticarətə 
müvəffəqiyyətlə  qoşulmağın  vacib  şərtidir.  Ciddi  stimul  daxili  bazarda    kifayət 
qədər  rəqabətin  olmasıdır.  Dövlətin  yardımı  ilə  süni  hökmranlıq  düzgün  qərar 
olmayıb, vəsaitlərdən səmərəsiz və talançı istifadə edilməsidir. 


28 
 
 Müxtəlif  ölkələr  üçün  bu  amillərin  müxtəlif  kombinasiyası  mümkündür  ki, 
M.  Porter,  buna  uyğun  olaraq  hər  bir  ölkənin  həyat  tsklinin  4  mərhələsini  
fərqləndirmişdir: 
1) istehsal amilləri mərhələsi (factor - driven economy). (Bu mərhələdə olan 
ölkələr əsasən malik olduqları istehsal amillərindən - ucuz iş qüvvəsi, daha münbit 
ə
kin sahələri və s. istifadə etdiklərinə görə rəqabət aparırlar. 
2) investisiya mərhələsi (investment - driven economy).  qtisadiyyatın rəqabət 
qabiliyyətliliyi dövlətin və milli  firmaların investitsiya aktivliyinə əsaslanir ki, bu 
zaman  milli  istehsalçıların  xarici  texnologiyalara    adaptasiyası  və  onları 
təkmilləşdirmək  qabiliyyəti  həlledici  əhəmiyyət  kəsb  edir.  nvestisiyaların 
həcminin artması yeni, qabaqcıl amillərin yaradılmasına və müasir infrastrukturun 
inkişafina gətirib çıxarır. 
 3)  yeniləşmə  mərhələsi  (innovation  -  driven  economy).  Bu  mərhələ    geniş 
sahələr  timsalında,  bir  -  biri  ilə  qarşılıqlı  təsirdə  olan  4  amilin  mövcudluğundan 
irəli  gələn  rəqabət  üstünlüyü  ilə  xarakterizə  olunur.  Milli  şirkətlərin 
müvəfəqiyyətlə  rəqabət  apardığı  sahələrin  məcmusu    əsaslı  artaraq 
genişlənməkdədir. 
4)  sərvət  mərhələsi  (prosperiti  -  driven  economy).  stehsalın  səviyyəsinin 
aşağı  düşməsi.  qtisadiyatın  hərəkətverici  qüvvəsi    əldə    olunmuş  sərvətə  xidmət 
edir. Ölkə və onun şirkətləri beynəlxalq rəqabətdə öz mövqelərini tədricən verərək, 
bütün  gücü    öz  mövqelərini  saxlamağa  yönəldirlər.  Halbuki  aktiv  investitsiyalar 
etmədiklərindən  hakimiyət  orqanlarının  dəsdəklədiyi    konservativ  strategiya 
yeridirlər. 
 Bu  bölgüyə  uyğun  olaraq  M.  Porter  ölkələrə  onların  iqtisadi  siyasətlərinə 
uyğun aşağıdakı məsləhətləri formula edir: 
1.  stehsal amilləri mərhələsində olan ölkə iqtisadiyatları üçün: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə