Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   2   3   4   5   6   7   8   9   ...   31


 
bilər. Digər tərəfdən, istər bazarda fəaliyyət göstərən, istərsə də bazara daxil olmaq 
istəyən  şirkətlər  real  "oyun  qaydalan"  ilə  tanış  olur  və  bazar  strategiyalarını 
praktiki  ayaqlarla  formalaşdırmış  olurlar.  Ölkədaxili  sağlam  rəqabəti  qorumaqla, 
haqsız  rəqabəti  aradan  qaldırmaqla  ölkə  iqtisadiyyatını  inkişaf  etdirməklə  yanaşı 
dünya  ölkələri  arasında  dayanıqlı  rəqabət  qabliyyətliliyini  tənzimləmək  üçün 
zəmin yaranır. 
Dünya  təsərrüfatının  sistemli  təhlili  əsasında,  daxili  bazarın  xaricə  çıxış 
yolları  və  strategiyasının  müəyyən  edilməsi;  xarici  ticarətin  strukturu  və 
coğrafiyasının keyfiyyət baxımından təkmilləşdirilməsi; Azərbaycanın 2020-ci ilə 
qədər  xarici  iqtisadi  əlaqələrinin  modernləşdirilməsi  üzrə  nəzəri  və  praktiki 
tövsiyyələrin hazırlanması. 
Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələr işlənib hazırlanmış 
və yerinə yetirilmişdir. 
-
  Dünya  təsərrüfatında  rəqabət  mühitinin  araşdırılması  və  Azərbaycanın 
rəqabət strategyasının müəyyən olunması; 
-
  Yerli  senaye  sferalarının  inkişaf  etdirilməsində  dövlətin  rolu  və  xarici 
bazara çıxış; 
-
  Azərbaycanın  həyata  keçirdiyi  transregional  layihələrinin  strukturu, 
xarakteristikası,  əsas  xüsusiyyətləri  və  subyektlərininəsas  hədəflərinin 
qiymətləndirilməsi; 
-
  Azərbaycanın gələcək rəqabət imkanlarının araşdırıması və tədqiqi. 
Tədqiqatın  nəzəri-metodoloji  əsasınıTədqiqatın  nəzəri-metodoloji  əsasını 
respublikanın  və  dünya  alimlərinin  tədqiqat  mövzusuna  dair  nəşr  olunmuş  elmi 
ə
sərləri, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin bu sahədə 
qəbul etdiyi  müvafiq fərman, qərar və sərəncamlar, digər normativ iqtisadi-hüquqi 
aktlar təşkil edir.  
Dissertasiya  işinin  metodoloji  və  informasiya  bazasını    yerli  və  xarici 
iqtisadçıların materialları, kitablar, nəşrlər, Dövlət Statistika Komitəsi, Azərbaycan 
qtisadiyyat  Nazirliyi,  iqtisadi  təşkilatların  hesabat  və  məruzələri  informasiya 



 
agentliklərinin  materialları    və  tədqiqata  dair  müxtəlif  metodik  göstərişlər  təşkil 
edir. 
Tədqiqatın  elmi  yeniliyi  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki  , 
Azərbaycanın  rəqabət  strategiyasının  gücləndirilməsi  üçün  sənaye,  sahibkarlıq  ve 
s. sahələrdə həyata keçirilən və planlaşdırılan lahiyələrin təsviri, analizi və  müsbət 
təsirləri verilmişdir. Eyni zamanda iqtisadi göstəricilər verilmiş və bunun əsasında 
ölkə rəqabət qabliyyətliliyi gözdən keçirilmişdir. 
Dissertasiyanın həcmi və strukturu.Dissertasiya işi giriş, üç fəsil, nəticə və 
təkliflər,  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla,  kompyuterdə 
yığılmış  98  səhifə  həcmindədir.    Burada    cədvəllər,    diaqramlar,  qrafiklər  və  
şə
killər verilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
FƏS L I. 
Rəqabət anlayışı, onun nəzəri metodoloji əsasları və əsas 
formaları. 
1.1Rəqabət anlayışı, onun funksiyaları, əsas formaları və 
rəqabətin bazar modelləri 
      “Rəqabət”  dedikdə-  eyni  bir  məqsədə  nail  olunmasında  bir  neçə  şəxslərin 
rəqabət  fəaliyyəti  başa  düşülür.  Sərbəst  rəqabət  dedikdə,  fərdi  şəxslərin  və 
firmaların  təsərrüfat  fəaliyyətlərini  tənzimləyən  və  məhdudlaşdıran  hüquqi 
normaların  tamamilə  olmaması  başa  düşülür.  Belə  sərbəstlik  heç  vaxt  mövcud 
olmayıb və mövcud da deyildir. 
      Sərbəst rəqabət sistemi elə bir qaydadır ki, burada özəl təsərrüfat fəaliyyətinin 
hüquqi  bazisi  şəxsiyyətin  sərbəstliyinə,  xususi  mülkiyyətə  və  satışın  maddi  və 
formal məzmununun müəyyən edilməində dövlətin az iştirakına əsaslanır. 
       Rəqabət  amerika  azad  sahibkarlıq  sisteminin  ayrılmaz  tərkib  hissəsi  hesab 
edilir. Rəqabət həmişə amerika biznesi tarixinin ilk dövrlərindən başlayaraq dövlət 
tərəfindən  qiymətləndirilmişdir.  Bu  gün  də  ABŞ-da  rəqabət  firmalarının 
ölçüsündən  və  ixtisaslaşmasından  asılı  olmayaraq  biznesin  hər  bir  növündə  baş 
verir. 
Amerika  standartlarına  görə  rəqabət  iki  yerə  -  xalis  rəqabətə  və  rəqabətə 
ayrılır. 
Xalis  rəqabət  o  sahələrdə  müşahidə  olunur  ki,  orada  firmaların  əksəriyyəti 
anoloji  məhsullar  istehsal  edirlər  və  ya  xidmətlər  göstərirlər,  və  hər  bir  firma  öz 
məhsulunu  digər  sahələrə  yenidən  profilləşdirə  bilərlər.  Adətən  xalis  rəqabətli 
sahələrdə dövlət tərəfindən tənzimlənmə yoxdur.  
         Əgər  sahələrdə  az  firma  fəaliyyət  götərirsə,  onda  rəqabət  başqa  yönümdə 
cərayan edir və xarakterizə olunur. 
         Rəqabətin aşağıdakı növləri vardır: 
1)
  Firmalar arasındakı “xalis” rəqabət; 
2)
  Monopolistik rəqabət; 



 
3)
  Firmadaxili rəqabət; 
        Xalis rəqabət nəzərdə tutur ki, firmalar bazara çıxarkən bir-birləri ilə əlaqədə 
olmurlar  və  sərbəst  olaraq  alıcılar  uğrunda  mubarizə  aparırlar.  Amerika 
təcrübəsində  bu  cür  rəqabətə  fermerlər  arasında  kənd  təsərrüfatı  məhsullari 
bazarında rast gəlinir. 
        ABŞ-da  rəqabətə  praktiki  olaraq  bir  ıra  amillər  (dövlət  tənzimlənməsi, 
firmalar arasında razılaşmalar və s.) təsir edir. 
        Monopolist  rəqabət  dedikdə  firmalar  arasında  bazarların  və  yaxud  da  onun 
ə
ksər  hissəsinin  trest,  sindikat,  kartel  və  s.  çərçivəsi  şəkilində  bölüşdürülməsi 
nəzərdə tutulur.  
        Firmadaxili  rəqabət  bir  çox  iri  amerika  kompanyalarıda  hələ  20-ci  illərdə 
meydana  gəlmişdir.  Bu  rəqabət  növünün  mahiyyəti  ondan  mütəlif  bölmələr  bir-
birilə  rəqabət  edirlər.  Bu  rəqabət  də  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması, 
istehsal və marketinq xərclərinin aşağı salınması üzrə həyata keçirilir. Bu rəqabət 
müxəlif  bölgələrin  maliyyə  və  mühasibat  sənədlərinin  müqasisəsi  ilə  həyata 
keçirilir. 
         P.Zavyalov, 
V.Demidovun 
“Formula 
uspexa-marketinq” 
kitabında 
marketinqdə  rəqabətin  üç  kateqoriyası  haqqındqa  ətraflı  şərh  verirlər.  Bunlar 
funkisional, görünüş və predmet rəqabətləridir. 
         Funkisional  rəqabət ona görə ki, istənilən təlabatı müxtəlif üsullarla ödəmək 
mümkündür.  Bu  təlabatları  ödəyən  bütün  əmtəələr,  uyğun  olaraq,  funkisional 
rəqiblər hesab edilirlər. 
         Görünüş rəqabəti – eyni bir məqsədə xidmət edən əmtəələrin bir-birlərindən 
xeyli dərəcədə mühüm parametirlərə görə fərqlənməsi nəticəsində meydana çıxır. 
Məsələn,  eyni  sinfə  mənsub  5-yerli  minik  avtomobilləri  müxtəlif  güclərə  malik 
mühərrikləri ilə bir-birindən fərqlənirlər. 
          Predmet rəqabəti o vaxt yaranir ki, firmalar əslində identik mallar buraxirlar, 
ancaq hazırlanma keyfiyyətləri və yaxud eyni bir keyfiyyətə malik olmaları ilə bir-
birlərindən fərqlənirlər. Belə rəqabət adətən firmalar arası rəqabət adlanır.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə