Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

41 
 
habelə  idxalı  azaltmaq,  istehsal  etdiyimiz  məhsulların  rəqabətə  davamlılığını 
artırmaq  və  ixracatı  çoxaltmaqdan  ibarətdir.  Eyni  zamanda,  xammal  və 
yarımfabrikat  ixracatı  mümkün  qədər  azaldılmalı,  hazır  məhsul  istehsalına 
üstünlük  verilməlidir.  Məlumdur  ki,  adətən  sənayesi  zəif  olan  ölkələr  xammal 
ixracatına üstünlük verirlər. 
Cənab  lham Əliyev cari ildə qarşıda duran vəzifələrdən danışarkən demişdir: 
“Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha 
da  böyük  diqqət  yetiriləcəkdir.  Texnoparklar,  yeni  sənaye  müəssisələri,  ixrac 
yönümlü  sənaye  məhsullarının  istehsalı,  emal  müəssisələrinin,  böyük  sənaye 
komplekslərinin  yaranması  -  bütün  bu  işlər  ölkəmizin  gələcək  inkişafını  təmin 
edəcək,  neft-qaz  amilindən  asılılığı  daha  da  azaldacaq  və  ölkə  iqtisadiyyatının 
dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”. 
Sənayeləşmənin  dinamik  inkişafı   üçün  qtisadiyyat  və  Sənaye  Nazirliyi 
tərəfindən  hazırlanan  müvafiq  tədbirlər  planında  əsas  tezislər  öz  əksini  tapıb. 
Bunlar  hazırkı  mərhələdə  müasir  çağırışlar  və  yeni  təşəbbüslər  nəzərə  alınmaqla 
sənayenin  modernləşdirilməsi,  qeyri-neft  sənayesinin  şaxələndirilməsi,  mövcud 
təbii  və  iqtisadi  resursların  təsərrüfat  dövriyyəsinə  cəlb  edilməsi,  ənənəvi  sənaye 
sahələri  ilə  yanaşı,  yeni  prioritet  istehsal  sahələrinin,  sənaye  parklarının 
yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir. 
Yuxarıda  sadalananlarla  bağlı  bir  məqama  diqqət  yetirək.  Bu  gün 
sənayeləşmənin  reallaşması  məqsədilə  bir  sıra  mühüm  tədbirlər  həyata  keçirilir. 
Onlardan  biri  də  qeyd  etdiyimiz  kimi,  sənaye  parklarının  yaradılması  və 
regionlarda sənaye potensialının gücləndirilməsidir. Xatırladaq ki, ölkə Prezidenti 
cənab  lham  Əliyev  son  illərdə  bir  neçə  dəfə  Sumqayıt  şəhərində  olub,  burada 
sənaye  potensialının  möhkəmləndirilməsinin,  yeni  iş  yerlərinin  açılmasının 
vacibliyi ilə bağlı dəyərli fikirlər söyləyib. Cənab  lham Əliyev Sumqayıtın müasir 
sənaye  mərkəzinə  çevrilməsi  üçün  konkret  planların  olduğunu  bildirib:  “Biz 
Sumqayıtın  inkişafına  çox  böyük  diqqət  göstəririk.  Sumqayıtı  müasir  sənaye 
mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri 


42 
 
kimi  formalaşmışdır,  yaradılmışdır.  ndi  isə  Sumqayıt  müasir  sənaye  şəhəri  kimi 
inkişaf  edir.  Burada  yaradılan  və  tikilməkdə  olan,  tikiləcək  sənaye  müəssisələri 
Azərbaycanda  sənayeləşmə  proqramının  icrası  üçün  çox  vacib  rol  oynayacaqdır. 
Artıq  bu  proqramın  icrasının  birinci  mərhələsindəyik.  Burada  böyük  Sumqayıt 
Texnologiya  Parkı  yaradılıb,  ona  yaxın  müasir  müəssisə  fəaliyyət  göstərir.  Bu 
müəssisələrdə  istehsal  olunan  məhsullar  xaricə  də  ixrac  edilir,  ölkə  daxilində  də 
istehlak  olunur.  Növbəti  dövrdə  Sumqayıtda  yeni  kimya  müəssisələrindən  ibarət 
sənaye  şəhərciyi  yaradılacaqdır.  Bu  məqsədlə  müvafiq  göstərişlər  verilmişdir. 
Burada  həm  dövlət,  həm  özəl  sektorun  iştirakı  ilə  böyük  müəssisələr,  eyni 
zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır”. 
Prezident  lham  Əliyev  2011-ci  il  21  dekabr  tarixdə  imzaladığı  “Sumqayıt 
Kimya  Sənaye  Parkının  yaradılması  haqqında”  fərmanı  şəhərdə  sənayenin 
inkişafına mühüm təsir göstərib. Həmin sənədin  preambula hissəsində göstərildiyi 
kimi,  belə  bir  fərmanın  imzalanması  ölkədə  innovativ  və  yüksək  texnologiyalar 
ə
sasında  rəqabətqabiliyyətli  sənaye  istehsalının  inkişafı  üçün  münbit  şərait 
yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı 
inkişafının  təmin  edilməsi,  əhalinin  istehsal  sahəsində  məşğulluğunun  artırılması 
məqsədinə  xidmət  edir.  Fərmana  əsasən,  Sumqayıt  Kimya  Sənaye  Parkının 
yaradılması  nəzərdə  tutulur.  Həmçinin  sənəddə  göstərilir  ki,  sənaye  parkı 
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə 
qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli 
məhsullar  istehsalı  və  xidmətlər  göstərilməsi  məqsədləri  üçün  istifadə  edilən, 
sahibkarların  səmərəli  fəaliyyətinə  və  inkişafına  kömək  edən  ərazidir.  Sumqayıt 
Kimya  Sənaye  Parkının  ərazisində  neft-kimya  və  digər  prioritet  sənaye  sahələri 
üzrə  rəqabətqabiliyyətli  məhsulların  (işlərin,  xidmətlərin)  istehsalı  və  emalı 
müəssisələri yaradılmalıdır. 
Sumqayıtda Kimya Sənayesi və Yüksək Texnologiyalar parklarının yaxın və 
uzunmüddətli  perspektivdə  inkişafını  stimullaşdırmaq  üçün  ölkənin  vergi 
qanunvericiliyində  sənaye  və  texnologiyalar  parkında  çalışan  fiziki  və  hüquqi 


43 
 
şə
xslərə,  eləcə  də  parkların  idarəedici  təşkilat  və  operatorlarına  gəlir,  mənfəət, 
Ə
DV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub. 
Yeri  gəlmişkən,  Sumqayıt  Kimya  Sənaye  Parkının  tikintisində  işlər  sürətlə 
aparılır.   Parkın  rezidenti  “Azertexnolayn”  MMC-nin  polad  boru  zavodu  burada 
fəaliyyət  göstərir.  Eyni  zamanda,  daha  iki  zavodun  inşasına  başlanılıb.  Sumqayıt 
Kimya Sənaye Parkının digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən 
istehsal avadanlıqlarının gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 
2016-cı  ildə  başlaması  planlaşdırılır.  Bunlarla  yanaşı,  hazırda  Sumqayıt  Kimya 
Sənaye  Parkının  sosial  zonasında  yerləşəcək  16  mərtəbəli  inzibati  binanın  inşası 
davam  etdirilir,  yaxın  vaxtlarda  isə  Peşə  Tədris  Mərkəzinin  və  3  emalatxananın 
tikintisinə başlanılacaq. 
2009-cu  ildən  fəaliyyət  göstərən  Sumqayıt  Texnologiyalar  Parkı  (STP)  da 
Azərbaycanın  qeyri-neft  sektorunda  xüsusi  yer  tutur.  250  hektar  ərazisi  olan  və 
tərkibində  17  zavodu  birləşdirən  texnoparkda  4500-dən  çox  işçi  çalışır.  Burada 
müəssisələrin sayının 30-a çatdırılması nəzərdə tutulur. 
Prezident  lham  Əliyev  ölkəmizdə  texnologiya  parkları  ilə  yanaşı,  sənaye 
klasterlərinin  yaradılmasının  vacibliyinə  də  diqqət  çəkərək  demişdir:  “Bu  da 
dünyada  uğur  gətirən  bir  təcrübədir.  nkişaf  etmiş  ölkələrdə  bu,  vardır.  Bütün 
məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində 
poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində 
biz  bütün  bu  zənciri  -  istehsal,  emal,  kiçik  və  orta  sahibkarlığın  inkişafını  təmin 
etməliyik  ki,  Azərbaycanda  son  məhsul  buraxılsın.  Hesab  edirəm  ki,  bu 
istiqamətdə əlavə tədbirlər də görülməlidir”. 
Azərbaycanda  son  illər  klasterlərin  yaradılması  ən  çox  müzakirə  olunan 
məsələlərdən  biridir.  Yəni  ölkə  sənayesində  klasterlərin  formalaşdırılması  və 
inkişaf  etdirilməsi  nəzərdə  tutulmaqdadır.  Klaster  həm  onu  əhatə  edən  sahələrin 
bir-biri  ilə  əlaqələrini  möhkəmləndirir,  həm  də  həmin  sahələrin  inkişafına  təkan 
verir.  Dünyanın  inkişaf  etmiş  ölkələrinin  təcrübəsi  göstərir  ki,  ölkə 
iqtisadiyyatının,  sənayenin  inkişafında  klasterlərin  rolu  danılmazdır.  Belə  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə