Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

65 
 
Dövlət proqramlarına uyğun olaraq, su təchizatı və kanalizasiya sistemlərinin 
yenidən qurulması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 10 il ərzində 
regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları 
və  şəbəkəsi,  96  su  anbarı,  39  su  və  kanalizasiya-nasos  stansiyaları  tikilmişdir. 
Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 
26%-i fasiləsiz içməli su alırdısa, hazırda bu göstərici 55%-ə çatdırılmışdır. 
Ə
halinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 
mindən  çox  əhalisi  olan  222  yaşayış  məntəqəsində  modul  tipli  sutəmizləyici 
qurğular  quraşdırılmışdır.  Dövlət  başçısının  bu  yaxınlarda  imzaladığı  sərəncama 
ə
sasən,  32  rayonun  223  yaşayış  məntəqəsində  250  subartezian  quyusunun 
qazılması su təchizatının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olacaqdır. 
Dövlət  proqramlarının  icrası  Azərbaycanda  rabitə  və  informasiya-
kommunikasiya  texnologiyaları  sahəsinin  inkişafına  böyük  imkanlar  yaratmışdır. 
Rabitə  xidmətlərinin  keyfiyyətinin  daha  da  yüksəldilməsi  məqsədilə  regionlarda 
982  poçt  şöbəsi,  1395  ATS  tikilmiş  və  ya  əsaslı  təmir  olunmuş,  bütün  rayon 
mərkəzlərinə  fiber-optik  kabel  çəkilmişdir.  Bu  gün  regionlarda  hər  100  nəfərdən 
60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir. Prezident  lham Əliyevin 
müvafiq  sərəncamı  ilə  2013-cü  ilin  " nformasiya-kommunikasiya  ili"  edilməsi, 
Azərbaycanın  ilk  telekommunikasiya  peykinin  orbitə  çıxarılması  bütünlükdə 
ölkəmizdə bu sahənin inkişafına böyük təkan vermişdir. 
Ölkədə turizm infrastukturunun inkişafı istiqamətində görülən işlər də xüsusi 
önəm kəsb edir. Ötən müddətdə Qəbələ, Qusar, Quba, Naxçıvan, Mingəçevir, Şəki, 
Tovuz, Salyan, Lerik, Şəmkir, Göygöl və digər regionlarda turizm komplekslərinin, 
hotellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin 
istirahətinə,  idmanın  müxtəlif  növləri  ilə  məşğul  olmağa  geniş  imkanlar 
yaratmışdır. Son 10 ildə regionlarda müasir tələblərə cavab verən 14 hotel tikilmiş, 
beləliklə, ölkədəki 5 ulduzlu hotellərin sayı 35-ə çatmışdır. 
Dövlət  proqramlarının  icra  olunduğu  müddətdə  əhəmiyyətli  ekoloji  tədbirlər 
həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi 2 dəfə artırılaraq 900 
min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir. 


66 
 
Prezident  lham Əliyevin " nsan amili bizim siyasətimizin prioritetidir. Bütün 
bizim  siyasətimizin  mərkəzində  Azərbaycan  vətəndaşı  dayanır"  strateji  xəttinə 
uyğun  olaraq,  regionların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramları  çərçivəsində 
ə
halinin sosial müdafiəsi, bölgələrdə sosial layihələrin reallaşdırılması, yeni sosial 
obyektlərin  tikintisi  istiqamətində  əhəmiyyətli  işlər  görülmüşdür.  Təhsil 
müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə 
uyğun qurulması dövlət proqramlarının prioritet istiqamətlərindən olmuş, son 10 il 
ə
rzində  2708  məktəb  tikilmiş  və  ya  əsaslı  təmir  edilmişdir.  Bütün  bunlar  isə 
ölkəmizdə  gələcək  nəslin  hərtərəfli  inkişafına  göstərilən  yüksək  diqqətin  bariz 
nümunəsidir. 
Ə
haliyə  göstərilən  tibbi  xidmətlərin  keyfiyyətinin  yüksəldilməsi  məqsədilə 
regionlarda  38  mərkəzi  xəstəxana  olmaqla,  500-dən  çox  səhiyyə  obyekti  müasir 
texnika  və  avadanlıqlarla  təmin  olunmaqla  tikilmiş  və  ya  əsaslı  təmir  edilmişdir. 
Artıq  Azərbaycanın  bir  sıra  regionlarında  belə  ən  mürəkkəb  tibbi  əməliyyatların 
aparılması üçün hər cür şəraitə malik səhiyyə müəssisələri fəaliyyət göstərir. 
Dövlət proqramları çərçivəsində, həmçinin 700-ə yaxın mədəniyyət, 250-dən 
çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur. 
Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, 
mədəniyyət,  ekologiya  və  digər  sahələrdə  iri  layihələrin  həyata  keçirilməsində 
mühüm  rolu,  böyük  əməyi  olmuşdur.  Bu  layihələrin  reallaşdırılması  minlərlə 
insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaratmışdır. 
"ASAN  xidmət"in  fəaliyyətə  başlaması  vətəndaşlara  göstərilən  xidmətlərin 
keyfiyyətini, şəffaflığını və operativliyini daha da artırmışdır. 
Ə
halinin  sosial  müdafiəsi  sahəsində  həyata  keçirilən  siyasətin  mühüm 
istiqamətlərindən  biri  də  sosial  müdafiəyə  daha  çox  ehtiyacı  olan  təbəqəyə,  o 
cümlədən  əlillərə,  müharibə  veteranlarına,  az  təminatlı  vətəndaşlara,  qaçqın  və 
məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Bunun nəticəsidir ki, son 10 il 
ə
rzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır 
şə
hərciyi  ləğv  olunaraq  77  qəsəbə  salınmış,  burada  37  min  ailə  yerləşdirilmişdir. 


67 
 
Eyni  zamanda,  əlil  və  şəhid  ailələri  üçün  2788,  o  cümlədən  regionlarda  2041 
mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir. 
Bütün  bunlar  bir  daha  göstərir  ki,  dövlət  proqramları  çərçivəsində  həyata 
keçirilmiş  tədbirlərin  başlıca  hədəfi  ölkəmizin  iqtisadi  qüdrətinin  daha  da 
artırılması,  Azərbaycan  vətəndaşının  həyat  səviyyəsinin  yüksəldilməsidir. 
Regionların  sosial-iqtisadi  inkişafı,  bölgələrdə  yaşayan  əhalinin  daha  yaxşı 
infrastruktur və xidmətlərlə təmin olunması, əhalinin məşğulluğunun artırılması və 
s. istiqamətlərdə işlər bundan sonra da davam etdiriləcəkdir. 
Təsadüfi  deyildir  ki,  son10  il  ərzində  regionlarda  500-dən  çox  sənaye 
müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda 
sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda 
gips  və  gips  məhsulları,  Mingəçevirdə  polietilen  borular,  elektron  avadanlıqları, 
Sumqayıtda  kağız  emalı,  bitki  yağları,  Günəş  panellər,  Masallıda  və  Abşeronda 
kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda 
qarğıdalı emalı və qlükoza,  mişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, 
Masallıda  mebel  fabriki,  yüzlərlə  digər  tikinti  materialı,  mebel,  emal,  çörək  və 
digər müasir müəssisələr fəaliyyətə başlamışdır. 
Ölkənin sənaye potensialının gücləndirilməsində və reallaşdırılmasında biznes 
və  investisiya  mühitinin,  infrastruktur  təminatının  yaxşılaşdırılması  ilə  bərabər, 
dövlətin  maliyyə  dəstəyi  də  xüsusi  önəm  kəsb  edir.  Təkcə  güzəştli  kreditlər 
hesabına  bu  dövrdə  ümumi  dəyəri  730  milyon  manat  olan  104  sənaye  layihəsi 
maliyyələşdirilmiş,  bu  layihələr  üzrə  80  müəssisə  istifadəyə  verilmiş,  24-ü  üzrə 
işlər davam etdirilir. 
Dövlət  başçısı  tərəfindən  2014-cü  ilin  "Sənaye  ili"  elan  olunması  aparılan 
işlərin  daha  da  genişləndirməsinə  və  sənayeləşmənin  sürətləndirilməsinə  təkan 
verəcəkdir. 
Regionlarda  perspektivli  sənaye  sahələrinə  gəlincə,  qeyd  etmək  istərdim  ki, 
ölkə regionları təbii və iqtisadi resurslarla, o cümlədən xammalla zəngindir. Bunu 
nəzərə  alaraq,  yerli  xammala  əsaslanan  metallurgiya,  tikinti  materialları,  mebel, 
tekstil  və  s.  sənaye  sahələrinin  inkişafı  əsas  istiqamətlərdəndir.  Aqrar  sənayenin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə