Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

62 
 
3.2 Azərbaycan rəqabət qabliyyətinin yüksəldilməsində dövlətin 
rolu 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  lham  Əliyevin  rəhbərliyi  ilə 
ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi 
olan sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daima yaxşılaşdırılması 
istiqamətində mütəmadi olaraq sistemli tədbirlər reallaşdırılır. 
Prezident  lham  Əliyevin  uğurla  davam  etdirdiyi  sosial-iqtisadi  siyasət 
nəticəsində  son  10  ildə  Azərbaycan  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymuş, 
iqtisadiyyatın  davamlı  inkişafı  təmin  edilmiş,  ölkəmiz  daha  da  qüdrətlənmiş, 
ə
halinin sosial rifahı yüksəlmiş, Azərbaycan beynəlxalq əhəmiyyətli iri layihələrin 
təşəbbüskarına  və  əsas  iştirakçısına,  dünyada  nüfuzu  gündən-günə  artan  dövlətə 
çevrilmişdir. Qazanılmış uğurlar statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə 
ki,  10  il  ərzində  ÜDM  3,2  dəfə,  qeyri-neft  sektoru  2,6  dəfə,  o  cümlədən 
informasiya və rabitə 8,2 dəfə, tikinti 4,7 dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 
1,5  dəfə,  turizm  10,6  dəfə,  dövlət  büdcəsinin  gəlirləri  16  dəfə,  investisiyalar  6,5 
dəfə,  xarici  ticarət  dövriyyəsi  6,6  dəfə,  ixrac  9,3  dəfə  artmış,  strateji  valyuta 
ehtiyatları  31,3  dəfə  artaraq  50  milyard  dolları  ötmüşdür.  Bu  müddətdə  əhalinin 
gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 
dəfə azalaraq 5,3%-ə, işsizliyin səviyyəsi isə 2 dəfə azalaraq 5%-ə enmişdir. 
Azərbaycanın uğurları beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də 
yüksək  qiymətləndirilir.  "Qlobal  Rəqabət  Qabiliyyəti  ndeksi"  hesabatına  əsasən 
dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur 
və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır. 
Bu nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının 
yeni  keyfiyyət  mərhələsinə  yüksəlməsində  regionların  sosial-iqtisadi  inkişafı  ilə 
bağlı dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb etmişdir. Məsələyə 
kompleks  yanaşmanı  və  ünvanlılığı  özündə  əks  etdirən  2004-2008-ci  və  2009-
2013-cü  illəri  əhatə  edən  dövlət  proqramları  bölgələrin  mövcud  potensialından 
səmərəli  istifadə  etməklə  regionların  davamlı  sosial-iqtisadi  inkişafına,  müasir 


63 
 
infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, ən əsası isə 
ə
halinin  sosial  rifahının  daha  da  yüksəlməsinə  səbəb  olmuşdur.  Dövlət 
proqramlarının  icrası  ölkə  regionlarının  sosial-iqtisadi  mənzərəsini  tamamilə 
dəyişmiş,  əhalinin  işgüzar  fəallığı  daha  da  artmış,  sahibkarlığın  sürətli  inkişafı 
təmin edilmişdir. Son 10 il ərzində regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə 
başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır. 
Azərbaycan  Respublikası  Prezidentinin  dövlət  proqramlarının  icrasını  və 
regionların  inkişafını  diqqət  mərkəzində  saxlaması  dövlət  proqramlarının  uğurlu 
icrasında  həlledici  amil  olmuşdur.  Belə  ki,  dövlət  başçısı  bölgələrə  mütəmadi 
səfərlər  etmiş,  infrastruktur  obyektlərinin  və  yeni  müəssisələrin  açılış  və 
təməlqoyma  mərasimlərində  iştirak  etmiş,  müəssisələrin  fəaliyyəti  ilə  yaxından 
tanış  olmuş,  tapşırıq  və  tövsiyələrini  vermiş,  müxtəlif  məsələlərin  həlli  ilə  bağlı 
240  sərəncam  imzalamışdır.  Ümumilikdə  proqramların  icrasına  bütün  mənbələr 
hesabına  50,7  milyard,  o  cümlədən  birinci  proqramın  icrasına  16  milyard,  ikinci 
proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir. 
Görülmüş  işlərin  nəticəsidir  ki,  son  10  ildə  regionlarda  ümumi  məhsul 
buraxılışı  3,2,  sənaye  məhsulu  3,1,  rabitə  xidmətləri  isə  6,1  dəfə  artmışdır.  Bu 
dövrdə  regionlardan  vergi  ödənişləri  14,2  dəfə  artmışdır.  Qeyd  etmək  yerinə 
düşərdi ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. 
Təbii  ki,  Azərbaycan  regionlarında  müşahidə  edilən  bu  əhəmiyyətli 
dəyişikliklər  əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  müəyyənləşdirilən 
regionların  davamlı  iqtisadi  yüksəlişi  strategiyasının  Prezident  lham  Əliyev 
tərəfindən inamla və ardıcıllıqla davam etdirilməsinin məntiqi nəticəsidir. Bir sözlə, 
regional dövlət proqramlarının uğurlu icrası Azərbaycanı ən ucqar kəndlər də daxil 
olmaqla bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. 
Regional  dövlət  proqramlarının  icra  olunduğu  10  il  ərzində  bölgələrin 
infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində 
saxlanılmışdır. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası 
və  inkişafı,  əhalinin  daha  keyfiyyətli kommunal  xidmətlərlə,  o  cümlədən  elektrik 
enerjisi,  qaz  və  su  ilə  təchizatı,  yol-nəqliyyat  infrastrukturunun  yaxşılaşdırılması, 


64 
 
səhiyyə  və  təhsil  müəssisələrinin  tikintisi  istiqamətində  mühüm  tədbirlər  həyata 
keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. 
2004-2013-cü  illər  ərzində  8332  kilometr,  o  cümlədən  2622  kilometr 
respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş 
və  təmir  olunmuşdur.  Bu  dövrdə  222  körpü  və  yol  ötürücüsü  tikilmiş,  85  körpü 
ə
saslı təmir edilmişdir. Bundan başqa, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir 
olunmuş, regionlarda 4  yeni hava limanı tikilmiş, 2 liman tam  yenidən qurularaq 
istismara verilmişdir. 
Dövlət  başçısının  mühüm  vəzifə  kimi  müəyyən  etdiyi  və  xüsusi  diqqət 
göstərdiyi kənd yollarının yenidən qurulması məqsədilə təkcə son 5 ildə 1,1 milyon 
nəfər əhalisi olan 26 rayonun 702 yaşayış məntəqəsi müasir yol infrastrukturu ilə 
təmin edilmişdir. 
Keyfiyyətli  və  fasiləsiz  elektrik  enerjisi  ilə  təminat  ölkəmizin  iqtisadi 
yüksəlişində böyük əhəmiyyətə malikdir. Bu məqsədlə son 10 ildə 17 yeni elektrik 
stansiyası  istismara  verilmiş,  10  min  kilometrdən  çox  elektrik  verilişi  xətləri  və 
1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. Bildiyimiz kimi, 
Azərbaycan  iqtisadiyyatının  dinamik  inkişafı,  sənaye  potensialının  genişlənməsi, 
yeni müəssisələrin açılması enerji tələbatını da artırır. Bütün bunları nəzərə alaraq, 
Prezident  lham  Əliyev  regionların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramlarının 
icrasına  həsr  olunmuş  konfransdakı  proqram  xarakterli  çıxışında  enerji 
potensialının  tələbatı  daim  qabaqlamasını,  yeni  elektrik  stansiyalarının  tikintisini, 
alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadənin  genişləndirilməsini 
qarşıdakı illər üçün vəzifə olaraq müəyyənləşdırmişdir. 
Yaşayış  məntəqələrinin  qazlaşdırılması  istiqamətində  işlər  davam  etdirilmiş, 
son  10 il  ərzində  ölkə  üzrə ümumi  uzunluğu 4,8  min  kilometrdən  artıq  magistral 
qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 
min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Bundan başqa, 50-yə 
yaxın qazpaylayıcı stansiya tikilmiş və ya yenidən qurulmuşdur. Görülmüş işlərin 
nəticəsi olaraq, regionlarda qazlaşma səviyyəsi 83,4%-ə çatdırılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə