Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

56 
 
Təcrübəli  siyasətçiolan  Heydər  Əliyev  beynəlxalq  siyasi  vəziyyəti  başa  düşərək, 
1994-cü  ildə  Ermənistan  ilə  atəşkəs  müqaviləsinin  bağlanılmasına  nail  oldu. 
Atəşkəs  sazişi  imzalandıqdan  sonra  prezident  Əliyev,  Xəzər  dənizindəki  böyük 
neft yataqlarının inkişafına xarici investisiya cəlb edilməsi üçün çalışdı və nəhayət 
1994-cü  ildə  Əsrin  Müqaviləsi  imzalandı.  Hasilatın  pay  bölgüsü  müqaviləsinə 
ə
sasən  ARDNŞ-da  daxil  olmaqla  8  ölkədən  11  neft  şirkətinin  iştirakı  ilə  Azəri-
Çıraq-Günəşli  neft  yatağının  inkişafı  və  müştərək  işlədilməsi  üçün  ABƏŞ 
(Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti)  yaradıldı.  Bu  MDB  məkanında  30  il 
üçün  20  milyard  dollar  investisiya  nəzərdə  tutan  ilk  istehsalın  bölüşdürülməsi 
müqaviləsi idi. 
Hökumət  neft  yataqlarından  gələn  mənfəətin  80%-ni  əldə  etməklə  iqtisadi 
inkişaf  üçün  möhkəm  zəmin  yaratdı  və  Azərbaycan  digər  Mərkəzi  Asiya 
ölkələrindən fərqli olaraq qərb kapitalı əsasında inkişaf planı həyata keçirdi. Qərb 
ölkələri  Yaxın  Şərq  ölkələrinin  enerji  resurslarından  asılılığını  azaltmaq  üçün 
Azərbaycanda  neft  sahəsinin  inkişaf  etdirilməsində  maraqlı  idi.  Əsrin 
müqaviləsinin imzalanması ilə qərb texnologiyası və kapitalının Bakıya yönəlməsi 
ilə Azərbaycan qlobal neft hasil edən ölkə kimi tanındı.  
Siyasi  qarışıqlıq  və  Ermənistan  ilə  olan  müharibə  səbəbindən  1994-cü  ildə 
inflyasiya həddi 1,664%-ə yüksəldi lakin valyuta stabilləşdirmə siyasəti və 1995-ci 
ildən neft və qaz sahələrinə investisiya gətirilməsi üçün təşviqat prosesi nəticəsində 
1996-cı  ildən  inflyasiya  sürətlə  stabilləşdi.  Siyasi  və  iqtisadi  sabitlik  bərqərar 
olduqdan  sonra  Azərbaycan  1996-1998-ci  illərdə  bazar  iqtisadiyyatına  keçdi. 
Azərbaycan  daxili  və  xarici  investisiyanı  genişləndirməsi,  yüksək  səviyyəli 
texnologiyaların  tətbiqi,  istehsalatın  inkişaf  etdirilməsi  və  idarəetmə  sisteminin 
inkişafını  təmin  etməklə  yeni  iş  yerlərinin  yaradılması  və  kasıblıq  səviyyəsinin 
aşağı  salınmasına  böyük  diqqət  yetirirdi.  Maliyyə,  vergi,  qiymətləndirmə  və 
biznesin  tənzimlənməsi  də  daxil  olmaqla  ölkə  iqtisadiyyatı  yenidən  beynəlxalq 
standartlara  uyğun  quruldu.  Bunun  nəticəsində  vergilər  aşağı  endirildi,  maliyyə 
şə
ffaflığı  və  büdcə  icrasının  səmərəliliyi  yaxşılaşdırıldı.  Bundan  başqa  ÜƏMT 
(
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının) dəstəyi ilə əqli mülkiyyət hüquqlarının 


57 
 
qeydiyyatı  və  qorunması  siyasəti  həyata  keçirildi  və  Əqli  mülkiyyət  haqqında 
qanun  (1996),  Patent  haqqında  qanun  (1997)  və  Əmtəə  nişanları  və  coğrafi 
göstəricilər haqqında qanun (1998) qəbul olundu.  
1999-cu  ildə  beynəlxalq  ticarətin  məhdudluğu  və  kəsirlərlə  birlikdə 
Azərbaycanda    idxal  və  ixracın  miqdarı  1  milyard  dollardan  aşağı  idi.  Buna 
baxmayaraq  2000-ci  ildən  sonra  ticarətdə  sürətli  inkişaf  var  idi.  Beləki,  2004-cü 
illə müqayisədə (3,615 milyon dollar) 2008- ci ildə ixracatın həcmi 850% yüksəldi 
(30,586  milyon  dollar)    və  2005-2008  -ci  illərdə  böyük  ixrac  həcmi  əldə  edildi 
(A B 2011). 
ARDNF  Azərbaycanda  neft  və  qaz  müqavilələinin  tətbiqi  nəticəsində  əldə 
olunmuş  gəlirlərin  toplandığı,  səmərəli  idarə  edildiyi  və  gələcək  nəsillər  üçün 
saxlandığı  xüsusi  dövlət  təşkilatıdır.  Bu  təşkilat  neft  və  qaz  gəlirlərinin  səmərəli 
idarə olunması və həmçinin gəlirlərin sosial-iqtisadi inkişaf üçün vacib rol oynayan 
layihələrə  və  başqa  sahələrə  yönəldilməsini  təşkil  etmək  üçün  yaradılmışdır 
(Wikipedia). 
1999-cu  ildə  Xəzər  dənizi  ilə  Qara  dənizi  birləşdirən  Bakı  Supsa  (qərb 
istiqaməti) kəməri və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən BTC 
(Bakı-Tbilisi-Ceyhan) neft kəməri istifadəyə verildi. Rusiya kəmərlərindən istifadə 
ə
vəzinə  Azərbaycan  öz  neft  kəmərləri  üzərində  suverenliyini  qorumaqla  neft 
ixracatını böyük həcmdə artırdı.  
Dünya  qtisadi Forumu dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini 
xarakterizə  edən  növbəti  «Qlobal  Rəqabət  Qabiliyyəti  ndeksi  2014-2015» 
hesabatını  dərc  edib.  Hesabatın  hazırlanmasında  statistik  məlumatlardan  və 
dünyanın  144  ölkəsində  fəaliyyət  göstərən  iş  adamları  arasında  sorğunun 
nəticələrindən  istifadə  olunub.  Hesabata  görə,  Azərbaycan  iqtisadiyyatı  rəqabət 
qabiliyyəti  səviyyəsinə  əsasən  tədqiqatın  aparıldığı  ölkələr  arasında  38-ci  yerdə 
qərarlaşıb.  Beləliklə  də  son  bir  il  ərzində  Azərbaycan  rəqabətqabiliyyətlilik 
indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında 1 pillə irəliləyib. 
Dünya  qtisadi  Forumu  rəqabətqabiliyyətliliyin  müəyyən  olunması  üçün  12 
göstəricidən  istifadə  edir.  Bunlar  keyfiyyət,  infrastruktur,  makroiqtisadi  sabitlik, 


58 
 
sağlamlıq  və  ilkin  təhsil,  ali  təhsil  və  peşəkar  hazırlıq,  əmtəə  və  xidmətlər 
bazarının  səmərəliliyi,  əmək  bazarının  səmərəliliyi,  maliyyə  bazarının  inkişafı, 
texnoloji  səviyyə,  daxili  bazarın  həcmi,  şirkətlərin  rəqabət  qabiliyyəti  və 
innovasiya  potensialı  üzrə  meyarlardır.  Eyni  zamanda  110  indikatordan  istifadə 
olunmaqla  ölkələr  rəqabət  qabliyyətliyinə  görə  sıralanır.  nformasiya  bazasının 
yaradılması  üçün  müxtəlif  üsullardan  istifadı  olunur.  Buna  misal  olaraq,  13.500 
biznes  liderlərinin  səsverməsidir.  Həmin  biznes  liderlerindən  xahiş  olunur  ki, 
ölkələr 1-10 aralığında qiymətləndirmə aparsınlar. 
Azərbaycan  hesabatda  bütün  göstəricilər  üzrə  yaxşı  nəticələr  əldə  edib. 
Ölkəmizin  iqtisadiyyatı  rəqabət  qabiliyyəti  indeksinə  əsasən,  MDB  ölkələri 
arasında  birinci  mövqeyini  saxlayıb.  Respublikamız  ilk  dəfə  olaraq  reytinqdə  iki 
Baltikyanı  ölkəni  -  Latviya  və  Litvanı  qabaqlayır.  qtisadiyyat  Nazirliyindən 
verilən məlumatda  bildirilib ki, Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşması 
ölkə rəhbərliyinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir: «Azərbaycan 
son  10  ildə  iqtisadi  və  sosial  sahələrin  inkişafında  yüksək  nəticələrə  nail  olub. 
Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb.  qtisadiyyatın qeyri-neft 
sektorunun  artım  tempi  son  10  ildə  orta  hesabla  10  faiz  təşkil  edib.  2013-cü  ilin 
nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb». 
Hesabata  əsasən,  biznesin  qeydiyyatı  üçün  lazım  olan  prosedurların  sayına 
görə Azərbaycan 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-
yeri  tutub.  ÜDM-in  həcminə  görə  ölkəmiz  70-ci  pillədə  qərarlaşıb.  nflyasiyanın 
səviyyəsinə  görə  isə  Azərbaycan  birinci  yerdədir.  Həmçinin,  «əmək  bazarının 
səmərəliliyi»,  «texnoloji  səviyyə»,  «maliyyə  bazarının  inkişafı»  göstəriciləri  üzrə 
də ölkəmizin mövqeyi yaxşılaşıb. 
Hesabatda  Azərbaycan  bəzi  alt  göstəricilər  üzrə  ilk  20-liyə  daxil  olub  - 
makroiqtisadi  stabilliyə  görə  9-cu,  biznesə  dəstək  üzrə  80-ci,  əmək  bazarının 
effektivliyi üzrə 33-cü,  infrastrukturun inkişafına üzrə  70-ci,  ali  təhsil  üzrə 90-cı, 
tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yerləri 
tutub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə