Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

35 
 
kamə  məhsul,  başqa  sektorlarda  istehsal  edilən,  müəssisələrin  məhsul  və 
xidmətlərinin  eynisi  və  oxşarı  olmayan,  ancaq  alternativi  ola  biləcək  məhsul  və 
xidmətlərdir.  Firmalar  hər  zaman  öz  sektorundakı  firmalarla  deyil,  həmçinin 
firmanın  məhsulunun  (dəyərinin)  yerinə  keçə  bilən  və  ya  firma  məhsulunun 
(dəyərinin)  digər  bir  məhsula  (dəyərə)  görə  tərcih  edilməməsiylə  nəticələnən 
alternativ məhsullara (dəyərlərə) qarşı rəqabət etmək məcburiyyətində qala bilərlər. 
Burada sözü edilən rəqabət ikamə rəqabəti olacaqdır.  
Sektorda  ən  təsirli  faktorun  alıcı  olması  firmaların  bu  gücə  xüsusilə  diqqət 
etməsini  lazımlı  edəcək.  Alıcıların  ən  təsirli  güc  olması  isə    sektordakı  rəqabətin 
alıcı  uğrunda  olmasından  qaynaqlanır.    Alıcılar  güclü  olduğu  təqdirdə  firmaları 
fədakarlıqlara məcbur edərək daha yaxşı məhsul və xidməti aşağı qiymətdən almaq 
üçün bazarlık edəcəklər və rəqibləri bir-birinə vuraraq rəqabəti gücləndirəcəklər. 
Tədarükçülər,  qiymətləri  artırma  və  ya  xidmətlərin  keyfiyyətini  aşağı  salma 
hədəsiylə  bazarlık  güclərini  göstərə  bilərlər.  Tədarükçülər,  sayları  az  olduğunda, 
alıcıların  digər  tədarükçülərə  keçid  xərcləri  çox  olduğunda,  şaquli  inteqrasiya 
təhdidlərinin olması halında güclüdürlər. 
Firma bu güclərlə mübarizə etmək və özünə yaxşı bir rəqabət mövqeyi təmin 
etmək istəyəcəkdir. Ancaq nəzərə almaq lazımdır ki, rəqabətin şiddətini müəyyən 
edən beş güc olsa da firma əsas diqqəti alıcılara ayırmalıdır. Çünkü firmalar alıcı 
qazanmaq  və/vəya  qorumaq  üçün  mücadilə  edir.  Alıcılar  qarşısında  uğurlu  olan 
firma digər güclər qarşısında da effektiv olacaqdır. Tərsinə, məsələn, fəaliyyətinin 
böyük  bir  qismini  rəqiblərini  neytrallaşdırmağa  həsr  edən  firma  sonda  zərərli 
çıxacaqdır.  Aikido  idmanının  fəlsəfəsini  bazara  tətbiqi  tezisini  müdafiə  edən 
Robert Pino’nun da dediyi kimi təcavüzkar və təqlidçi bir mühitdə bütün firmalar 
zərərli çıxacaqdır. 
 
 
 
 
 


36 
 
Fəsil II. Azərbaycanın rəqabət funksiyalarının tədqiqi  
2.1 Rəqabət strategiyası, rəqabət mühitinə təsir göstərən amillə
sisteminin təhlili 
Dövlətin  həyata  keçirdiyi  iqtisadi  funksiyaların  başında  iqtisadi  fəaliyyətin 
hüquqi əsaslarının müəyyən edilməsi gəlir. Bu səbəbdən də araşdırmada ilk öncə 
Azərbaycanda rəqabət mühitinin hüquqi əsasları nəzərdən keçirilib. Bu çərçivədə, 
rəqabət  mühitinin  birbaşa  tənzimlənməsini  həyata  keçirən  "Antiinhisar  fəaliyyəti 
haqqında" qanun, "Haqsız rəqabət haqqında" qanun və "Təbii inhisarlar haqqında" 
qanunla  yanaşı,  Milli  Məclisə  təqdim  edilmiş  Rəqabət  Məcəlləsinin  layihəsi  də 
təhlil  edilmişdir.  Qanunların  təhlili  zamanı  Almaniya,  Türkiyə,  Rusiya,  Ukrayna, 
Polşa,  Latviya  və  Braziliya  kimi  ölkələrin  qanunvericilik  təcrübəsindən  istifadə 
edilmiş, rəqabət tənzimlənməsinin hüquqi əsaslarında əsas məqamların müqayisəli 
təhlili aparılmış və bir sıra maraqlı ünsürlər göstərilmişdir. 
Sizin mükəmməl qanunlarınız və böyük potensiala malik bazarınız ola bilər. 
Ə
gər  bu  qanunları  işə  gətirən  mexanizmləriniz  yoxdursa,  o  zaman  hər  hansı  bir 
dövlət  tənzimlənməsindən  söz  gedə  bilməz.  Bu  baxımdan,  araşdırmamızın  digər 
bir fəslində Azərbaycanda rəqabətin dövlət tənzimlənməsinin institusional bazasını 
araşdırmışıq. 
Bu 
fəsildə 
araşdırmamızın 
mərkəzi 
hissəsində 
rəqabət 
tənzimlənməsini  birbaşa  həyata  keçirən  orqan  olaraq  Antiinhisar  Dövlət 
Xidmətinin  fəaliyyətinin  hüquqi  və  praktiki  tərəflərinə  baxılmışdır.  Fəsildə,  eyni 
zamanda,  beynəlxalq  təcrübəyə  müraciət  edilmiş,  Fransa,  Almaniya,  Böyük 
Britaniya, 
taliya, 
Rusiya, 
Türkiyə 
və 
Şə
rqi 
Avropa 
ölkələrinin 
rəqabəttənzimlənməsinin  institusional  strukturu  müqayisəli  şəkildə  verilmişdir. 
Bununla  yanaşı,  Antiinhisar  Dövlət  Xidmətinin  praktiki  fəaliyyətinə  nəzər 
yetirilmiş,  Xidmətin  həyata  keçirdiyi  araşdırmalar  təhlil  edilmişdir.  Fəsildə, 
həmçinin,  rəqabət  mühitinin  qiymət  tənzimlənməsində  mühüm  rol  oynayan  Tarif 
Ş
urasının da roluna nəzər yetirilmiş, fəaliyyət mexanizmi göstərilmişdir. 
Araşdırma  çərçivəsində  məqsədimiz  rəqabət  mühitinin  dəyərləndirməsini 
həyata  keçirmək  olsa  da,  bütün  bazarın  araşdırmasını  gerçəkləşdirmək  əlbəttə  ki, 


37 
 
mümkünsüzdür.  Əvvəla,  bazar  özü  təkcinsli  olmayıb  çox  sayda  fərqli 
xüsusiyyətlərə malik məhsul və xidmət bazarından ibarətdir. Digər tərəfdən, hər bir 
bazarın  təhiili  üçün  çox  sayda  müxtəlif  resurslar  (xüsusilə,  informasiya)  tələb 
olunur  ki,  bu  da  zaman  və  səmərəlilik  baxımından  tədqiqatı  əlverişsiz  edir.  Bu 
səbəbdən  də,  Azərbaycanda  rəqabət  bazarının  təhlilini  bir  neçə  nümunə  (case) 
üzərində qurmuşuq. 
Azərbaycan  bazarında  rəqabət  mühitinə  ilkin  baxış  sığorta  bazarından 
başlanmışdır.  Sığorta  bazarının  özünün  seçimi  də  təsadüfi  deyil.  Belə  ki,  bazar 
haqqında  müvafiq  hesablama-anaiizlərin  aparılması  üçün  yetərli  güvəniləbilir 
informasiyanın  olması,  bazarın  inkişafının  müşahidə  edilə  bilməsi  kimi  amillər, 
ilkin  olaraq,  məhz  sığorta  bazarını  seçməyimizi  şərtləndirdi.  Bununla  belə,  rəsmi 
məlumatiar  və  bazarın  ümumi  rəqabət  analizinin  tam  mənzərəni  yaradacağını 
hesab  etmək  bir  qədər  sadəlövhlük  olardı.  Bazarın  təhlilinin  dolğunluğunu  təmin 
etmək  məqsədi  ilə  sığorta  bazarında  fəaliyyət  göstərən  ekspertdən  istifadə 
edilmişdir. Bu, bizə bazarın ilk baxışda görünməyən tərəflərini üzə çıxarmağa və 
rəqabət  mühiti  təhlilini  həqiqətə  daha  uyğun  birşəkildə  həyata  keçirməyə  imkan 
vermişdir.  Nəticədə,  ümumi  aspektlərlə  bazarın  tam  rəqabət  mühitinin  təhlili 
həyata  keçirilmiş,  bazarda  inhisarçılıq,  qeyri-iqtisadi  dəstək,  haqsız  rəqabət  kimi 
amillərin rolu aşkar olunmuşdur. Eyni zamanda, Azərbaycanda rəqabət mühitinin 
kəmiyyət  göstəricilərinin  hesablanması  zamanı  mobil  rabitə  bazarı  nümunəsinə 
baxılmış,  bazar iştirakçıları,  onların bazar  payı  və  ümumi  bazarın  təmərküzləşmə 
səviyyəsi müəyyən olunmuşdur. 
Bazar analizinin yekunu olaraq, Azərbaycan bazarında rəqabət mühitinin əsas 
özünəxas  ünsürü  kimi  çıxış  edən  qeyri-iqtisadi  dəstək  anlayışının  nəzəri-praktik 
çərçivəsi  genişləndirilmişdir.  Belə  ki,  qeyri-iqtisadi  dəstəkli  şirkət,  qeyri-iqtisadi 
zona,  qeyri-iqtisadi  zona  əmsalı,  bazarın  qeyri-iqtisadi  potensiallı  zonası,  qeyri-
iqtisadi neytral zona, qeyri-iqtisadi təhlükəsiz bazar, qeyri-iqtisadi rəqabətli bazar, 
qeyri-iqtisadi  inhisarlı  bazar  kimi  rəqabət  mühitini  müəyyən  edən  anlayışlar 
açıqlanmış, şirkətlər üçün gələcək bazar dəyərləndirmələrində istifadə edilə biləcək 
alətlər  verilmişdir.Ümumi  bazar  analizindən  sonra,  Azərbaycan  bazarında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə