Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

23 
 
1.2. Rəqabətin nəzəri əsasları və rəqabət haqqında 
nəzəriyyələrin tətbiqi 
qtisadiyyatın  və  ya  hər  hansı  bir  digər  elm  sahəsinin  “nəzəriyyə”sinin  əsas 
məqsədi  bu  elm  sahəsinin  predmetinə  aid  olan  hadisələrin  səbəblərini  açıqlamaq, 
hadisələr  arasındakı  “səbəb-nəticə”  əlaqələrini  ortaya  çıxarmaqdır.  Rəqabətin 
nəzəriyyələrinin  də  başlıca  məqsədi  ölkələr  arasında  baş  verən  inteqrasiyasının, 
yaranan rəqabət münasibətlərinin səbəblərini və nəticələrni izah etməkdir. Rəqabət 
terminini  konseptual  olaraq  daha  dərindən  anlamaq  və  tətbiq  etmək  üçün  onun 
nəzəri  əsaslarını  və  nəzəriyyələri  nəzərdən  keçirək.  lk  öncə  klassik  nəzəriyyəyə 
göz ataq. 
Klassik  məktəbin  banisi  Adam  Smit  dəqiq  olaraq  müəyyən  etmişdir  ki, 
millətin  rifahı  onun  yığdığı  qızılın  miqdarından  daha  çox,  onların  əmtəə  və 
xidmətlər istehsal etmək qabiliyyətlərindən asılıdır. Buna görə də, əsas vəzifə qızıl 
yığımından  deyil,  əmək  bölgüsü  əsasında istehsalın inkişaf  etdirilməsindən ibarət 
olmalıdır.  Bu  isə  subyektlərin  iqtisadi  cəhətdən  tam  azad  olduqları,  yəzi  azad 
rəqabətin təmin olunduğu şəraitdə daha yaxşı şəkildə əldə edilə bilər. 
 
A.Smitə  görə,  məcmu  dünya  sərvəti  sabit  deyildir.  Beynəlxalq  əmək 
bölgüsünə əsaslanan xarici ticarət son nəticədə dünya istehsalının artmasına gətirib 
çıxarır.  Yəni,  öz  aralarında  ticarət  edən  iki  ölkə  beynəlxalq  əmək  bölgüsü 
nəticəsində  daha  yüksək  istehsal  və  istehlak  səviyyələri  əldə  edərək  həyat 
standartlarının artımına nail olurlar. Dolayı olaraq, A.Smit merkantilistlərin “xarici 
ticarətdə  bir  tərəf  qazandığı  halda  digər  tərəf  uduzur”  fikrini  alt-üst  edir.  Çünki, 
xarici ticarətdən hər iki tərəf mənfəət əldə edir. 
 
A.Smitin  xarici  ticarət  nəzəriyyəsinin  izahına  keçməzdən  əvvəl  qeyd  edək 
ki, ümumiyyətlə klassik xarici ticarət nəzəriyyələri çoxsaylı ehtimallara əsaslanır. 
Onları aşağıdakı kimi sıralamaq olar: 
-istehsalın yeganə amili kimi əmək çıxış edir; 
-mövcud olan əmək resurslarından istehsalda tam istifadə olunur, başqa sözlə tam 
məşğulluq mövcuddur; 


24 
 
-beynəlxalq ticarətdə iki ölkə iştirak edir ki, onlar da bir-birləri ilə yalnız iki əmtəə 
ilə ticarət edirlər; 
-istehsal  xərcləri  dəyişməz  olaraq  qalır,  onun  aşağı  düşməsi  isə  əmtəəyə  tələbi 
artırır; 
-əmtəənin qiyməti digər bir əmtəənin istehsalına sərf edilən əməyin kəmiyyəti ilə 
ifadə olunur; 
-tam və azad rəqabət şəraiti bərqərardır; 
-əmtəələrin bir ölkədən digərinə daşınması zamanı çəkilən xərclər sıfıra bərabərdir; 
-xarici ticarətdə heç bir məhdudiyyət mövcud deyil. 
Qeyd  edək  ki,  klassik  iqtisadçıların  dəyər  barəsindəki  mülahizələri  əmək-dəyər 
nəzəriyyəsi olaraq tanınır. Bu yanaşmaya görə, bir əmtəənin dəyəri onun istehsalı 
üçün sərf edilən əməyin kəmiyyəti ilə ölçülür. Buna görə də, istehsalına daha çox 
ə
mək sərf edilən malın dəyəri yüksək, az əmək sərf edilənin dəyəri isə aşağı olur. 
Bundan çıxış edərək klassik iqtisadşıların dəyəri formalaşdıran digər faktorlardan 
xəbərdar  olmadıqlarını  söyləmək  düzgün  olmazdı.  Əslində,  onlara  görə,  təbii 
amillər Allahın insanlara bir bəxşişidir, yəni cəmiyyət onların əldə olunması üçün 
heç  bir  əmək  sərf  etməmişdir  və  deməli,  təbii  amilləri  dəyəri  formalaşdıran 
faktorlar kimi qəbul etmək düzgün deyildir. 
Müasir nəzəriyyələrə nəzər yetirsək rəqabətin nəzəri əsaslarının fərqli səpkidə 
təsvir  edildiyini  və  şərh  verildiyini  görmüş  olarıq.  Buna  misal  olaraq  beynəlxalq 
ticarəti  inhisar  rəqabəti  şəraitində  izah  edən  nəzəriyyənin  inkişafına  yeni  nəsil 
amerikan iqtisadçısı Pol Kruqman böyük töhfə vermişdir. 
Inhisar  rəqabətinin  beynəlxlaq  ticarətə  təsirini  müəyyən  etmək  üçün  ilk 
növbədə  firmaların  sayı    və  onların  əmtəələrinin  qiymətləri  arasındakı  əsas 
qarşılıqlı əlaqələri müəyyən etmək lazımdır: 
-firmaların  sayı  ilə  tipik  firmanın  orta  xərcləri  arasındakı  qarşılıqlı  əlaqə  - 
müəssisələr nə qədər çox olarsa hər bir müəssisənin istehsal həcmi bir o qədər az 
və əmtəə vahidinə çəkilən orta xərclər bir o qədər çox olar; 
-müəssisələri saytı ilə onların hər birinin satış qiymətləri arasındakı qarşılıqlı əlaqə 
-müəssisələr çox olduqca rəqabət güclənir və qiymətlər aşağı düşür; 


25 
 
-firmaların  satış  qiymətləri  ilə  onların  sayı  arasında  qarşılıqlı  əlaqə  -  qiymət  orta 
bazar səviyyəsini keçirsə bazarda əlavə sayda müəssisələr meydana gəlir və əksinə, 
qiymət orta səviyyədən aşağıdırsa təsərrüfat subyektlərinin sayı azalır. 
Inhisar rəqabəti modeli üçün birinci iki əlaqə daha vacibdir. Inhisar rəqabəti 
çərçivəsində  ticarət  modeli  ondan  çıxış  edir  ki,  beynəlxalq  ticarət  satış  bazarının 
həcmini genişləndirir. Iki ölkə bir-birləri ilə ticarət etdikləri halda məcmu bazar iki 
ölkənin  bazarlarının  sadə  cəmindən  daha  geniş  olur  və  onların  istehsal  etdikləri 
ə
mtəələrin çeşidi genişlənir, əmtəə vahidinin qiyməti aşağı düşür. 
Beynəlxalq  ticarət  nəzəriyyələrinin  inkişafında  XX  əsrin  80-ci  illərində 
amerikan  iqtisadçısı  Maykl  Porterin  işlədiyi  ölkələrin  rəqabət  üstünlükləri 
nəzəriyyəsi mühüm əhəmiyyət kəsb etmişdir. O özünün bu nəzəriyyəsində klassik 
və  neoklassik  iqtisadçıların  baxışları  ilə  neotexnoloji  məktəbin  təmsilşilərinin 
baxışlarını  bir  araya  gətirə  bilmişdir.  Alim  dünya  ticarətinin  ikidə  bir  hissəsini 
özündə  cəmləşdirən  10  ən  iri  sənaye  ölkələrinin  şirkətlərinin  praktiki  fəaliyyəti 
üzrə  tədqiqat  apararaq  belə  bir  nəticəyə  gəlmişdir  ki,  dünya  bazarında  ölkənin 
rəqabət qabiliyyətinin bir-biri ilə qarşılıqlı fəaliyyətdə və əlaqədə olan dörd başlıca 
parametri mövcuddur:  
Amillərin  şəraiti.  Bu  zaman  müəyyən  sahədə  müvəffəqiyyətlə  rəqabət 
aparmaq  üçün  lazım  olan  konkret  istehsal  faktorları  nəzərdə  tutulur.  M.Porter 
klassik amillər nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə 
edir. 
Ə
mtəə və xidmətlərə tələb şəraiti. Bu, sahə tərəfindən təklif edilən məhsul və 
xidmətlərə  daxili  bazarda  olan  tələbi  nəzərdə  tutur.  Tələb  müəssisənin  inkişafını 
müəyyən  edən  əsas parametrdir.  Bu  zaman  daxili  tələbin vəziyyəti  xarici  bazarın 
potensial imkanları ilə birlikdə situasiyaya əhəmiyyətli dərəcədə təsir edir. Burada 
müəssisənin  xarici  bazarlara  çıxışına  təsir  edən  milli  xüsusiyyətləri  (iqtisadi, 
mədəni,  təhsil,  etnik,  adət  və  ənənələr)  də  nəzərə  almaq  lazımdır.  M.Porterin 
yanaşması ayrı-ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb 
etdiyini qəbul edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə