Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   2   3   4   5   6   7   8   9   ...   31

14 
 
öyrəşən müəssisə artıq rəqib müəssislərin müştərilərini özünə cəlb etməyə çalışır. 
Bu halda gözlənilməz hadisələr də baş verir. Ya, qiymətlər endirilir, ya da, güclü 
reklam-təbliğat kompaniyası başlanır və s. 
2)
  Istehlakçılar mal alverində və danışıqlarda daha çox tələbkar və güzəştə getməyən 
xasiyyətə  malik  olurlar.  Çünki,  artıq  bütün  rəqib  firmaların  əksəriyyətinin 
məhsulları  ilə  yaxından  tanış  olan  istehlakçılar  öz  tələblərini  irəli  sürərək  daha 
ucuz qiymətlə alver etmək istəyirlər.  
3)
  Rəqabət o səviyyəyə yüksəlir ki, artıq əsas fikir xərclərin çoxalması və xidmətin 
artılmasına  yönəldilir.  Belə  ki,  əgr  bütün  təklif  olunan  mallar  eyni 
keyfiyyətdədirsə,  o  zaman  müəssisə  daha  çox  məhsul  satmaq  üçün  qiymət  və 
xidmət sahəsindəki güzəştlərə üstünlük verir. 
4)
  Istehsal gücünü artırarkən müəssisə son bir “limit” halına gəlib çıxır. Aşağı templi 
inkişaf onu göstərir ki,  müəssisə  istehsal  gücünü  artırmır.  Hər  bir  müəssisə  rəqib 
müəssisələrin istehsal güclərini qiymətləndirməli və onların güclərindən aslı olaraq 
öz  gücünü  müəyyənləşdirməlidir.  Çünki,  artıq  istehsal  bazarda  satılmayaraq 
müəssisəyə  ziyan  gətirəcəkdir.  Bundan  başqa,  inkişafın  aşağı  tempi  şəraitində 
istehsal  güclərinin  yersiz  olaraq  artırılması  müəssisənin  gəlirini  azaldacaq  və 
gələcəkdə onun rəqabətqabiliyyətliliyini də şübhə altına alacaq. 
5)
  Elə  həddə  çatılır  ki,  artıq  nə  buraxılan  məhsulu  təkmilləşirmək,  nə  də  onun 
istehlakçilarda  yeni  istifadə  olunma  yerlərini  tapmaq  mümkün  deyil.  Yəni, 
istehlakçı  artıq  məhsulu  başqa  sahələrdə  istifadə  edə  bilmir,  istehsalçı  isə  o 
məhsulun yeni çeşidlərini, növlərini təkmilləşdirib təklif edə bilmir. 
6)
    Beynəlxalq rəqabət artır. Artıq beynəlxalq bazarda nüfuz qazanmış şirkətlər başqa 
ölkələrdə  bazara  çıxırlar,  bir  çoxları  ucuz  əmək  resurslarıolan  ölkələrdə  filiallar 
yaradırlar,  sahə  üzrə  dünyada  baş  verən  ən  müasir  yenilikləri  və  texnologiyanı 
tətbiq edirlər, beləliklə də, ucuz mal təklif etməklə bazarda rəqabəti udurlar. 
7)
  Sahənin  gəlirliyi  gün-gündən  azalmağa  başlayır,  yaxud  da  daima  düşür.  Zəif 
inkişaf,  sürətli  rəqabət,  istehlakçıların  daim  artan  tələbi,  istehsal  güclərindən  tam 
istifadəni də aşağı salır, müəssislərin satdığı məhsulun həcmi və bununla da onun 
gəliri aşağı düşür. 


15 
 
8)
  Artan  rəqabət  get-gedə  rəqib  müəssisələrin  daha  zəiflərinin  aradan  çıxmasına 
gətirib çıxarır. Sahə iri, güclü və rəqabətə dözənlərdən ibarət olur. Bu halda daha 
zəif  strateji  proqramlı  müəssisələr  bir  müddət  ekstensiv  yollarla  yaşamağa  çalışır 
və son nəticədə onlar müflisləşir, bazarı itirir və sıradan çıxırlar.      
     Bütün  bunlar  inkişaf  etmiş  sahələrdə  baş  verən  əsas  dəyişiklikləri  əks  etdirir. 
Lakin vəziyyət hər zaman çıxılmaz olmur. Belə ki, bir çox alimlər qeyd edirlər ki, 
inkişaf  etmiş  müəssisələr  xilasedici  tədbirlər  ilə  çox  hallarda  vəziyyətlərini 
qoruyub saxlaya bilirlər. Bu tədbirlərə aşağıdakılar aid edilir. 
1)
  Buraxılan məhsulun çeşidinin optimallaşdırılması. 
2)
  Istehsalın təkmilləşdirilməsinə daha çox əhəmiyyət verilməlidir. 
3)
  Xərclərin azaldılmasına daha çox əhəmiyyət verilməsi. 
4)
  Artıq  daimi  müştərilər  kimi  tanınmış  və  uzun  müddət  təmasda  olduğu 
istehlakçılara daha çox məhsul satmaq. 
5)
  Rəqib firmaların daha aşağı qiymətlə alınması. 
6)
  Beynəlxalq bazara çıxmaq. 
     Nəticədə  bir  tərəf  öz  ölkəsində  istifadə  edilməyən  texnologiyasını  xaricdə 
(texnologiyası zəif olan ölkədə) yeni texnologiya kimi istifadə edir. Digər ölkə isə 
öz  ölkəsində  hələ  görmədiyi  yeni  istehsal  sahəsi,  yeni  mal  və  xidmətlər  qazanır. 
Xüsusilə,  yeni  inkişaf  edən  ölkələrlə  inkişaf  etmiş  ölkələr  arasında  baş  verən  bu 
proses  rəqabətqabiliyyətliliyi  zəif  olan  müəssisələrə  ikinci  həyat  verir.  Məsələn, 
Amerikada  artıq  yetkin  həddə  çatmış  “Coca-Cola”  şirkəti  dünyanın  ən  müxtəlif 
ölkələrinin bazarı hesbına alkoqolsuz içkilər istehsalı üzrə liderliyi hələ də özündə 
saxlamaqdadır. 
       Bir  çox  müəssisələr  elə  sahələrdə  fəaliyyət  göstərirlər  ki,  o  sahələr 
iqtisadiyyatın başqa sahələrinə nisbətən çox yavaş inkişaf edir, yaxud da, get-gedə 
istehsalları düşür. Belə bir şəraitdə bu sahədə çalışan bir çox müəssisə məhv olub 
aradan  çıxma  səviyyəsinə  gəlsələr  də,  bəziləri  belə  şəraitdə  yaşama 
qabiliyyətindədirlər. Durğunluq bürümüş sahənin müəssisələrinin mövcudluğu hələ 
onların hamsının gərəksiz olacağı demək deyil və hələ bağlanacaq qərarını vermək 
sonuncu qərar olmaya bilir, ona tərəf hələ çox çıxış yolları aramaq mümkündür. Bu 


16 
 
halda  müəssisələrin  özləri  öz  talelərini  həll  etmək  sahəsində  əsaslı  tədqiqatlar 
aparmalıdırlar.  Belə  ki,  bu  halda  daha  çox  vəsait  və  investisya  hesabına 
vəziyyətdən  çıxmağın  mümkünlüyü,  bəzi  zərərli  sahələrin  ləğvi  ilə  əlaqəli  ola 
bilər.  Bundan  başqa,  güclü  rəqiblərin  də  artıq  iflasa  uğramışlar  hesabına  bazarı 
qazanacaqlarını unutmaq olmaz. Odur ki, bazarda azacıq da olsa, paya sahib olmaq 
ciddi strategiya tələb edir. Ümumiyyətlə,  durğunluq və boğulmaq həddinə çatmış 
sahələrdə fəaliyyətlərini davam etdirmək istəyən müəssisələr aşağıda qeyd olunan 
strateji yanaşmalardan istifadə etməlidirlər.  
1)
  Sahə  daxilində  ehtiyyatda  olan  bazar  seqmentlərini  araşdırıb  tapmağa  və 
ondan səmərəli istifadəyə yönəlmiş strategiya işləmələri. 
2)
  Istehsal olunan məhsulun keyfiyyətini yüksəltmək və onu təzələməklə ciddi 
tədqiqat yolu ilə seçim aöarmaq. 
3)
  Durmadan, təkidlə çəkilən xərclərin həcminin azaldılması. 
        Xərclərin azaldılması yollarına qeyd olunduğu kimi, daha ucuz qiymətlə mal 
təklif edən müəssisələrin xidmətindən istifadə, özündə baha başa gələn işlərin bu 
işi ucuz görən  müəssisələrdə görülməsi,  daxili  istesal ehtiyyatlarından və istehsal 
gücündən səmərəli istifadə, satışın təşkilində əmələ gələn artıq aralıq mərhələlərin 
ixtisar  olunması,  daha  ucuz  şərtlərlə  emal  etmə  texnologiyasının  tətbiqi  və  s. 
daxildir. 
         Bir  çox  sahələrdə  yüzlərcə,  minlərcə  kiçik,  orta  və  iri  ölçülü  müəssisələr 
fəaliyyət  göstərirlər.  Onlardan  bir  çoxu  ayrı-ayrı  şəxslər  tərəfindən  idarə  olunur. 
Pərakəndəlik və say çoxluğu onlardan hər hansı birinin bazarda yüksək yerə malik 
olmasına imkan vermir. Odur ki, burada liderlikdən, bazara hökümranlıqdan, geniş 
istehlakçı  kütləsinin  marağını  qazanmaqdan  söhbət  getmir.  Məsələn,  kitab,  qəzet 
çap edən mətbəələr, əl əməyi ilə müxtəlif məişət şeyləri düzəldənlər, gül-çiçək əkib 
becərənlər, yük daşayan nəqliyatlar və s.  
          Özünəməxsus  xüsusiyyəti  olan  bu  sahələrin  xarakterik  əlamətləri  aşağıdakı 
kimi səciyyələnir. 
1)
  Hər bir zaman eyni bir sahəyə girmək çox da çətinlik törətmir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə