Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   2   3   4   5   6   7   8   9   ...   31

17 
 
2)
  Xərclərin həcmi və müəssisələrin böyüklüyü ilə əlaqədar güclü bir rəqabət 
yoxdur; 
3)
  Görülən  işin  növü,  həcmi  və  sifarişçiləri  ilə  bir  növ  qapalı  bir  bazarın 
mövcudluğu bu sahə üçün xarekterikdir; 
4)
  Mal və xidmət təklifi üzrə çox saylı və çeşidli fəaliyyət növünün olması bu 
sahə üzrə xarekterik bir haldır. 
5)
  Iri  həcmli  və  ağırlığı  çox  olduğundan  bu  xidmət  sahəsinin  əhatə  dairəsi 
məhdud radiusla həyata keçirilir. 
6)
  Yerli  qanunla  hüquqa,  əxlaqa,  məişət  tərzinə  zidd  olacaq  fəaliyyət 
növlərinin fəaliyyətinin qeyri mümkünlüyü; 
7)
  Sahənin özünün gün-gündən yeniləşməsi və cavanlaşması baxımından bir-
birinə örnək və ya təsiredici gücə sahib olmaması. 
           Bu xususiyyətlərlə xarekterizə olunan spesifik xusisiyyətli sahədə, təbii bir 
proses kimi, eyni fəaliyyət növü ilə məşğul olan müəssisələr birləşə bilərlər. Bunu 
onların  ümumi  maraqları,  ortaq  mal  göndərənləri,  və  bazara  birgə  mal 
göndərmələri edirlər. Bu sahədə də firmaların bir qədər imkanlarını inkişaf etdirir, 
başqaları isə, elə sahənin spesifikasına mövcud kortəbii, bu günkü imkan və tələblə 
fəaliyyətdə olurlar.  
          Bu sahədə rəqabət çox zəif və çox güclü ola bilər. Çünki, sahəyə daxil olmaq 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  elə  də  çətin  deyil.  Kiçik  ölçülü  firmalar  istər 
istehlakçı,  istərsə  partnyorlara  iş  sahəsində  güclü  nüfuza  və  təsir  dairəsinə  malik 
olmadığından onlar çox vaxt iri müəssisələrin kölgəsində qalırlar. Rəqabət məhsul 
çeşidinin  çoxalması,  xidmət  servisinin  yaxşılaşdırılması,  daha  ucuz  qiymətlə 
istehsal edib, ucuz da satılması, görülmüş işlərdən əlavə servis xidmətlərinin təklifi 
sahələrində  aparılır.  Odur  ki,  bu  sahədə  bütün  rəqabətqabiliyyətlilik  əsas 
istehlakçılar və bazar seqmentində boş qalmış yerləri doldurub nüfuz qazanmaqdan 
ibarətdir.  
           Müəssisələr  və  şirkətlər  öz  fəaliyyətlərini  beynəlxalq  bazarlara  çıxarırlar. 
Bu,  müxtəlif  səbəblərdən  olur.  Bu  səbəblərə  yeni  bazarları  axtarmaq,  daxili 
rəqabətə  dözə  bilməmək,  daha  ucuz  əmək  resurslarından  istifadə  etmək  və  s 


18 
 
daxildir.  Səbəblərin  nə  olmasından  aslı  olmayaraq,  xarici  bazarlarda  şirkətləri 
xarici  ölkənin  bir  çox  tələbləri  əhatə  edir.  Bunlara  xərclərin  müxtəlif  cür  dəyişə 
bilməsini,  valyuta  kyrslarının  dəyişməsini,  həmin  ölkənin  ticarət  siyasəti  və 
beynəlxalq  rəqabətin  özünəməxsus  xüsusiyyətlərini  aid  etmək  olar.  Bunlara  ayrı-
ayrılıqda baxaq: 
1)
  Ölkədən  ölkəyə  xərclərin  dəyişməsi.  Hər  bir  ölkədə  əmək  haqqı  həddi,  əmək 
məhsuldarlığı,  infilyasiya  tempi,  enerji  daşıyıcılarının  qiyməti,  qanunvericilik, 
müxtəlif  cür  dəyişdiyindən  çəkilən  xərclər  də  müxtəlif  olur.  Məhz,  göstərilən 
faktorların ucuz olduğu ölkələrdə istehsalı daha asan və az xərclə təşkil etmək olur. 
ə
mək  qüvvəsini  ucuz  olduğu  ölkələrə  Tayvanı,  Cənubi  Koreyanı,  Meksikanı, 
Brazilyanı aid etmək olar. 
2)
  Valyuta kurslarının dəyişməsi. Valyuta kursları əsas göstərici kimi həm xərclərə, 
həm  də  gəlirlərə  təsir  edir.  Bəzən  valyuta  kursları  il  ərzində  20-40%-ə  qədər 
dəyişir.  Bu  cür  dəyişmə  şirkətlərin  bəzilərinin  gəlirlərini  artırsa  da,  bir  çoxlarını 
müflisləşdirir. 
3)
  Dövlətin  xarici  ticarət  siyasəti.  Dövlət  öz  milli  iqtisadiyyatını  qorumaq  üçün 
gömrük,  vergi  və  bu  kimi  sahələrdə  bir  çox  dəyişiklik  edib,  daxili  bazarında  öz 
məhsullarına  əlverişli  şərait  də  yarada  bilər.  Yaxud,  xarici  mallarla  ölkənin 
ehtiyaclarını  ödəmək  məqsədi  ilə  daha  münbit  şərait  yaradıb  onları  həvəsləndirə 
bilər. Bundan başqa, hası mahsulların çıxarıla bilməsinə və ya gətirilə bilməsinə də 
icazə  vermək  dövlət  səlahiyyətlərindədir.  Daxili  iqtisadi  qanunlar  və  mülki 
qanunlar  və  mülki qanunlar  da  xarici  fəaliyyət  üçün  əlverişli  və  ya  əlverişsiz  ola 
bilər.  
         Rəqabət  dövlətlərarası  və  milli  ola  bilər.  Dövlətlərarası  rəqabətdə  hər  hansı 
bir  mal  üzrə  dünya  bazarını  qazanmaq,  daha  çox  xammal  satmaq  və  ya  hansısa 
məhsulun  monopolist  istehsalçısına  çevirilmək  rəqabət  törədir.  Qlobal  rəqabətdə 
qiymət və rəqabət şərtləri bütün milli bazarlar üzrə bir-biri ilə əlaqədardır. Odur ki, 
bu halda vahid dövlətlərarası və qlobal bazar mövcuddur. 
          Qlobal  rəqabətin  bazar  gücü  onun  müxtılif  ölkələrdən  aldığı  rəqabət 
üstünlüklərinin  cəmi  ilə  düz  mütənasibdir.  Belə  rəqabətə  avtomobil,  avtomobil 


19 
 
ş
ini,  televizor  və  s.  kommersiya  xidməti  üçün  istehsal  olunmuş  təyyarələr 
istehsalında rast gəlinir.  
Beynəlxalq bazarlarda işləyən şirkətlərin alti strateji istiqaməti var: 
1)
  Xarici  şirkətlərə  öz  şirkətinin  texnologiyasından  istifadə  etməyə,  yaxud  da, 
onun məhsullarını istehsal edib satmaq üçün lisenziyalar verilməsi. Bu halda 
beynəlxalq  məcmu  gəlir  müqavilə  üzrə  lisenziyaya  ödənən  məbləğə  bərabər 
olur. 
2)
  Milli  məhsul  istehsalını  bir  ölkədə  təmsil  edərək  onu  başqa  ölkələrə  ixrac 
etmək. Belə halda öz paylama imkanlarından istifadə oluna bilər. 
3)
  Çoxmilli  strategiyaya  üstünlük  vermək.  Bu  halda  hər  bir  xarici  dövlət  üzrə 
bazar,  onun  tələbi,  yerli  şərait  nəzərə  alınmaqla,  onlar  üçün  fərdi  strategiya 
hazırlanır. Bunlar ümumi strategiyada birləşsələr də, hər birindəki strategiya 
digərindən fərqlənir və onlar fərdi qaydada həyata keçirilirlər. 
4)
  Ən aşağı xərclərlə qlobal strategiyanı həyata keçirmək. Bu halda şirkət bütün 
imkanları  ilə  hər  bir  dövlətdə  olan  satış  bazarlarına  öz  məhsullarını  aşağı 
qiymətlə 
göndərərək 
mövcud 
olan 
imicini 
və 
bununla 
da 
rəqabətqabiliyyətliyini yüksəltmiş olur. 
5)
  Diferansasiyaya  üstünlük  vermə  strategiyası.  Şirkət  öz  məhsullarını 
fərqləndirir ki, o, eyni xarakteristikalı məhsuların istehsalı üzrə etibarlı qlobal 
imic qazanmış olsun. 
6)
  Təmərküzləşdirmə qlobal strategiyasını həyata keçirmə. Şirkət öz fəaliyyətini 
bu  və  ya  digər  ölkələrin  bazar  şəraitlərinə  rast  gəlinən  bu  boşluqları 
doldurmağa istiqamətləndirir. 
Bütün  bunlar  beynəlxalq  bazarda  rəqabətqabiliyyətliliyi  qoruyb  saxlamağ 
imkan verən amillərdir.    
Bazar  iqtisadiyyatına  keçid  prosesi  ölkəmizdə  müəssisələrin  fəaliyyət 
mühitlərinə  onlar  üçün  yeni  iqtisadi  amili-rəqabəti  gətirmişdir.  Rəqabət  bazar 
iqtisadiyyatının əsas atributlarından biri olaraq, iqtisadiyyatın, onun sahələrinin və 
sahibkarlıq fəaliyyətinin intensiv inkişaf etməsinə, istehsala ETT-nin nəticələrinin 
tətbiq olunmasına və təlabatların səmərəli ödənilməsinə təkan verən xüsusiyyətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə