Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə54/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   50   51   52   53   54   55   56   57   ...   115

 
 
  96
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
İlan Arxetipinin Azərbaycan Və Çin Ədəbiyyatında Təzahürü 
Kərimova Nərgiz Arif qızı 
Azərbaycan Milli Elmlər Akademiyası  
 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi 
nergizkerimova622@gmail.com 
 
 
XÜLASƏ 
 
Bu  gün  müasir  tədqiqatların  aparıcı  istiqamətlərindən  biri  də  arxetiplər  nəzəriyyəsidir.  "Bu 
nəzəriyyəyə görə, insanın özünü  ifadə simvollarının əsasında onunla bərabər doğulan ilkin obrazlar mühüm yer 
tutur ki, bu da yaradıcılığın bütün məqamlarında aparıcı mövqeyə malik olur. Beləliklə, harada yaşamasından 
asılı olmayaraq insanın dünya duyumu və psixoloji imkanları bir-birinə oxşar obrazlar vasitəsi ilə təcəssüm olunur 
və Karl Qustav Yunq bunları arxetiplərin təzahürü hesab edirdi".  
Dünyanın müxtəlif xalqları arasında qədim dünyagörüşlərdən biri olan ilana sitayiş geniş yayılmışdır. 
Bu inam şifahi xalq ədəbiyyatında - əsatirlərdə, əfsanələrdə, nağıllarda, eyni zamanda, tarixi abidələr üzərində 
təsvirlərdə  özünü büruzə verir.  
 
"E.ə.  II  minillikdə  I  minilliyin  başlanğıcında  bütün  dünyada  günəşin  ilanlarla  mübarizəsi 
haqqında əsatir yayılmışdı. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. İlan şamanların köməkçisi, müqəddəs və 
toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həmdə 
onların əzəməti qarşısında ehtiramla bağlıdır. İlanlara ehtiram digər heyvanlarla müqayisədə daha qədim hesab 
olunur və dünyanın bir çox xalqlarına məlumdur. 
 
"İlan  qədim  türklər  inanc  sisteminin  başlıca  elementləri  arasında  yer  alır.  Başqa  xalqların 
mifologiyasında  şər  gücləri  təmsil  edən  ilan,  türklərin  varlığına  işarə  hesab  olunur.  Orta  Şərq  və  Avropa 
xalqlarının mifologiyasına ilanla bağlı inanclar şumerlər vaitəsilə daxil olmuşdur. Tövrat və digər dini kitablarda 
da öz əksini tapan bu  simvolun  kökləri,  Çin  mənbələrinə  görə,  b.e.ə. VII  minillikdə  meydana  gələn və  5000  il 
ərzində davam edən “Neklərin (ilanların) müharibəsi”nə qədər gedib çıxır. Qədim türklər ilan və ya əjdahaya 
çincə “luu”, “lang” kimi adlar da vermişdi. Dilimizdə “ilan” kimi tələffüz edilən “yılan” sözü “su”, “bulaq” 
mənasına gələn “yul”dan törəmişdir.  
 
Azərbaycan  şifahi  və  yazılı  ədəbiyyatı  ilə  yanaşı,  Çin  ədəbiyyatında  da  ilan  arxetipi 
nümunələrini görmək mümkündür. Mustafa Çəmənli "Xallı gürzə" romanı, Şərif Ağayar "Haramı" romanı, İsa 
Muğanna  "İlan  dərəsi  və  ya  Peyğəmbərin  taleyi"  povesti,  Səxavət  Sahilin  "Əliverdinin  ilanı"  hekayəsi,  "İlan 
məhəbbəti" əfsanəsi, "Abduləsər dağı" əfsanəsi, "İlan oğlan" əfsanəsi, "Qızıl ilan" əfsanəsi, "İlan və qız" nağılı, 
“Dad  Xanpərinin  əlindən”  nağılı  və  s.  ədəbiyyatımızda  işlənən  arxetip  nümunələrini  göstərmək  olar.  Çin 
ədəbiyyatında isə Li Bixua (Li Bihua) “Yaşıl ilan”, Pu Sonlin (Pu Songling) “Yalnız Studinin qəribə nağılları”, 
Xalq əsatiri “Ağ ilanın nağılı” (Bai She Zhuan), Fın Menlon (Feng Menglong) “Dünyanı xəbərdar etmək üçün 
adi sözlər – Xanım Ağ ilan”, “Fu Si” (Fu Xi) və “Nü Va” (Nü Wa) hər ikisi əsatirdə insan başlı ilanlardır, Lyu 
Conyuan  (Liu  Zongyuan)  “İlan  tutanın  söhbəti”  və  “Taypinin  müfəssəl  qeydləri”  əsərləri  və  s.  arxetipik 
nümunələrdir. 
 
 
İlan arxetipinin şifahi və yazılı Azərbaycan və Çin ədəbiyyatında təzahürü formaları müəyyən 
nümunələr  əsasında  araşdırılmış  və  hər  iki  ədəbiyyatda  arxetip  nümunələrinin  oxşar  və  fərqli  xüsusiyyətləri 
işlənmişdir. 
 
Açar sözlər: Azərbaycan, Çin, ədəbiyyat, ilan, arxetip 
 
 
 


 
 
  97
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Portfolyo Yönteminin Mesleki Gelişim Amaçlı Kullanılmasına İlişkin Öğretmen 
Adaylarının Görüşlerinin İncelenmesi: Durum Çalışması 
Arş. Gör. Gürol YOKUŞ  
Mersin Üniversitesi 
gurolyokus@gmail.com 
 
Doç. Dr. Hakan AKDAĞ 
Mersin Üniversitesi 
 hakanakdag@mersin.edu.tr 
 
ÖZET 
Bu araştırma kapsamında portfolyo yönteminin mesleki gelişim amaçlı kullanılmasına ilişkin öğretmen 
adaylarının görüşleri incelenmiştir.  Öğretmen adaylarının mesleki gelişimleri temel olarak pedagojik ve alan 
bilgilerinin geliştirilmesine  bağlıdır.  Bu gelişimi  sağlamak için öğretmen yetiştiren kurumlar  çeşitli yöntemler 
kullanmaktadır. Bu yöntemlerin başında portfolyo gelmektedir. Öğretmen eğitimi alanında portfolyo kullanımı 
giderek  yaygınlaşmıştır.  Portfolyo  bireysel  kullanıma  uygun  olduğu  kadar  kullanıcının  kariyerini  ilerletme  ve 
mesleki gelişimini sürdürme açısından da oldukça yararlı bir yöntemdir.  
Bu  çalışmada  bilimsel  araştırma  yöntemi  olarak  nitel  araştırma  yöntemlerinden  durum  çalışması 
kullanılmıştır. Çalışma grubundaki katılımcılar seçkisiz olmayan örnekleme türlerinden amaçlı örnekleme altında 
yer  alan  ölçüt  örnekleme  tekniği  kullanılarak  belirlenmiştir.  Nitel  veriler  Sınıf  Eğitimi  Bölümünde  okuyan  ve 
portfolyo  tutmuş  olan  24  öğretmen  adayından  veri  toplanmıştır.  Veri  toplama  aracı  olarak  uzman  görüşleri 
doğrultusunda geliştirilen Açık Uçlu Anket Formu kullanılmış ve veriler içerik analizine tabi tutulmuştur. 
Verilerin  analizi  sonucunda  “mesleki  gelişim  amaçlı  kullanımı”  teması  altında  “öz  değerlendirme 
yapma, mesleki gelişimi izleme fırsatı sunma, öğretimin iyileştirilmesine katkı sağlama” kodları; “kişisel gelişim 
amaçlı  kullanımı”  teması altında  “bireysel yetkinliğinin farkına varma,  geliştirmeye  açık  yönlerini  fark  etme, 
problem çözme ve karar  verme  becerilerini  artırma” kodları;  “mesleki  aidiyet”  teması  altında  ise  “mesleğini 
daha iyi tanıma, mesleki motivasyon ve öğretmen kimliğinin gelişmesi  ” kodları ortaya çıkmıştır. Araştırmanın 
bulguları,  portfolyo yönteminin  mesleki  gelişim  amaçlı kullanmaya uygun  olduğu,  kullanıcıların  meslekleriyle 
ilgili  gelişimlerini  sağladığı,  öğretmenlik  mesleğine  ilişkin  aidiyet  duygusunu  artırdığı,  öğretmen  adaylarının 
kendi öğrenmeleri üzerinde yapıcı bir rol oynadığı, bir öğretmen olarak karar verme, problem çözme ve yansıtıcı 
düşünme becerilerini geliştirdiğini göstermiştir.  
Anahtar Kelimeler: Portfolyo yöntemi, öğretmenlerin mesleki gelişimleri, mesleki aidiyet 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə