Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə40/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Qoy ağ çiçəkləri düzüm saçına, 

Qarışsın saçının ağı güllərə. 

Ana gözlərində bulud görməyim, 

Qəmi yaza dönsün, ahı güllərə. 

 

Təkcə analar ağlamasın, 

Zirvəmdi, qoymayın onu çən alsın. 

Al- qumaş geysə də ona yaraşmaz, 

Ananın paltarı sevincdən olsun. 

 

Təkcə analar ağlamasın, 

Ana kədərinə dözə bilmirəm… 

 

 

        

        ANAMIN  DUASI 

 

Orda, zirvələrin qonşuluğunda, 

Duman işığında, ay işığında, 

İnamdan yuxarı, dindən yuxarı, 

Arzumdan yuxarı, məndən yuxarı 

Anam od üstündə dua oxuyur, 

Anam su üstündə dua oxuyur. 

Məni tilsimləyir bu uzaqlıqdan, 

Onun pıçıltısı haraydı, ahdı. 

Xəstələnmək olmur, dərd çəkmək olmur, 

Ürəyinə damar, vallah, günahdı… 

 

Daha səfərlərə çıxan deyiləm, 

Yollarım anamın ömür yumağı. 

Ömrünü dünyaya səpələmişəm. 

Soyuq ürəklərin nazına dözüb 

Ana ürəyinə köz ələmişəm. 

Dünya yollarına su çiləməkdən 

Mənim ağ buludum yağışa dönür. 

Anam tanrıya da dua oxuyur, 

Anam özü boyda alqışa dönür. 

 

Çölün çiçəyi də ana payıdır, 

Zirvədə ağaran qar- qışındandır. 

Qürbət yollarında rahatlıq görsən, 

İnan ki, ananın alqışındandır. 

Tanrı təkliyilə öyünə bilməz, 

O özü tanrımı qoşa yaratmış. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gözə görünməkdən məhrum olan kəs 

Dünyaya anamın cildində gəlmiş… 

Mənim ayaqlarım yollarda qabar, 

Qabarlı əliylə corab toxuyur. 

Xəyanət odundan, böhtan selindən, 

Hava yollarından, su yollarından 

Bizi qorumağa, hifz eləməyə 

Anam yer üzünə dua oxuyur, 

Anam göy üzünə dua oxuyur. 

Dünyaya bir dəstə oğul- qız verən 

Təkcə, öz- özünə, dua oxuyur… 

 

                         SƏYAVUŞ  SƏRXANLI 

 

 

 

 

ANA 

 

 

Vuruldum Vətənə ana adında, 

Ömrümün gecəsi- gündüzü ana! 

Həyat dediyimiz kainatın da 

İlk sözü anadı,son sözü ana. 

 

Ana- ilk məhəbbət sözü kimidir, 

Safdır hər niyyəti, hər arzusu da. 

Ana- təbiətin özü kimidir, 

Bir əli oddadır, bir əli suda. 

 

Ana məktəbini keçməyən həyat 

Özünə bir ömür qazana bilməz. 

Bir ana kölgəsi düşməyən həyət 

Yüz ocaq yansa da, qızına bilməz. 

 

Ata- əkinçisə, anadı- torpaq, 

Sinəsi güllüdü, gülüstanlıdı. 

Köçər nağıllara o çıraq- çıraq, 

Hər aylı gecəsi yüz dastanlıdı. 

 

Çəmənlə yeriyən çaylarla axan 

Ana nəfəsidi, ana nəfəsi. 

Hərbin top- tüfəngli gözündən baxan 

Ana naləsidi, ana naləsi. 

 

Çəkər yuxusuna savaşlar kimi 

Qəbri qürbət eldə itənləri o. 

Yollar qırağında ağaclar kimi 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Göyərib gözləyər gedənləri o. 

 

Səbri ondan alıb dağım- daşım da, 

Can verib yurdumun ocaqlarına. 

O, sac qırağında, təndir başında 

Qəlbini bölübdü qonaqlarına. 

 

Laylaya güvənib çətində- darda, 

Beşiyi bəşərin şah əsəridir. 

 

Bütün muğamlar da, simfoniyalar da 

Layla ağacının meyvələridir! 

 

Yer üzü, göy üzü borana düşsə, 

Həyatın közərən közüdü ana. 

Göylərin güləyən gözü günəşsə, 

Yerlərin ağlağan gözüdü ana. 

 

Bir dünya asılıb hər ağ telindən, 

Yeri göz üstündə görünməlidir. 

Bəşər ömür alıb ana əlindən, 

Ana əhdinə də bürünməlidir. 

 

Odur ər arxası, min ev dirəyi, 

Hər arzu, əməli günəşə baxar. 

Yüz xəzan gəlsə də, ana ürəyi 

Həmişəbahardı, həmişəbahar! 

 

Qızlar eşq badəsi içməzdən əvvəl 

Ana əllərindən su içsin gərək. 

Bir evdən bir evə köçməzdən əvvəl 

Öyüddən- öyüdə yol keçsin gərək. 

 

Səpər sovqatını bağça- bağ kimi, 

Günəşdi evlərin yaxasında o. 

Qocalıb, əssə də bir yarpaq kimi, 

Dağdı dünyamızın arxasında o! 

 

Bir canlı tarixdi, bir canlı əsər, 

Qızıldan qiymətli hər kəlməsidir. 

İnsanlıq yolunda oğullar- əsgər, 

Ana- sərkərdələr sərkərdəsidir. 

 

Bu sözü ən şirin  dilim deyibdi, 

Dayan qulluğunda, xoş halın olsun. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə