Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə41/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Mənə qələm verən elim deyibdi: 

Ana südün kimi halalın olsun! 

 

Şairlər şerini qınasın bir az, 

Borcludu önündə o saf niyyətin. 

Dahilər yerini tanısın bir az, 

Anadı dahisi əbədiyyətin… 

 

 

 

 

 

 

ANA  SÜDÜ 

 

Haçansa 

Kəhkəşan parçası kimi, 

Süd buğumlu əkin havası kimi 

İçmişəm onu. 

Durna qatarının qəribsayağı 

Harayları kimi, avazı kimi, 

Dənli zəmilərin laylası kimi 

İçmişəm onu. 

 

Bir döş giləsində- 

Həyat qönçəsi, 

Ömür addımları, zülmət qırımı. 

Ağ süd- 

Ürəyimin ağ şəlaləsi, 

Ağ süd- 

Ürəyimin ağ ildırımı! 

 

Süd- ilkin sevincim, ilkin qubarım, 

Süd- körpə ömrümün dümağ yelkəni. 

O nur qanadlarım, süd qanadlarım 

Süd rəngli yollara çağırıb məni. 

 

Laylanın ağ rəngli barmaqlarıyla 

Kədərli dünyamı soyunmuşam mən. 

Ana döşlərinin şırnaqlarıyla 

Uşaq yuxusundan oyanmışam mən. 

 

O süd günəş olub göydə alışır, 

O süd çaya dönüb çıxır qarşıma. 

O süd günə hopur, ilə qarışır 

Ömür anları tək yağır başıma. 

 

Mənim yaddaşımdan min öyüd axır, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Yox, özgə oduna yanmaqmı olar?! 

Mənim damarımdan dümağ süd axır, 

Eh, ana südünü danmaqmı olar?! 

 

 

 

ÇİNGİZ   ƏLİOĞLU 

                       ANA 

 

Bir ana borcunu qaytarmaq üçün 

Bir ömür yaşamaq az imiş demək… 

Bir ana borcunu qaytarmaq üçün 

Taledən beş ömür alasan gərək! 

 

Saçımda yaşayır ana sığalı, 

Qulağım sözündən tana, sırğalı, 

Bir nağıl bilirəm, ana nağılı- 

Ana nəvazişli, ana qayğılı. 

 

O nağılın gözəl - gözəl qız gəlini, qız gəlini… 

O nağılın əl - ayağı düz gəlini, düz gəlini… 

O nağılda gözəllərin gözəli də öz anamdır, 

O nağılın şeri də, qəzəli də öz anamdır! 

 

O nağılda küləklərə, tufanlara sinə gərən, 

O nağılda kirpiyilə od götürən, qor götürən, 

Min əzabla oğul - uşaq, bar yetirən 

Mənim anam, mənim anam, öz anamdır… 

 

Boyum da uzundur boyundan sənin, 

Bəs niyə sən məndən ucasan, ana? 

Bütün səhərlərin sən ən cavanı, 

Bütün gecələrdən qocasan, ana! 

 

Ay ana, əlini çəksən torpağa, 

Torpağın qarışı qızıla dönər. 

Atsan örpəyini quru budağa, 

Ağac çiçəkləyər, budaq göyərər… 

 

…Bir ana borcunu qaytarmaq üçün 

Bir ömür yaşamaq az imiş demək… 

Bir ana borcunu qaytarmaq üçün 

Taledən beş ömür alasan gərək! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

ANAMA 

 

Yanağından sürüşən 

O bir gilə göz yaşı 

Uçur ardımca mənim. 

 

Payızda, qışda, yazda, 

Toyda - düyündə, yasda 

Tapır məni göz yaşın. 

 

Kirpiyimə qonur o… 

Ay ana, göz yaşınla 

Ağlayıram, gülürəm… 

 

O bir gilə yaşı mən 

Bu dünyada hər şeydən 

Güclü, qadir bilirəm… 

 

                                         RÖVZƏT 

 

 

 

ANA 

 

Onun ciyərparası 

gözündən uzaq olsa, 

könlündən uzaq olmaz. 

Ana yenə anadır, 

hamıya uzaq olsa, 

balaya uzaq olmaz. 

Unutmaz övladını, 

Övladı unutsa da. 

Ana atmaz övladı,  

övlad onu atsa da. 

Ana tuş olsa əgər 

balanın bəlasına, 

Yenə ömründən kəsib, 

bağışlar balasına. 

Çətinə, dara düşsən, 

halına yanan olar, 

sənə bir yanan olsa, 

o da ki, anan olar. 

Əyilib beşik üstə 

gecələr keşik çəkən, 

bu günündən əl çəkib, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə