Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə45/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



MƏHƏMMƏDHÜSEYN   ŞƏHRİYAR 

 

 

      TÜRKÜN  DİLİ 

 

Türkün dili tək sevgili, istəkli dil olmaz, 

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz. 

Öz şerini farsa, ərəbə qatmasa şair, 

Şeri eşidənlər, oxuyanlar kəsil* olmaz. 

Pişmiş kimi şerin də gərək dad- duzu olsun, 

Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. 

Sözlər də cəvahir kimidi, əsli bədəldən 

Təşxis verən olsa, bu qədər zir- zibil olmaz. 

Şair ola bilməzsən anan doğmasa şair, 

Missən, a balam, hər sarı köynək qızıl olmaz. 

Ötməz, oxumaz, bülbülü salsan qəfəs içrə, 

Dağ- daşda doğulmuş dəli ceyran həmil** olmaz. 

İnsan odu tutsun bu zəlil xalqın əlindən, 

Allahı sevərsən, belə insan zəlil olmaz. 

Hərçənd Sərabın südü çox, yağ- balı çoxdu, 

Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz. 

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, 

Ərbablarımızdan da qarınlar təbil olmaz. 

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, 

Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz. 

Düz vaxtda dolar taxta- tabaq ədviyyə ilə, 

Onda ki nənəm sancılanar, zəncəfil olmaz. 

Fars şairi çox sözlərini bizdən aparmış, 

Sabir kimi bir süfrəli şair pəxil olmaz. 

Türkün məsəli, folkloru dünyada təkdi, 

Xan yorğanı kənd içrə məsəldir mitil olmaz. 

Azər qoşunu qeysəri- Rumi əsir etmiş, 

Kəsra sözüdü, bir belə tarix nağıl olmaz. 

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə 

Kövsər*** ola bilsə, demirəm, Səlsəbil**** olmaz. 

 

*Kəsil- yorğun 

**Həmil, həməl- quzu 

***Kövsər- əfsanəyə görə cənnətdə bir bulaq 

****Səlsəbil- əfsanəyə görə cənnət suyu 

 

 

 

        XƏLİL   RZA  ULUTÜRK 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 LAYLAM  MƏNİM,  NƏRƏM  MƏNİM 

 

-Lay- lay dedim, yatasan, 

Qızılgülə batasan… 

Hardan gəlir bu səs- səda? 

Bəlkə, illər arxasında 

Layla çalır gəlin ana? 

Dörd qulac ip 

Bir yüyrüyü 

           bənd eləmiş kəhkəşana. 

Layla çalır gəlin ana. 

 

Yelləndikcə kiçik yüyrük 

Gedib dəyir bu ulduzdan o ulduza. 

Layla axır… cocuq baxır. 

Bəs nə üçün mürgüləmir? 

Bayaq ana südü əmib, 

İndi ana ruhu əmir. 

 

İllər ötdü, yaşa doldum. 

Anladım ki, ana dilim 

Ürəyimdən çıxmaz mənim, 

               doğransam da dilim- dilim. 

Anladım ki, sinəmdəki sözlər deyil, 

                babaların nəfəsidir. 

Dizlərimə taqət, qüvvət, 

                  gözlərimə işıq verən, 

Çənlibeldə at oynadıb 

                  şimşəklərlə qoşa gedən 

                             igidlərin nərəsidir. 

Bu dildədir yüz abidə, min abidə, 

Xilafəti parçalayan 

                  Babəkimin qəzəbi də! 

Məhv olarsa bir gün bu dil, 

                       Göy Göl onda Göy Göl deyil. 

                       Qoşqar onda Qoşqar deyil. 

                       Qız qalası qala deyil. 

                       Öz dilini sən qala bil! 

Qərbə, şərqə işıq salan 

                      Füzulini sən qala bil! 

Sağdır dilim, 

                     demək, sağdır şərafətim, ləyaqətim. 

Sağdır, demək, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



                     milyard yaşlı məmləkətim. 

Yüz hədəfə tuş etmişəm 

                    Sabirin hər sətrini mən. 

Salxım- salxım nuş etmişəm 

                     şəhdini mən, ətrini mən. 

Külək deyil, güllə açdı 

                    Təbrizimin yaxasını. 

Boğazından çıxartdılar 

                     loxmasını. 

Lakin yenə o yaşadı, 

                    qoruyaraq Möcüzün hər misrasını. 

Mənim dilim məğrur baxmış 

                     üzərindən gəlib keçmiş, 

                     ürəyini dəlib keçmiş 

                                   oxların qanlı ucuna. 

Baş əyməmiş fatehlərin qol zoruna, 

                                             dil zoruna, 

                            qılıncına, qırmancına! 

Baş əyməmiş! Baş əyməyir!.. Əyməyəcək! 

Cabbarların türbəsinə 

                             bahar özü qoyur çələng. 

Ürəyimdə od qalamış 

                            min- min arzum, əhdim mənim. 

Bax, bu dildə «Hücum!» deyib 

                            İtaliya dağlarında 

                            dağ çəkmişdir faşistlərə 

                                       Mehdim mənim! 

Bax, bu dildə şer dedi 

                           Səməd Vurğun  hər obada. 

Qucaq- qucaq gül gətirdi 

                           gözəl qızlar o ustada. 

Qəlbim- bahar şəlaləsi, 

                           sevinc yığır, ah dağıdır. 

Mənim dilim Göy Göl, Xəzər, 

                         mənim dilim Şahdağımdır! 

Qoy dilçilər öcəşsinlər, 

                        yoxdur bəhsə meylim mənim. 

Heç bir dildən əskik deyil 

                         bəşərin dil ağacının 

                         şah budağı dilim mənim! 

Təkcə cümlə deyil, təkcə səs deyil, 

                         Xalqımın gözünün odu- ziyası, 

                        canı, şah damarı, arteriyası, 

                         ən böyük mirası sabahkı nəslə! 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə