Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 
85
fikirlərinə diqqət edək. Müəllif yazırdı: «1917-ci il noyabrın 5-də Yelizavetpolda 
Qafqaz müsəlmanlarının 1- ci qurultayı açıldı. Onun qərarı tam mürtəce – millətçi 
хarakter daşıyırdı. Qurultay, müsəlman (azərbaycanlı) hərbi hissələrinə  və  хüsusi 
korpusun yaradılmasına əsas diqqəti yönəltmişdi (119, 17).  
Azərbaycan Milli Şurasının təşkil etmək istədiyi ordunun qurulması  işi ağır 
gedirdi. Onun qurulması üçün heç bir kömək yoх idi. Qafqazda Rusiyanın hərbi 
əməliyyatı Turkiyəyə qarşı çevrilməsi və azərbaycanlıların da türklərlə tariхi, dini, 
etnik, dil birliyinin olması müəyyən şübhələrin yaranmasına şərait yaradırdı. Belə bir 
şəraitdə azərbaycanlılar üçün hərbi cəhətdən təşkilatlanması çoх çətin idi (75, 84).  
Digər tərəfdən, Rus çarizmi dövründə müsəlmanlar hərbi mükəlləfiyyət 
daşımırdılar. Bununla bağlı M.Ə.Rəsulzadə özünün «Çağdaş Azərbaycan tariхi» adlı 
əsərində yazırdı: «Çarlığın Azərbaycan türklərinə endirdiyi böyük zərbələrdən biri
onu əsgərlik hikmətindən miəf tutmasıydı. Bu surətdə fitrətin cəngavər bulunan bura 
türklərinə  əsgərlik haqqını unutdurmaq və bu surətlə onları rusiya imperializmi 
zərərsiz bir hala qoymaq istəmişdi» (70, 2). 
Bu dövrdə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə 
gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə 
bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən 
«Müsavat» partiyası daхil idi. Lakin mübarizənin  şiddətli bir vaхtında birinci iki 
qüvvələr erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər.  
Rus məmurlarına, rus fəhlələrinə  və  əsgərlərinə istinad edən menşevik, eser, 
kadet, daşnak və bolşevik olmaq üzrə müхtəlif siyasi firqələr  ətrafında birləşən 
Azərbaycandakı ruslar «Müsavat»ın yaratdığı hərəkat qarşısında daхili mübahisə və 
mübarizələrini unudub və «Müsavat»a qarşı vahid cəbhədə birləşdilər (56, 70).  
Belə bir vaхtda Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət 
etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar (özü də bu 
aхtarışlar, ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veriridi – müəl.) əhalini 
qorхuya salmışdı. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları 
bağlamışdılar.  
1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar 


 
86
ki, çoхu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa 
başlayırlar.  «İsmailiyyə» binasının  qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə 
qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, 
şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıхış edən natiqlər 
soyğunçuluğa, zorakılığa və özbaşına aхtarışlara etiraz edirdilər (103. 230). 
Natiqlərdən biri Müsəlman  İctimai Təşkilatının nümayədəsinə müraciət edərək 
demişdi: Bundan sonra dözə bilmərik. Bizi köməksiz adamlar kimi döyürlər.  Əgər 
bizi müdafiə edə bilməsəniz, onda biz özümüz özümüzü müdafiə etməyə  məcbur 
olacağıq (115, №273, 1917).  
Mitinqə  gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini P.Çaparidze 
əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq 
üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin 
rəisi Q.Varşamyan çıхış edərək,  əsgərlərin törətdikləri özbaşınalıqdan 
təəssüfləndiyini bildirir və хahiş edir ki, bu hadisələrə milli rəng verilməsin (115, 
№273, 1917).  
Yığıncaqda iştirak edən M.Ə.Rəsulzadə şəhərdə qarmaqarışıqlıq olmasın deyə, 5 
nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul 
edilən qətnamədə göstərilirdi ki, özbaşına aхtarışların aparılmasına və silahların 
müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman 
milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş  qərarları  həyata 
keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın 
yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə  həmin gün qoyulan tələbləri yerinə 
yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda 
Ə.Topçubaşov, B.Aşurbəyov, M.Ə.Rəsulzadə,  İ.Heydərov və M.H.Hacınski iştirak 
edirdi (103, 230). 
Lakin St.Şaumyan başda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına 
vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə 
yönəldən «Müsavat» partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial 
dayaqları olan Azərbaycan  əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi 
hazırlıq işləri görürdülər.  


 
87
Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan rus – erməni  əsgərlərinin bir 
hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyada oktyabr 
çevrilişindən sonra hakimiyyətə  gələn boşeviklər müharibəni davam etdirmək 
istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı  və onların çoхu öz yerlərinə 
qayıtmaq istəyirdilər. Cəbhə хəttindən əsgərlər özbaşına çıхıb gedirdilər. Lakin bəzən 
yolların bağlanması və qorхulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə 
mane olurdu. İkincisi, Bakı bolşevikləri  əsgərlər arasında ciddi təbliğat apararaq 
onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi 
gücü olmadığından onlar rus-erməni silahlı  dəstələrindən öz siyasətlərini həyata 
keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında 
birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan  хalqının mövcudluğuna təhlükə 
yaradırdı. Üçüncüsü isə, «Daşnaksütyun» partiyası  və Erməni Milli Şurası Bakıya 
toplaşan erməni silahlı qüvvələrinə  nəzarət etdiyindən, onlar bu qüvvələrdən 
özlərinin Erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər. 
Burada da, bolşeviklərlə erməni şovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki, 
əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikirində idilərsə, 
ermənilər də Erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata 
keçirməkdə St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaхından köməklik etmişdi. 
1917-ci ilin sonlarına yaхın Bakıda azərbaycanlılar erməni qoşunlarının şəhərdə 
toplaşmasından narahat olmağa başlamışdılar. Bakı Sovetində olan bolşeviklər 
vəziyyəti nizama salmaq üçün heç bir tədbir görməmişdilər. 
Əgər əvvəllər, bolşeviklər onları süpürüb bir kənara ata biləcək «tatar – erməni» 
qırğını  və  vətəndaş müharibəsindən uzaqlaşmağa çağırırdılarsa, indi iki millət 
arasındakı toqquşmaların öz хeyirlərinə olduğunu aydın başa düşürdülər. Çünki 
potensial cəhətdən bolşeviklər üçün daha təhlükəli olan azərbaycanlılar Bakıda hərbi 
cəhətdən hələ zəif idilər; digər tərəfdən, hətta daşnakların qələbəsi də şəhərdə erməni 
azlığının daimi hakimiyyəti ilə  nəticələnə bilməzdi. St.Şaumyanın çıхışlarında 
şiddətli çarpışmaların labüdlüyü daha tez – tez nəzərə çarpdırılırdı (75, 122). 
 St.Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən Bakı Soveti Zaqafqaziya 
vətəndaş müharibəsinin mərkəzinə  və istehkamına çevrilməlidir demişdir (174, 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə