Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix26.06.2022
ölçüsü2,86 Mb.
#90104
1   2   3   4   5
Vaqif kitab son son əsas 1 1 ESAS SON CAPA 04.12


parts in the dial 
are mainly subject to phonetic changes. However, there are particles, conjunctions and prefixes that we do 
not meet in literary language. 
Keywords:
Arabic, Kuwait, dialect, particles, conjunctions, prefixes 
Ərəb dilində də nitq hissələri “əsas” və “köməkçi” olmaq üzrə iki qrupa bölünür. Birincilərə öz leksik 
və qrammatik mənalarının müstəqilliyi ilə fərqlənən nitq hissələri (isim, sifət, say, əvəzlik, feil və zərflərin 
bir qismi), ikincilərə isə leksik və qrammatik mənaları yalnız nitq şəraitində aydınlaşdırılan və ya 
dəqiqləşdirilən nitq hissələri (ədat, bağlayıcı və ön qoşma) daxil edilir (3, s. 497-498). 
Bağlayıcılar
:
Bağlayıcılar ayrı və birgə işlədilən, tabesizlik və tabelilik bağlayıcıları olmaq üzrə 
qruplara bölünür. 1) Tabesizlik bağlayıcıları:
а) Birləşdirmə bağlayıcıları: 
و
[vu; vı] "və" – 
يﺎﯾدو ﺶﯿﻋ
[‘ayş vu diyə:y] " düyü və toyuq (
جﺎﺟد
sözündəki 
ج
hərfi 
ي
hərfinə çevrilir)"; 
b) Qarşılıq bağlayıcıları: 
ﺲﺑ 
[bəs] "amma, lakin" – 
يدﺎﻋ ﺲﺑ ﺖﻗو يﺪﻨﻋ ﺎﻣ
[mə ‘andi vaqt bəs ‘a:di] 
"Vaxtım yoxdur, amma eybi yox (normaldır)"; 
ﻮﻨﺷ يردﺎﻣ ﺲﺑ ،ﻞﻛآ يدو
[vıddi ə:kil, bəs mə:dri şinu] – "Yemək 
istəyirəm, amma bilmirəm nə yeyim."; 
ﻚﻤﮭﻓأ ردﺎﻗ ﻲﻧﺎﻣ ﺲﺑ ﻒﺳآ ﺎﻧأ
[ənə a:sif bəs mə:ni qa:dir afhimik] – " 
Bağışla, lakin mən səni başa düşə bilmirəm ". 


M.P.Vaqif və müasirlik 
385
c) Bölüşdürmə bağlayıcıları: 
ﻻو
[vılə] "ya; və ya" – 
يﺎﺟ ﻻو ةﻮﮭﻗ ﻲﺒﺗ
[təbi qahva vılə çay] "Qəhvə 
istəyirsən ya çay?"; 
2) Tabelilik bağlayıcıları: 
а) Səbəb bağlayıcıları: 
نﺎﺸﻋ
[‘aşə:n] "çünki, üçün" – 
نﺎﺸﻄﻋ ﺎﻧأ نﺎﺸﻋ يﺎﻣ ﻲﺑأ
[əbi ma:y ‘aşə:n ənə ‘atşə:n] 
"Susadığım üçün su istəyirəm"; 
اوﺪﻟا يﺮﺘﺸﺗ نﺎﺸﻋ ﺔﻔﺻو جﺎﺘﺤﺗ
[tihta:c vasfa aşə:n tiştiri dua] – "Dərman almaq 
üçün resept lazımdır." 
Küveyt ləhcəsində şərt budaq cümləsində istifadə edilən bağlayıcısına və qeyri-real şərt bildirən 
ﻮﻟ
bağlayıcısına kifayət qədər rast gəlinir: 
ﻰﺘﺣ ﻮﻟ
[hitta ‘lou]

əgər hətta
"

– 
كﺪﻨﻋ يدﺎﻋ ﻮﻟ ﻰﺘﺣ
[hitə lou ‘a:di 
‘andik] "Əgər hətta sənin üçün normaldırsa";
اذإ
[izə] "əgər; -sa, sə" – 
ﻲﺒﺗ اذإ
[izə təbi:] "İstəyirsənsə"; 
Bağlayıcılı təyin budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş cümləni budaq cümləyə bağlamaq 
rolunu oynayan nisbi əvəzliklər ləhcədə bütün cins və kəmiyyətlər üçün 
ﻲﻠﻟا
[illi] "hansı ki" formasında 
işlədilir: 
ﮫﯿﺒﺗ ﻲﻠﻟا ﺪﺣاو يأ
[ey vahid illi təbih] "Hansı birini istəyirsən (Hansı biridir, hansı ki, sən onu 
istəyirsən)?"; 
Zaman budaq cümləsində işlədilən 
ﺎﻣ ﻰﻠﻋ
[‘alə m‚] "o vaxt ki; o vaxta ki; qədər" bağlayıcısı: 
ﺎﻣ ﻰﻠﻋ ﺮﻄﻧا
ﺺﻠﺧأ
[intir ‘alə m‚ axallis] "Mən bitirənə qədər gözlə"; 
Ədatlar:
Köməkçi nitq hissələrinin ən zəif halqasını ədatlar təşkil edir. Bunlar leksik və qrammatik 
mənaları baxımından tamamilə nitq şəraitindən asılıdır. Adətən ədat qrupuna daxil edilən sözlərin bir qismi 
cümlədə əvəzlik, bağlayıcı, zərf və s. vəzifələrdə də çıxış edir. Belə olduğu surətdə onların eyni zamanda 
müxtəlif nitq hissələrinə mənsub edilməsi təəccüb doğurmamalıdır (3, s. 498).
1) Cavab və təsdiq ədatları: 
هﻮﯾأ
[’eyva], 
یأ
[’ey] “hə” - 
جﺎﺻ يأ
[e: sa:ç] – "Hə, sən haqlısan!" 
2) İnkar ədatları:
ﻮﻣ
[mu] "yox, deyil" -
؟مﺎﻤﺗ ﻲﺷ ﻞﻛ 
[kil şey təmə:m] – "Hər şey qaydasındadır?"
دوز ﻮﻣ
[mu zod] – "O qədər də yaxşı deyil"; 
خﻮﺒﻄﻣ ﻮﻣ ﻢﺤﻠﻟا
[il-laham mu matbo:x] "Ət bişməyib"; 
قﺪﺼﻣ ﻮﻣ ﻲﻧﺎﻣ
!
[mə:ni mu msaddig] – " Mən buna inana bilmirəm!; 
ﺎﻣ
[mə] "-ma, -mə” - 
يردأ ﺎﻣ
[mə: ədri:] Bilmirəm; 

[lə] “-ma, -mə” -
ﻚﺗرﺎﯿﺳ ﻞﻤﮭﺗ ﻻ
[lə tahmil saya:ratik] "Maşınını ehmal etmə"; 
3) Müəyyənlik bildirən ədatı (artiklı): [Əl] artiklı ilə başlayan sözlərin tələffüzündə [ə] səsi düşür. 
Məsələn: 
ﺖﯾﻮﻜﻟا
[əl-kuveyt] - [l-kuveyt] "əl-Küveyt". 
4) İstisna ədatı: 
ﻻإ
[illə] "başqa, savayı" – 
هدﺮﺧ ﻻإ يﺪﻨﻋ ﺎﻣ
[mə ‘andi illə xarda] "Məndə ancaq xırdadır 
(Xırdadan savayı məndə heç nə yoxdur)"; 
5) Təsviri əmrdə istifadə olunan 
ـﻟِ
“qoy” ədatı əvəzinə ərəb dilində 
ﻞﺧ
ْ َ
)
ﻲﻠﺧ
ِّ َ
(
“qoy” sözündən istifadə 
olunur. Bəzən isə bu məqsədlə ədatından istifadə olunur: 
ﺐﯿﺒﻄﻟا حوﺮﻨﺧ
[xanro:h il tabe:b] “Gəl həkimə gedək” 
(6, s. 126). 
Ön qoşmalar
:
Ləhcədə də əsl və düzəltmə (zərfi), ayrı işlənən və birgə işlənən (birləşən) olmaları ilə 
müxtəlif növləri vardır. Ləhcədəki ön qoşmalar əsasən fönetik dəyişikliklərə məruz qalırlar. Lakin ədəbi 
dildə rast gəlmədiyimiz ön qoşmalar da mövcuddur.
ﻲﻓ
[fi] "-da, -də" – 
قﻮﺴﻟا ﻲﻓ ﺎﻧأ
[ənə fi-l-so:q] "Mən moldayam (bazardayam)"; 
ﻦﻋ
[‘an] "haqında" – 
ﻢﻠﻜﺘﺗ ﻮﻨﺷ ﻦﻋ
[‘an şinu titkalam] "Nə haqda danışırsan (k.c.)?";
ﮫﺴﻔﻧ ﻦﻋ ﺮﺒﻌﯾ نﻮﻠﺷ 
[şlö:n y‘abbir ‘an nəfsə] "O (k.c.) özünü necə ifadə edə bilir?"; 
ﻦﻣ
[min] "-dan, -dən" –
ﺖﯾﻮﻜﻟا ﻦﻣ ﺎﻧأ
[ənə min lə-Kuveyt] "Mən Küveytdənəm"; 
ﻢﻜﺘﯿﺑ ﻦﻣ ﺮﺒﻛأ ﺎﻨﺘﯿﺑ
[beytnə 
akbar min beytkum] "Evimiz evinizdən daha böyükdür"; 
ﻚﻨﻣ ﺔﻤﻟﺎﻜﻣ ﻲﻠﺘﯾ
ّ
[yetli muka:lma minnək] – "Səndən 
zəng gəlmişdi" 
ﻰﻠﻋ
[ala] "üzərində" – 
ﺔﻟوﺎﻄﻟا ﻰﻠﻋ بﺎﺘﻜﻟا
[il-kitə:b ala-l-ta:vilə] "Kitab stolun üzərindədir"; 
ﻞﻛ ﻰﻠﻋ
[‘ala 
kil] "hər; hər birinə" – 
ﮫﻧﻮﻤﺻ ﻞﻛ ﻰﻠﻋ رﺎﻨﯾد
[dinar ‘ala kil samōna] " Sendviçin hər biri bir dinardır"; 
ﺪﻌﻘﻧ ﺮﯿﺼﯾ
؟ﺔﻟوﺎﻄﻟﺎھ ﻰﻠﻋ
[yse:r niqʿad ala hat-ta:vla] – "O stolda otura bilərik?". Əl artikllı sözə qoşulan zaman bu ön 
qoşmanın iki samitinin ixtisar olunması hallarına təsadüf edilir:
ةدرو
[varda] "gül" – 
ةدرﻮﻟﺎﻋ اﺮﻜﺷ
[şukran ‘al-
varda] "Gülə görə təşəkkür" (5, s. 25); 
ـﻟِ
[li, lə] "üçün" - 
؟يﻮﺷ ﻲﻟ ﻢﺼﺨﺗ رﺪﻘﺗ
[tiqdar tixsim li şveyyə] – "Bir az aşağı verə bilərsiniz mənə?" 
ﻦﻤﻟ
[ləmən] "kimi; -dak, -dək" – 
ﻲﯾا ﻲﻨھ ﺪﻌﻗا
[iqʻad ihni ləmən əyyē] "Mən gələnədək burada otur"; 
ﻲﻟ
[lay] "-a, -ə; -ya, -yə" – 
ﺔﻘﯾﺪﺤﻟا ﻲﻟ ﺶﻣإ
[imş lay il-hadeqa] "Parka ayaqla get (k.c.)!"; 
راﺪﻣ راد
[dƒr madƒr] "ətrafında; dövrəsində; yanında" – 
ﺔﯿﻌﻤﺠﻟا راﺪﻣ راد حور
[rōh də:r mada:r il-cam‘iya] 
"Supermarketin yanından get (k.c.)!"; 
ـﺑِ
“ilə, da, də”
-
؟ﺪﺣاو يﺎﺑ ﻲﻨﺤﺼﻨﺗ
[tinsahni biʾey va:hid] – "Mənə hansını məsləhət görürsən?" 
ﺪﻨﻋ
[‘and; ində] "-da, -də; yanında" – 
بﺎﺒﻟا ﺪﻨﻋ ﺎﻧأ
[ənə ‘and il-bə:b] "Mən qapının yanındayam";
ﺪﻨﻋ ﻊﻓدا 
ﺖﺤﻤﺳ ﻮﻟ ﺮﺘﻧوﺎﻜﻟا
[idfə ində-l-kaunter lo samaht] – "Zəhmət olmazsa kassaya ödə." (2, s. 135) 
ارو
[vara] "arxasında" – 
كارو هﻮﻄﻘﻟا
[il-qatva vara:k] "Pişik sənin arxandadır"; 
ﻢﯾ
[yem] "yanında" – 
ﮫﯿﻌﻤﺠﻟا ﻢﯾ ﺪﯿﺴﻤﻟا
[il-masyad yem il-camʻiya] "Məscid supermarketin yanındadır" 
(
ﺐﻨﺟ
sözündə “cim” hərfi “yə” hərfinə, “nun” hərfi “mim” hərfinə çevrilmiş, “bə” hərfi isə düşmüşdür); 
ﻦﯿﺑ
[bayn] "arasında" – 
ﻚﻟﻮﯾر ﻦﯿﺑ رﺎﻓ ﻲﻓ
[fi fa:r bayn iryōlik] "Ayaqlarının arasında siçan var"; 


M.P.Vaqif və müasirlik 
386
ماﺪﺟ
[cidd‚m] "qarşısında" –
ﺎﻨﻣاﺪﺟ ﺖﯿﺒﻟا
[il-bayt ciddə:mnə] "Ev qarşımızdadır"; 
ﻞﺧاد
[daxil] "içərisində" – 
قوﺪﻨﺼﻟا ﻞﺧاد
[daxil il-sandōq] "qutunun içərisində"; 
لاﺪﺑ
[bid‚l] "əvəzinə" –
لﺎﻘﺗﺮﺑ لاﺪﺑ حﺎﻔﺗ ﻞﻛإ
[ikil tifah bidə:l birtaqa:l] "Portağalın əvəzinə alma ye (k.c.)!"; 
ﺲﻜﻋ
[‘aks] "əksinə" – 
ﺾﻌﺑ ﺲﻜﻋ ﺎﻨﺣإ
[ihnə ‘aks ba‘ad] "Biz bir-birimizin əksiyik"; 
ﺖﺤﺗ
[tahat] "altında" – 
؟ﮫﻠﺴﻐﻤﻟا ﺖﺤﺗ ﻮﻨﺷ
[şino tahat il-məğsələ] "Moydadırın altında nə var?"; 
قﻮﻓ
[fou£] "üstündə" – 
قﻮﻓ فﻮﺷ
[şōf fouq] "Yuxarı bax (k.c.)!"; 
ﻊﻣ
[ma‘a] "birlikdə" – 
كﺎﻌﻣ حورأ ﻲﺑأ
[əbi: ərōh ma‘a:k] "Mən səninlə (k.c.) getmək istəyirəm"; 
كﺎﻌﻣ
؟يﺎﻌﻣ ﻮﻨﻣ ،ﻰﺳﻮﻣ
[maʿa:k mo:sa minu maʿa:y] – "Danışan Musadır, kiminlə danışıram?" 
ﮫﯾو
[vıyya] "birlikdə, ilə" - 
ﻲﺠﯿﻓر ﮫﯾو ﺎﻧأ
[ənə vıyya rafi:ci / rafi:cti] – "Mən dostumlayam 
/rəfiqəmləyəm"; 
جﺎﯾو ﺮﻤﺸﻐﺗأ
[atağaşmar ve:ya:ç] Mən səni (q.c.) qıcıqlandırıram (səninlə zarafat edirəm) (5, s. 
7). 
نوﺪﺑ
[bidōn] "-sız, -siz, -suz, -süz" – 
ﺮﻜﺷ نوﺪﺑ يﺎﺟ ﻲﺑأ
[əbi: çay bidōn şəkir] "Mən şəkərsiz çay 
istəyirəm"; 
ﻖﺣ
[həq] "üçün" - 
ﺖﺤﻤﺳ ﻮﻟ ﻦﯿﻨﺛا ﻖﺣ ﺔﻟوﺎط
[ta:vla həq isneyn lo samaht] "İki nəfərlik stol, zəhmət 
olmazsa" (7, s. 39) 
ﻞﺒﻗ
[qabil] "əvvəl" – 
ﺮﺼﻌﻟا ﻞﺒﻗ ﻚﻓﻮﺷأ
[aşo:fik qabil il-‘asir] "Axşam çağından öncə görərəm səni"; 
ﺪﻌﺑ
[ba‘ad] "sonra" - 
ﻚﻓﻮﺷأ
[aşōfik ba‘ad il-sal‚t] "Səni (k.c.) namazdan sonra görərəm"; 
ﻦﯾﺪﻌﺑ
[ba‘deyn] 
" (bir az; daha) sonra" – 
ﻦﯾﺪﻌﺑ ﻚﻓﻮﺷأ
[aşo:fik ba‘deyn] "Görüşərik (Səni sonra görərəm)"; 
أ درأ ﻲﻨﻠﺧ 
ّ
ّ
ﺪﻌﺑ ﻚﯿﻓ ﻞﺼﺗّ
ﻖﯾﺎﻗد
[xəlni ərid attisil fe:k baʿad digayig] – "İcazə ver, səninlə bir neçə dəqiqə sonra əlaqə saxlayım" 
ﻞﻜﺷ
[şəkil] "kimi" – 
رﻮﺘﻛد ﮫﻠﻜﺷ اﻮھا
[ihva şəklə dikto:r] "O həkimə bənzəyir" (5, s. 9); 
اﺮﺑ
[barra] "bayırda; çöldə; qıraqda" – 
ﻤﻟا اﺮﺑ
لﺰﻨ
[barra-l-mənzil] "Evdən kənarda"; Bu sözdən həm də 
yer zərfi kimi istifadə olunur: 
اﺮﺑ ﻞﻛآ ﺐﺣأ
[əhib ə:kil barra] "Çöldə yeməyi sevirəm" (1, s. 26); 
Ədəbiyyat 
1.
K.Ahmad Ali. Speak Kuwaiti. Kuwait, 2011, 141 p. 
2.
K. Al-Fadhli, B. Al-Shammari, I. Nasier. A spoken Course in Kuwaiti Dialect. Kuwait, 2000. 265 p. 
3.
Məmmədov Ə. Ərəb dili. Bakı: Zərdabi LTD MMC, 2013, 692 s. 
4.
McCarus, Hamdi A. Qafisheh ; in consultation with Ernest N. "A short reference grammar of Gulf 
Arabic. Tucson, Ariz.: University of Arizona Press, USA, 1977. 240 p. 
5.
Tony and Esra, "Learn Kuwaiti". USA, 2014, 160 p. 
6.
نﺎﻌﺒﺸﻟا ﻒﻠﺧ ﻰﻠﯿﻟ

ﺔﯿﺘﯾﻮﻜﻟا ﺔﺠﮭﻠﻟا ظﺎﻔﻟا ﻢﺠﻌﻣ
:
ظﺎﻔﻟﻼﻟ ﻞﯿﻠﺤﺗو ﺔﺳارد

,
س
1989
.
ﺖﯾﻮﻜﻟا
:
نﺎﻌﯿﺑﺮﻟا ﺔﻛﺮﺷ 
7.
ﺴﺑ ﷴ ﺪﯿﻤﺤﻟا ﺪﺒﻋ
ﻲﻧﻮﯿ
.
ﺔﺤﯿﺼﻓ ﺎﮭﻨﻛﻻ ﺔﯿﻣﺎﻋ
:
ﺔﯿﺘﯾﻮﻜﻟا ﺔﺠﮭﻠﻟا ﻲﻓ ﺔﺳارد
.
س
2005
.
ﺖﯾﻮﻜﻟا 
:
MÜSEYİBOVA UMXANIM 
Bakı Slavyan Universiteti 
XXI ƏSRİN ƏVVƏLİNDƏ AZƏRBAYCAN DİLÇİLİYİNİN İNKİŞAFI 
Açar sözlər:
dilçilik, Azərbaycan dilçiliyi, lüğətlər, dərsliklər, türkologiya 
Development of Azerbaijan linguistics at the begining of the XXI century 
This article is devoted to the development of Azerbaijan linguistics at the beginning of the 21st 
century. The article focuses on the works of a number of Azerbaijan linguists.The scientific works of the 
A.Akhundov, A.Qurbanov, B Khalilov and other linguists have been analyzed. It has been noted that these 
scientists had a great role during that period.The section of Lexicography is looked over and innovations 
were mentioned in this section. 
Keywords: 
linguistics, linguistic of Azerbaijan, dictionaries, textbooks, turcology 
Dilçilikdə mübahisəli məsələlər çoxdur və bu təbiidir, çünki dil əsrlər boyu müxtəlif daxili meyillər və 
xarici təsirlər altında formalaşmış, indi də daim inkişafda olan çox mürəkkəb bir “orqanizmdir”. İstənilən 
mübahisəni həll etmək və ya ona münasibət bildirmək üçün ilk növbədə elmdə qəbul olunmuş qaydaları 
bilmək və onları konkret materiallarla tətbiq etməyi bacarmaq lazımdır. 
Azərbaycan dili də tarix boyu müəyyən təzyiqlərə məruz qalmış, mübahisəli məsələlər yaranmışdır

Bütün bu kimi məsələlərin həlli dilçilərin üzərinə düşən bir məsələ olmuşdur. Azərbaycan dili də bu keşmə-
keçidli dünyada öz yerini qorumağa çalışmış, müəyyən zamanlarda müxtəlif təzyiqlərə məruz qalmışdır. 


M.P.Vaqif və müasirlik 
387
XX yüzilliyin sonunda ictimai həyatda baş verən dirçəliş, inkişaf bütün sahələrdə özünü göstərdiyi 
kimi təbii ki, dilçilik sahəsinə də təsir edirdi. Biz bu təsiri XXI əsrdə təzahürünü görürük. Bu təsir XXI 
yüzillikdə daha da vüsətlanır. Keçən əsrlə müqayisədə elmi yeniliklər yaranmış, Azərbaycan dilçiliyinin 
inkişaf aspektləri genişlənmişdi. Elmi tətqiqatlar aparılmış, Azərbaycan dilçiliyin yeni üfüqləri müəyyənləş-
mişdi. Həmin dövr Azərbaycan dilçiliyini (XXI əsrin il beş ili) sistemləşdirmək, inkişaf istiqamətlərini 
müəyyənləşdirmək bu məqalənin məqsədidir. XXI əsrin ilk beş ilində elmi əsərlər yazılmış, dilçilik və 
lüğətçilik sahəsində kitablar nəşr olunmuş, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. 
Ə.Rəcəbli yazir: ”XXI yüzilliyin ilk beş ilində Azərbaycanda ondan çox doktorluq, yüzə yaxın 
namizədlik dissertasiyası müdafiyə edilmişdir” (9, s. 613). Bu dövrdə Azərbaycan dilçiliyinə böyük töhvələr 
bəxş etmiş professor Ağamusa Axundovun bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” çap edildi. Quruluşu, 
tərtib prinsipləri ilə indiyədək nəşr olunan izahlı lüğətlərdən fərqlənən bu lüğət baş sözlərin sayına görə 
əvvəlki lüğətlərin ən zənginidir. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə 
yaxın söz əlavə edilmişdir. Lüğətdə ali və orta məktəblərdə tədris olunan fənlərə aid dərsliklərin, eləcə də 
yazıçı və şairlərin bədii əsərlərinin dilində işlədilən bütün sözlərin izahı verilir. Əsərdə müasir Azərbaycan 
dilində işlədilməyən arxaik və köhnəlmiş sözlərə, habelə ədəbi dilə hələlik daxil olmamış yeni ifadələrə və 
alınmalara aid izahlarda sözün işlənmə yeri, lazım gəldikdə, misal, ədəbi dilə daxil olmayan məhəlli sözlərin 
mənsub olduqları dialekt və şivələr də göstərilir (1). 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli fərmanına uyğun olaraq, Nazirlər 
kabineti tərəfindən təstiqlənmiş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmiş “Azərbaycan dilinin 
orfoqrafiya lüğəti”ndə ön söz müəllifi və redaktor da Ağamusa Axundovdur. Bu lüğət yeni orfoqrafiya 
qaydaları əsasında hazırlanmışdı və latın qrafikalı əlifba ilə hazırlanmış ilk nəşri idi. Lüğətə əvvəlki nəşrdə 
olmayan 18 minə yaxın söz daxil edilmişdir. Azərbyacan lüğətçilik sahəsində yeni addım idi. Əlbəttə bütün 
bunlar Azərbaycan dilçiliyin də uğurlu addımlar idi. Ağamusa Axundovun dilçilik elminin müasir inkişaf 
istiqamətlərini müəyyənləşməsində və inkişafında xidməti danılmaz faktdır. Bu dövrdə Ağamusa 
Axundovun ikicildlik ”Dil və Ədəbiyyat” kitabı nəşr olundu (3; 4). 
XXI yüzilliyin əvvəllərində Azərbaycanın dilşunas alimi, publisist, pedaqoq Afad Qurbanov da XX 
əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan dilçiliyində baş vermiş durğunluğun səbəblərini araşdırmışdır. 
”Müasir Azərbaycan dilçilik məsələləri” (6) kitabında durğunluğu yaradan bəzi ciddi səbəblərdən biri kimi 
elmi–tədqiqat işlərində köhnəlmiş fikir, mülahizə və səhv təsniflərdən lüzumsuz formada istifadə edilməsi 
qeyd olunur. Bura da dilçiliyin bir çox probleminə dair aktuallığını, elmi dəqiqliyini, əhəmiyyətini itirmiş 
cəhətlər aşkar edilərək, onlardan əl çəkməyin, uzaqlaşmağın və yenisi ilə əvəz edilməsi yollarının 
açıqlanmasına səy göstərmişdir. Digər ikicildlik “Ümumi dilçilik” (7 və 8) kitabında dilçiliyin ümumi nəzəri 
məsələləri, yazı nəzəriyyəsi və s. probləmləri araşdırılmışdı. Bütün bu məsələlər müxtəlif sitemli dillərin 
materiallarından götürülmüş faktlar əsasında təhlil olunmuşdu. Dil və düşüncə, dil və nitq, dil və 
mədəniyyət, dil universaliləri, ümumdünya dili və s. məsələlər öz əksini tapmışdır. Bu kitab latın qrafikalı ilk 
dərsliklərdən biri idi. XXI əsr Azərbaycan diçiliyinin inkişafına böyük təkan verdi. Tanınmış alim, professor 
Ə.Rəcəbli ikicildilik ”Azərbaycan dili tarixi” kitabında yazır: ”İstər A.Qurbanov istərsə H.Həsənov başqa 
Azərbaycan dilçilərindən fərqlənir. XXI yüzilliyin ilk beş ilində həm əvvəllər kiril qrafikalı Azərbaycan 
əlifbası ilə nəşr edilmiş əsərlərini latın qrafikalı Azərbaycan əlifbası ilə də nəşr etdirmişlər.Və nəticədə qibtə 
ediləcək bir siyahı alınmışdır” (1,s.610). 
XXI əsr Azərbaycan dilçiliyinin prespektivlərini mütəxəssis hissi ilə duyan, dövrün nəbzini tutmaqa 
çalışan professor, dilşunas, publisist Buludxan Xəlilov ilk dəfə olaraq feillərin təşəkkül etdiyi ilkin kökləri 
bərpa etmiş, onların türk dillərində və qohum olmayan digər dillərdəki izlərini müqayisəyə cəlb etmişdir. 
Amorf quruluşlu ilkin köklərin sinkretikliyini və onların amorfluqdan təkamül edərək iltisaqi quruluşa 
yiyələnməsini müəyyənləşdirmişdir. İlk dəfə olaraq I Türkoloji qurultayın stenoqrafik materiallarını izahlar 
və şərhlərlə çap etdirmişdir. Bütün bunlar Azərbaycan dilçiliyi üçün XXI əsrdə əldə edilmiş nailiyyətlər idi. 
”Müasir Azərbaycan dilinin morfologiyası” (5) kitabında qrammatık anlayışlardan, qrammatikanın 
morfologiya şöbəsindən, morfem anlayışından, kök və şəkilçi morfemdən, əsasdan, şəkilçilərin növlərindən, 
söz kökünə şəkilçi qoşulanda baş verən morfoloji hallardan bəhs olunur. Bu dövrə kimi nitq hissələrinin 
təsnifi bağlı mövcud fikirlər saf –çürük edilir, o cümlədən ümumi qrammatik kateqoriyalar geniş şərhini və 
izahını tapır. XXI əsrdə Azərbaycan dilçiliyində bütün bu kimi məsələlərin həlində, sössüz ki, professorun 
xidmətləri danılmaz sübutdur. Buludxan Xəlilovun XXI əsrin əvvəllərində diçilik sahəsində etdiyi yeniliklər 
Azərbaycan dilçiliyinin inkişafın inkişafına təkan verdi. ”... Buludxan Xəlilov son beş ildə xeyli kitab nəşr 
etdirmişdir, deyirlər ki, praktiki olaraq, Azərbaycan dilçiliyinin elə sahəsi yoxdur ki, bu müəllif həmin 
sahəyə aid əsər yazıb nəşr etdirməsin” (1, s. 607). 
XXI əsrdə Azərbaycan dilçiliyinin dayaq nöqtələrindən biri də Fəxrəddin Veysəllidir. Əsrin 
əvvəllərində nəşr etdirdiyi kitabları və tərcümə etdiyi kitabların nəşridə tədqirəlayiq hadisə idi. XXI əsrin ilk 


M.P.Vaqif və müasirlik 
388
beş ili ərzində Fəxrəddin Veysəllinin nəşr etdirdiyi əsərlərdən biri də “Dil,cəmiyyət və siyasət” (10) kitabı 
idi. Kitabda dilimiz, onun cəmiyyətdə yeri, onunla bağlı apardığımız və aparmalı olduğumuz siyasət, XXI 
əsr Azərbaycan cəmiyyəti üçün aktual olan bütün problemlər elmi-populyar dildə şərh edilir. Türk dilli 
xalqaların arasında qarşılıqlı anlaşma üçün türk dilinin formalaşması bu gün reallıqdır. Biz bu gün türklərlə 
və türkmənlərlə problemsiz ünsiyyətə girə bilirik. Ən böyük fərq fonetik qurumda və söz ehtiyyatında özünü 
büruzə verir. Ancaq feillərimiz, saylarimiz və sifətlərimiz ümumidir və az dərəcədə dəyişikliyə məruz 
qalıblar. Bu gün Bakıda nəşr olunan ”Türkologiya” jurnalı bu fərqləri öyrənib sitemləşdirmək sahəsində 
önəmli işlər görür. Suverenliyimiz bu sahədəki uğurlarımızdan xəbər verir. Hər halda ümumtürk ortaq dili 
dünya xəritəsində yaranmış yeni müstəqil dövlətlər üçün geniş üfüqlər açır”. 
Digər dilçi alimlər kimi prof. Fəxrəddin Veysəllinin dilçilik sahəsində gördüyü işlər, XXI əsr 
Azərbaycan dilçiliyi sahəsində gördüyü tədbirlər, dilçiliyimizin özək nöqtələrindəndir. 
XXI əsr Azərbaycan dilçiliyi, əlbəttə, təkcə A.Axundov, A.Qurbanov, B.Xəlilov, F.Veysəlli kimi 
simalarla yadda qalmayıb. XXI əsrin ilik beş ilində N.Cəfərov, H.Həsənov, M.Adilov, A.Paşayev, 
H.Quliyev, Ə.Rəcəbli, A.Babayev kimi dilşunas alimlərin fəayilləti də danılmaz faktdır. 
Dil açıq sistemdir və daim müdaxilələrə məruz qalır. Bütün bu müdaxilələrdən üzü ağ çıxmaq lazım 
idi. Bu bir həqiqətdir ki, dilsiz, ünsiyyətsiz, cəmiyyətsiz dil olmadığı kimi cəmiyyət olmadan da dil 
yarananıb inkişaf edə bilməzdi.Cəmiyyətin belə simaları nəticəsində XXI əsr Azərbaycan dilçiliyi öz inkişaf 
istiqamətlərini cızmağa başladı. 
Azərbaycan dilçiliyi uzun, keşmə-keçli və şərəfli bir yol keçib bugünki vəziyyətinə gəlib çatmşdır. 
Dilçilyimizin başında duran fədakar alimlərimiz ciddi tədqiqatlar aparmış və özlərinə layiqli nəsil 
yetişdirmişlər. Azərbaycan dilçiliyinin inkişafında mərhum alimlərimizdən B.Çobanzadə, Ə.Dəmirçizadə, 
M.Hüseynzadə, F. Zeynalov, M. Şirəliyev, Ə.Abdullayev, M. Tağıyev, N. Ağazadə, Ə. Orucov, F. Kazımov, 
Z. Tağızadə, V. Aslanov, M. Adilov, A. Qurbanov, Z. Budaqova və s.-nin əməyini xüsusi qeyd etmək 
lazımdır. Dilçiliyimizin təmsilçiləri A.Axundov, T.Hacıyev, Y.Seyidov, A.Ələkbərov, Ə.Rəcəbli, O.Musa-
yev, K. Abdullayev, N. Cəfərov, Q.Kazımov və onlarca başqa dilçi alimlər bu gün elmimizi ölkəmiz-
dəvə ondan çox-çox uzaqlarda layiqincə təmsil edirlər. 
Ümuminəzəri problemlərin və Azərbaycan dilinin konkret məsələlərinin həllində yuxarıda adları 
çəkilən hər bir alimin öz yeri və çəkisi vardır. Bu gün bu alimlərin yetişdirdikləri tələbələr dilçilik elmimizin 
ön sıralarında gedirlər. 
Azərbaycan xalqı XX əsrin sonu - XXI əsrin əvvəllərində çox çətin həm də ziddiyyətli ictimai–siyasi, 
sosial iqtisadi amillərlə üzləşdiyinə baxmayaraq, hər sahədə olduğu kimi, dilçilikdə də müəyyən linqivistik 
uğurlar qazanmışdı. Məlumdur ki, elm daim inkişafda olan – tədqiqatları qurtarmayan, birdəfəlik 
tamamlanmayan hadisədir. Bu keyfiyyət dilçiliyə daha çox aiddir. Çünki dilçiliyin obyekti – dil cəmiyyətlə 
bağlı, onunla birlikdə hər an inkişafda mövcudluğunu əks etdirir. Həmin tərəqqi yolu cəmiyyətlə dilin 
varlığında qeyri-mümkün olan, təsəvvürlərə gətirilə bilməyən bir şəkildə təzahür edir. Dilçilik elmi 
sonsuzluq xarakterinə malikdir. Buna görə də zaman–zaman bunun bu və ya başqa zəruri problemi ortaya 
çıxır və müəyyən müddət ərzində onun həlli elmi–ictimaiyyət qarşısında ciddi zərurət yaradır. 
Müasir – XXI əsr Azərbaycan dilçiliyinin inkişaf aspektlərini müəyyənləşdirib sistemləşdirmək bu gün 
gənc nəsil dilçilərinin üzərinə düşən bir vəzifədir. Bugünki dilçiliyi maraqlandıran əsas məsələ ondan 
ibarətdir ki, insanı tətqiqat sferasından kənarlaşdırmaq olmaz. İnsan dilçiliyin tətqiqat obyekti kimi 
götürülməlidir. Əgər Azərbaycan dilçiliyi bu gün dövrlə ayaqlaşmaq istəyirsə, yaranan problemlərə laqeyd 
yanaşa bilməz. Müasir Azərbaycan dilçiliyi özünün yüksək inkişaf sürətinə nailiyyətlər əsasında müvəffəq 
olmuşdur. Düşünürəm ki, Azərbaycan dilçiliyi gələcək inkişaf yollarında türkoloji və ümumi dilçilik 
məsələləri ilə vəhdətdə inkişaf etməlidir. 
Ədəbiyyat
1. Axundov A. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Elm, 2005, 452 s. 
2. Axundov A. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı: Lider nəşriyyatı, 2004, 728 s. 
3. Axundov A. Dil və Ədəbiyyat. I cild. Bakı: 2003, 660 s. 
4. Axundov A. Dil və Ədəbiyyat. II cild. Bakı: 2003, 438 s. 
5. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə, Bakı: 2000, 280 s. 
6. Qurbanov A. Azərbaycan dilçiliyinin müasir problemləri. Bakı: Nurlan, 2004, 444 s. 
7. Qurbanov A. Ümumi dilçilik. I cild. Bakı: Nurlan, 2004, 748 s. 
8. Qurbanov A. Ümumi dilçilik. II cild.Bakı: Nurlan, 2004, 532 s. 
9. Rəcəbli Ə. Dilçilik tarixi. II cild. Bakı: Nurlan, 2006, 616 s. 
10. Veysəlli F. Dil, cəmiyyət və siyasət. Bakı: 2004, 308 s. 


M.P.Vaqif və müasirlik 
389
НАЗИРОВА ГЮЛАР
Азербайджанский технический университет 
СФЕРЫ УПОТРЕБЛЕНИЯ ЛЕКСИКИ СОВРЕМЕННОГО РУССКОГО ЯЗЫКА 
Açar sözlər

leksika, istifadə sahəsi, ümumişlək sözlər, ümumtanınmış məhdud, dialekt, sosial mühit, 
leksik özək. 
Using Spheres of modern Russian language lexicology 
According to usage the lexicology of modern Russian language is divided into 2 great groups. The 
author indicates 2 groups. The first one is called common words that here includes common words and 
words that are used by Russian speaking people. 
The second one is called limited words that are used by certain collective. Common words are lexical 
core and without it language and communication is imposable. Limited used words are: dialect words, 
professional words and argotisms. These word groups are constantly changing. The words commonly used as 
dialect words, professional words and argotismsare now common words.
Keywords

lexis, usage sphere, common words, common, limited, dialect, social environment, lexical 
core 
Лексика современного русского языка с точки зрения сферы своего употребления распадается 
на две большие группы. Одну образуют общенародные слова - общеизвестные и употребляемые 
всеми говорящими на русском языке, другую - слова, ограниченные в своем использовании 
определенным говорящим коллективом, определенной диалектной или социальной средой.
Общенародная лексика представляет собой то лексическое ядро, без которого немыслим язык, 
невозможно общение, ее составляют слова, являющиеся выражением наиболее необходимых, 
жизненно важных понятий. 
Общенародная лексика - костяк общенационального литературного словаря, необходимейший 
лексический материал для выражения мысли на русском языке, тот фонд, на базе которого в первую 
очередь происходит дальнейшее совершенствование и обогащение лексики. Подавляющее боль-
шинство входящих в нее слов устойчиво в своем употреблении и употребительно во всех стилях 
речи. 
Слова ограниченного употребления (не являющиеся общенародным достоянием) характери-
зуют лишь какой-либо определенный говорящий коллектив, который предстает как территориально 
или социально определенная группа людей. Это диалектизмы, профессионализмы и арготизмы. 
Дифференцируя общенародный и социально или территориально ограниченные пласты 
словаря, следует учитывать те изменения, которые постоянно в них происходят. Некоторые группы 
слов, бывшие ранее диалектизмами, профессионализмами или арготизмами, являютсяв настоящее 
время уже общенародными словами. Это можно сказать о словах чепуха, вобла, учесть, скостить, 
наверное, ерунда и др., из которых первые два первоначально были диалектизмами, вторая пара 
вначале характеризовала лишь речь счетных работников, а два последних пришли в общенародный 
словарь из арго: картежного и бурсацкого (ерунда от лат. герундий). 
И напротив, отдельные общенар0дные слова могут, выходя из общего употребления или 
приобретая особое значение, становиться словами ограниченного употребления. К таким, например, 
словам можно отнести диалектизмы зобать (есть), брезг (рассвет), профессионализмы шапка (в 
значении «заголовок, служащий общим заглавием нескольких статей»), щека (в значении «боковая, 
обычно плоская часть чего-либо»: щека револьвера), арготизмы подбросить (в значении «подвезти»), 
кол (для обозначения неудовлетворительной оценки), баранка (в значении «руль»), заморозить (в 
значении «сделать анестезирующий укол»). 
Подвижность границ между лексикой общенародной и лексикой с ограниченной сферой 
использования свидетельствует о непрерывном развитии и изменении русского словаря. 
Под диалектной лексикой-подразумеваются такие слова, которые не входят в общенародную 
лексическую систему, а принадлежат одному или нескольким диалектам русского 
общенационального языка. Диалектная лексика является лексикой внелитературной, лексикой устной 
разговорно-бытовой речи какой-либо части русского народа, объединенной территориальной 
общностью.


M.P.Vaqif və müasirlik 
390
Диалектизмы, будучи употребленными в художественной литературе, осознаются как чуждые 
литературному языку и употребляются обычно в стилистических художественно-выразительных 
целях. 
Слова диалектного характера принято называть диалектизмами, употребляются и другие 
термины: «провинциализмы», «областные слова» и т. Д. Лучше всего пользоваться наиболее 
распространенным термином «диалектизмы», но с уточнением _ «лексические». Такое уточнение 
необходимо в силу того, что диалектизмы могут быть и иного характера, именно фонетические 
(«Аринка, глянь-ка, па бочкю сидит»; «Ишь ты, куда фатает!» (вместо литературного хватает)‚а 
строго сказал близко стоявший солдат».а Л. Толстой. Война и мир) и грамматические («Спину 
погреешь, а брюха замерзла. Вот чуда-», «Да червь капусту анод/се, а сам прежде пропадае», «Я бы 
его изловимши, да в землю бы закопала» и т. Д.-Л. Толстой. Война и мир). 
В связи с нормативностью литературного языка, в связи с необходимостью сохранять его 
чистоту и правильность особую важность приобретает вопрос, в какой степени и в каких стилях 
правомерно использование диалектных слов в системе современной литерпэриой лексике. Ясно, что 
укрепление диалектных слов в общенародной ‚щ. сике возможно в настоящее время лишь в двух 
случаях: 1) если в обиход всего народа входит тот или иной предмет, который был известен вначале в 
одной какой-либо области; 2) если лексический диалектизм является хорошим экспрессивно-
выразительным синонимом общелитературного слова. 
Употребление лексических диалектизмов в художественной и публицистической литературе 
возможно и вне этих условий, в качестве стилистических средств, характерологических фактов, 
позволяющих давать речевую характеристику героя, стилизовать речь и т. д. Использование 
лексических диалектизмов вне определенных художественно-выразительных задач, а также во всех 
остальных стилях литературного языка является нарушением норм современной русской 
литературной речи.
Профессионализмы - это слова, являющиеся принадлежностью речи определенного говорящего 
коллектива, объединенного какой-либо производственной деятельностью, специальностью или 
профессией (медицинских работников, работников полиграфии, юристов, моряков и т. д.). 
Профессионализмы обозначают специальные понятия, орудия или продукты труда, трудовые 
процессы производства. Поэтому их называют иногда специальными словами или специальными 
терминами.
Как и диалектизмы, профессионализмы составляют такой пласт слов в лексике общенацио-
нального языка, сфера употребления которых ограничена. Однако они серьезно отличаются от 
диалектизмов: 1) сфера их употребления ограничена не территориально, а социально, 2) они входят в 
состав лексики литературного языка. 
Среди профессионализмов наблюдаются и узкоспециальные слова, например - глинка -высший 
сорт глины (каолин), употребляемый в ситцепечатании (технический термин), и слова более 
широкого употребления, например - кортик - нож, холодное оружие в виде кинжала у командного 
состава морского и воздушного флота. 
В ряде случаев сфера употребления тех или иных профессионализмов расширяется настолько, 
что они превращаются в общенародные слова. Это объясняется или широким распространением 
специального предмета и понятия, или метафорическим употреблением их для обозначения ранее не 
называемых ими предметов и явлений действительности. Например, слова комбайн, глобус, экран 
стали достоянием общенародного словаря после того, как в нашем сельском хозяйстве прочно вошла 
в жизнь уборка при помощи комбайна, глобус стал необходимой принадлежностью при обучении 
географии, а киностало одним из наиболее популярных видов искусства. В силу метафорического 
употребления стали из профессионализмов общенародными, например, слова: аврал (ср.: «Был 
объявлен аврал») первоначально морская команда «Все наверх1»; брожение (ср.: брожение умов) 
первоначально биологический термин; сфера (в высших сферах) первоначально математический 
термин; мягкотелый --первоначально специальное слово садоводов, термин для определения 
спелости плодов; темп (ср.: темпы роста) - первоначально музыкальный термин. 
Под арготизмами следует понимать социально ограниченные в своем употреблении слова, 
которые являются эмоционально-экспрессивным выражением того, что стилистически нейтрально 
обозначается общенародными словами. Арготизмы отличаются от профессионализмов следующими 
чертами: 1) они всегда представляют собой слова, являющиеся не основными, а параллельными 
обозначениями какого-либо явления действительности. Это значит, что рядом с ними всегда 
существуют синонимы общенародного употребления; 2) всем без исключения арготизмам (в отличие 
от профессионализмов, являющихся нейтральными словами) присуща яркая экспрессивно- 


M.P.Vaqif və müasirlik 
391
статистическая окраска. 3) в силу яркой экспрессивно - стилистической арготизмы имеют обычно 
более широкое распространение и легко переходят из того или иного арго в просторечие, т. е. в 
общенародную разговорно-бытовую речь, не связанную строгими литературными нормами. 
Поскольку по экспрессивно-стилистическим свойствам арготизмы аналогичны вульгаризмам, с 
их употреблением следует бороться, так же как и с употреблением вульгаризмов. 
Литература 
1. Б р а г и н а А. А. Русское слово в языках мира. М., Просвещение, 1978. 
2. Виноградов В. В. Основные типы лексических значений слова --Вопр. языкознания, 1953, №5. 
3. Верещагин Е. М., Костомаров В. Г. Лингвострановедческая теория слова. М., Русский язык, 1980. 
NEMƏTLİ AYSEL
Bakı Slavyan Universiteti 
M.FÜZULİNİN NƏZM ƏSƏRLƏRİNDƏ HƏRƏKƏTİN İCRA İSTİQAMƏTİNİ BİLDİRƏN 
FEİLİ BİRLƏŞMƏLƏRİN İŞLƏNMƏ TEZLİYİ 
Açar sözlər:
feili birləşmələr, hərəkət feilləri ,poetika,yaradıcılıq,işlənmə tezliyi
Frequency of use of verb combinations indicating (that indicate) the direction of action
in the poetical works of M. Fuzuli 
Language reflects the psychology of the people and turkish language distincts with its verbs. 
Additionally, great Fuzuli has always tried to use more national verbs, and made an experiment about verbs 
as a talented linguist, and he declares that verbs of the turkish language respond to all demands of the 
classical poetics. 
Keywords

verb-combinations, action verbs,poetics,creativity,
frequency of use
Dilçiliyin müstəqil şöbələrindən olan sintaksisin tədqiqat obyekti söz birləşməsi və cümlədir. Söz 
birləşməsi dedikdə iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsi nəzərdə tutulur. Söz 
birləşmələrinin əsas vəzifəsi nominativlikdir. Ayrı-ayrı sözlər kimi,söz birləşmələri də əşya və hadisələri 
adlandırır. Tabe edən tərəfin ifadə vasitələrinə görə söz birləşmələri üç qrupa bölünür ki ,bunlardan biri də 
feili birləşmələrdir.”Əsas hissəsi –tabedici sözü feillərdən ibarət olan birləşmələrə feili birləşmələr deyilir” 
(1, s. 57). Feili birləşmələrdə hərəkətlə onun aid olduğu, ya da ona aid olduğu, ya da ona aid olan müxtəlif 
anlayışlar arasında əlaqələr əks olunur. 
Dilin lüğət tərkibindəki sözlər sintaktik yarusa daxil olduqda onlar arasında müxtəlif qrammatik –
semantik əlaqələr yaranır, çünki sözlər müxtəlif struktur daxilində bir-biri ilə müxtəlif məna münasibətlərinə 
girir və bu zaman eyni sözün müxtəlif semantik variantları yaranır.Azərbaycan dilçiliyində feillərin leksik-
semantik qrupları ayrılıqda tədqiq olunmuşdur. Bizim üçün isə əsasən hərəkət feilləri bağlı irəli sürülmüş 
əsas hesab edilir,çünki Azərbaycan dilçiliyində bu feillər ayrıca leksik-semantik qrup kimi fərqləndirilir. 
Q.H.Cəfərov “Azərbaycan dilinin leksik-semantik sistemi”monoqrafiyasında hərəkət feillərini ayrıca qrup 
kimi təqdim etmişdir. O, bu tipli feilləri dəyişmə, tövrdəyişmə(təbii vəziyyət) ilə bağlı hadisələri bildirməsi 
ilə onların üç sinfini müəyyənləşdirir 1) tövr (təbii vəziyyət) dəyişmə bildirənlər, 2) üfüqi hərəkət bildirənlər
3) şaquli istiqamətli hərəkət bildirənlər (3, s. 86).Lakin müəllif hərəkət feillərinin iştirakı ilə yaranan feili 
birləşmələrin təsvirini verməmişdir. Feili birləşmələrin yaranmasında əsas nüvə funksiyasını oynayan 
hərəkət feillərdir. Feil, fəallıq, fəaliyyət türkün başlıca ,səciyyəvi xüsusiyyətidir.Ətalət ,ötgünlük ,donuqluq 
,sərməstlik türk təbiətinə yaddır. Gününü at belində keçirən türk həmişə ayıq və cəld olmalı ,həmişə 
hərəkətdə olmalıdır. Türkün atı hərəkətin rəmzidir.Türkün atı poetik obraz kimi ümumiləşdirilir. 
O.Süleymenov “Türkün atını səyirdəndə zaman dayanır”-deyir. Türkün atı, hərəkət...Türk dillərində feil 
bolluğu və feillərin daxili xüsusiyyətlərinin zənginliyi həmin bu hərəkətin təzahürü, bu hərəkətin ən 
müxtəlif çalarlığının ifadəsi deyilmi?Türkün atı həmişə hərəkətdə olmuş,əsla bir yerdə durmamış,daim 
irəliyə, inkişafa doğru sürət götürmüşdür.Bu atın sürəti dünyanı sürətləndirmişdir, bəşərin ümumi inkişafına 
əsaslı təkan vermişdir” (2, s. 125). Dil xalqın psixikasını əks etdirir və təsadüfi deyil ki, türk dili daha çox 
feilləri ilə seçilir.Həmçinin ustad Füzuli ana dili feillərindən mümkün qədər daha çox faydalanmağa 
çalışmış,feillər üzərində istedadlı dilşünas alim kimi eksperimentlər aparmış,klassik poetikanın bütün 


M.P.Vaqif və müasirlik 
392
tələblərinə türk feillərinin cavab verə bildiyini yazılarında sürətliliyi və intevsivliyi ilə də əks etdirmişdir. 
Çox müxtəlif poetik – üslubi ifadə üsulları Füzuli şeirinin başlıca vahidlərində birlikdə, eyni zamanda əks 
olunur ki,bu cəhət misranın, beytin elə ayrıldıqda çox mühüm yaradıcılıq nailiyyəti hesab edilməsinə əsas 
verir, hər beyt bir rəng xüsusiyyətlərə malik beytdən fərqlənir müəllif qələminin qüdrətini nümayiş etdirir. 
Füzulinin nəzm əsərlərini nəzərdən keçirdikdə burada feili birləşmələrin əsas nüvəsini təşkil edən 
hərəkət feillərin daha çox işləndiyinin şahidi oluruq. Azərbaycan dilində də feili birləşmələrin əsasını təşkil 
edən hərəkət feillərinin mərkəzində getmək və gəlmək feilləri üstünlük təşkil edir.Füzulinin nəzm əsərlərində
kökü get olan feilin 27 sözforması işlənmişdir. Həmin sözformaları aşağıdakı tezlikdə işlənmişdir. Getdi-22 
dəfə, getmə-6 dəfə, getmiş-6 dəfə, get -4 dəfə, getmək-4 dəfə, getməz-4 dəfə, getməyin-2 dəfə, getmişdi-2 
dəfə, getdin-2 dəfə, getdikcə, getdikdə, getdilər, getdisə, getdiyim, getdiyindən,getmədim, getməli, 
getməmək, getmərəm, getməzsə, getdsəm,getsin hər biri 1 dəfə gedəndə-5 dəfə ( 2, s. 90-91) işlənmişdir. 
“Gedəndə” feili birləşmə ilə işlənmiş qəzəlindən bir beyt nümunə göstərək . 
Səd parə etdi könlümü qeyrət gedəndə sən, 
Hər parə bir yana aparıbdır gümanımı (5, s. 41). 
Beləliklə, get feili 78 dəfə qeydə alınmışdır.Bu feil ilə müqayisədə 249 dəfə işlənmişdir.Bu,get 
feilinin işlənmə tezliyindən üç dəfə çoxdur.M,Füzulinin nəzm əsərlərinin dilndə gəl köklü aşağıdakı
sözformaları qeydə alınmışdır: gəl-47 dəfə, gəldi-49 dəfə, gəldiyin-hər biri 3 dəfə, gəldiyincə, gələ-hər biri 4 
dəfə ,gələgör ,gələn-hər biri 10 dəfə, gələndə, gələni, gələr - hər biri 5 dəfə, gəlgəc, gəlib -12 dəfə, gəlibdir 
,gəlim- hər biri 4 dəfə, gəlincə -2 dəfə, gəlir -20 dəfə, gəlirdi-2 dəfə, gəlirmi, gəlirkən, gəlirsən –hər biri
3dəfə, gəlmə, gəlmədən, gəlməd – hər biri 2 dəfə, gəlmək – 2 dəfə, gəlməmi-2 dəfə, gəlməyə, gəlməz, gəlmi 
– hər biri 8 dəfə, gəlmişdi, gəlmişdir,gəlmişəm ,gəlmisiz, gəlmişlər, gəlsə - hər biri 7 dəfə, gəlin, gəlir – hər 
biri 1 dəfə işlənmişdir (2, s. 90-91). Qəzəllərində - dıq... şəkilçisi feili sifətlə ifadə olunmuş feili birləşmələr 
üstünlük təşkil edir. Hətta bir sıra qəzəllərində belə sözlər rədif kimi işlədilir .
Pərişan xəlqi- aləm ahu əfqan etdigimdəndir, 
Pərişan olduğum xəlqi pərişan etdigimdəndir. 
Füzulinin nəzm əsərlərində etdigimdəndir sözü -8 dəfə, etdiyim -12 dəfə, etdiyin -16 dəfə, etdiyidir 
-12 dəfə, etmədigim -1 dəfə, etmədiyin -1 dəfə sözləri işlənmişdir (6, s. 66). Bununla yanaşı digər bir nəzm 
əsərini nəzər salaq: 
Göz yumub aləmdən istərdim açam rüsxarinə, 
Canım aldın,göz yumub –açınca məhlət vermədin.... 
Bu beytdə müxtəlif formalı gö z yumub –açınca kimi feili birləşmələr işlənmişdir və bu 
birləşmələr həm sağdakı ,həm də soldaki sözlərlə əlaqəyə girib hər dəfə fərqli məna ifadə edə bilər. Açınca 
feili birləşmənin nəzm əsərlərində cəmi 1 dəfə işlənmişdir. Akad.V.V.Vinoqradov göstərirdi ki, eyni 
sintaktik vahidin eyni zamanda müxtəlif mənalar bildirə bilməsi milli dil üslubiyyatının ən maraqlı 
məsələrindən biridir (2, s. 226). 
Ümumiyyətlə, türk dili feili müstəqil deyildir, onun mənası mikro və makrokonteksdən asılıdır. Hətta 
az-çox müstəqil mənalı, avtosemantik feillər də qoşulduğu sözün səciyyəsi ilə əlaqədar olaraq başqa-başqa
mənalar bildirir. Füzuli qəzəllərində feil rədif kimi fərqləndirilir. Azərbaycanca qəzəllərindən 72 –si feili 
rədifli qəzəllərdir ki, bu rədiflərdən 33-ü feili birləşmə şəklində işlənmiş, 39-u isə müstəqil mənalı 
feillərdir.Bunlara etmədigim, olduğun, eyləyən, etdigim tipli feili birləşmələrdir və Füzuli lüğətində çox 
geniş yer tutur.
Belə qənaətə gələ bilərik ki, M.Füzulinin yaradıcılığında feili birləşmələr azlıq təşkil edir. Feili 
birləşmələr arasında daha çox istifadə olunanı feili sifətlə ifadə olunan feili birləşmələrdir. Sənətkarın nəzm 
əsərlərində hərəkət feilləri daha çox üstünlük təşkil edir. Bu feillərdən də ən çox istifadə olunanı “get”, 
“gəl” feilləridir. 
Ədəbiyyat
1. Abdullayev. Ə, Seyidov.Y,Həsənov.A “Müasir Azərbaycan dili” Sintaksis Bakı, Maarif, 1985, 468 s. 
2. Adilov M. “Məhəmməd Füzulinin üslubu və poetik dili”. Bakı: Maarif nəşriyyatı , 1996, 544 s. 
3. Azərbaycan qəzet dilinin tezlik lüğəti. Bakı: “Nurlan”, 2004, 264 s. 
4. Cəfərov Q. “Azərbaycan dilinin leksik-semantik sistemi”, Bakı: Elm, 1984, 178 s. 
5. Məhəmməd Füzuli əsərləri 3 cild Bakı: Şərq – Qərb, 2005, 469 s. 
6. M.Füzuli nəzm əsərlərinin əlifba –tezlik sözlüyü, Bakı: Elm, 2004, 547 s. 


M.P.Vaqif və müasirlik 
393
NƏBİYEVA ZÖHRƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti 
ŞAGİRDLƏRİN LÜĞƏT EHTİYATININ ZƏNGİNLƏŞDİRİLMƏSİ YOLLARI ÜZRƏ 
GÖRÜLƏN İŞLƏRİN MƏZMUNU VƏ İSTİQAMƏTLƏRİ 
The contents and the direction of works which are carried out for enrichment
of the lexicon of the pupils 
The article have been devoted to contents and the directions of the works which are carried out for 
enrichment of a lexicon of pupils. Process assimilation of words is connected with understanding of word 
meaning, their use in the speech, their transformation into the means of communication and obtaining a 
certain information. In article the basic principles for the choice of a basic word minimum are considered. 
Here it is noted that for enrichment of a lexicon of pupils it is necessary to develop their thinking, to revive 
certain events and objects in their imagination, to open the meanings of the words and to explain all their 
features. 
Keywords:
Lexicon, word`s meaning, basic word minimum, means of communication, transfer of 
information. 
Şagirdlərin nitq fəaliyyətində birbaşa danışıq, oxu, yazı zamanı bilavasitə sözün mənimsənilməsi uzun 
bir prosesdir. Bu proses sözün mənasının başa düşülməsi, onun nitqdə işlədilməsi ilə, ünsiyyət vasitəsinə 
çevrilməsi ilə, müəyyən məlumatlara – informasiyalara xidmət etməsi ilə bağlıdır. 
Bütün bunlar üçün ilk növbədə mənimsədilməsi nəzərdə tutulan 
sözlərin həcminin müəyyən olunması 
və hətta onun siyahısının tərtib edilməsi
vacibdir. Bu iş üçün bir çox yollar vardır. Metodiki ədəbiyyatda 
təlim prinsipi seçməkdə daha çox dərsliklərin leksik tərkibindən başlamağı məsləhət görürlər. 
Rus və Azərbaycan dilçi – metodistlərinin fikrincə, sözlərin həcmi – leksik minimumun seçilməsində 
aşağıdakı prinsiplərə əsalanmaq lazımdır: 
1.
Sözün ünsiyyət dəyəri 
2.
Sözün nitqdə işlənmə tezliyi 
3.
Sözün digər leksik vahidlərlə işlənmə dairəsi (birləşməsi) 
4.
Sözdən digər sözlərin yaradılması imkanları və s.
Metodiki ədəbiyyatda göstərilən leksik minimumun tərtibi zamanı şagirdlərin yaş səviyyəsi nəzərə 
alınmalıdır, ona görə də nəzərdə tutulan sözlərin həcminin leksik minimumun seçilməsi ayrı-ayrı siniflər 
üzrə qruplaşdırılmalıdır. Bundan başqa, şagirdlərin maraq dairəsi, dərslikdə verilmiş linqvistik və çalışma 
materialları nəzərə alınmalıdır, eyni zamanda müxtəlif elm sahələrinə aid terminlər varsa, onlar da 
minimuma daxil olmalıdır.
Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək işi geniş və nisbətən mürəkkəb bir prsesdir. Belə bir 
mürəkkəb işi yalnız Azərbaycan dili və ədəbiyyat müəllimlərindən tələb etmək düzgün deyil. Bütün fənn 
müəllimləri şagirdlərin lüğət ehtiyatını yeni sözlər, terminlər hesabına genişləndiməyə çalışmalıdırlar. 
Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmə yollarından biri də müxtəlif fənlərin faktiki 
materiallarından istifadədir. Belə ki, ana dili şagirdlərə təkcə Azərbaycan dili dərslərində deyil, başqa 
fənlərin tədrisi zamanı da praktik cəhətdən öyrədilir. Bu haqda Y.Kərimov yazır ki, hər bir məktəb fənninin
özünəməxsus spesifik leksikası və terminləri vardır ki, bu da şagirdlərin lüğət ehtiyattını zənginləşdiməyə 
xidmət edir. Əgər tarix müəllimi 
demokratiya, aristokratiya
sözlərinin mənalarını izah etməzsə, onda V sinif 
şagirdi yalnız bu sözlərin adını əzbərləyə bilər, mənasını isə başa düşməz. Demək, şagirdlərin nitq inkişafını 
səmərəli təşkil etmək üçün fənlər arasında əlaqə, inteqrasiya olmalıdır. 
Onu da qeyd etmək lazımdır ki, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi işi ilə məhdud saatda, 
yalnız müxtəlif günlərdə deyil, il boyu hər dərsdə məşğul olmaq, bu işi davamlı icra etmək lazımdır: 
I. Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi işinə birinci növbədə sözün mənası üzərində işdən 
başlamaq lazımdır. Məlumdur ki, sözlər çox vaxt bir neçə mənada işlənir. Məsələn: 
morfologiya 
sözü 
dilçilikdə morfemlərdən, sözün dəyişməsi qaydalarından bəhs edən elmə, biologiyada isə tamam başqa 
mənada bitkilərin quruluşu mənasında işlənir.
Ümumiyyətlə hər bir müəllim tədris etdiyi fənlə əlaqədar olaraq, mənası yanlış və tələffüzü çətin olan 
sözlərin müxtəlif xüsusiyyətlərini şagirdlərə izah etməlidir. 


M.P.Vaqif və müasirlik 
394
II. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmə mənbələrindən biri də onları əhatə edən mühitdir. Belə
ki, şəhərdə və kənddə yaşayan uşaqların belə lüğət ehtiyatı bir-birindən çox fərqli olur. Böyük şəhərlərdə 
yaşayan uşaqlar 
metro, muzey, teatr, drama, opera
və s. kimi sözlərin mənalarını bildikləri halda, əyalətdə 
kənddə yaşayan uşaqlar üçün belə sözlərin mənası tam aydın olmur, onlar belə sözlərə yalnız dərsliklərdə, 
kitablarda rast gəlirlər. Yaxud, şəhərdə yaşayan uşaqlar üçün 
kombayn, traktor, tövlə, naxır, ilxı, bostan, 
tarla, arx
və s. kimi sözlər aydın deyil. Müəllimlər tədris prosesində bu cəhətləri nəzərə almalı, tədris etdiyi 
mövzulara uyğun olaraq əyani vasitələrdən istifadə etməli, şəhər məktəblərinin müəllimləri kənd mühitinə 
aid sözləri, kənd müəllimləri isə şəhər mühitinə aid sözləri elə mənimsətməlidirlər ki, şagirdlərin leksikonu 
hər iki mühitə aid sözlərlə zənginləşsin. 
III. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üçün mənbələrdən biri də dərsliklərdir. Məlumdur ki,
dərsliklərdə həm nəzəri, həm də praktik məlumatlar – çalışmalar, tapşırıqlar verilir. Nəzəri məlumatların 
içərisində olan mənası çətin anlaşılan sözləri, terminləri müəllim dərinliyinə qədər başa salalıdır. Dərslikdə-
leksika, frazeologiya, qrammatika kimi terminlər izah edilir. Lakin müəllimlər hətta 
isim, sifət, feil
sözlərinin 
belə mənasını açıqlamalıdırlar. Şagird dərk etməlidir ki, nitq hissələrinə nə üçün belə adlar verilmişdir. 
Dərslikdəki çalışmalar elə tərtib edilməlidir ki, onlar bilavasitə şagirdlərin lüğət ehtiyatını 
zənginləşdirməyə xidmət etsin. Bu baxımdan, çalışmaları aşaıdakı kimi qruplaşdırmaq olar.
1. Yeni sözlər düzəltməyə xidmət edən çalışmalar.
2. Verilmiş sözləri cümlədə işlətməyə xidmət edən çalışmalar.
3. Mətnlərdən mmüəyyən qrammatik formaları seçməyi tələb edən çalışmalar.
4. Omonim, sinornim, antonimlərlə əlaqədar olan çalışmalar.
5. Şifahi çalışmalar. Belə çalışmalarda əsasən, çətin sözlərin düzgün oxunuşu tələb olunur. Məs:
sessiya, motor, simmetrik, dissertasiya, kontrakt, konqress, konfrans
və s. 
Bu tipli çalışmalarda şagirdlərin mənasını bilmədiyi sözləri müəllim izah etməlidir. Müəllim sözlərin 
təkcə düzgün oxunuşu ilə kifayətlənməyərək onların mənasını izah etməklə, şagirdlərin lüğət ehtiyatının 
zənginləşdirilməsinə müvəffəq olur. Lakin müəllim yalnız dərsliklərdəki çalışmalarla kifayətlənməməli, özü 
də şagirdlərin lüğət ehtiyatını zənginləşdirə biləcək maraqlı çalışmalar tərt ib etməlidir. 
Dil tədrisi ilə əlaqədar olaraq, müəllim şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üçün aşağıdakı 
istiqamətlərdə işlər aparmalı və həmin istiqamətlər üzrə işlərdən başqa özü də bu məsələlərə yaradıcı şəkildə 
yanaşaraq əlavə məsələləri də əhatə etməldir: 
I. Alınma və digər naməlum sözlərin öyrədilməsi: 
1. Sinonimlərin köməyi ilə;
2. Antonimlərin köməyi ilə;
3. Frazeoloji birləşmələrin vasitəsilə;
4. Etimoloji təhlil yolu ilə;
5. Mətn daxilində olan çətin sözləri izah etməklə;
II. Çoxmənalı sözlərdən istifadə edilməsi.
Çoxmənalı sözlər bədii əsərlərdən seçilmiş nümunələr əsasında tədris edilərsə, şagirdlərin lüğət 
ehtiyatı zənginləşir və onlar mükəmməl nitq mədəniyyətinə yiyələnirlər. 
III. Çətin sözlərin mənası izah edilməklə yazılışlarının öyrədilməsi.
IV. Ayrı-ayrı terminlərin izahı
V. Mövzu üzrə lüğətlərin tərtibi. 
VI. Kollektiv şəkildə ekskursiyaların təşkili.
VII. Şagirdlərin mütaliəsinin təşkil edilməsi.
VIII. Kitab müzakirələrinin keçirilməsi.
IX. Tədris zamanı əyanilikdən geniş şəkildə istifadə edilməst
X. Leksik, morfoloji və sintaktik yolla sözlərin yranma yollarını şagirdlərə mütamadi öyrətməklə. 
XI. İfadə və inşa yazılar vasitəsilə.
XII. Dildə yeni yaranan sözləri izlətməklə.
Lüğət üzrə şagirdlərlə aparılan işlərin bir sıra vəzifələri də vardır. Lüğət üzrə işlərin əsas vəzifələri 
aşağıdakılardır: 
1. Şagirdlərin lüğət ehtiyatının dəqiqləşdirlməsi. Şagirdlər bəzi sözlərin məna incəliklərini kifayət
qədər mənimsəyə bilmədikləri üçün onları nitqlərində dəqiq işlədə bilmirlər. Məs: 
polk, komanda, 
platforma, kompromis 
və s.
2. Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi. Şagirdlərin lüğət ehtiyatı ailədə, yaşadığı mühitdə,
sonra isə ibtidai siniflərdə, məktəbdən kənar, sinifdən xaric məşğələlərdə, gəzintilərdə və s. yerlərdə 
zənginləşir. Lakin şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi işi planlı və müntəzəm şəkildə V-XI 
siniflərdə müəllimin rəhbərliyi altında müntəzəm olaraq aparılır. 


M.P.Vaqif və müasirlik 
395
3. Şagirdlərin lüğət ehtiyatının fəallaşdırılması. Şagirdlər sinifdən-sinfə keçdikcə onların lüğət tərkibi
yeni-yeni sözlərlə zənginləşir. Lakin onlar bir çox sözləri bildikləri halda, bəzən öz nitqlərində onlardan 
istifadə etməkdə çətinlik çəkirlər. Ona görə də müəllimlər daim şagirdlərin lüğətinin fəallaşdırılması yolları 
üzərində düşünməli, bu əsasda bir sıra işlər həyata keçirməlidirlər. Bizcə, bunun üçün müəllimlər dərsdən 
kənar bir çox tədbirlər təşkil etməli və həmin tədbirlərdə şagirdlərin iştirakını təmin etməlidirlər . Dərs 
prosesində şagirdlərin fərdi sorğusuna nisbətən vaxt az olduğundan hər dərsdə iki və ya üç şagird 
danışdırılır. Odur ki, dərsdən kənar məşğələlərdə, şeir müsabiqələrində, kitab müzakirələrində, sinifdə və ya 
məktəbdə keçirilən bəzi iclaslarda, tədbirlərdə şagirdlərin çıxışlarını təşkil etməli, onların nitqlərini 
dinləməli, bu işlərdə şagirdlərin fəallığı təmin edilməldir. Bu məqsədlə şagirdlərə vaxtaşırı ifadə və inşalar, 
xüsusən sərbəst mövzularda inşalar yazdırmaq da faydalıdır. 
Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi üçün «Məktəblinin orfoqrafiya lüğəti» üzərində iş 
aparmaq faydalı vasitələrdən biridir. Belə ki, müəllim hər bir dilçilik şöbəsini tədris edərkən lüğət üzrə işlər 
aparmaqla şagirdlərin lüğət ehtiyatını zənginləşdirə bilər. Məsələn: İsim bəhsinin tədrisi zamanı müəllim 
şagirdlərə tapşırır ki, lüğətdən 10 dənə zaman, 10 dənə məkan, həmçinin təbiət hadisələrinin və s. adını 
bildrən isimlər seçin və onları cümlə içərisində işlətməklə dəftərinizə yazın. Bu üsulla şagirdlərin lüğət 
ehtiyatı zənginləşdirə bilər. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üçün müəllimlər aşağıda 
göstərdiyimiz metodik işlərdən istifadə edə bilərlər: 
1. Yuxarıda qeyd etdiyimiz kimi, orfoqorafiya lüğətlərindən müəyyən sözləri seçməyi şagirdlərə
tapşırmaq. 
2. Kitablardan müəyyən mətnləri oxuyub, mənası çətin olan sözləri seçməyi, həmin sözlərin mənalarını
izah etməyi şagirdlərdən tələb etmək. 
3. Tərcümə lüğətlərindən müəyyən sözləri tapıb mənalarını əzbərlətmək.
4. Şifahi nitqdə vurğudan düzgün yerli-yerində istifadə etməyi mənimsətmək. Çünki elə sözlər var ki,
vurğudan – düzgün, yerində istifadə edilmədikdə sözlərin mənası anlaşılmaz olur. Məsələn: 
orqan
– dövlət 
orqanı, insanın orqanı; elektrik - 
elektrik
cərəyanı – elektrik ixtisası. 
5. Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsində leksik vasitələrin rolu əvəzsizdir. Belə ki,
sinonim, antonim, omonimlər
şagirdlərin söz ehtiyatının artırılmasına, həmçinin nitqin canlı, təsirli 
olmasına kömək edir. Bizcə, bunları leksikologiyanın tədrisi zamanı əsaslı şəkildə mənimsətməkdən başqa, 
morfologiya təlimində də hər bir nitq hissəsini keçərkən nitq hissələri üzrə qruplaşdırmaqla öyrətmək çox 
faydalıdır. 
6. Mətnin leksik təliminin aparılması bir sistemə çevrilərsə, bu, şagirdlərin lüğət ehtiyatının
zənginləşdirilməsində, təfəkkürlərinin inkişaf etməsində, nitq mədəniyyətlərinin formalaşmasında mühüm 
rol oynayır. 
Məşhur metodist Y.Kərimov yazır ki, lüğət üzrə işi psixoloji biliklərdən təcrid olunmuş şəkildə 
aparmaq mümkün deyil. Obyektiv varlıq insanın dilində deyil, şüurunda anlayış və mühakimə şəklində əks 
olunur… Beynimizdə yaranan hər hansı fikir dilimiz vasitəsilə başqalarına çatdırılır. İdrak fəaliyyəti 
prosesində nitqimiz də inkişaf edir. Deməli, lüğətin zənginləşdirilməsi fikrin məzmununun 
zənginləşdirilməsi ilə sıx əlaqədədir. Fikrimizi sözlərin köməyi ilə ifadə edirik. Əgər fikrimiz 
anlaşılmazdırsa, təbii olaran sözlər də anlaşılmaz olacaqdır. …Uşağın lüğət ehtiyatının zənginləşdirilməsi 
yolu aydın təsəvvürlərin inkişafından keçir. 
Deməli, şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üçün onların təfəkkürlərini inkişaf etdirmək, 
təsəvvürlərində müəyyən əşya və hadisələri canlandırmaq, sözlərin mənasını açıqlamaq, sözlərin bütün 
xüsusiyyətlərini izah etmək lazımdır. 
Ədəbiyyat 
1. H.Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 1996. s.208
2. Y.Ş.Kərimov. Ana dilinin tədrisi metodikası. Bakı, 2005, s. 430
3. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı//
Azərbaycan təhsil siyasəti. I hissə, Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2005. s. 368 
4. Cəfərov S.H. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, «Elm» nəşr. 1984, s.124
5. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988
6. Şmelyev D.N. Sovremennıy russkiy əzık. Leksika, M.Prosveşeniye, 1997, 335 str.
7. Koduxov V.İ. Vvedeniye v yazıkoznaniye. M., 1987, 348 str.
8. Blumfild S. Yazık. M., 386 str.
9. Reformatskiy A.A. Vvedeniye v əzıkoznaniyev. M. 1956
10. Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşdirilməsi yolları. Bakı, 1987. s. 10
11. Məmmədəli Nadir. Alınma terminlər (1920-1995-ci illər), Bakı, «Elm», 1997, s.142


M.P.Vaqif və müasirlik 
396
12. Vinoqradov V.V. Osnovnıye tipii leksiçeskix znaçeniy slov. (Voprsı əzıkoznaniya), M., 1953, №5, str.6 
13. Qriqoryeva A. Zametki o leksiçeskoy sinonimii. Voprosı kulturi i reçi: Vipusk II. M., 1959. str.8 
14. Cəfərov S.H. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, «Elm», 1984, s.40 
15. Bax: Kərimov Y.Ş. İbtidai siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları. Bakı, «Maarif», 
1978, s. 81 
16. Yenə orada. Y.Kərimov. Göstərilən əsəri. 
17. Y.Kərimov. Ana dilinin tədrisi metodikası. Bakı, 2005, s.436-437 
18. Abdullayeva A.S. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı, Azərnəşr 1968, 236 s. 
19. Ağayeva F.M. Azərbaycan danışıq dili, Bakı, «Maarif», 1987, 77 s. 
20. Bayramova A.Ə. Leksik alınmaların dilin zənginləşməsində rolu. Bakı, 2009, 156 s. 
21. Dəmirçizadə Ə. Dilin lüğət tərkibi və qrammatik quruluşu. Bakı, APİ-nin nəşriyyatı, 1965, 128 s. 
22. Əbdülov M. Kiçik yaşlı məktəblilərdə lüğət ehtiyatının və şifahi nitq vərdişlərinin inkişaf dinamikası. 
Bakı, 1973, 195 s. 
23. Əhmədov B.A. Ana dili dərslərində şagirdlərin nitqinin inkişaf etdirilməsi yolları. Bakı, «Maarif», 1967, 
110 s. 
24. Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşməsi yolları. Bakı, 1987 
25. Kərimov Y.Ş. İbtidai siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsaları. Bakı, «Maarif», 1978, 
220 s. 
26. Mikayılov R.X. Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi. Bakı, «Maarif», 1968, 128 s. 
NƏSİROVA AFƏTXANIM
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
MÜASİR İNGİLİS DİLİNDƏ FEİLİN MƏSDƏR FORMASINDA İŞLƏNƏN MODAL FEİLLƏRİN 
AZƏRBAYCAN DİLİNDƏ İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ VƏ BƏZİ QEYRİ-ADEKVAT 
AMİLLƏR HAQQINDA 
Açar sözlər: 
məsdər,ingilis dili, modal feillər, Azərbaycan dili
Development characteristics of modal verbs in English and expression of their in Azerbaijani 
The article deals the ways of expressing modality in English and Azerbaijani language. Different 
approaches on this problem are analized. The most flexible way of expressing modal meanings and features 
is intonation. The conclusion is that one of fundamental features is intonation. 
Keywords : 
infinitive, Modales verbs, Engilish , Azerbaijani.
İngilis dilində modal feillər perfekt formasında olan infinitivlə birləşmədə işləndikdə müxtəlif zaman 
çalarları ifadə edir.I.can, may, must modal feilləri perfekt formasında olan infinitivlə birləşdikdə keçmişdə 
baş vermiş hərəkətin mümkünlüyü haqqında gümanı bildirir, yəni əlaqə və münasibətlərinin 
qiymətləndirilməsini ifadə edərək modal birləşmələr ikili zaman aidliyini nəzərdən tuturərəkət haqqında 
onun baş verməsində əvvəlki vaxtı, zamanı ifadə edir. Məsələn: 
1. What do you think can have happened? (Ruck PEARL, TH., p. 315) (nə baş verə biləcəyi haqqında 
sən nə düşümürsən?).. 
2. He cann”t have taken it upstairs his morning (Galswarthy. Silver Box, p. 4) (Ola bilmez ki o, 
mücrünü bu gün səhər yuxarı aparmamış olsun).. 
3. he caught her wrist; Wrexchered it awar. ” And where may you have been? He asked (galswarthy. 
Man of Proper. p. 235) /deyə, oğlan soruşdu. 
4. and she may have the pain of knowing that he does so(dickens.The adventure of Oliver Twins 
p.377 ). <>/ 
5. It must haven been somesing love (Mark Twain. The Ad-venture of Tom sowwyer p. 275).<isə sevgi olmalı idi.. 
6. You cann”t have said İ am coming( Dickens. The adventure of Tom P. 355)..Sən mənim gəldiyimi 
deməyə bilərdin. 


M.P.Vaqif və müasirlik 
397
7. She may never have understood us.( dickens.Adventure of Oliver Tüist p. 248).O heç vaxt bizi başa 
düşə bilməzdi.. 
Bizim burda araşdırdığımız müxtəlif modal çalarlar həm leksik mənaların müxtəlifliyi, həm də onların 
inkarlıq və sual modallığının qarşılıqlı təsiri ilə şərtlənmişdir. Bütün birləşmələr üçün umumi olan çalarlıq 
modal feilin qrammatik və sematik mənalarının məcmusundan – xəbər şəklinin məzmunu və gümanının 
ümumiləşdirilmiş mənasının birləşməsindən əmələ gəlir. Bunuşərti olaraq” real, güman” termini ilə 
adlandıraq. 
Zaman münasibətlərinin ifadəsinə gəlincə onlar birləşmənin hər iki koponentinin məlum dərəcədə 
bölünməsi,parçalanması ilə ifadə edilir. Modal feil,gümanınindikizaman infinitivi isə hərəkətin həmin 
zamandan əvvəli zamana aid edildiyini göstərir. Keçmişdə baş vermiş hərəkətin müəyyən anı və ya zaman 
kəsiyindən əvvəl baş vermiş hərəkəti ifadə etmək üçün perfektdə olan infinitivlə, uyğun olaraq, 
could və 
might 
modal feillərin keçmiş zaman formaları işlədilir. 
1. The old feilling that she had never understood him, never done him justice bit him while he stared at 
home. 
<> he asked. 
>.(Galswarthy. In Chan-nel. p. 74) 
<baxanda bu hislər ona toxunurdu>>. 
<
<
Should və would modal feillərin perfektə olan infiritivlə birləşmə si zamanı analitik formalarmı 
(Future Perfeckt in the Past) əmələ gətirir. 
Must modal feilinin zamanla uzlaşma forması yoxdur, lakin analoji şəraitdə o da müəyyən zaman 
kəsiyi, yaxud keçmisşdəki zaman indiki perfekt infinitivi ilə ifadə edilən əvəllər baş vermiş hərəkətlə uzlaşır, 
məsələn: 
1. There must have been rooms like this, he thought, woman likemarry, in those towns and village of 
Poland, where without warning, bombs nd come carshing through the roofs. (Greenwood Mr. Bunting, p. 
22). O fikirləşirdi ki, onun xəbərdarlıq etmədən gurultu ilə bombardman etdiyi polşanın həmin şəhər və 
kəndlərində buna bənzər otaqlar, Meriyə bənzər qadınlar vardı! 
2. It must have beeen caried to the market-town which was not more than four miles off (Dickens.
The adventure of Oliver Twist, p. 326) “Bu, buradan 4 mildən uzaq olmayan bazar- şəhətdən aparılmalı idi”. 
3. You most have belived a word he said (Oskar winde, Seıections, p. 101). ”Onun dediyi sözlərə sən 
inanmamalı idin”, 
4. Nany,my dear, Imust have him found (Dickens, The adventure of Oliver Twist, p. 141). 
We must have knew where he has (Mark Twain – The adventure of Tom Sawyer, p. 103) ”Biz 
bilməliyik ki, o, haralarda olmuşdur”. 
Artıq qyd etdiyi kimi, modal birləşmələrə xas olan ümumiləşdirilmiş güman mənası artıq öz-
özlüyündə zaman əlaqəsini də nəzərdə tutur.. Could və might modal feillərin də keçmiş zamana aidlik feil 
formasında, yəni morfoloji vasitələrlə ifadə edilir. Must modal feilində isə xüsusi keçmiş zaman forması 
müəyyən situasiyaya, yaxud keçmişdəki müəyyən məqama zaman aidliyi qoyulmuş konkretləşdirici, 
əlaqələndirici mətn vasitəsiylə, yəni semantic-sintaktik vasitələrin qarşılıqlı təsiri ilə həyata keçirilir.Hər iki 
halda modal feil perfektdə oları infinitivdə ifadə olunmuş əvvəl icra olunan hərəkəti onun öz mənası ilə 
əlaqədar olduğu kimi keçmiş zamanın bu və ya digər zaman kəsiyi və ya zaman anı ilə əlaqələnir. Hərəkətin 
icra zmanı ni bildirməyən və əslində yanlız zaman münasibətlərini dəqiqləşdirmək mənasında birləşdirici 
halqa rolunu oynayan modal feil hərəkətə modallıq çalan verir, onun gerçəkliyə münasibətini 
müəyyənləşdirir.Bütün birləşmənin modallıq - zaman mənası,beləliklə, onu təşkil edən komponentlərin 
məzmununun toplusunda əmələ gəlir. 
Could və might modal feillərin əmələ gətirdiyi birləşmələri nəzərdən keçirtdikdə bu formaların 
qrammatik şəkil mənasının fərqləndirilməsindədəki çətinlii bird aha qeyd etmək lazimdir.Lakin keçmişə aid 
mətndə sadə infinitivli birləşmələrdə feilin şəklinin mənasını dəqiqliyi ilə müəyyənləşdirmək çətin olduğu 
halda perfekt infinitivli birləşmələrdə indikativ modallığı aşkar çıxartmaq çətinlik torədir. 
Ought,should,could,might modal feillərinin lazım şəklində işlənən formasında perfekt olan infinitivlə 
əmələ gətirdiyi birləşmələrin də özünəməxsus xüsusiyyətləri vardır. 
Burada, hərşeydən,onu qeyd etmək lazımdır ki, belə birləşmələrdə irreallıq modal menalarının ifadəsi 
öz müxtəlif çalarlarında üstünlük təşkil edir. Zaman münasibətləri real (və ya ral kimi təsəvvür edilən) 


M.P.Vaqif və müasirlik 
398
zaman əlaqələrini bilavasitə inikar etdirmək məqsədinə xidmət etmir. Hhətta hərəkətin perfekt infinitivlə 
göstərilən (ifadə edilən) hərəkət real olduqda belə, birləşmənin məna vəzifəsi hərəkətin reallığı təsbit etmək 
deyil, onun özünəməxsus inkarından ibarətdir. Nümunəüçün perfektdə oan infinitivlə ifadə edilmiş real 
hərəkəti (a) və qeyri-real, həqiqi olmayan (b) hərəkəti müqaisə edək: 
1. Stealing! You shouldn”t have said. Eliza (Shaw. Pyg-malion, p. 120) Oğurluq! Eliza, sən bu haqda
heç bir şey deməmişdin. 
2. I suppose she is right, I ought not have tried to speak to her (Galswarthy. Island Pharavn,p.98).
Güman edirəm ki, o, haqlıdır, mən onunla danışmağa çalışmamalı idim. 
3.It seemed incredible that his father could this have van-ished without,as it were announcing his 
intention, without last to his son, and due farewells(Galswarthy. In Chanell, 64. 44). sanki, ağlabatan 
deyildiyi, onun atası öz niyyətləri haqqımda oğluna sozlərini deməmiş, bu şəkildə yoxa çıxa bilərdi. 
4. Əshould have explained that that I was busy with my affeirns (Mark Twain, A connecti cut Yankee
in king Arthurs court, p. 64 ) İzah etməli idim ki, mən işlərimlə məşğul olmuşam. 
5. You should to have replied no such thing (C.Bornte. Jane Eyre, p. 51). Sən belə şeylərə cavab
verməməli idin. 
B. 1. Surely Kolly might have told him all this before( Mid, p. 130) şübhəsiz, Holi bunları ona əvvəl 
danışmalı idi. 
2. Ishould have her awüay, only Ithought perhaps you wanted her to talk into your machines( Sahw,
Pygmalion,p.34) . Mən onu burden göndərməli idim,ancaq mən fikirləşdim ki, sən onunla maşında danışmaq 
istəyərsən. 
3.I ought to have told Svames, he thought,”that I think him comic” (Galswarthy. In Channel, p. 167) 
.Mən samsa demeliydim”, - o fikirləşdi,”mən onu gülməli hesab edirəm”. 
4. You should have sent her to school (C.Bronte. Gane Eyre, p. 66) “Sən onu məktəbə göndərməli
idin”. 
5. This extraneous circumstance ought to have influenced their proceeding (Dickens. “The anventure
of Oliver Twist, p. 47). 2 Bu yad münasibət onların hərəkətlərinə təsir etməli idi”. 
Belə qarşılaşdırmaaydın şəkildə gösdərir ki, bu və ya digər halda əşyaların real vəziyyəti danışan 
tərəfindən, onun fikrincə, əslində hadisənin baş verməli olduğu situasiya ilə ziddiyyəti təşkil edən bir 
hərəkət kimi qiymətləndirir. Başqa sözlə desək, danışanın fikricə iş, hərəkət, hadisə bu cür yox, onun 
düşündüyü kimi olmalı idi. 
Beləliklə, zaman əlaqəli şüurda real olanın arzu edilənə modal ziddiyyətli (qarüılaşdırılmış) inkarı 
kimi çlxlş edir. Onlar şərtləmiş səciyyə daşıya bilər və hərəkətin modal dəyərləndirilməsi ifadəsinin əsas 
məqsədinə tabe olur.Modal mənaların qamması olduqca, müxtəlif olur, cümlədə inkarlığı sual sözlərinin 
mövcud olmasında, düyümlə ki, intonasiya-melodik strukturu və bir sıra bəzi şərtlərin mövcudluğundan asılı 
olaraq, gerçəkliyin ziddiyətin ifadəsindən gümana, şübhə (exsspressiv emosianallıq, heyrət. təəccüb və s. 
məqsadləri ilə.) ifadəsinədək çalarda dəyişə bilər. Nəzərdən keçirilən birləşmələrin umumi model 
çalarlıqlarln şərti ehtimal etmə kimi müəyyənləşdirmək olar. 
Ought,should və might modal feilləri nin perfektə olan infinitivlə birləşmələrinin zaman əlaqələrini 
göstərilər modal çalarlarını nəzərə alaraq onları belə fərqləndirmək olar. a) indiki zamandan əvvəl baş verən 
hərəkəti bildirmək, b) keçmiş zamandan əvvəl baş verən hərəkəti bildirmək, c) şərti keçmiş zamanı 
bildirmək. 
a) İndiki zaman münasibətə keçmiş zaman anlayışıından əvvəl baş verən hərəkət anlayışını
hududlandırmaq çətindir, onlar asanca bir araya sığa bilir . bəzi hallarda keçmiş zaman mövcud olan şərait, 
sanki, belə hududlandırmaya kömək edir. 
1. But I think you might have tould us this half an hourage (Show. Pygmalion, p. 183 ). “Lakin elə
düşünürəm ki sən bu haqda bizə yarım saatdan sonra danışa bilərsən”. 
2. I might have been free in a night (Dickens. The adventure of Oliver Twist, p. 329).”Gecə mən
sərbəst ola bilərdim”. 
3. I ought to have left here “, said Narry (Oscar Wilde. Se-lections, p. 164)” Naru dedi: ‘‘mən buranı
tərk etməli idim” 
Lakin real olmayan hərəkətə aidlik. ərti olduğu üçün zaman əlaqələrini konkretləşdirən şərait də daha 
çox irreal hərəkət və emosianalliq ifadəlilik çalarını göstərir və bununla da zamana dəqiqləşdirir. 


M.P.Vaqif və müasirlik 
399
NİYAZOVA İLAHƏ 
Bakı Dövlət Universiteti
QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNİN DİLİNDƏ SİNTAKTİK XÜSUSİYYƏTLƏR 
Açar sözlər

Qədim türk yazı abidələrində sintaksis, ifadələr, cümlə problemi, dilin inkişafına 
xalqların təsiri, söz birləşmələri
Syntactic features in the language of ancient Turkic monuments 
A principal means of reconstructing the prehistory of man is based on the findings of archeological 
research. During the nineteenth century, scholars developed a method for reconstructing the early history. 
Ancient turkish written monuments show us history of syntax, word combinations, sentences. Later 
researches demonstrated, however, that the method of historical reconstruction . Even when applied to 
ancient languages preserved in writing word combinations 
Keywords

syntax of ancient Turkish written monuments, phrases, sentences in the ancient time, the 
influence of tribe to the development of language, word combination 
Qədim türk xalqlarının, o cümlədən, göytürk xalqının dili zəngin qrammatik quruluşa malikdir.
Sintaksisin əhatə dairəsi genişləndikcə, onun inkişafının ayrı – ayrı dövrlərdəki səviyyəsi tədqiqatçıları daha 
çox maraqlandırırdı. Son dövrə qədər (2000 –ci illərə qədər) yazılan əsərlərdə qədim türk dilinin sintaksisi 
öyrənilərkən, bir çox məsələlərdən bəhs olunmamış, bir sıra məsələlər yanlış şərh edilmiş, bununla yanaşı, 
əsərlərin əksəriyyəti kiçik həcmli olub, hətta bunu güzəştə getsək belə , dil faktlarına fərqli yanaşma, onları 
yanlış mövqedən izah etmə qədim dövr sintaksisini haqqında tamamilə düzgün olmayan təsəvvür 
yaratmışdır. Dünya dilçiliyində gedən bu ənənə Azərbaycan dilçiliyinə də öz təsirini göstərib. Qədim türk 
yazı abidələrinin dilinin sintaksisinin öyrənilməsində Əlisa Şükürlünün “Qədim türk yazılı abidələrinin dili” 
(1993) əsəri özünəməxsus yer tutur. Qədim türk yazı abidələri dilininin ilkin tədqiqatlarından biri kimi əsərin 
elmi əhəmiyyəti böyükdür. Lakin əsəri oxuduqca, bəzi nöqsanlar özünü göstərir. Belə ki, müəllif özü bunu 
əvvəcədən sezərək, ola biləcək qüsurların əski mətnlərin transkripsiyalarının nöqtələnməsində səhvlərə yol 
verilməsi ilə əlaqələndirir: “Göytürk və qədim uyğur, eləcə də mani, brahma – hind əlifbaları ilə tərtib 
olunan və ya köçürülən qədim türk yazılı abidələrində durğu işarələrindən, demək olar ki, istifadə 
olunmadığına görə əski mətnlərin transkripsiyalarının nöqtələnməsində ciddi səhvlərə yol verilmişdir .Həmin 
transkripsiyalarda tabesiz və ya tabeli mürəkkəb cümlələrin haradan başlayıb, harada qurtardığını 
müəyyənləşdirməkdə bəzi çətinliklər ortaya çıxır. Bu isə min illik tarixi olan həmin yazılı sənədlərin
yenidən oxunub dəqiqləşdirilməsini, cümlələrin əvvəlini və sonunu tapıb transkripsiyalarda durğu 
işarələrinin öz yerinə qoyulmasını tələb edir. Bu işi yerinə yetirmədən qədim türk yazılı abidələrinin nəinki 
cümlənövlərini, eləcə də söz birləşmələrini səhvsiz öyrənmək mümkün deyildir” (səh. 151). Müəllif 
sintaktik əlaqələr, onun növləri, söz birləşmələri, onun növləri, cümlə üzvləri, tərkiblər, cümlənin məqsəd və 
intonasiyaya görə növləri haqqında izahlar verərək, abidələrin dilindən seçdiyi nümunələr əsasında həmin 
bəhslərin işlənmə xüsusiyyətlərini əsaslandırır. Lakin əsərdə nümunələr azlıq təşkil edir, müasir Azərbaycan 
dilininin sintaksisinə aid yazılmış əksər əsərlərdəki məlumatlar “Qədim türk yazılı abidələrinin dili ” 
əsərinin nəzəri hissəsini təşkil edir. Qeyd etsək ki, həmin əsərin təxminən 60 səhifəsi (152 -211) sintaksisə 
həsr olunub, bu qədər səhifədə tam, bitkin təsəvvür yaratmağın çətinliyinin də şahidi olarıq . Əsərdə 
mürəkkəb cümlə bölməsi tam işlənməmiş, tabeli və tabesiz mürəkkəb cümlənin növlərindən cəmi bir neçəsi 
haqqında məlumat vermişdir: “Göytürk yazılarında rast gəlinən tabesiz mürəkkəb cümlələri ənənəvi 
qrammatik bölgülərinə uyğun olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: 1) aydınlaşdırma; 2) zaman; 3) 
ardıcıllıq; 4) səbəb. Müəllif xüsusi növ kimi ayırmasa da, abidələrin dilində qarışıq tipli tabesiz mürəkkəb 
cümlələrin işləndiyini, lakin bu cür cümlələrdə sadə cümlə tabesiz mürəkkəb cümlə ilə mənaca çox vəhdətdə 
işləndiyindən onları təcrid etməyin mümkünsüzlüyünü vurğulayır: “Türkas kağanta körüg kalti, sabı antağ: 
öndan kağanğaru sü yorılım, - timis (Ton. 29) –Türkəç xanlığından kəşfiyyatçı gəldi, sözü belə idi: şərqdən 
xanın üzərinə qoşun çəkəcək, - demiş ”. (səh. 202). 
Tabeli mürəkkəb cümlələrdən danışan müəllif abidələrdə onun cəmi 5 növünün işləndiyini qeyd edir 
ki, bunlardan biri tamamlıq budaq cümləsi, digərləri isə zərfliyin növləri olan zaman, şərt, səbəb və məqsəd 
budaq cümlələridir. Budaq cümlələrə aid nümunələr cəmi bir neçə cümlə ilə vurğulanır. Digər budaq 
cümlələrin işlənib-işlənmədiyinə dair əsərdə məlumat yoxdur . Bütün bu çatışmazlıqlara baxmayaraq,
Ə.Şükürlünün “Qədim türk yazılı abidələrinin dili” əsəri qədim türk xalqlarının sintaksisi haqqında yığcam 


M.P.Vaqif və müasirlik 
400
təsəvvür yarada bilir. Əsər dilçiliyimizdə ilk tədqiqatlardan biri kimi xüsusi əhəmiyyətə malikdir. Bu 
baxımdan rolu danılmazdır . Qədim türk yazılı abidələri dilinin öyrənilməsində, heç şübhəsiz, Əbülfəz 
Rəcəblinin rolu böyükdür. Ə.Rəcəbli qədim türk dilinin fonetikası, semantikası, morfologiyası , sintaksisi 
sahəsində 20- yə yaxın əsərin müəllifidir. Onlardan sintaksisə aid olanlardan bəzilərini nəzərdən keçirək. 
“Göytürk dilinin sintaksisi” (IV cild) əsərini Azərbaycan dilçiliyində göytürk dilinin sintaksisinin tədqiqi 
sahəsində ən uğurlu əsər hesab etmək olar. Doğrusu, qədim türk dilinin sintaksisinə həsr olunmuş əvvəlki 
əsəri (Əlisa Şükürlü “Qədim türk yazılı abidələrinin dili”) nəzərdən keçirəndə insanda onun necə zəif 
sintaktik quruluşa malik olması fikri yaranır. Lakin müəllifin adı çəkilən əsəri bu düşüncənin tamamilə yanlış 
olduğunu sübüt etdi. Belə ki, 630 səhifəlik tədqiqat işində sintaktik əlaqələr, söz birləşmələri, cümlə və onun 
növləri geniş şəkildə şərh olunur, eyni zamanda, digər tədqiqatlarda rast gəlinməyən mətn sintaksisi, mətnin 
dilçilik baxımından tədqiqi, sintaktik bütovün sərhədi, kompozisiyası, əlaqə üsul və vasitələri, cümlənin 
aktual üzvlənməsi, durğu işarələri xüsusi nümunələrlə izah olunur. Təyini söz birləşmələrinin izahı zamanı 
müəllif abidələrdə işlənən “Təktərəfli təyini söz birləşmələri”nin də adını çəkir: “Bu təyini söz birləşmələri 
təktərəfli, təktərtibli, yarımçıq, birinci tərəfi ixtisara düşən təyini yaxud ismi söz birləşməsi də adlandırırlar . 
Bu elə təyini söz birləşməsidir ki, onun birinci tərəfi söz birləşməsində iştirak etmir yaxud ümumiyyətlə 
olmur . Söz birləşməsi təkcə ikinci tərəfdən ibarət olur ... Barkın, bədizin, bitig taşın biçin yılka yitinç ay yiti 
otuzka kop alkadımız (KT. M.) – Sərdabəsini, naxışını, yazılı daşını meymun ili yeddinci ayın iyirmi 
yeddisində bütünlüklə tamamladıq” (səh. 115-116). İlk baxışda söz birləşməsi görünmür, onu yalnız 
mənsubiyyət şəkilçisinə əsasən tapmaq olur. Müəllif özü bu məsələnin izahında qeyd edir: “Əlbəttə, 
təktərəfli təyini söz birləşməsinin özü ziddiyyətlidir, söz birləşməsi terminini danır, çünki söz birləşməsi 
dedikdə heç olmasa leksik mənası olan iki sözün tabelilik əsasında birləşməsi nəzərdə tutulur. Təktərəfli 
təyini söz birləşmələri isə təkcə bir sözdən ibarət olur. Lakin bu tip təyini söz birləşmələrini söz də 
adlandırmaq olmaz , çünki bunlar mənsubiyyət şəkilçisi ilə işlənir, həmin şəkilçi vasitəsilə hansısa sözə 
bağlıdır” (səh. 114). Ümumiyyətlə, əsərdə digər qrammatika kitablarında geniş tədqiqata cəlb olunmayan 
çoxsaylı məsələlər işıqlandırılmışdır. Qədim Göytürk dili o qədər zəngin sintaktik quruluşa malik olub ki, 
nəinki günümüzdəki bütün sintaktik kateqoriyaları özündə əks etdirmiş, hətta hazırda işlənməyən tabeli 
mürəkkəb cümlə növləri də mövcud olmuşdur . Bunlardan biri də “Xüsusi konstruksiyalı tabeli mürəkkəb 
cümlələr” bəhsidir. Mövzunu ilk dəfə geniş şəkildə izah edən müəllif göstərir: “Göytürk dilində elə 
konstruksiyalı tabeli mürəkkəb cümlələrin işlənməsinə təsadüf edilir ki, bu tipli tabeli mürəkkəb cümlələr 
müasir türk dillərində ya heç işlənmir, ya da nadir hallarda, həm də şifahi nitqdə işlənir . Göytürk dilində 
belə cümələrin işlənməsinə bir – iki dəfə rast gəlinsə idi, bunların işlənməsini təsadüfü bir hal hesab etmək 
olardı . Lakin belə tabeli mürəkkəb cümlələrə göytürk Orxon – Yenisey abidələrinin mətnlərində tez – tez 
rast gəlmək olur .... Taşra yorıyur tiyin kü esidip balıkdakı tağıkmıs, tağdakı inmis, tirilip yetmis ər bolmıs – 
Sərhəddən kənarda yürüyür deyə xəbər (küy) eşidib şəhərdəki adamlar dağa qalxmış, dağdakı adamlar 
enmiş, toplanıb yetmiş döyüşçü olmuş” (səh. 517 -518). Uzun müddət türkoloji ədəbiyyatda, o cümlədən 
Azərbaycan dilçiliyində mətn dilçiliyi məsələləri tədqiqatdan kənarda qalmışdır. Türkoloji ədəbiyyatda, 
dolayısı ilə olsa da mürəkkəb sintaktik bütöv haqqında ilk fikir Mirzə Kazımbəy tərəfindən söylənilmişdir. 
Azərbaycan dilçiliyində isə qədim türk dili abidələrinin sintaksisi öyrənilərkən mətn sintaksisinin ilk geniş 
izahını, məhz Ə.Rəcəbli vermişdir. Adı çəkilən əsərdə müəllif mətn sintaksisinin izahı üçün 100 səhifəyə 
yaxın xüsusi fəsil ayırmışdır. Tədqiqatçı onun keçdiyi inkişaf yolu haqqında təssəvvür yaratdıqdan sonra, 
sintaktik bütövlərin şərhini vermişdir. Maraqlı məsələlərdən bəzilərinə nəzər salaq. Belə ki, müəllif sintaktik 
bütövün, demək olar ki, bütün ekvivalentlərini ümumiləşdirir: “Dilçilikdə çox zaman mürəkkəb sintaktik 
bütöv və diskurs terminləri sinonim kimi işlədilir, eyni bir dil – nitq hadisəsi, sintaktik vahid tədqiqatçılar 
tərəfindən gah sintaktik bütöv, gah da diskurs adlandırılır. ... Mətn dilçiliyində sintaktik bütöv termini 
əvəzinə bəzən period (
yunanca: dairə
) termini də işlədilir. Tədqiqatçıların əksəriyyəti bu termini sinonim 
kimi qəbul edir və birini digərinin mövqeyində işlədir ... Sintaktik bütöv və frazafövqü vahid. Dilçilik 
ədəbiyyatında bu iki termin də sinonim hesab olunur. Lakin görünür ki, bu iki dilçilik termini müxtəlif dil- 
nitq hadisəsini, müxtəlif sintaktik vahidi göstərmək üçün işlədilir. Dilçilik ədəbiyyatında frazafövqü birləşmə 
mətn sintaksisinin vahidlərindən biri hesab edilir. Frazafövqü vahid mənaca əlaqələnmiş cümlələr qrupundan 
təşkil olunmuş sintaktik vahiddir....” və s. (557 - 558 ). Professor Əbülfəz Rəcəbli mövcud əsəri ilə dilçilikdə 
geniş yayılmış qədim türk xalqlarının zəif sintaktik quruluşa malik olması fikrinin üstündən xətt çəkdi. Əsər 
hələ də əksər oxucuların stolüstü kitabıdır .
Qədim türk yazılı abidələrinin sintaktik quruluşunun öyrənilməsində müəllifin ikinci əsəri 2006-cı ildə 
nəşr olundu. Əsər “Qədim türk yazısı abidələrinin dili” (II cild) adlanır. Əsəri “Göytürk dilinin sintaksisi 
”ndən fərqləndirən əlamət burada abidələrdən seçilmiş mətnlərin verilməsidir. Əvvəl mətn abidədə olduğu 
kimi göstərilmiş, sonra isə cümlələrin izahı göstərilmişdir. Əsərin müsbət xüsusiyyətlərindən biri kimi sonda
“Lüğət ”başlığının verilməsini qeyd etmək olar. Bu da sözlərin abidələrdə hansı dəyişiklə işləndiyini əyani 


M.P.Vaqif və müasirlik 
401
olaraq göstərir. Qədim türk yazılı abidələrinin sintaktik quruluşunun tədqiqindən danışarkən Qızılgül 
Abdullayevanın “Kül tiqin abidəsi” əsərini də qeyd etmək olar. Əsərdə sintaksisin öyrənilməsi üçün 
təxminən 50 səhifə (səh 158 – 207) ayrılmışdır. Sintaktik əlaqələr, söz birləşmələri, cümlə bəhsləri haqqında
yığcam məlumat verilmiş , mövzular izah edilərkən , abidənin dilindən xeyli nümunələr gətirilmişdir. Əsər 
Kül tiqin abidəsinin sintaktik quruluşu haqqında təxmini təsəvvür yaradır, lakin tədqiqat işində bəzi qüsurlar 
da özünü göstərir. Belə ki, mətndən gətirilən nümunələrin izahı əsərdə qed olunmur, nə də sonda lüğət verilib 
ki, oxucu ən azından sözlərin lüğətdəki mənasından istifadə edərək özündə az – çox təsəvvür formalaşdırsın. 
Yalnız mürəkkəb cümlə bəhsində budaq cümlələrə nümunələr verilərkən onun dilimizdə işlənən hazırkı 
qarşılığı qeyd olunur. Bu müsbət haldır . Nəzərə alınmalıdır ki, ali məktəbdə təhsil alan bütün tələbərə 
qədim türk yazısı abidələrinin dili fənni tədris olunmur , lüğət və ya izahlar verilməyən tədqiqatlar oxucu 
üçün bir qədər çətinlik yaradır . Əsərdə budaq cümlələr haqqında məlumatlar da bir qədər bəsitdir, belə ki, 
budaq cümlələrin növlərindən cəmi bir neçəsinin adı çəkilir, nümunələr verilir, digərlərinin isə (mübtəda, 
təyin, zaman b.c, tərzi hərəkət b.c, yer b.c; və s.) işlənib - işlənməməsi haqqında məlumat yoxdur.
Mətn sintaksisi bölməsi haqqında isə, ümumiyyətlə, fikir bildirilmir. Bütün bunlara baxmayaraq , əsəri 
qədim türk yazı abidələrinin dilinin öyrənilməsi istiqamətində atılmış addım hesab etmək olar .
Qədim türk yazılı abidələrinin sintaktik quruluşunun tədqiqi istiqamətində atılan addımlardan biri də 
Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” əsəridir. Əsərdə sintaksisin öyrənilməsi üçün 44 
səhifə (142 -186) ayrılmışdır. Qeyd olunan əsərdə (sintaksis bəhsində), Ə.Şükürlünün “Qədim türk yazılı 
abidələrinin dili” əsərindəki məlumatlara oxşar müddəalar öz əksini tapmışdır. Söz birləşmələri və cümlə 
haqqında məlumat bölməsində əvvəl adları qeyd olunan müəlliflərin əsərlərindəki məlumatdan fərqli elə bir 
şey yoxdur 
Beləliklə, XX əsrdəki tədqiqat əsərlərinin nəzərdən keçirilməsi göstərir ki, qədim türk yazı abidələrinin 
sintaktik quruluşu özünəməxsus inkişaf yolu keçmiş, sintaktik quruluşumuzun bütün incəliklərini, hətta 
bugün işlənməyən xüsusi formalı birləşmə və cümlələri əks etdirmişdir. O dövrdə xalqın mədəni 
səviyyəsinin dərəcəsi haqqında təssəvvür yaradan qədim türk abidələri tarixi təkamülü izləməyə imkan verən 
mükəmməl sənət nümunəsidir . 
Ədəbiyyat 
1 . Əlisa Şükürlü “ Qədim türk yazılı abidələrinin dili ” 
2 . Əbülfəz Rəcəbli “ Göytürk dilinin sintaksisi ” 
3 . Əbülfəz Rəcəbli “ Qədim türk yazısı abidələrinin dili ”II cild 
4 . Qızılgül Abdullayeva “ Kül tiqin abidəsi ” 
5 . Nizami Xudiyev “ Qədim türk yazılı abidələrinin dili ” 
ORUCOVA SAMİRƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti 
İKİNCİ TƏRƏFİN İFADƏ VASİTƏSİNƏ GÖRƏ FEİLİ BİRLƏŞMƏLƏRİN TƏDRİSİ 
Açar sözlər: 
feili birləşmə, tədris, ifadə vasitəsi, Azərbaycan dili, söz birləşməsi 
Treatment of two associations for the two terms 
In the secondary school textbooks, the second-major side of the feudal conjugations was given more 
attention and teaching. In general, because word combinations are formed on the basis of the mainstream, 
there is always more room for the explanation of the key stakeholders and the definition of means of 
expression in the teaching process. Elements of elementary textbooks are classified in the higher school 
textbooks according to the means of the second side. 
Keywords: 
feather merger, teaching, expression tool, Azerbaijani language, word combinations
Orta məktəb dərsliklərində feili birləşmələrin ikinci-əsas tərəfinin izahına və tədrisinə birinci tərəfdən 
daha çox yer verilmişdir. Ümumiyyətlə, söz birləşmələri əsas tərəfin bazası üzərində formalaşdığı üçün, 
tədris prosesində hər zaman əsas tərəflərin izahına, ifadə vasitələrinin müəyyənləşdirilməsinə daha çox yer 
ayrılır. Orta məktəb dərsliklərində feili birləşmələr ikinci tərəfin ifadə vasitələrinə görə ali məktəb 
dərsliklərindəki kmi təsnif edilir. Çünki bu zaman Azərbaycan dilinin ümumi qrammatik qaydaları əsas 


M.P.Vaqif və müasirlik 
402
götürülür. Belə ki, müxtəlif illərdə nəşr olunmuş Azərbaycan dili dərsliklərində feili birləşmənin tərifi demək 
olar ki, eyni formada verilmişdir: “Əsas tərəfi feillərdən ibarət olan birləşmələrə feili birləşmələr deyilir” 
(11, 23). Bu barədə fəslin əvvəlki bölməsində də danışılmışdır. Lakin bu tərifdə üslubi cəhətdən səhvə yol 
verilmişdir. Çünki, feili birləşmələrin əsas tərəfi tam olaraq bütün növ feillərlə deyil, yalnız feilin təsriflən-
məyən formaları ilə ifadə olunur. 2010-cu ildə nəşr edilmiş Azərbaycan dili dərsliyində yuxarıda verilmiş 
tərifdən istifadə edilmişdir. Lakin, bundan fərqli olarq, qrammatikadan hazırlıq məqsədilə nəzərdə tutulmuş 
müxtəlif dərs vəsaitlərində düzgün tərifə rast gəlmək olur: “Əsas (ikinci) tərəfi feilin təsriflənməyən forma-
ları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir” (6, 103). 
Burada, feili birləşmələrin ikinci tərəfinin hərəkət bildirdiyi, birinci tərəfin isə, onu müxtəlif cəhətdən izah 
etdiyi barədə məsələyə də toxunulur və geniş şəkildə izah edilir. 8-ci sinif Azərbaycan dili dərsliyində
deyilir: “Feili birləşmə dedikdə əsas tərəfi feili sifət, feili bağlama və məsdərdən ibarət olan birləşmələr 
nəzərdə tutulur” (11, 23). Göründüyü kimi, burada artıq feili birləşmələrin əsas tərəfinin feilin təsriflən-
məyən formaları ilə ifadə olunması ilə bağlı məlumat öz əksini tapır. Belə ki, bu ifadə vasitələri konkret 
olaraq ümumi ad altında verilməsə də, onların hər birinin – feili sifət, feili bağlama və məsdərin adı çəkilir və 
feili birləşmələrin, müstəqil sözlərin feilin bu formalarına tabe olması yolu ilə yarandığı barədə məlumat 
verilir. Lakin, orta məktəb dərsliklərində feili birləşmələr söz birləşməsi olmaq kontekstindən daha çox, 
cümlə daxilində tərkib əmələ gətirmək xüsusiyyətinə görə təsnif edilir və növlərə də bu şəkildə ayrılır. “Feili 
birləşmələr cümlədə tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərinin adları ilə adlanır və üç növə ayrılır: 
məsdər tərkibləri, feili sifət tərkibləri və feili bağlama tərkibləri” (11, 23). Dərslikdən gətirdiyimiz sitatdan 
da bəlli olduğu kimi, orta məktəbdə feili birləşmələr daha çox cümlə daxilində oynadığı rol etibarilə tədris 
edilir. Sonra da feili birləşmələrin tərkib adı altında izahı verilir və hər bir tərkib növünə ayrıca yer ayrılır. 
Yəni, feili birləşmə anlayışı cümlə daxilində hər hansı bir üzv olmaq mövqeyindən dəyərləndirlir, lakin eyni 
zamanda bu birləşmələrin tərəflərinin izahına, xüsusilə də əsas tərəfin ifadə vasitələrinin tədrisinə xüsusi 
diqqət yetirilir. Burada belə bir fikirdən istifadə olunur: “Tərkiblərdə sözlərin miqdarı, adətən, çox olur. 
Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsa da, “tərkib” və “birləşmə” əslində sinonim ter-
minlərdir” (11, 23). Belə ki, bu fikrə əsasən feili birləşmə anlayışı tərkib anlayışı ilə eyniləşdirilmir, yalnız 
“sinonim terminlər” hesab olunur. Çünki, dərsliyə görə, feili birləşmələrin tərkib əmələ gətirə bilmələri üçün 
yalnız bu birləşmənin yaranmasında təməl rolunu oynayan iki sözün - əsas və asılı tərəflərin deyil, digər söz-
lərin də işlədilməsi vacib amillərdəndir. Lakin buna baxmayaraq feili birləşmə anlayışı ilə tərkib anlayışı 
arasında ciddi fərq yoxdur. Bu anlayışlar bir-birinə çox yaxın mənaları ifadə edir. Bu fikrin verilməsindən 
sonra, artıq dərslikdə deyilən üç tərkib növünün izahına keçilir və hər bir tərkib növü ayrı-ayrılıqda təhlil 
edlilir. 
İlk olaraq məsdər tərkiblərinin təhlilinə yer verilir. “Məsdər tərkibinin əsas tərəfi məsdərdən ibarət 
olur” (11, 23). Burada konkret nümunələr əsasında məsdər tərkibinin cümlədə rolu və əsas ifadə formasına 
aydınlıq gətirilir. Məsdər tərkibinin cümlədə mübtəda və tamamlıq vəzifəsində işləndiyi qeyd edilir. Bu fikir 
də nümunələr əsasında izah edilir: Çox irəli getmək təhlükəli idi (İ.Ş); İnsanı sevməyə ixtiyarım var (C.N) – 
cümlələrində 
çox irəli getmək 
mübtəda, 
insanı sevməyə
birləşməsi tamamlıqdır. Əvvəldə də qeyd edildiyi 
kimi, orta məktəb dərsliklərində feili birləşmələrin birinci tərəfinin ifadə vasitələrinin izahına elə də çox yer 
verilməməsinə baxmayaraq, tərkiblərin təhlili zamanı tərkibə daxil olan sözlərin əhəmiyyəti hər zaman öz 
mövqeyini və aktuallığını qorumuş olur. Məsələn: dərslikdən verilmiş yuxarıdakı nümunələrdə tərkibi 
formalaşdıran əsas tərəf məsdər olsa da, bu tərkibin yerini bildirən tərəf birinci tərəfdir (çox irəli), eyni 
zamanda ikinci cümlədə asılı tərəf məsdər tərkibin obyektini bildirir (insanı). Bu baxımdan yanaşdıqda feili 
birləşmələrin orta məktəbdə tədrisi zamanı bu birləşmələrin cümlə daxilindəki mövqeyinə əsasən 
araşdırılması, tərkibə daxil olan bütün sözlərin ətraflı şəkildə təhlil edilməsi zərurətini ortaya qoyur.
Azərbaycan dili fənnindən feil bəhsinin tərkibində öyrənilir. Tədris prosesi zamanı öyrənən tərəf 
morfologiya və nitq hissəsləri barədə ümumi məlumat aldıqdan sonra ayrı-ayrı nitq hissələrinin spesifik 
xüsusiyyətləri ilə tanış olur. Belə ki, bildiyimiz kimi, həm ali həm də orta məktəblərdə feil barədə biliklər 
ümumi morfoloji nitq hissələri sıralanmasına uyğun olaraq 5-ci sırada tədris edilir. Feildən əvvəl öyrənən 
tərəf isim, sifət, say və əvəzliklə tanış olur. Feil bəhsi nitq hissələri içində ən geniş olan nitq hissəsidir. Feilin 
qrammatik kateqoriyaları, xüsusi formaları, istisna halları və çox olduğu üçün bu məsələlərin hər birinə 
tədris işində xüsusi yer ayırmaq vacibdir. Qeyd edildiyi kimi, orta məktəbdə feil bəhsinin xüsusiyyətləri 7-ci 
sinifdə tədris edilir. Burada, şagirdlər artıq feilin zaman, şəxs və digər kateqoriyaları, həmçinin qrammatik 
məna növləri ilə tanış olurlar. Həmçinin, feilin təsriflənən (feilin sadə şəkilləri) və təsriflənməyən formaları 
barədə məlumat alırlar. Xüsusilə də feilin təsriflənməyən formalarının öyrənilməsinə diqqət ayrılır. Belə ki, 
öyrənən tərəf artıq isim və sifət barədə ətraflı məlumata malik olduğu üçün, feilin təsriflənməyən 
formalarının mənimsənilməsi onların bu mövzunu öyrənməsini və praktik olaraq tətbiq edə bilməsi işini 
asanlaşdırır. Feilin təsriflənən-şəxsə və kəmiyyətə görə dəyişə bilən formaları ilə təsriflənməyən formaları 


M.P.Vaqif və müasirlik 
403
arasında müqayisənin aparılması da mövzunun öyrənilməsində böyük səmərə verir. İlk olaraq məsdər barədə 
məlumatlar verilir. Burada məsdər düzəldən şəkilçilər (-maq, -mək), məsdərin ifadə etdiyi məna və forma 
xüsusiyyətlərinə nəzər yetirilir. Məsdərin isim və feillə ortaq xüsusiyyətləri verilir. Lakin, öyrənən tərəf 
bütün feil formalarını əsasən məsdər şəklində öyrəndiyi və bu formaları zamana, şəxsə və kəmiyyətə görə 
dəyişmək lazım olduqda məsdər formasından çıxararaq qeyd edilən qrammatik kateqoriyalarda işlətdiyi 
üçün, məsdərin feili xüsusiyyətlərinin daha öndə olduğunu dərk edir və praktik çalışmalar zamanı da bu fikri 
diqqət mərkəzində saxlayır. Eyni zamanda məsdərin hansı cümlə üzvü vəzifəsində işlənə bilməsi, xəbərlik 
şəkilçisi qəbul edərək cümlədə xəbər olması məsələsinə də toxunulur. Təbii ki, məsdərin cümlədə tərkib 
əmələ gətirməsi deyilsə də, bu məsələ sintakisi materialı olduğu üçün,bu barədə ətraflı bəhs edilmir. Ümumi 
izaha üstünlük verilir. Yuxarıda qeyd edilən 8-ci sinif Azərbaycan dili dərsliyindən verilmiş sitatda məsdər 
tərkibinin yalnız mübtəda və tamamlıq vəzifəsində işləndiyindən söhbət açılır. Lakin, bu tip tərkiblərin əsas 
tərəfinin – məsdərin xəbərlik şəkilçisi qəbul edərək cümlədə xəbər vəzifəsi daşıdığından danışılmır və bütün 
dərsliklərdə olduğu kimi, praktik çalışmalar əsasında verilən biliklərin möhkəmləndirilməsi nəzərdə 
tutulmuşdur.
Orta məktəbdə feili birləşmələrdən danışarkən, qeyd edildiyi kimi, feili sifət tərkiblərinin izahına da 
yer ayrılır. Feili sifət tərkiblərinin tərifi belə verilir: “Feili sifət tərkiblərinin əsas tərəfi feili sifətdən ibarət 
olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən bir düzənlik oldu. (İ.Ə) - cümləsində hər bahar qızıl 
lalələrlə örtülən sözləri feili sifət tərkibidir və əsas tərəfi –
örtülən
feili sifətdir” (10, 24). Bu sitatda feili sifət 
tərkiblərinə ümumi qrammatik normativlərə əsasən tərif verilir. Verilən tərif misallar əsasında izah edilir. 
Ümumiyyətlə, qeyd edildiyi kimi, feilin təsriflənməyən formalarının tədrisinə morfologiya bəhsinin 
daxilində yer verilir. Buna əsasən, 7-ci sinif Azərbaycan dili fənni proqramında məsdər, feili sifət və feili 
bağlamanın əsas xüsusiyyətləri geniş şəkildə təhlil edilir. Yuxarıda da qeyd etyimiz kimi, məsdərin əsas 
məna qrammatik xüsusiyyətləri, isim və feilin bu feil formasında özünü göstərən cəhətləri diqqətə çatıdılır.
Eyni zamanda feili sifətin də bu tip xüsusiyyətlərnə nəzər yetirilir. Belə ki, əgər məsdər yalnız –maq və -mək 
şəkilçiləri vasitəsilə düzəlirsə,feili sifət yaranmaq vasitələrinə-istifadə olunan şəkilçilərə görə daha zəngindir. 
Bu barədə həm orta məktəb dərsliklərində, həm də qrammatika üzrə hazırlaşmaq üçün nəzərdə tutulmuş dərs 
vəsaitlərində kifayət qədər məlumat verilir. Belə ki, orta məktəb dərsliklərində və dərs vəsaitlərində feili 
sifət düzəldən –an (2 variantlı), -dıq (4 variantlı), -mış (4 variantlı), -acaq (2 variantlı), -ası (2 variantlı), -
malı (2 variantlı) şəkilçilərdən bəhs edilir. Burada –an, -dıq, -mış şəkilçilərinin keçmiş zaman, -acaq, -ası, -
malı şəkilçilərinin gələcək zaman məzmunlu feili sifətlər əmələ gətirən şəkilçilər olduğu da qeyd edilir. 
“Feili sifət şəkilçiləri qrammatik şəkilçilərdir” (6,77). Bu fikrin verilməsi feilin təsriflənməyən formalarını 
qrammatik kateqoriya olduğunu da öyrənən tərfin nəzərinə çatdırır. Belə ki, həmçinin 7-ci sinif Azərbaycan 
dili dərsliyində də, feili sifət şəkilçilərinin müəyyənləşdirilməsi və feili sifətin digər sözlərlə əlaqəyə girərək 
müxtəlif mənalarda işlənməsi üzrə tapşırıqların yerinə yeterilməsinə də diqqət yönəldilmişdir. Bu zaman 
tədris prosesində –dıq şəkilçisinin ismin mənsubiyyət kateqoriyası ilə birlikdə işləndiyi də deyilməli və 
misallar əsasında təsdiq edilməlidir. Belə ki, bu şəkildə biliklərin verilməsi öyrənən tərəfin nəzəriyyə ilə 
praktik bilik və bacarıqları birlikdə mənimsəməsinə, feili sifət və digər feilin təsriflənməyən formaları ilə 
bağlı biliklərin icra prosesi zamanı vərdişə çevrilməsinə imkan yaradır. “Bu zaman ədəbiyyatda –dıq (4 
variantlı) + mənsubiyyət şəkilçisi kimi təqdim olunan dığım, -dığın və s. şəkilçilər üzərində dayanmaq 
tövsiyə edilir. Belə ki, bu şəkilçi –dığım formasında bütövlükdə feili sifət şəkilçisi hesab edilir. Sadəcə o, 
mənsubiyyətin iştirakı ilə formalaşıb” (4, 81). Burada qeyd edilən şəkilçinin ismin mənsubiyyət şəkilçisi ilə 
birləşərək sözə qoşulması və feili sifət əmələ gətirməsindən danışılır. Bu fikirdə adı çəkilən -dığım 
şəkilçisinin mənsubiyyət şəkilçisi köməyilə formalaşması və iki şəkilçinin birləşməsi nəticəsində yarandığı 
izah edilir.
Orta məktəb dərsliklərində feili bağlama tərkibləri barədə nəzəri məlumatlardan sonra, verilən 
biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədilə çalışmalara da yer verilmişdir. Məsələn, 8-ci 
sinif Azərbaycan dili dərliklərində daha çox feili birləşmənin əsas tərəfinin müəyyən edilməsi üzrə 
tapşırıqlara yer verilmişdir. Eyni zamanda, bu məqsədlə məktəb proqramına uyğun test toplularından, əlavə 
vasitələrdən, dərsliklərə əlavə olaraq çap olunmuş iş dəftərlərindən istifadə edilməsi öyrənən tərəfin əldə 
etdiyi bilikləri normal şəkildə qavramasına imkan yaradır ki, bu da qeyd edildiyi kimi, əldə edilən biliklər 
üzrə praktik bacarıqların formalaşmasına və bu bacarıqların çalışmalar əsasında vərdişə çevrilməsinə yol 
açır.
Eyni zamanda orta məktəb dərsliklərində söz birləşmələrinin təhlil qaydasına da diqqət yetirilmişdir. 
Buna əsasən, feili birləşmələrin təhlil forması bu şəkildə göstərilmişdir: “Feili birləşmələrin – tərkiblərin 
növləri (məsdər, feili sifət və feili bağlama tərkibi) göstərilir və onların əsas tərəflərinin nədən ibarət olduğu 
müəyyən edilir” (11, 27). Bu sitatdan da göründüyü kimi, orta məktəbdə feili birləşmələrin tədrisi zamanı 
hətta bu birləşmələr təhlil edilərkən belə, əsas diqqət ikinci tərəfin ifadə vasitələrinin müəyyən edilməsinə 


M.P.Vaqif və müasirlik 
404
yönəldilir. Buna görə də, əsas tərəfin ifadə vasitələri daim diqqət mərkəzində saxlanılmalı, bu mövzuda 
praktik materialların işlənməsi davamlı şəkildə həyata keçirilməlidir. Bu tədris prosesinin daha da səmərəli 
keçməsinə şərait yaradır və öyrənən tərəfin mövzunu uzun müddət yadda saxlamasına imkan verir. 
Ədəbiyyat 
1.
Abdullayev Ə.Z., Həsənov A.Q., Seyidov Y.M. Müasir Azərbaycan dili, dörd cilddə, 4-cü cild. Bakı: 
Şərq-Qərb, 2007, 422 s. 
2.
Azərbaycan dilinin qarmmatikası. Bakı: Azərb. SSR EA-nın nəşri, 1960, 334 s. 
3.
Aslanova Ş.Ə. Azərbaycan dili və ədəbiyyatın tədrisində yeni metodların tətbiqi. Bakı: Təhsil EİM, 2009, 
44 s. 
4. Azərbaycan dili. Abituriyentlər üçün dərs vəsaiti. Bakı, Güvən, 2014, 272 s. 
5. Azərbaycan dili. Test Tapşırıqları topluları. VIII sinif. Bakı: Abituriyent 2003, 183 s. 
6. Azərbaycan dili. 7-ci sinif. Müəllimlər üçün metodik vəsait. Bakı: Altun kitab, 2014, 176 s. 
7.
Babayev A.M. Dilçiliyə giriş. Bakı: Maarif, 1992, 505 s. 
8.
Balıyev H.B., Balıyev A.H. Azərbaycan dilinin tədrisi. Bakı: Qismət, 2014, 380 s. 
9.
Balıyev H.B. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Azərnəşr, 1999, 299 s. 
10.
Kazımov Q.Ş., Şahbazlı F.M. Azərbaycan dili, 8-ci sinif dərsliyi. Bakı: Aspoliqraf, Azərb. Resp. Təhsil 
Nazirliyi, 2005, 159 s. 
11.
Kazımov Q.Ş., Şahbazlı F.M. Azərbaycan dili, 8-ci sinif dərsliyi. Bakı: Aspoliqraf, 2010, 186 s.
12.
Seyidov Y.M. Azərbaycan dilində söz birləşmələri. Bakı: Bakı Universiteti, 1992, 408 s. 
13.
Seyidov Y.M. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1972, 476 s. 
14.
Seyidov Y.M., Əsədova T.N. Azərbaycan dili: Ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün dərslik. 
Bakı: Çaşıoğlu, 2010, 143 s. 
PİRİYEVA OFELYA 
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti 
AZƏRBAYCAN DİLİNDƏ SİNONİMLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər:
Azərbaycan dili, sinonim sözlər, dubletlər, sinonim cərgə, leksik sinonimlər, qrammatik 
sinonimlər 
Lexical-semantic characteristics of synonnyms in Azerbaijan Language 
The article examines synonyms existing in the Azerbaijani language and their lexical-semantic 
characteristics. Synonymic affiliation with separate speeches, their origin features, by concrete language 
facts, are based. The synonymic rows belonging to the only same speech, also the presence of synonyms in 
phraziology,by showing examples, are mentioned. Based on linguistic literature, look at the role of pluralism, 
archaisms, dialects, and evo-memic expressions in the creation of synonyms is released. Synonyms are 
grouped as lexical and grammatical synonyms. Synonyms rows for different fields are presented. 
Keywords:
Azerbaijani language, synonyms, doublets, synonyms, lexical synonyms, grammatical 
synonyms 
Müasir dövrdə elm və texnika çox sürətlə inkişaf edir, bu inkişaf dilə də özünün təsirini göstərir. Bir 
tərəfdən dilə yeni sözlər, digər tərəfdən bir çox sözlər öz işləkliyini itirərək dilin passiv fonduna daxil olur. 
Dilimizdə eyni anlayış-məfhumu ifadə edən müxtəlif sözlər işlənməyə başlayır. Yəni eyni anlayış həm milli 
sözlərimizlə, həm alınmalarla, həm köhnəlmiş sözlərimizlə, həm də dialektlərimizdə və s. işlənə bilir. 
Müstəqil Respublikamız hərtərəfli inkişaf edir, dünyanın ayrı-ayrı ölkələri ilə sərbəst şəkildə əməkdaşlıq 
edir. Bunun nəticəsində dilimizə başqa dillərə məxsus sözlər dilimiz üçün yeni söz kimi daxil edilir. Nəticədə 
lüğət tərkibimiz forma və məzmunca rəngarəngləşir, zənginləşir. Bildiyimiz kimi, dilimizin lüğət tərkibinin 
xeyli hissəsini sinonim sözlər təşkil edir. Onların dilimizdə işlənməsi özünü müxtəlif formada təzahür edir. 
Məlum olduğu kimi, sinonimlər dil vahidi kimi dilimizin məna zənginliyini əks etdirir. İstər ana 
dilimizdə, istərsə də əcnəbi dillərdə sinonimlərin xidməti həmin dillərin bilavasitə fəaliyyətini aktivləşdirir. 
Həsrət Həsənov yazır: “Sinonimlərdə eynilik sözlərin nominativ funksiyaları və üslubi çalarlığı ilə bağlıdır. 
Bir paradiqmatik struktura daxil olan sözlərlə nominativ münasibətdə olan sözlər arasında eynilik yaranır. 
Paradiqmalar sözlərin məna eyniliyi və yaxınlığı, nitqdə işlədilməsi, əvəzolunma xarakteri, eyni sözün 


M.P.Vaqif və müasirlik 
405
təkrarına yol verilməməsi, üslubi xsusiyətləri ilə bağlıdır. Sinonim qruplar məzmunlarına, ekspressivliyinə, 
üslubi və s. əlamətlərinə görə ümumiləşərək eyniləşdirilə bilər” (7, s. 131). 
Sinonimlik geniş anlayışdır və dilçiliyin bir sıra bölmələrində: leksikologiyada, üslubiyyatda, 
semasiologiyada tədqiq olunur. Sinonimlər dilin lüğət tərkibini zənginləşdirməklə digər dil vahidlərinin bir-
birinə yaxın variantlarını reallaşdıran, semasiologiyada isə yaxın, incə məna çalarları yaradan, eyni zamanda 
sözün semantik nüvəsinin parçalanması və genişlənməsi prosesinə xidmət edən bir vasitə kimi öyrənilir. 
Deməli, “məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə 
sinonimlər deyilir. Sinonim yunan sözü olub, eyni adlı deməkdir. Bir çox hallarda sinonim sözlərin eyni 
mənaya da malik olduğunu göstərirlər. Lakin belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər dili 
lazımsız sözlərin təkrarı hesabına ağırlaşdırır və ifadənin səlisliyini pozur. Dubletlər forma və mənşəyi 
müxtəlif olan sözlərdir; onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna 
görə də müxtəlif şəraitdə (mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilir” (6, s. 27). 
Məsələn: 
başaltı – yastıq – balınc, hasar – barı, səksən – həştad, dilçilik – linqvistika, bilərzik – qolbağı, 
eyvan – balkon – seyvan, astanovka – dayanacaq, fantaziya – xəyal, deputat – milət vəkili, prezident – ali 
baş komandan, ana – mama, ata – papa, insan – adam, qol – imza, dərd – qəm, vəfat etmək – ölmək, eşşək – 
uzunqulaq, qovun – yemiş, aş – plov 
və s
.
Bildiyimiz kimi, sözlərin sinonim olması üçün onların eyni nitq hissəsinə mənsub olması əsas şərtdir. 
Məsələn:
abır-həya-heysiyyət-şərəf-hörmət-qədir-qiymət, avazıma-solma-saralma-ağarma, avamlıq-cəhalət-
savadsızlıq-mədəniyyətsizlik-gerilik,
ürək-könül-qəlb
sinonim cərgə yalnız isimlərdən, 
qulaq asmaq-
dinləmək, ağılsızlaşmaq-axmaqlamaq-gicləşmək-səfehləşmək
feildən, 
gözəl-göyçək-qəşəng, ağıllı-dərrakəli-
düşüncəli, dilsiz-aızsız-aciz-məlun-fağır
sifətdən ibarətdir. Belə ki, sinonim sözlərə nitq hissələrindən ən çox 
isim, sifət, feil və zərflərdə rast gəlinir. Başqa nitq hissələrində isə buna az rast gəlmək olur. Bu deyilənləri 
nəzərə alaraq sinonim sözlərin nitq hissələri üzrə qruplaşdırmağı məqsədəuyğun hesab edirik: 
1. İsimlər: 
dünya-cahan-kainat-aləm, aqibət-son-axır, xoşbəxtlik-səadət-ağ gün, xasiyyət-rəftar, el-
oba, qohum-qardaş, duman-sis, külək-yel, danlaq-giley, xəstəlik-azar-ağrı, günah-suç, acıq-hirs-qəzəb-qeyz-
hikkə-kin-hiddət
(4, s. 12), 
ağıl-kamal-düşüncə-dərrakə-zəka-əql-idrak
(4, s. 16), 
bacarıq-hünər-qabiliyyət-
təcrübə
(4, s. 37), 
məqsəd-amal-fikir-ideal-qayə-məram-mətləb-murad-niyyət
(4, s. 256), 
seriya - hissə- 
silsilə, sertifikad-sənəd-vəsiqə
(4, s. 322), 
orfoqrafiya-imla-yazı qaydaları
(4, s. 290) və s. 
2. Sifətlər: 
adamayovuşmaz - qanısoyuq - qaraqabaq
(4, s. 13), 
ağıllı - düşüncəli - kamallı - dərrakəli 
- müdrik - aqil - əhli-kamal - başıdolu, ağılsız - ağlıkəm - gic - kəmağıl
(4, s. 16), 
saysız-hesabsız - hesabsız - 
saysız - qədərsiz - hədsiz - hesabagəlməz - külli - bihesab - sayagəlməz, sehrbaz - cadugər - cadükun - cindar 
- ovsunçu - sehrkar - tilsimçi - caduçu
(4, s. 322), 
gödək-alçaq, qalın-sıx, dəli-gic-axmaq-sərsəri, qoca-yaşlı, 
gözəl-göyçək, zəif-incə, səmimi-mehriban, nazlı-işvəli-qəmzəli
və s. 
3. Feillər: 
qaçmaq-yüyürmək, ölmək-vəfat etmək, almaq-götürmək, öyrənmək-alışmaq, tullamaq-
atmaq, bağlamaq-qıfıllamaq, dolanmaq-dönmək, duymaq-hiss etmək, tullanmaq-atılmaq, demək-söyləmək, 
başa salmaq-anlatmaq, yadasalmaq-xatırlamaq, oturmaq-əyləşmək, silmək-təmişləmək, mürgüləmək-
gözünün acısını almaq, anlamaq-başa düşmək-dərk etməm, ağlamaq-gözündən yaş axıtmaq, sevmək-istəmək-
aşiq olmaq-vurulmaq
və s. 
4. Zərflər: 
tez-tez - sürətlə, ahəstə - yavaş-yavaş, səhər-sabah, güclə-zorla, içəri-irəli, bir gün-bir vaxt, 
bəri-bura, cəsarətlə-həvəslə-fəxrlə, aşkar-aydın-
və s. 
5. Əvəzliklər: 
hər kəs – hər kim, heç kəs-heç kim, biri-kim isə, kimsə-heç kim, biri-birisi, həmin-
haman, heç nə-heç şey
və s. 
6. Qoşmalar: 
ayrı-başqa-qeyri-savayı, qaba-əvvəl, qabaq-irəli, qədər-kimi-tək, qədər-can-cən-dək, 
tək-kimi, tərəf-sarı-doğru
və s. 
7. Bağlayıcılar: 
amma-ancaq-lakin-fəqət-zira, və ya-yainki-yaxud, həmçinin-da-də
və s. (5) 
Azərbaycan dilində frazeoloji birləşmələrin sinonimliyinə də rast gəlinir. Məsələn: 
ağız-burnunu 
turşutmaq – ağız-burun əymək, ağızdan-ağıza düşmək – ağzdan-ağıza gəzmək – ağızdan-ağıza keçmək – 
ağızlara düşmək – ağızlarda dolaşmaq 
(9, s. 13)
, baltası daşa dəymək – baltası düyünə düşmək – baltası 
kəsməmək, bağrını qan eləmək – bağrını qana döndərmək – bağrını yarmaq 
(9, s. 3)
dil-dil ötmək – dil 
boğaza qoymamaq, ağzına su alıb oturmaq – dil boğaza qoymaq, üz vermək – baş vermək, qəlbini ələ almaq 
– ürəyinə yol tapmaq 
(9) və s 
Azərbaycan dilində işlənən sinonimlər bir deyil, müxtəlif sahələrdə işlənir. Məhz buna görə də
sinonimləri aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Coğrafi termin bildirən sinonimlər. Bu sinonimlər coğrafiyaşünaslığın müəyyən sahələrinə aid
olub, ancaq coğrafi məna ifadə edir
. Dəniz
– 
dərya
– 
bəhr
sözləri eyni coğrafi terminlərdən əmələ
gəlmiş sinonimlərdir.
Dərya

bəhr
sözləri ərəb və fars mənşəli olub yalnız kitab dilində işləndiyi


M.P.Vaqif və müasirlik 
406
halda,
dəniz 
sözü müasir dildə neytral üslubda işlənir. “
Dərya”
sözü danışıqda “
dəryalar qədər
”,

elm dəryası
” və s. ifadələr kimi də işlənir. 
Coğrafi termin bildirən sinonimlər öz cərgələrini dialekt və alınma sözlər hesabına
zənginləşdirir: 
sərab-ilğım, bulaq-qaynaq, yoxuş-dikdir, eniş-endirim,
palçıq-lehmə

meşə
-
orman
və s. Bu 
misallarda ikinci tərəf sözlər dialektal sözlərdir. Alınma sözlərlə: 
göy qurşağı
-
qövsi
-
quzeh

buzdağı
-
aysberq

çay
-
nəhr
,
iqlim – ab-hava
,
ada-cəzirə

günbatan-qərb

dünya-cahan
-
aləm
və s. Bu misallarda
ərəb dilindən alınma sözlər müasir dilimiz üçün arxaikləşmişdir. 
Coğrafi adları bildirən sinonimlər dilimizdə xeyli saydadır. Ümumiyyətlə, dilimizin leksikasında
coğrafi terminlərə və bunların iştirakı ilə formalaşan xüsusi coğrafi adlara geniş şəkildə rast gəlinir.
2.
Bitki və meyvə adlarını bildirənlər: 
ərik-qaysı, ayı pəncəsi-gücotu-qızıl yarpaq, ayıdöşəyi-qıjı,
itburnu-həmərsin, yelqovan-süpürüm, cüyürotu
-
rəngotu, aloye-əzvay-səbur, çətənə-kənaf, xiyar-yelpənək, 
yemiş-qovun
və s. 
3. Heyvan adları bildirənlər: 
şir-aslan, canavar-qurd, ceyran-ahu

ulaq-uzunqulaq-eşşek
və s.
4. Quş adları bildirənlər: 
qarğa-zağ, hinduşka-loş-hind toyuğu, ley
-
çalağan, leylək-hacıleylək,
bülbül-əndəlib, qaranquş-qırlanqıc 
və s. 
5. Yemək adları bildirənlər:
aş-plov, ayran-ovduq, çörək- əppək
-
pəpə, kabab-şişlik, bozbaş-
abgüşt
və s. 
6. Planetlə əlaqədar yarananlər:
göy-səma-ərş-asiman, ay-qəmər
-
mah, günəş-gün, venera- zöhrə-
karvanqıran
və s. 
7. Əşya adları bildirənlər:
stol-masa-miz

stul-oturacaq, çarpayı-taxt-krovat, güzgü-ayna, mismar-
mıx, sandıqca
-
mücrü, soba-peç, qıfıl-kilid
və s. 
8. Rəng adları bildirənlər:
al-qırmızı, sarı-kəhrəba, qaramtıl-qaratəhər, ağ-bəyaz, qara-siyah
və s.
9. İş, hərəkət bildirənlər:
çalmaq-biçmək, getmək-yollanmaq, oturmaq-əyləşmək, örtmək-bağlamaq,
toplanmaq-yığışmaq

atmaq-tullamaq 
və s. 
10. Silah və alət bildirənlər:
yay-kaman, çomaq-dəyənək, qılınc
-
xəncər, sipər-qalxan, qamçı-şal-
laq, toppuz-əmud-gürz-şeşpər, balta-təbər 
və s. (10)
Bunlardan başqa, bədən üzvləri, geyim adları bildirən sözlərin sinonimliyi, dini ayinlə əlaqədar 
sözlər və s. məfhumların sinonim cərgəsinin artmasında və üslub çalarlarının yaranmasında xüsusi
rolları vardır. 
Azərbaycan dilçiliyində üslubi sinonimləri geniş şəkildə araşdıran N.Seyidəliyev sinonimlərin bir 
sıra əmələgəlmə yollarını göstərir, biz də fikrimizi həmin bölgülərə uyğun ifadə etməyi məqsədəuyğun esab 
edirik. Sinonimlərin yaranmasında sözün çoxmənalılığı bir mənbə kimi çıxış edir. Belə ki, sözün bir 
və ya bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterlidirsə, digəri törəmə funksiyası
daşıyır. Kontekst daxilində həmin mənalardan biri və ya bir neçəsi müxtəlif məna çalarlarında işlənir. 
Bu zaman müxtəlif səs kompleksləri sözlərlə həmin çalarlıqları ümumiləşdirmək olar. Bu
ümumiləşdirmə prosesində iştirak edən sözlər üslubi sinonim kimi işlənir. Tədqiqat göstərir ki, feilə
və sifətə aid olan sinonimlərin böyük bir hissəsi çoxmənalılığın nəticəsidir. Məsələn, “tutmaq” 
çoxmənalı feilinin bir çox mənalarını göstərmək olar: 
1. Yapışmaq. 2. Çevirmək, döndərmək, yönəltmək. 
Kərim üzünü hər iki növbənin
adamlarına tutdu
(M.İbrahimov). 3. Düzəltmək. 
Hər fikir ediriksə, işimiz tutmayır əsla; Ah…Ax…O keçən
günlərimiz noldu, 
xudaya
(M.Ə.Sabir). 4. Dişləmək, qapmaq. [Fatı:] 
Məni o azar dəymiş it tutdu
(Ə.Abbasov). 5. Yerləşmək. 
Hatəm kişi yüz limon tutan bir yeşik sifariş etdi
(M.Cəlal). 6. Etmək, görmək. [Çoban babı:] 
Ay 
Rüstəm,… bu işdir tutmusan?
(M.İbrahimov). 7. Bürümək, basmaq. 
Axşam qaranlığında alov, tüstü, təzək, 
saman iyi…
dünyanı tutmuşdu
(M.Cəlal). 8. Basmaq. 
Bir tərəfdən də Nəbi onları gülləyə tutur.
(“Qaçaq 
Nəbi”). 9. Saymaq. 
Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq
tutalar
(C.Məmmədquluzadə). 10. Yaraşmaq. 
Gör nə gözəl tutur. Gümüş tana siyah zülfü
(Miskin Əli). 11. 
Yazmaq. Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil idi ( M.Cəfər). (4, 
s. 381-382).
Misallardan göründüyü kimi,
tutmaq
feili 1-ci mənada yapışmaq, 2-ci mənada çevirmək, 
döndərmək, 3-cü mənada düzəltmək, 4-cü mənada dişləmək, 5-ci mənada yerləşmək, 8-ci mənada
basmaq, 9-cu mənada soymaq, 10-cu mənada yaraşmaq, 11-ci mənada yazmaq feillərinin sinonimidir. 
Azərbaycan dilində sinonimlərin əmələ gəlməsində alınma sözlərin də müəyyən rolu vardır.
Bu tipli sözlər dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə X1X
əsrdən rus dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Avropa dillərindən keçmişdir. Bu
keçmə birdən-birə yox, tədricən, elm və texnikanın inkişafı ilə əlaqədar olmuşdur. Belə sözlərin bir
çoxu ehtiyac üzündən dilimizə qəbul edilərək sabitləşmiş və doğmalaşmışdır. 
Alınma sözlər həm ədəbi, həm də canlı danışıq dilində işlədilərək bugünkü dövrümüzə qədər 
gəlib çıxmışdır:
ədalətli
-
adil

başçı
-
rəhbər

təqsir
-
günah

güc
-
qüdrət

hünər
-
şücaət
və s. 
Məlumdur ki, ərəb və fars sözləri dilimizdə müxtəlif çalarlıqda üslubi cəhətdən bədii, elmi,
mətbuat üslublarında və canlı danışıq dilində işlədilir. Məsələn: 
birlik-vəhdət

vurğun-aşiq

kağız-məktub



M.P.Vaqif və müasirlik 
407
ay-qəmər, güc-qüdrət, sübut-dəlil
oxu-qiraət, sevgi-məhəbbət, üz-surət-camal, var-dövlət, başçı-rəhbər, 
qaranlıq-zülmət, qış-zimistan 
və s. 
Burada göstərilən sinonim sözlərin birincisi dilimizə məxsus neytral söz olduğu halda, ikinci
tərəf sözlər ərəb mənşəli olub kitab dilində və danışıqda işlədilir. 
Həm ərəb, həm də fars dilindən alınmış sözlərin bir-biri ilə sinonim təşkil etməsinə aid
misallar: 
kasıb-fağır

hədiyyə
-
töhfə
-
bəxşiş

naz
-i
şvə

dünya
-
aləm
-
cahan

inkişaf
-
tərəqqi
və s. 
Misallardan göründüyü kimi, ərəb və fars sözlərinin əksəriyyətini dildə işlənən əsl
Azərbaycan sözlərindən ayırmaq mümkün deyil, hamı tərəfindən anlaşılır və işlədilir. 
Dilimizdə işlənən rus mənşəli bəzi sözlər vardır ki, onların sinonimi olduğuna baxmayaraq, 
həmin sözləri sıxışdırıb dildən çıxarmışdır. Belə sözlərə ancaq bədii əsərlərdə rast gəlirik: 
masa-stol, 
soba-peç, çıraq-fənər-lampa, təqaüd-pensiya, şura-sovet, firqə-partiya
və s. 
Azərbaycan dilinin lüğət tərkibində rus dilindən başqa, Avropa mənşəli sözlər də fəaliyyət
göstərir ki, bunlar da öz-özlüyündə sinonim cərgəsinin zənginləşməsinə səbəb olur. Bəzi sözlər
nəinki yalnız ana dilimizə keçmiş, hətta beynəlmiləl sözə çevrilmişdir: 
patriot, proletar, universitet, 
institut, respublika,
poeziya, mitinq, lider
və s. “Respublika” və “universitet” sözləri vaxtilə dildə işlədilən 
“cümhuriyyət”, “darülfünun” sözlərini sıxışdırıb dildən çıxarmışdır.
Alınma sözlərin bəziləri sırf kitab dilində işlənir: 
xudbin-eqoist
zərf-paket, mənzərə-landşaft,
əsr-
epoxa

dastan-epos
və s. 
Bəzən dilimizdə işlədilən və sinonim cərgəsini təşkil edən sözlər ancaq alınma olur: 
binokl
-
durbin

avtomobil
-
avto
-
avtomaşın-maşın
,
aktyor
-
artist

metro
-
metropoliten

kino
-
film
və s. 
Dilimizdə sinonimlərin əmələ gəlməsində arxaizmlərin də rolu az deyildir. Arxaizmlər əsas etibarı 
ilə tarixi dövrlə əlaqədar elmi üslubda işlədilərkən əksəriyyəti müasir dildə olan sözlərlə sinonimlik təşkil 
etmir, bəziləri isə köhnəlmiş sözlərin sinonim cərgəsini əmələ gətirir ki, bunlar dildə çox azdır. Arxaik sözlər 
dildə müxtəlif çalarlığa malik olaraq üslubi məqsəd daşıyır. Belə sözlər əksər üslublarda istifadə olunur, 
həm personajın, həm də müəllifin fərdi üslubunda meydana çıxır. 
Azərbaycan dilində arxaizmlər üç qrupa ayrılır: 
1. Leksik arxaizmlər
. Bu arxaizmlərdə sözlər bütövlükdə köhnəlir. Məsələn: 
əyyam-zaman, suç-günah, 
yaraq-silah, ləşkər-qoşun, qızıl-altun, kapitalist-sərmayədar, təmiz-arı, uzaq-iraq
və s.
2. Semantik arxaizmlər.
Burada ancaq sözlərin mənası köhnəlir. Onlar yalnız özləri bir-biri ilə
sinonimlik təşkil edir: 
kətxuda-katta, kəniz-qarabaş, qul-kölə, kübar-zadəgan

şah-padşah
və s. 
3. Leksik–fonetik arxaizmlər.
Bu arxaizmlərə mənaca dəyişməyən, fonetik tərkibcə fərqli olan sözlər 
daxildir. Məsələn; 
şu-bu, ol-o, övrət-arvad
və s.
Sinonim cərgəsini əmələ gətirən vasitələrdən biri də dialektizmdir. Dialektizm tarixi bir kateqoriya 
olub müəyyən ərazi dairəsində şivələrdə işlədilən, qrammatik orijinallığa malik sözlər və ifadələrdir. Belə 
sözlər ədəbi dildə işlənən sözlərlə sinonim cərgə yarada bilirlər. Məsələn: 
maaş-donluq, uca-qəlbi-hündür, 
sağlam-qıvraq
və s. Nümunələrdəki 2-ci tərəf dialekt sözlərdir. Bunlardan əlavə, başqa misallar da
gətirmək olar: 
kisə-xaşa, ağcaqanad
-
mığmığa-ditdili, iri-zırpı-yekə, kömək-həyan, məzəmmət etmək-
qınamaq,
ana-nənə, ata-dədə, yeznə-kürəkən, dəsmal-məhrəba, çörək-əppək, arxalanmaq-güvənmək, albalı-
gilənar, izləmək-güdmək
və s.
Bir qisim dialekt sözlər vardır ki, bunlar ümumxalq tərəfindən qəbul edilmiş və üslubi mə-
qamla bağlı bədii əsərlərə gətirilmişdir. Bunlar da ancaq bədii üslub vasitəsilə mümkün olmuşdur:
oğurlamaq-çalmaq, enli-gen, kuzə-bardaq, kök-totuq, adaxlı-deyikli-nişanlı, yumru- girdə, külək-yel, isti-
bürkü,
sayıq-ayıq, lavaş-yuxa, bayır-eşik, qorxmaq-xəflənmək, xəsis-simic, cəld-becid

qorxaq-öddək-dızqax
və s. 
Dilimizdə ən çox sinonim olan sözlər leksik və semantik dialektizmlərdir: 
ana-ciyi, qurd-cana-
var, qoz-ceviz, papaq-börk, bataqlıq-qarama, axtarmaq-gəzmək, cilov-qantarğa, balqabaq-boranı
və s. Bu
sinonim cərgələrdə verilmiş ikinci tərəf dialekt sözlərdir. Sinonim cərgəsinin böyük bir qrupunu
evfemistik sözlər təşkil edir. Dilçi alimlərimizin qeyd etdikləri kimi evfemizm kobud, qaba və qeyri–
mədəni söz və ifadələrin yumşaldıcı, mülayim tərzdə, ədəbi dil sistemində işlədilməsidir. Məsələn:

ikicanlı”, “ağırayaq
” əvəzinə “ 
hamilə”; 

eşşək” 
əvəzinə
“ulaq”, “uzunqulaq
”, “
abi-kövsər
” əvəzinə

cənnət suyu
” və s. 
Sarsıdıcı, ürəkürpədici, qorxu ifadə edən sözlər birdən-birə deyil, başqasına evfemistik yolla
deyilir. Məsələn, bəd xəbər ifadə edən “ 
xəstə
” sözü 
“nasaz”, “naçar”, “kefsiz
” evfemistik sözləri ilə
ifadə edilib deyilir. “
ölmək”
sözünün qorxu ifadə etməyən 40-a yaxın evfemistik söz frazeoloji
birləşmələrlə əvəz edilib deyilir (10). 
Sinonimləri dil sistemində tutduğu mövqeyə görə müxtəlif formada qruplaşdırılır. Məsələn, 
Buludxan Xəlilov sinonimləri iki tipə ayıraraq həmin tipləri də yarım tiplərə bölərək sistemləşdirir: 1. Lüğəvi 
sinonimlər; 2. Qrammatik sinonimlər. Lüğəvi sinonimləri də iki yerə bölür: a) leksik sinonimlər; b) frazeoloji 
sinonimlər (8, s. 178). Hətta müəllif leksik sinonimlərin özlərini də iki qrupa ayırır: a) ideoqrafik (semantik) 
sinonimlər; b) üslubi sinonimlər (8, s. 180). Fikrimizcə, sinonimləri qrammatik sinonimlər və leksik 


M.P.Vaqif və müasirlik 
408
sinonimlər kimi sistemləşdirmək daha məqsədəuyğun olardı. Qeyd edək ki, qrammatik, həm də leksik 
sinonimlik tarixi kateqoriyadır. Leksik sinonimlər qrammatik sinonimlərə nisbətən çox genişdir. Leksik
sinonimlər leksik, qrammatik sinonimlər isə qrammatik mənalarına görə fərqlənirlər. Lakin bununla
kifayətlənmək olmaz.
Qrammatik sinonimlik dilçilik ədəbiyyatında iki yerə bölünür: 1. Morfoloji sinonimlər; 2. Sintaktik
sinonimlər. 
Morfoloji sinonimlər bir-birinə yaxın olan və dəyişdirilə bilən (əvəzedilə bilən) söz formalarıdır. 
Məsələn: 
vətənimiz-bizim vətən, Bakı nefti-Bakının
nefti, Azərbaycan pambığı-Azərbaycanın pambığı

s. Sintaktik sinonimlər dəyişdirilə bilən sintaktik strukturlardır. Sintaktik sinonimlər mənaca və
qrammatik cəhətdən yaxın olan, üslubi rənglərinə görə fərqlənən cümlələrdir. Məsələn:
Elmira
Cəmilədən iş yoldaşlarına da kömək
etməyi xahiş edir
.
Elmira xahiş edir ki, işdə yoldaşlarına da
kömək etsin
və s. (10) 
Leksik sinonimlər dildə ən çox yayılmış sahə olub söz və adlara görə dəyişdirilə bilən ifadələrdir. 
Leksik sinonimlər ən çox ifadə vasitələri (metafora, metonimiya, evfemizm) hesabına əmələ gəlir. Həm də 
leksik sinonomlər formaca müxtəlif, mənaca bir-birinə çox yaxın sözlərdir. Əvvəldə verdiyimiz 
nümunələrin əksəriyyətinin leksik sinonimlərə aid olduğunu nəzərə alıb burada əlavə izahata və nümunələrə 
ehtiyac duymuruq. 
Nəhayət, deyilənlərə yekun vuraraq, qeyd edək ki, Azərbaycan dilinin leksikasında sinonim sözlərin 
özünəməxsus yeri var. Onlar dilimizin lüğət tərkibinin ayrılmaz hissəsidir. Bir məna qrupunu ifadə edən 
sözlər sinonimik cərgə yaradır. Sinonim cərgələrdə iştirak edən sözlərin miqdarından asılı olaraq onların 
dairəsi fərqli ola bilir. Sinonim sözlərin bəziləri ancaq ədəbi dildə işləndiyi halda, bəziləri canlı danışıq 
dilində daha çox işlənir. Sinonimlər nisbi və mütləq mənalar ifadə edə bilir. Sinonimlər eyni məfhumun 
ancaq çox yaxın və nisbətən fərqli mənalarını ifadə edə bilmək xüsusiyyətlərinə malikdir. Sinonimlər leksik, 
qrammatik olmaqla iki yerə bölünür. Sinonimlərin özünəməxsus əmələgəlmə yolları var. 
Ədəbiyyat 
1.
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I c. Bakı: Şərq-Qərb, 2006, 744 s.
2.
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II c. Bakı: Şərq-Qərb, 2006, 792 s. 
3.
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III c. Bakı: Şərq-Qərb, 2006, 672 s.
4.
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV c. Bakı: Şərq-Qərb, 2006, 712 s. 
5.
Azərbaycan dilinin sinonimlər lüğəti. Bakı: Şərq-Qərb, 2007, 424 s. 
6.
Cəfərov S. Müasir Azərbaycan dili. II h. Leksika. Bakı: Şərq-Qərb, 2007, 192 s. 
7.
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Nurlan, 2005, 452 s. 
8.
Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
9.
Məhərrəmli Q., İsmayılov R. Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı: Altun kitab, 2015, 288 s. 
10.
Seyidəliyev N. Müasir Azərbaycan dilində üslubi sinonimlər. Bakı: Elm və təhsil, 2012, 120 s.
RƏHİMOV PƏRVİN
Bakı Dövlət Universiteti 
MÜASİR DÖVR AZƏRBAYCAN DİLÇİLİYİNDƏ NİTQ HİSSƏLƏRİ VƏ ONLARIN TƏSNİFİ 
PRİNSİPLƏRİ MƏSƏLƏSİ 
Açar sözlər

morfologiy , nitq hissələri , təsnif , təsnif prinsipləri
Speech parts and their classification principles in modern Azerbaijani linguistics 
The article deals with the parts of speech and their classification principles. Linguists' approach to 
the issue is being investigated in the modern Azerbaijan linguistics. Different opinions are being reviewed.
Keywords
: morphology, parts of speech, classification, classification principles. 
Dildəki istənilən söz bu və ya digər nitq hissəsinə daxildir. Nitq hissələri ümumdil kateqoriyası 
olmaqla bütün dünya dillərində vardır. Dillərinin çoxunda isim və feil olmasına baxmayaraq, digər nitq 
hissələrində fərq müşahidə olunur. Məsələn, ingilis dilində önlüklər vardır. Azərbaycan dilində isə belə bir 
nitq hissəsi mövcud deyil. Nitq hissələri problemi təkcə morfologiya üçün əhəmiyyətli bir dilçilik məsələsi 


M.P.Vaqif və müasirlik 
409
kimi düşünülməməlidir. Bir dili ana dili olaraq mənimsəmiş hər kəsin müəyyən bir sözlər olan siyahıdakı 
sözləri növlərinə görə qruplaşdıra bildiyi məlumdur (7, s. 161). Qəza və s. bu kimi hadisələr səbəbi ilə 
danışıq qabiliyyətini müəyyən dərəcədə itirən şəxslərdə bəzən hər hansı bir nitq hissəsinə aid olan sözlərin 
işlədilməməsi, ya da ancaq bir nitq hissəsinə aid sözlərin danışıqda işlədilməsi kimi hallar özünü 
göstərmişdir. Bu onu göstərir ki, ayrı-ayrı nitq hissələrinə aid sözlər beyində fərqli yerlərdə saxlanılır. Bütün 
bunlar, hər şeydən əvvəl, onu göstərir ki, nitq hissələrini təsnifi, onların sayının, sərhədinin 
müəyyənləşdirilməsi təkcə intralinqvistika üçün yox, həm də neyrolinqvistika üçün əhəmiyyətlidir.
Nitq hissələri termini dilimizə rus dilindəki 
части речи
şəklində işlənən terminin kalka edilməsi 
vasitəsilə keçmişdir. Rusdilindəkihəminterminisəlatındilindəki 
Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə