Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

115 
 
köpüklə yanğında yüksəlmiş yağ temperaturunu nizamlamağa, 
sabitləşməyə çalışırıq. 
Bütün çərdəkli meyvələrin çərdəyindən, otlardan, çiçəklərdən 
müxtəlif yağlar alınır. Bu yağlar onların tərkibində mövcuddurlar. Neft 
məhsullarının  əsas xüsusiyyəti yağ daşıyıcısıdır. Plastika ( yumşaqlıq) 
ilkdən mövcud olmasa idi, heç bir varlığa, kütləyə formalar vermək 
mümkünsüz olardı. Yumşaqlıq (plastika) olmasa idi külək, yağış vaxtı 
otlar, bitkilər, ağaclar o fiziki tə`sirdən qırılıb, ovulardı, heç boy da 
artıra bilməzdi. 
Elastika da mövcuddur. Mə`mulata fiziki güc tətbiq etməklə onu 
ətalətdən çıxara bilirik. Fiziki güc tə`siri dayandıqda mə`mulat anilikdə 
öz ilkin halına qayıdır. Plastika halının mövcudluğu isə  mə`mulatları 
uzaddıqca uzana, əyildikcə  əyilə, burulduqca burula və eyni vaxtda 
fiziki güc tətbiq etdikdə   əks tə`sirə  bərabərləşir. Plastika mövcud 
olmasa idi, Elastika da mümkünsüz olmuş olardı. 
Beləliklə, işıq olmasa, nəm olmasa, isti olmasa yaradıcılıq və 
tərtibat halları mövcud ola bilməzdi. İsti olmasa və isti əhatəsi olmasa 
(temperatur hədləri) insanı qidalandıran, geyindirən, yaşadan, 
düşündürən və mə`mulatları hasilə gətirməkdən mərhum edərdi. Bütün 
varlıqlar istiyə möhtacdırlar. Canlıların törəməsi ( quşlar, balıqlar, 
bitkilər belə) onunla yanaşı insan vücudu (ata, ana) o mütləq istiyə 
möhtacdırlar. 
 
Ana vücudu istilik daşıyıcısı olmasına baxmayaraq, ana 
vücudunda olan körpənin öz xüsusi bədən temperaturu, öz xüsusi ürək 
döyüntüsü var.  Bu belə olmasa idi, ana vücudundan ayrılmalı olacaq o 
körpənin dünyaya doğulması da  (aftonom) mümkünsüz olardı. Hər bir 
varlığın öz istisi, öz plastikası mövcuddur. 
                             
 
 
 
 


116 
 
Qəlb 
Qəlb  nə qəlbdir ki, ora girə bilmərsən,  
Qəlb  nə qəlbdir ki, ondan çıxa bilmərsən,  
Qəlb  nə qəlbdir ki, ondan uzaq ola bilmərsən,  
Qəlb  nə qəlbdir ki, ondan qopa bilmərsən?  
 
Rəng ! 
Gündüz səma niyə göy, mavi rəngdədir?  
Dəniz, okeanlara Günəş İşıgının düşməsindən, səmanın göy, 
mavi rəng almasıdır. 
Onlar  Günəş şualarının (işığının) sınmasından, (güzgü effekti) 
dəniz,  okeanların,  əks etmə rəngidir. 
Hava buludlu olanda, səmanın boz  rəng olması, Kainatın öz 
rəngidir. 
Güzgünü  Günəşə  tərəf  tutanda,  güzgüdən  qayıdan,  ağ  işıq 
Günəş  şüasının əks etdirməsi olacaq!  
 
 
Sabahın xeyir! 
Sabahın xeyir! 
Sabahımız xeyir!                                                                    
Hər iki Dünyamızın, sabahı xeyir!  
           Vahid Rzaev  
 


117 
 
Səs niyə, rəng niyə,  söz niyə… 
- Elm – elmdədir. Tədqiqat, araşdırma elmdədir. Nəticələr 
elmdədir. 
- Bəşəriyyət  elm  əhatəsində, elmdədir. Elmi dərəcə, elmi titul 
sondadır. 
- Elm, dilçilik, təbiət və ardıcıl fiziki hallar Kainat nizamında 
olmasa idi, insan bu məfhumları bu qədər dəqiqliklə yaratmaq gücünə 
malik ola bilərdimi? 
-  İnsan yaranışı, Kainatın etalonudur. İnsan keyfiyyət yox, çox 
yüksək yaranış etalonudur. Niyədir insan? Etalon olmalı insan. 
- Dünya “Sözdə” - deyil, sözlədir. Söz olmasa mə`na yoxdur, 
fikir yoxdur, məntiq yoxdur. İlkinin ” İlki” – yoxdur. 
- Kainatın ölçü və miqyasında Azərbaycan dili, dilçiliyi o qədər 
zəngin olan bir dildir ki, bu dildə Nuh, Xızır, Zərdüş  danışdı. Kainatın 
konstruksiya və mexanikası dilçiliyini bizim əraziyə Azərbaycanlılara 
gətirib çatdırdı, bəxş etdi. Onlar fəlsəfə, elm, astronomiya kimi elmi 
gətirməklə o elmlərdən yer üzü bəhrələndi. 
- Bütün yüksək elmi mətnlərin qıfılı müəllif, açarı isə 
oxuculardır. 
            -Bütün  hallara,  hərəkətlərə, bucaqlara, varlıqlara baxdımsa da 
onları elmdə, elmləri isə onların əhatəsində gördüm. 
- Mənə nə lazımdır? 
   Sənə nə lazımdır? 
   Ona nə lazımdır? 


118 
 
  Bizə nə lazımdır Elm! 
  Kainatdan bəşəriyyətə 
 Yer üzünə göndərilən bütün bir elm! 
- “A – hərfi  Kainat konstruksiyasıdır. Alfavitin ilk hərfi də “A” 
- dır ”. İki istinad xətti bir mütləqə istiqamətlənməklə zirvədə  İşıq 
göstərirsə (piramida tipi) “O” – işıqdan (nurdan) yayılan törəyən  şüa
şölədirsə, ondan isə  zərrələr yayılarsa, biz A – zərlərik (işıqdan zərrə 
törəyər). A - zər bəydirsə  və sonda candırsa (işığın canlısıyıqsa) ona 
görə biz Azərlərik. A - zər – bəy - canlılarıq. Yaranışın Nuha qədər, 
Nuhdan sonra ilkiyik. 
- Haralısan? – deyəndə inciməyək. O, mənim “vətən balamdır, 
ərazim torpaq payımdır Azərbaycanımdır!” 
-  Ərazimiz və özümüz Nuha qədər, Nuhdan sonra heç vaxt 
ətrafımıza, xalqlara, mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqlarla 
yanaşmadıq. “O” – bizi, ərazimizi tufandan Nuha qədər, Nuhdan sonra 
hifz etdi, qorudu. İşıqla, zərlə yenə  də  İşıqlı etdi. Daş qayalarda 
(Gəmiqaya, Qobustan, Azıx mağarası) yazılı etdi, tarixlərə başlanğıc 
etdi. 
- Bütün bəşəriyyət,  ərazilərindən asılı olmayaraq iki hecalı söz 
başlanğıcından söz – deyər. “nə - nə”, “də - də”, “ba - ba”, “mə - mə”, 
və s. tələffüz edər. Körpələrə biz insanlarmı o iki hecalı  məntiqi 
adlıqları mənimsədirik? Köklü olaraq yox! O körpələr yer üzündə hansı 
dili, dilçiliyi təmsil edərlər? Kainat dili, dilçiliyini. Körpələrin ilk iki 
hecalı sözlərin tələffüzü Kainat “dilçilik”  Akademiyasının məzunlarına 
bənzəmirikmi? 
Budur Kainat dilçilik Akademiyasının ilk məzunları. Dil sənin 
deyil, mənim deyil, bir xalqa, bir əraziyə aid  deyil. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə