Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

124 
 
 “SPİRAL” 
Hər bir yaranış məcburiyyətdən yox, zəruriyyətdən yaranır. Hər 
bir varlıq  İlkini dərk edib axtarmaq istəməsi məcburiyyətdən  yox
zəruriyyət üzərindən mövcuddur. Böyük partlayışdan Kainata ilkin səs 
yaddaşı, söz yaddaşı, ahəng yaddaşı  və  rəng yaddaşında bir mütləqlik 
yaddaş daşıyıcısı oldu. 
Başlanğıc nöqtədən (ekspansiya) sür`ət başlayır. O başlanğıc 
nöqtə bütün yaranmış və yaranacaq olan varlıqlara dayanmayan hərəkət 
“ Vericidir”. Lakin bir nöqtədən başlanan başlanğıc (nəticədə spiral 
modeli) kainatdaxili varlıqların simmetrik dayanmayan sür`ətlər 
ardıcıllığı bərabərliyinə işarədir. 
 “Spiral” kainatdaxili planetlərin biri – biri arasında ardıcıl 
hərəkət modelidir. Başlanğıc ( ona nöqtə dedilər) həndəsi quruluş, 
riyazi ardıcıllıq, materiya, fizioloji – bioloji varlıq deyil. O, ilkin 
yaradıcı işıq, hər halın ardıcıl hərəkət vericisi başlanğıc halıdır. 
Hər bir “nöqtədən” başlanan başlanğıc O, mütləq olan varlığın 
bütün xüsusiyyətlərinin cəm olan məzmuisidir.  İlk nöqtə: bütün 
(cismaniliklərdən uzaq) varlıqların  əvvəli, törədicisi, hərəkət vericisi
idarə edicisi, Mütləq Olan, hərəkətləri, kütlələri özü nizamlayan və s. 
İlkin Mütləqdən “İşıqdan” başlanan başlanğıcdır. 
Ovalın və daxilinə  sığan kainatların yaranmasının ilk halı “bir 
başlanğıcdan” (bir nöqtədən yox, başlanğıc zəruriyyətdə davam halıdır) 
və o başlanğıc istinadı Mütləqin, mütləqlik Xüsusiyyətinin bir başlanğıc 
və iç-içə  hərəkət halı göstəricisi yaddaşıdır. Bu “spiral” forması 
quruluşunda əks olunur. 
“Spiral” mə`nası kainatdaxili planetlərə verilən ardıcıl hərəkət 
və iç-içə sür`ətlərin ilkin mərhələ halıdır ki, buna “Spiral” dedilər. 
Yer üzündə ilk insana mə`lum idi ki, bütün Kainat sistemi, 
Qalaktikalar bir İşıq varlığı ətrafında və əhatəsində hərəkətdədirlər. O, 
quruluş formasını bir simvol olaraq “nöqtə” kimi işarə edərək onu, İlkin 
Hərəkət  Verici  kimi  dərk  edirdilər. 


125 
 
Onlara o da mə`lum idi ki, Yer planeti də bir işıq (günəş) 
ətrafında hərəkətdədir. Bu  ilk  astronomiya  elminin  təməlini  yaratdı. 
 
 
                                                                    
Su  
 Susuz, canlı olmaz! 
Bu yer həyatı, onsuz – susuz  olmaz, bu fiziki hal, mə'lumdur! 
Amma Su, şəffafdır;  təbiət isə,  bu  su  ilə  qidalanmasa olmaz

Əgər ki, suyun özü, şəffafsa - təbiət, təbiətdəkilər bütün bitkilər 
- niyə, rəngarəng olar? 
Yağış yağar, Göy qurşağı görünər!  
Yağış şəffaf,  Göy qurşağı yeddi rəngdə görünər,  axı niyə, yeddi 
rəngdə görünər?  
Əgər, su şəffafsa  göy qurşağı rəngləri hardan alar, niyə alar? 
Təbiət sudan qidalanar, rəngləri, rayihələri, dadları hardan alar, 
niyə alar? 
Bunlar  nəyin  yaddaş  daşıyıcısı, nələri  rənglərlə  pıçıldayar?  
 
 
Su, aləm, bir də canlı 
Deyilir ki, su həyat mə`nasıdır. Su özü bir həyatdır. Düzgündür. 
Ardıcıllıqlara və gedən proseslərə baxdıqda su dayanmayan
tükənməyən bir varlıqdır. Suyun mənşəyi,  əvvəli haradadır? (əvvəl 
olmasa, nəticə olmaz, mə`na olmaz) Su, nədir və nədədir? Gedən hansı 
proseslərin nəticəsidir? Suyun öz funksionallığında, onun işıq yaddaş 
daşıyıcılığı var. Su hardan alır o  İlkin İşıq və yaddaş daşıyıcılığını? 
Məsələ burasındadır ki, yer planetinin kütləsinə mütənasib 
olaraq onun mərkəzində nüvə mövcuddur. Yer planeti nüvəsi, aktiv 


126 
 
nüvə hesab olunur. Çünki o nüvə aparıcı, bərabərləşdirici, nizamlayıcı, 
ardıcıllaşdırıcı funksiyası daşıyır. 
Yer planeti mərkəzindəki nüvə  bərk haldadır, insan vücudunda 
isə  vəzlər, ağac daxilində olan düyünlərə  bənzər, (bu vəzlər maddələr 
qədərini özünə  yığar,özündə saxlar). Yer kürəsinin nüvəsi: - o, nüvə 
stabilləşdirir (bərabərləşdirir, bölür) amma transformasiya ( özünə 
yığma, özündə saxlama ) funksiya daşıyıcısı deyil. Bu nüvələrin biri-
birindən fərqi budur! 
Dediyimiz o nüvə (Yer) balıq qulağı daxilində yerləşən 
mirvariyə  bənzər. Onun rəngi Ağ, çaları açıq mavidir. O, nüvənin iş 
prinsipi nə Adiabata, nə Absorbsiya, nə  zəncirvari reaksiyaya bənzər. 
Balıq qulağı daxilində olan o mirvari dənəsi o məhluldan həcm qədəri 
toplar. Amma yer mərkəzindəki o nüvənin iş prinsipi, iş  fəaliyyəti 
özündən pay verir, özünə yığmır, toplamır. Nə baş verir onda? 
Nüvə  ətrafı halə diametral olaraq dairəvi bərk kristal 
əhatəsindədir. Özündən ayrılan işıq qədəri, rəvan, bərabər, ahəstə 
təlatümsüzdür ki, o kristal təbəqəsindən keçməklə o kristal ( alunit, 
şəffaf daş duz kristallarına bənzər ) parlaq işıq birliyində özünü əks 
etdirir. O, kristal qatı doymuş  işıq tutumu olmaqla onun kənar 
sərhədliliyi, kütlə daxilinə tədricən bərabər duru hala keçir. Ona hərəkət 
verici nüvədir,  hərəkətə gətirici də nüvədir. 
O, duru hala gələn o mövcud varlıq layları, qatları yetkinlik 
halına gətirməklə faydalı qazıntıları hasilə  gətirir, son nəticədə yer 
səthinə qalxır. İlkdə o duru kristal varlıq acı ( həblərdəki xinin dadına 
bənzər ) kimidir. O, varlığın belə olmasına səbəb layları, qatları 
yetkinlik qədərinə  gətirməklə öz varlığı    nəticədə  təmiz,  şəffaf hala 
gəlir. Ona görə də o maye dad, rəng götürmür ki, o sərbəst bir ( aftonom 
da demək mümkündür bu halda) varlıqdır ki, yer aləmində onun ad 
daşıyıcısı “Su” – dur. 
O, suyun ilki kristal mənşəlli olduğundan, yer səthində çaylar, 
dənizlər, su hövzələri parlaqlıq işıq daşıyıcıları, işıq əks etdiriciləridir. 
Bir misala baxaq: daş duzu havada, günəş işığı altında saxladıqda o daş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə