Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   ...   18   19   20   21   22   23   24   25   26

60 

 

Bu  metodun  əsas  çatışmamazlığı  ondan  ibarətdir  ki,  o,  iki  və  daha  çox 



alternativ variantları doğru dürüst müqayisə etməyə imkan vermir. 

“Əvvəlki”  və  “sonraki”  vəziyyətlərin  müqayisəsi  metodu  müxtəlif 

layihələrin  tək  miqdar  göstəricilərini  deyil,  həmçinin,  keyfiyyət  göstəricilərini 

də nəzərə almağa imkan yaradır. Lakin bu metoda məlumat və proqnozların 

yüksək ehtimallı subyektiv interpretasiyası xasdır. 

Müqayisə  ilə  qiymətləndirmə  metodu  dövlət  maliyyələşdirməsi  alan  və 

almayan müəssisə və təşkilatların vəziyyətlərinin müqayisəsindən ibarətdir. Bu 

metodda  həyata  keçirilən  layihənin  potensial  nəticələrinə  xüsusi  diqqət 

yetirilir,  bu  isə  qısamüddətli  və  tezalınan  layihələrin  maliyyələşdirilməsi  üzrə 

konkret qərarların iqtisadi əsaslandırılmasının yoxlanılmasına dair tələblərdən 

birini  təşkil  edir.  Bu  metodun  da,  həmçinin,  çatışmamazlığı  var,  xüsusilə  də, 

dövlət  siyasətinin  uzunmüddətli  prioritetlərinin  hazırlanmasında  istifadəsinin 

mümkün olmaması çatışmamazlığı. 

nnovasiya  layihələtinin  müxtəlif  qiymətləndirmə  metodlarının  müsbət  və 

mənfi cəhətləri bu metodların kombinasiya olunmuş istifadəsini gərəkdirir. 

 Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər şirkətlərin innovasiya inkişafı 

yoluna durması  zərurətini  yaradır.  Dünya  bazarlarında  rəqabət  üçün  ilkin  şəraitin 

yaradılması,  ənənəvi  əmlak  və  xidmətlərə  yatırılan  investisiyalar  qədər  də, 

innovasiyalara edilən yatırımlardan da asılıdır. 

Hal  hazırda  şirkətlər  “qapalı”  innovasiya,  yəni  sırf  öz  elmi-tədqiqat 

mərkəzlərinin  gücü  ilə  hazırlanan  innovasiyalar,  sistemindən  gündən  günə  daha 

çox uzaqlaşırlar. Son zamanlar, Henri Çesbro tərəfindən yeni paradiqma kimi təklif 

olunan, açıq innovasiyalar konsepsiyası gündən günə daha da çox yayılır. Müxtəlif 

ölkələrin  iri  şirkətlərinin  innovasiya  fəaliyyəti  tədqiqatlarının  nəticələri  əsasında, 

müəllif  qapalı  innovasiya  modelinin  faydasızlığına  və  innovasiya  prosesinin 

yeni,  menecmentin  kənardan  innovasiya  cəlb  etmə  və  istifadə  bacarığının 

müəyyən  yer  tutduğu,  keyfiyyətə  keçidinə  dair  qərara  gəldi.  Onun  fikrincə, 

açıq  innovasiyalar  paradiqması  zamanı,  “bilik  landşaftı”  prinsipial  olaraq 

yeni,  internet-texnologiyaların  mövcudluğu,  ucuz  olmağı  ilə  bərabər  yüksək 



61 

 

məlumat ötürmə sürəti məlumatları münasib hala gətirdiyi, keyfiyyət əldə edir. 



nkişaf  etmiş  vençur  kapitalı  bazarı,  innovasiya  infrastrukturu,  yüksək 

texnologiyalar  inkişafı  üzrə  maliyyələşdirilən  hökumət  proqramları,  demək 

olar, hər bir sahədə biliyin həddindən artıq olmasına gətirib çıxarıblar. 

Hələlik isə, Azərbaycanda vençur sənayesinin inkişafına maneəçilik törədən 

əsas problemlər bunlard

ır: 


-Azərbaycanın  vençur sənayesində yerli kapitalın son dərəcə az olması; 

-kiçik və orta biznes sahələrində sahibkarlığın aşağı nüfuzu; 

-Azərbaycanın elmi-texniki sahəsində, birbaşa (vençur) yatırımlar üçün cəlb 

edici  obyekt  olma  qabiliyyətinə  malik  olan,  yeni  və  artıq  fəaliyyət  göstərən, 

kiçik  və  orta  tezböyüyən  texniki  innovasiya  müəssisələrinin  peyda  olmasını 

təmin edən infrastrukturların inkişafdan qalması; 

-vençur yatırımçılarını münasib risk şəraiti ilə təmin edən, yüksək texnoloji 

sektorun müəssisələrinə birbaşa yatırımların cəlb olunması üçün iqtisadi stimul 

yoxluğu. 

Yüksəktexnoloji  kompleks  –  Azərbaycan    iqtisadi  transformasiyasının 

innovasiya  istiqamətini  təmin  edən,  elmi,  təhsil,  istehsal,  idarə  və  konsaltinq 

strukturlarının bütöv çoxsahəli məcmusudur, müasir elm və texnika sahəsində 

nailiyətlərə  əsaslanan,  dünya  təsərrüfatında  Azərbaycanın  milli  rifahına, 

sabitliyinə  və  təhlükəsizliyinə  müəyyən  yatırım  etməyə  qulluq  edən 

innovasiyaları yenidən işə salan bir məcmudur. 

Azərbaycanın  müasir  yüksəktexnoloji  kompleksinin  vəziyyəti  və  inkişafı 

arzu  olunan  səviyyədən  hələ  uzaqdırlar.  Beləliklə,  sənaye  istehsalatının 

innovasiya  fəallığı  aşağı  səviyyədə  olaraq  qalır.  nnovasiya  hazırlığı  və 

tətbiqini  2000-ci  ildə  müəssisələrin  cəmi  6,2%  həyata  keçirirdi  (ABŞ-da  – 

təxminən 30%). Yeni texnologiya tətbiqinə innovasiyaya ayrılmış vəsaitin cəmi 

7,7% xərclənirdi, bu  isə iqtisadi  innovasiya artımına əhəmiyyətli  təsir göstərə 

bilməz. 2000-ci ildə, hətta innovasiya baxımından fəal olan müəssisələrdə belə, 

ümumi  göndərilmiş  məhsul  həcmində  innovasiya  məhsulunun  payı  cəmi  10% 



62 

 

təşkil  etdi.  Dünya  yüksəktexnoloji  məhsul  bazarında  Azərbaycanın  payı, 



təxmini məlumatlara görə, cəmi 0,3-0,5% təşkil edir. 

Azərbaycanın müasir yüksəktexnoloji kompleks strukturuna nisbətsizliklər, 

element çoxluğunun zəif inkişafı və ya tam yoxluğu xasdır. Bu nisbətsizliklər 

investisiya  resurslarının  çatışmamazlığına  və  iqtisadi  islahat  keçirilməsi 

zamanı  edilən  səhvlərə  görə  əmələ  gəlir.  Xüsusilə,  kompleksin  texnoloji 

dəyişiklik  tələbatından  elmi  sektorun  geridə  qalması  gözə  çarpır.  Sektorda 

unikal  elmi-tədqiqat  bazasının  itki  prosesi  tezləşir,  elmi  əməyin  maddi  və 

texniki təminatı ən yaxşı xarici təcrübədən çox geridə qalır. Azərbaycanda elm, 

əsasən,  b

öyük  nəsil  alimlərin  hesabına,  işə  yarayır.  stedadlı  cavan  alimlərin 

xaricə  axını  davam  edir.  Milli  innovasiya  sistemi  yaradılmayıb,  tərkibində 

milli  vençur  yatırımı  sisteminin,  demək  olar  ki,  yox  olduğu  infrastruktur 

sektoru inkişaf etməyib, innovasiya yatırımları zəif istifadə edilir, inkişaf etmiş 

məlumat mühiti yaradılmayıb. 

      Azərbaycan  Respublikası    hökuməti  yanında  qtisadi  konyunktur 

mərkəzinin  məlumatlarına  görə,  Azərbaycanda  innovasiya  fəaliyyətini 

əngəlləyən əsas amillər bunlard

ır: 


maliyyə  problemləri:  şəxsi  maliyyə  vəsaitlərinin  çatışmamazlığı  (41%), 

həmçinin, investisiya çatışmamazlığı (12%), mərkəzləşdirilmiş maliyyələşdirmə 

mənbələrinin,  borc  vəsaitlərinin  və  cəlb  edilmiş  vəsaitlərin  məhdudluğu, 

qəbuledilməz kredit şərtləri(16%); 

elmi-texniki  məhsula  tələbatın  aşağı  səviyyədə  olduğuna  görə,  konkret 

innovasiya layihələrinin yetəri miqdarda həyata keçirilməməsi (Azərbaycanda 

bu cür tələbat, hələlik, yalnız dövlət tərəfindən təmin edilə bilər). 

Azərbaycan    iqtisadiyyatının  aşağı  texnoloji  səviyyəsi  yalnız  köhnəlmiş 

istehsal  fondlarının  böyük  həcminin  deyil,  həmçinin,  Azərbaycan    innovasiya 

sektorunun yetəri qədər maliyyələşdirilməməsinin nəticəsidir. 

Bundan  əlavə,  yüksək  texnoloji  kompleksdə  (YTK)  istehsal  qüvvələrinin 

yetəri  qədər  yüklənilmədiyini  də  vurğulamaq  lazımdır.  Avia  sənayenin  orta 

illik  qüvvələrinin  15%,  rabitə  sənayesinin  17,6%,  raket-kosmik  sənayenin 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə