Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   ...   18   19   20   21   22   23   24   25   26

63 

 

21,3%,  elektron  sənayenin  20,5%  istifadə  edilir.  Bu  cür  tendensiyanın  davam 



etməsi nəticəsində, Azərbaycan  texnoloji baxımdan getdikcə qaçılmaz olaraq 

daha da geridə qalacaq. 

Azərbaycanda  fəaliyyət  göstərən  vençur  fondlarını,  əsas  kapital 

mənbələrinə görə, 4 qrupa bölmək olar: 

1.

 Kapitalının bütövü və ya bir hissəsi, digər beynəlxalq təşkilatlarla birgə, 



Avropa yenidən qurma və inkişaf bankı (AYQ B) tərəfindən formalaşdırılan 

fondlar. 

2.

 Qurulmasında və fəaliyyətində xarici və özəl yatırımçılarla eyni anda, bu 



və ya digər formada xarici hökumət təşkilatlarının iştirak etdiyi fondlar. 

3.

 Xarici kapital əsaslı özəl vençur fondları. 



4.

 Azərbaycan  kapitallı vençur fondları. 

Hal hazırda əsas və kəskin problemlər elmi icadların istifadə effektivliyinin 

yüksəldilməsi  və  fundamental  və  tətbiqi  tədqiqatlar  nəticələrinin  istehsala 

tətbiqi  problemləri  olaraq  qalır.  Bu  problemlərin  həlli  vençur  fondlarının 

vəsaitləri hesabına mümkündür. 

          Azərbaycan  investisiya  fəallığı  hələ  o  dərəcədə  yüksək  deyil,  və  yeni 

şirkətlərə  aid  olmayaraq,  bazarda  uzun  m

üddət  yer  tutan  şirkətlərə  aiddir. 

Vençur  fondlarının  çoxu  sınaqdan  keçmiş  məhsulu,  sabit  pul  axını  və  gəlirli 

olan şirkətlərə yatırım etmək niyyətindədirlər. Belə bir maraq aydın məsələdir 

–  vençur  kapitalistlər  riski  və  əlavə  saziş  xərclərini  minimallaşdırmağa  can 

atırlar.  Lakin  belə  bir  sual  yaranır:  sabit  gəlirli  şirkətin  vençur  vəsaitinə 

ehtiyacı var ?  

       nkişafın  məhz  başlanğıc  mərhələsində  kəskin  maliyyələşdirilmə  ehtiyacı 

yaranır.  Bir  məsələ  dəqiqliklə  aydındır  ki,  vençur  fondlarının  yeni  fəaliyyətə 

başlamış  şirkətlərə  marağı  o  qədər  də  böyük  deyil,  çünki  vençur  vəsaitləri  – 

maliyyələşdirmənin ən bahalı növlərindəndir. 

Vençur maliyyələşdirməsinin çoxlu sayda təyini var, amma onların hər biri 

nəticədə  onun  funksional  məqsədini  açıqlayır:  nizam  kapitalında  pay  və  ya 




64 

 

müəyyən  səhm  paketi  əvəzinə  verilən  pul  vəsaiti  hesabına  konkret  biznesin 



inkişafına səbəb olmaq. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  vençur  biznesinin  inkişafı  üçün 

şərait  he

ç  də  əlverişli  deyil.  Bunun  əsas  səbəbləri,  birincisi,  vençur  kapitalı 

dövranının  vacib  komponenti  olan  yerli  fond  bazarında  durğunluq.  Vençur 

investorunun  gəliri,  uğurlu  həyata  keçirildikdən  sonra  qiyməti  yüksəlmiş 

innovasiya  müəssisəsinin  səhm  paketinin  satışı  zamanı  yaranır.  kincisi,  yerli 

investisiya resurslarının çatışmamazlığı. 

Azərbaycanda  vençur  biznesinin  inkişafına  maneəçilik  törədən  növbəti 

səbəb, Azərbaycan intellektual mülkiyyət bazarının aşağı səviyyəli şəffaflığı. 

Nəhayət,  ən  önəmli  problem  –  Azərbaycanda  vençur  kapitalistinin 

fəaliyyətini  idarə  edəcək  qanunvericiliyin,  demək  olar  ki,  tam  yoxluğu:  son 

zamanlara  qədər  qanunvericilikdə  hətta  “vençur  yatırımı”  anlayışı  belə  yox 

idi. 


Qeyd  etmək  lazımdır  ki,  bir  “sinif”  kimi,  vençur  və  innovasiya  biznesi 

Azərbaycanda  mövcuddur,  və  bugünkü  vəziyyət  son  on  ilin  zəif  irəliləyiş 

inkişafının  nəticəsidir.  Vençur  biznesi  və  yeni  texnologiyalar  inkişafının 

partlayıcı  templə  getməsi  və  Azərbaycan  böyük  texnologiya  eksportçusuna 

çevirməsi üçün, düşünülmüş dövlət siyasəti tələb olunur. 

Beləliklə,  bugün  əldə  edilən  məlumatlar  göstərir  ki,  Azərbaycanda  riskli 

layihələrin  maliyyələşdirilməsi  iki  istiqamətdə  gedir.  Bir  tərəfdən,  tədricən, 

xarici  fondlar  vasitəsilə,  klassik  vençur  yatırımı  modeli  yaradılır.  Digər 

tərəfdən,  özəl  korporasiyalar,  bugünkü  həqiqətləri  nəzərə  alaraq,  riskli 

layihələrin  daxili,  və  ya  keptiv  maliyyələşdirmə  modelini  yaradırlar.  Çox 

güman  ki,  şirkət  şəffaflığının  artması  və  sahibkarla  xarici  yatırımçı  arasında 

etibarın  çoxalması  şəraitində  məhz  bu  iki  modelin  sintezi  Azərbaycan 

biznesində böyük vençur seqmentinin əsası olacaq. 

Bugün  əsl  istehsal  kooperasiyasının  fəaliyyət  prinsiplərini  Azərbaycanda 

istehsal  artımı  maliyyələşdirməsinin  daxili  mənbəyini  yaratmaq  məqsədi  ilə 

istifadə  etmək  lazımdır.  Dövlətə  aid  olan  istehsal  vasitələrinin  bir  qisminin 




65 

 

istehsal  kooperativi  üzvləri  tərəfindən  icarəsi  dövlət  sifarişini  yerinə  yetirmək 



və  müvafiq  məhsulun  “təkrar  istehsal  qiyməti”  ilə  həyata  keçirilməsi  üçün 

mülki və hüquqi əsaslar bəxş edir. 

Beləliklə,  Azərbaycanda  dövlət-kooperativ  sektorunun  yaradılması 

müəssisələr və əhalinin əlavə gəlirindən ibarət olan əlavə milli gəlir əldə etmək 

imkanı  yaradacaq.  Bu  halda,  investisiya  resurslarının  əsas  mənbəyi 

müəssisələrin öz gəliri olmalıdır. Eyni anda, müəssisə gəlirləri artdığında, ölkə 

büdcəsinin  sosial  tərkibi  də  artacaq.  Dövlət-kooperativ  işçilərinin  gəlirinin 

artamasıyla  eyni  anda  pensiyaların  və  büdcə  işçilərinin  maşının  artması  az 

gəlirli  əhali  təbəqəsinin  ödəmə  qabiliyyəti  olan  tələbatını  artıracaq,  və 

beləliklə, yerli istehsalın, xüsusilə də k/t istehsalçıların, bugün ehtiyac duyduğu 

dəstəyi bəxş edəcək. Bu dəyişikliklər, bizim fikrimizcə, gəlir islahatı şərtləridir. 

Dəyişiklikləri  özəyi  istehsalçıların  istehsal  xərclərinə,  məhsul  keyfiyyətinə, 

əmək  effektivliyi  və  məhsuldarl

ığına nəzarətə cəlb edilməsi olmalıdır. Burada 

informasiya  texnologiyalarının  başçılıq  edəcəyi  barəsində  düşüncələr  təsdiq 

olunmur.  nkişaf etmiş ölkələrdə antiqlobalçıların, işsizlik dərəcəsinin artması 

qorxusu  ilə,  həyəcanlanmaları  təsadüf  deyil.  Axı  bu  ölkələrin  sahibkarları, 

muzdlu  əməyə  xas  olan,  maaş  artımı  templərinin  əmək  məhsuldarlığı  artımı 

templərini aşması problemini inkişaf edən ölkələrin ucuz iş qüvvəsini istifadə 

etməklə həll etməyə çalışırlar. 1990-cı ildən keçən zaman ərzində Azərbaycanda 

vençur  investisiyaları  mədəniyyətinin  əsasları  formalaşdı,  vençur  kapitalının 

cəlb olunması vasitəsi ilə bir neçə biznes inkişafı layihələri həyata keçirilmişdir. 

2003-cü  ilə  qədər  Azərbaycan  xarici  investisiyalar  üçün  ən  cəlb  edici 

ölkələrin ilk onluğuna daxil oldu. 

2004-cü  ilin  sonunda  dünyanın  bir  neçə  aparıcı  vençur  fondları  (Menlo 

Ventures, 

nsight  Venture  Partners  və  s.)  Azərbaycan  şirkətlərini 

maliyyələşdirməyə başladılar.  

Hal hazırda, ölkədə innovasiya fəaliyyəti qabaqcıl texnologiyaların inkişafı 

dəstəyinə  yönəldilmiş  Milli  innovasiya  sistemi  (M S)  çərçivələrində  həyata 

keçirilir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə