Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   144
386 in.fealxh ders vesaiti

§ 2. D
İ
O-da profilaktiki i
ş
in t
əş
kili 
Cinayətlərin qarşısının alınması üzrə daxili işlər orqanlarının 
əsas vəzifələri aşağıdakılardır: 
– cinayətlərin törədilməsinin səbəb və şəraitinin aşkar edilməsi 
və təhlili, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi
– cinayət törətməyə meyilli şəxslərin müəyyən edilərək profi-
laktik uçota götürülməsi; 
– cinayətə hazırlıq görən və ya ona cəhd edən şəxslərin aşkar 
olunması, Azərbaycan Respublikasının qanunçuericiliyi ilə müəy-
yən edilmiş qaydada onların hüquqazidd əməllərinin qarşısının 
alınması; 
– cinayətlərin qarşısının alınması üzrə fəaliyyətə vətəndaşların 
və ictimai birliklərin cəlb edilməsi; 
– yetkinlik yaşına çatmayanlar arasında baxımsızlığın, nəzarət-
sizliyin və hüquqpozmaların qarşısının alınması; 
– avaralıq və dilənçiliklə məşğul olanların, eləcə də nəzərdə 
tutulmamış yerlərdə gecələyənlərin aşkar olunması və müvafiq 
ölçülər götürülməsi; 


66
– daxili işlər orqanları cinayətlərin qarşısının alınması üzrə 
fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, 
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respubli-
kası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Res-
publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə 
DİN-in normativ-hüquqi aktlarını rəhbər tutur. 
DİO tərəfindən həyata keçiriləcək profilaktik fəaliyyətin əsas 
məqsədi: 
– cinayətlərin törədilməsinə səbəb olan halların təsir cairəsinin 
məhdudlaşdırılması və ya aradan qaldırılması; 
– cinayət törədə biləcək şəxslərin müəyyən edilməsi və onlarla 
profilaktik işin təşkili; 
– profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətinin müəy-
yən edilməsi. 
DİO tərəfindən həyata keçirilən profilaktik fəaliyyəti müəyyən 
metodlarının köməyi ilə həyata keçirilir. Bu metodlar aşağıdakı-
lardır: 
1) əsas metodlar (inandırma və məcburetmə); 
2) əlavə metodlar (ƏAF, CPF və inzibati fəaliyyəti həyata ke-
çirən zaman tətbiq edilən metodlar). 
DİO tərəfindən profilaktik fəaliyyətin təşkilinə aiddir: 
– profilaktik fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən 
edilməsi; 
– profilaktik tədbirlər sistemi; 
– profilaktik fəaliyyətə cəlb edilən qüvvə və vasitələrin müəy-
yən edilməsi; 
– analitik informasiya təminatı; 
– profilaktik fəaliyyətin planlaşdırılması və proqnozların veril-
məsi. 
DİO-nun profilaktik işi aşağıdakı qaydada ümumiləşdirilir: 
1. Qeydə alınan cinayətlər və cinayət törədən şəxslər üzrə. 
2. Əməliyyat axtarış, inzibati yurisdiksiya işinin nəticəsi üzrə. 
3. Ayrı-ayrı hüquq pozuntularına və sosial-neqativ təzahürlərə 
qarşı mübarizənin nəticəsi üzrə. 
Cinayətlərin proflaktikasının necə olması və onun hansı sosial 
mühitə aid olmasına baxmayaraq o bilavasitə cinayətkarın şəxsiy-


67
yətinə təsir edir və onun vasitəsilə realizə olunur. Cinayətkarın 
şəxsiyyətinə xarici faktorların təsiri özü özlüyündə cinayət davra-
nıışı yaratmır: cinayət cəzasına məruz qalan əməl özü-özlüyündə 
insan iradəsinin son aktıdır. Ona görə də, cinayətlərin profilakti-
kası özünün əsas aspektlərinə görə insan davranışının müəyyən 
formalarının xəbərdar edilməsidir. Başqa sözlə, desək şəxsiyyətin 
cinayətin törədilməsində mühüm rolunu nəzərə alaraq, xəbərdare-
dici təsir tədbirləri nəinki şəxsin xarici davranışına təsir edirlər. 
Bu tədbirlər həm də şəxsin özünə təsir edir.
Şəxsə onun törətdiyi cinayətlərin qarşısını almaq məqsədilə 
tətbiq olunan qarşılıqlı əlaqədə olan tərbiyəvi və sair təsir tədbir-
lərinin məcmusuna-cinayətlərin fərdi profilaktikası deyilir. 
Məlumdur ki, cəmiyyət öz üzvlərinin tərbiyəsinə necə böyük 
diqqət yetirir. Nəzərdə tutulan tərbiyəvi tədbirlər hər bir insana 
qarşı həyata keçirilir. Cinayətin fərdi profilaktikasına gəldikdə isə 
buna cəmiyyətin o şəxslərinə aid etmək olar ki, bu şəxslərdən 
qeyri hüquqihərəkətlər xüsusi olaraq bir qrup şəxslərə aid edilir. 
Profilaktika tərbiyyə sisteminin bir elementi olmaqla məhdud 
və xüsusi məsələləri həll edir. 
Qanunlara hörmət hər bir vətəndaşın öz şəxsi inamı əsasında ol-
malıdır. Bizim cəmiyyət üçün onun vətəndaşlarının ümumilikdə və 
fərdi qaydada qanunlara riayət etməsi məsələsi vacib əhəmiyyət 
kəsb edir. Bu məsələ dövlətin qarşısında duran əsas sualların biri-
dir. Bu suala cavab vermək üçün sosiallaşma anlayışına müraciət 
etmək lazımdır, belə ki, bu özü-özlüyündə şəxsiyyətin formalaşma-
sı prosessinin, onun cəmiyyətdə yaşamağa uyğunlaşmasını əhatə 
edir. Bu uyğunlaşmada özü-özlüyündə sosial normaları dərk etmə-
yə və bu normalar çərçivəsində şüurlu şəkildə fəaliyyət göstərməyə 
(hərəkət etməyə) imkan verən təhsil və tərbiyə əsaslanır. 
İnasanın bioloci baxımından formalaşması hələ tam yetkin bir 
şəxsiyyətin formalaşması demək deyildir, o yalnız o zaman yet-
kin bir şəxsiyyət hesab edilə bilər ki, öz üzərinə düşən məsuliyyə-
ti dərk etsin və öz hərəkətlərinə nəzarət edə bilsin. 
Sosiallaşma insanın bütün həyatı boyu davam edən inkişaf 
prosesidir. 
Beləliklə, aydın olur ki, daxili və xarici nəzarətin uzlaşması 


68
şəxsin normal sosiallaşma prosesinin nəticəsidir. Bu prosesin ge-
dişatında o nəinki cəmiyyətin onun qarşısında qoyduğu tələbləri 
dərk edir, hətta o bu tələbləri öz tələbləri kimi də qəbul edir. 
Ümumiyyətlə profilaktikanın əsas məqsədi şəxsiyyətin forma-
laşmasının ilkin mərhələlərində buraxılan səhvləri aradan qaldır-
maq, və bu baxımdan fərdin daxili və xarici əlamətləri həyata ke-
çirməkdən ibarətdir. 
Cinayətlərin profilaktikası özü-özlüyündə çoxplanlı, çətin bir 
fəaliyyəti təzahür edir. Onun qarşısında duran məqsədləri “bir 
zərbəyə” hərəkətə gətirmək, yəni həyata keçirmək mümkün deyil. 
Bu baxımdan bir neçə xüsusi məsələlərin ardıcıl olaraq həyata ke-
çirilməsi vacibdir: bu məsələlərdən biri-cinayət törətməsi ehtimal 
olunan şəxslərin aşkar edilməsidir. 
Cinayətlərin profilaktikası tədbirləri həmişə cəmiyyətin müəy-
yən bir üzvlərinə yönəlir, yəni müəyyən şəxslərlə konkret işlərin 
aparılmasını özündə əks etdirir. Qeyd etmək lazımdır ki, bu təd-
birlərin icraçıları da şəxsləridir. Bu şəxslərin dairəsinə dövlət dai-
rəsinə dövlət idarə və müəssisələrin işçiləri ictimai təşkilatların 
üzvləri, vətəndaşlar və s. daxildir. Beləliklə ctnayətlərin profilak-
tikası tədbirləri dedikdə, aktiv subyektlərin passiv obyektlərə təsi-
ri yox, bir tərəfin digər tərəfi müəyyən qeyri-sosial hərəkətlərdən 
çəkindirən və onu düzgün istiqamətləndirən spesifik ünsiyyət əla-
qəsi forması başa düşülür. 
Cinayətlərin profilaktikası cinayətkarlıqla mübarizədə ən hu-
manist üsullardan biridir. Bu profilaktikanın tədbirləri cəmiyyətin 
və profilaktikanın tətbiq edildiyi şəxsin qanuni maraqlarına tam 
surətdə uyğun gəlir. 
Cinayətlərin profilaktikası tədbirlərinə qoyulan tədbirlərdən-
qarşılıqlı razılığı, ardıcıllığı və fasiləsizliyi də qeyd etmək lazım-
dır. Hər bir tədbir ondan əvvəlki, tədbirdən doğmalıdır və onu 
möhkəmləşdirməli və inkişaf etdirməlidir. Əgər cinayətlərin pro-
filaktikası tədbirləri fasilələrdə və təsadüfi hallarda həyata keçiri-
lərsə bu zaman belə tədbirlərin effektliyindən də danışmaq olmaz. 
Qoyulan tələblər o zaman realizə oluna bilər ki, cinayətlərin 
profilaktikası planlı şəkildə həyata keçirilsin. Cinayətlərin profi-
laktikası işinin planı özündə fərdin şəxsi keyfiyyətlərinin detal 


69
xüsusiyyətlərini, onun əlaqələrinin və sair başqa məlumatları əks 
etdirməklə profilaktika işinin uğurluhəyata keçməsi üçün tədbir-
lər dairəsinin və bu tədbirlərin icrası müddətini göstərir. O cümlə-
dən planda ayrı-ayrı icraçıların konkret hərəkətlərini və həyata 
keçirilən tədbirlərdən nəzarət qaydalarının göstərilməsi də məqsə-
dəuyğundur. 
Cinayətlərin profilaktikası tədbirlərinin realizə prosesində fər-
din şəxsi keyfiyyətlərinin, onun həyat şəraitinin və mənəvi aləmi-
nin hansı səviyyədə nəzərə alnmasından və göstərilən əlamətlərə 
xüsusi olaraq fərdi qaydada yanaşılmasından asılıdır. Qeyd etmək 
lazımdır ki, bir çox hallarda ayrı-ayrı şəxslərə eyni cür tədbirlərin 
şablon şəklində tətbiq olunması mənfi nəticələrə səbəb olur. 
Cinayətlərin profilaktikası tədbirlərinə bir də o baxımdan ya-
naşmaq lazımdır ki, cəmiyyətin hər bir üzvü təkrarolunmazdır, 
hər bir şəxsin özünə məxsus xasiyyəti və vərdişləri vardır. 
Bu baxımdan cinayətlərin profilaktikasının planlaşdırılması və 
tədbirlərin həyata keçirilməsi zamanı şəxsin özünəməxsus xarak-
terlərini və onun hansı sosial tipə aid olmasını nəzərə almaq la-
zımdır. 
Qeyd etmək lazımdır ki, cinayətlərin profilaktikası tədbirləri-
nin fərdiləşdirilməsi işi şəxsin davranışlarına əsasən proqnozlaş-
dırılır və həyata keçirilir.
Cinayətlərin profilaktikası tədbirlərinin qarşısında duran tapşı-
rıqların və məsələlərin məzmununa və tərkibinə görə üç növə bö-
lünürlər: 
1. məlumat xarakterli tədbirlər; 
2. təsir tədbirləri; 
3. nəzarət xarakterli tədbirlər. 
İnformasiya xarakterli tədbirlər: profilaktiki təsir tədbirlərinin 
tətbiq olunması vacib olan şəxslərin aşkar edilməsi, qeydə alın-
ması, o cümlədən bu şəxslərlə işin düzgün qurulması üçün məlu-
matların toplanmasını aid etmək olar. 
Təsir tədbirləri isə cinayətlərin profilaktikasının həlledici as-
pektlərindən biridir. Belə ki, məhz təsir tədbirləri bir sıra mənfi 
halların qarşısını alır və şəxsi cinayət törətməkdən yayındırır. 
Nəzarət tədbirlərinin məqsədi, təsir tədbirlərinin hansı nəticə-


70
lər verməsini, o cümlədən aparılan profilaktiki təsir tədbirlrinin 
kifayət olmasını və ya bu tədbirlərə yenə də tətbiq olunmasını aş-
kar etmək xarakteri daşıyır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə