Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   144
386 in.fealxh ders vesaiti

§ 4. K
ə
nd yerl
ə
rind
ə
 polis sah
ə
 inspektorunun
f
ə
aliyy
ə
tinin t
əş
kili 
Cəmiyyətdə, iqtisadiyyatda, siyasi və sosial sahələrdə baş verən 
əsas dəyişikliklər kənd yerlərində ictimai qaydanın və təhlükəsizli-
yin vəziyyətinə də mühüm təsir göstərmişdir. Buna görə də kənd 
yerlərində ictimai qaydaya və ictimia təhlükəsizliyə təsir edən yeni 
amillər yaranmışdır. Kənd yerlərində xidmət edən daxili işlər orqan-
larının rəhbərlərinin və şəxsi heyətinin kənd yerlərində baş verən 
proseslər və təhlükəsizliyin vəziyyətinə təsir edən amillər barədə də-
qiq təsəvvürləri olmalıdır. 
Kənd yerlərində daxili işlər orqanlarının fəaliyyətinin təşkilində 
və həyata keçirilməsində nəzərə alınmalı amillər aşağıdakılardır: 
Sosial-iqtisadi amillər: 
– əhalinin əsasən kənd təsərrüfatı ilə məşğul olması (taxılçılıq, 
bağçılıq, bostançılıq yaxud heyvandarlıq); 
– texnoloji proseslərin, rabitə və məlumat vasitələrinin vəziy-
yəti; 
– ayrı-ayrı müəssisələrin, idarələrin, təşkilatların, fermer təsər-
rüfatlarının fəaliyyətinin vəziyyəti
Demoqrafik amillər: 
– əhalinin sayı və sıxlığı; 
– əhalinin cinsi və yaş tərkibi; 
– təsərrüfatın müxtəlif sahələrində məşğulluğu
– miqrasiya proseslərin xüsusiyyətləri. 


61
Bunlardan başqa aşağıdakı məlumatlar da nəzərə alınma-
lıdır: 
– sərxoşluq, alkoqolizm haqqında məlumatlar
– narkomaniya, taksikomaniya və zöhrəvi xəstəliklər haqqında 
məlumatlar; 
– ruhi xəstələr haqqında məlumatlar; 
– məhkum olunanlar haqqında məlumatlar; 
– polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbi-
ri seçilmiş şəxslər haqqında məlumatlar; 
– ailə-məişət münasibətləri zəminində hüquq pozuntusu törət-
miş şəxslər haqqında məlumatlar; 
– yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpo-
zuntusu haqqında məlumatlar; 
– avaralıq və dilənçiliklə məşğul olan şəxslər haqqında məlu-
matlar və s. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə