57
zifələrinin həyata keçirilməsində lazımi köməklik göstərmək, işti-
rak etdiyi reyd və tədbirlərin nəticəsini
rəhbərliyə məruzə etmək;
– səlahiyyəti daxilində aidiyyatı orqan və təşkilatlarla birlikdə
profilaktiki tədbirlər görmək;
– küçələrin və digər ictimai yerlərin işıqlandırılmasının yaxşı-
laşdırılması ilə bağlı təkliflər vermək;
– xüsusi icazə sisteminin və pasport qeydiyyat rejiminin təmin
edilməsi üzrə zəruri tədbirlər həyata keçirmək.
Polis sahə inspektorları tərəfindən həftədə iki dəfədən az olma-
yaraq, xidmət etdikləri inzibati sahədə, müəyyən edilmiş yerdə və
vaxtda vətəndaşların qəbulu həyata keçirilir.
İnzibati sahədə bir neçə yaşayış
məntəqəsi yerləşdiyi halda,
polis orqanının rəhbərliyi tərəfindən aidiyyati yerli orqanlarla bir-
gə onların hər birində vətəndaşların qəbulunun keçirilməsi üçün
münasib şərait yaradılması məqsədilə lazımi ölçülər götürülür.
Vətəndaşların qəbulu polis orqanının rəisi tərəfindən təsdiq
edilmiş cədvələ əsasən həyata keçirilir.
Həmin cədvəldə inzibati
sahə üzrə vətəndaşların qəbulunun günü və saatı göstərilir.
Bir xidməti otaqdan iki və daha çox polis sahə inspektoru isti-
fadə etdikdə, onlar tərəfindən vətəndaşların qəbulu vaxtları ayrı-
ayrı günlərdə (saatlarda) təşkil olunur.
Sahə inspektorlarının xidmət apardıqları sahədə vətəndaşların
qəbulu cədvəli tərtib olunduqda, sahədə yerləşən idarə və müəssi-
sələrin iş rejimi, əhalinin əsas məşğuliyyəti, ilin mövsümü, rayon
mərkəzindən uzaqlığı, digər yerli şərait və imkanlar nəzərə alın-
maqla, vətəndaşlar üçün əlverişli vaxtlarda keçirilir.
Qəbula gələn vətəndaşlar və onların müraciətləri barədə polis
sahə inspektoru tərəfindən vətəndaşların qəbulu jurnalında qey-
diyyatlar aparılır.
Həmin jurnal polis orqanlarının dəftərxanasında qeydə alınır,
tikilir, möhürlənir və polis sahə inspektoruna verilir. Jurnal polis
sahə inspektorunun xidmət otağında dəmir seyfdə (şkafda) saxla-
nılır, qəbula gəlmiş vətəndaşlardan daxil olmuş müraciətlər jur-
nalda sıra sayı ilə qeydə alınır, qeydlər mürəkkəblə aydın, səliqəli
və tam yazılmalıdır.
Polis sahə inspektoru vəzifəsindən azad edildikdə, yaxud digər
58
xidməti əraziyə dəyişdirildikdə, vətəndaşların qəbulu jurnalı eyni
yerə təyin olunmuş əməkdaşa aktla təhvil verilir, təhvil-təslim ba-
rədə jurnalda müvafiq qeydlər aparılır.
Vətəndaşların qəbulu jurnalı qutrardıqda, polis orqanının dəftər-
xanasına təhvil verili rvə müəyyən olunmuş qaydada məhv edilir.
Vətəndaşların qəbulu zamanı onların təqdim etdikləri yazılı
ərizələri və ya tərtib olunmuş şifahi ərizə protokolları mütləq su-
rətdə həmin
gün rəhbərliyə məruzə edilərək, müvafiq qaydalara
uyğun polis orqanında qeydiyyatdan keçirilir.
Yoxlanılması və qərar qəbul edilməsi tələb olunmayan müraci-
ətlər (hüquq məsələləri üzrə məsləhətlər, izahat və ya başqa söh-
bətlərin aparılması və s.) qeydiyyat üçün polis orqanının dəftərxa-
nasına verilmir.
Qəbula gəlməyən
şəxslərin müraciətlərinin, habelə, ayrı-ayrı
orqan və təşkilatların, məktub, sorğu və digər sənədlərinin vətən-
daşların qəbulu jurnalında qeydiyyata alınması qadağandır.
Vətəndaşların qəbulu növbəlilik əsasında keçirilir. Azərbaycan
Respublikası Milli Qəhrəmanları, 1-ci və 2-ci qrupp əlillər növbə-
dənkənar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları
isə təxirəsalınmadan qəbul edilirlər.
Sərxoş vəziyyətdə olan şəxslər qəbula buraxılmırlar. Bu şəxs-
lər yalnız hər hansı cinyaətin hazırlanması və ya törədilməsi, ha-
belə, təcili tədbir görülməsini tələb edən digər hadisələr haqqında
məlumat verdikdə, qəbul oluna bilərlər.
Vətəndaşların qəbulu zamanı qəbul ilə bilavasitə əlaqəsi olma-
yan şəxslərin xidməti otaqda olması yolverilməzdir.
Qəbul, vətəndaşa öz soyadını, adını, atasının adını, yaşayış və
iş
yerini bildirmək, zəruri hallarda, şəxsiyyətini təsdiq edən sə-
nədləri təqdim etmək, müraciət etdiyi məsələnin mahiyyətini gös-
tərmək təklifi ilə başlayır. Əgər vətəndaş bu məsələ ilə bağlı əv-
vəllər hər hansı orqan və təşkilatlara müraciət etmişsə, ilk növbə-
də müvafiq sənədlər öyrənilir.
Sənədin olmaması vətəndaşı dinləməməyə əsas vermir. Vətən-
daş hər hansı səbəbdən xahişin yazılı surətdə müstəqil olaraq ifa-
də
edə bilmədikdə, ona lazımi köməklik göstərilə bilər.
Vətəndaşın müraciətdə irəli sürdüyü məsələnin həlli polis or-
59
qanlarının səlahiyyətlərinə aid olmadıqda, qəbulu həyata keçirən
polis sahə inspektoru vətəndaşa hara müraciət etmək lazım oldu-
ğunu izah etməlidir.
Qəbulun vaxtının pozulması yolverilməzdir. Qəbulun keçiril-
məsi mümkün olmadıqda, habelə, polis sahə inspektoru məzuniy-
yətdə və ya ezamiyyətdə olduqda və yaxud digər səbəblərə görə
işə çıxmadıqda, bu barədə xidməti otağın önündə (qapısında) elan
vurulur, qonşu ərazidə xidmət aparan polis sahə inspektoru tərə-
findən qəbulun həyata keçirilməsi vaxtı haqda məlumat verilir.
Vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli əri-
zə, xəbər və digər məlumatların həlli müvafiq qanunvericilik akt-
larına, o cümlədən, Azərbaycan Respublikasının Cinayət-Proses-
sual Məcəlləsinə, habelə, DİN-in əm rvə təlimatlarına əsasən hə-
yata keçirilir.
Dostları ilə paylaş: