Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   144
386 in.fealxh ders vesaiti

46
IV Fəsil.
POLİS SAHƏ İNSPEKTORLARININ 
İŞİNİN TƏŞKİLİ 
 
§ 1. Polis sah
ə
 inspektorlar
ı
n
ı
n i
ş
inin t
əş
kili 
v
ə
 planla
ş
d
ı
r
ı
lmas
ı
 
 
Ümümbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi dövlət 
quruculuğunun əsas şərtlərindən biri ictimai-siyasi sabitliyin qo-
runması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir. Bu sa-
hədə polisin üzərinə düşən vəzifə və funksiyaların yerinə yetiril-
məsində polis sahə inspektorları xidmətinin xüsusi rolu vardır. 
Adı çəkilən xidmətin əməkdaşları ictimai qaydanın qorunması və 
ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa və inzi-
bati xətalara qarşı mübarizədə ön cəbhədə olmaqla əhaliyə daha 
yaxındırlar. Bu xüsusiyyət polis sahə inspektorlarının fəaliyyəti-
nin daha təkmil və universal metod və üsullarla həyata keçirilmə-
sini zəruri edir. 
Sosial-iqtisadi sahədə köklü dəyişikliklərin baş verməsi çox-
saylı insanların bir yaşayış məntəqəsindən digərinə hərəkəti ilə 
nəticələnmişdir. Miqrasiya proseslərinin intensiv inkişafı mərkəzi 
şəhərlərdə insanların sayının artmasına səbəb olmuşdur. Yaran-
mış vəziyyətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsiz-
liyin təmin olunması daxili işlər orqanlarının, həmçinin polis sahə 
inspektorlarının fəaliyyətinin daha səmərəli və yüksək səviyyədə 
təşkilindən asılıdır. Respublika Prezidentinin 12 mart 2007-ci il 
tarixli «Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi 
haqqında» Sərəncamı ilə nəzərdə tutulmuş tədbirlərin həyata ke-
çirilməsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin 
təmin edilməsinin, cinayətkarlığa qarşı mübarizənin yüksək sə-
viyyədə təmin olunmasına şərait yaradır. Həmin sərəncamdan irə-
li gələn tədbirlərə müvafiq olaraq polis sahə inspektorlarının fəa-
liyyəti müasir tələblər əsasında qurulmuşdur. Belə ki, bu tədbirlə-
rin uğurlu davamı olaraq hüquq qaydasının təmin olunması, əhali 
ilə əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmini işinə ic-


47
timaiyyətin cəlb edilməsi sahələrində polis sahə inspektorlarının 
xidməti fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə polis orqanla-
rının strukturunda inzibati sahələr yaradılmışdır. 
İnzibati sahənin vəzifə və funksiyaları, strukturu Azərbaycan 
Respublikası Daxili İşlər Nazirliyinin 25 iyun 2009-cu il tarixli 
356 nömrəli əmri ilə təsdiq edilmiş «İnzibati sahə haqqında» 
Əsasnamə ilə müəyyən edilmişdir. 
İnzibati sahənin strukturu aşağıdakı kimidir: 
– inzibati sahə rəisi; 
– 1-3 polis sahə inspektoru; 
– yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozun-
tularının profilaktikası üzrə inspektor
– post-patrul xidməti (ezam olunmuş 2-3 nəfər əməkdaş); 
– Hüquq qaydasının təmini üzrə İctimai Şura; 
İnzibati sahələr aşağıdakı vəzifələrin həyata keçirilməsini tə-
min etməlidirlər: 
– İctimai qaydanın qorunması və ictimai təhlükəszliyin təmin 
edilməsi; 
– cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və 
açılması işinin təmin edilməsi; 
– hüquq qaydasının təmin olunması, vətəndaşların qanunla 
müəyyən edilmiş hüquq və azadlıqlarının müdafiəsi, hüquqi bilik-
lərin təbliği; 
– qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş inzibati xətalar 
haqqında işlərə baxılması; 
– qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təhqi-
qat, istintaq, prokurorluq, orqanlarının və məhkəmələrin qərarla-
rının icra edilməsi; 
– hüquqpozmalar haqqında məlumatların toplanması, ümumi-
ləşdirilməsi və təhlili; 
– ümumi və fərdi profilaktik tədbirlərin həyata keçirilməsi
təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı; 
– vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxıl-
ması; 
– yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı 
ilə vətəndaşların həftəlik qəbulunun təşkili; 


48
– inzibati sahədə cinayətkarlığın vəziyyəti haqqında məluma-
tın hazırlanması; 
– cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən 
olunması və aradan qaldırılması; 
– digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə yetkin-
lik yaşına çatmayanlar arasında baxımsızlığın və hüquq pozuntu-
larının qarşısının alınması; 
– inzibati sahədə yerləşən icra nümayəndəliyi, bələdiyyə, mən-
zil istismar sahəsir, təhsil müəssisələri, kommunal strukturlar və 
s. qurumlarla qarşılıqlı əlaqələrin təşkili; 
– ictimaiyyətin nümayəndələrinin Hüquq qaydasının təmini 
üzrə İctimai Şuranın fəaliyyətinə cəlb olunması. 
İnzibati sahəyə tutduğu vəzifədə 5 il stajı, hüquqşünas ixtisası 
üzrə ali təhsili olan və xidmətdə müsbət xarakterizə olunan orta 
rəis heyətindən təyin edilən rəis rəhbərlik edir. 
İnzibati sahənin aparıcı və əvəzedilməz qüvvələrindən biri po-
lis sahə inspektorlarıdır.Polis sahə inspektoru cinayətkarlığa qarşı 
mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin 
təmin edilməsi sahəsində üzərinə düşən vəzifəni ona təhkim edil-
miş sahədə yerinə yetirilən dövlət qulluqçusudur. 
Polis sahə inspektoru vəzifəsinə, «hüquqşünas» ixtisası üzrə 
ali və orta xüsusi təhsili olan şəxslər təyin edilir. Daxili işlər or-
qanlarında sahə inspektoru vəzifəsinə xidmətə qəbul olunanlar il-
kin hazırlıq kursu, əvvəllər digər xidmət sahəsində işləmiş əmək-
daşlar isə yenidən hazırlıq kursu keçdikdən (əvvəllər 3 ildən çox 
bu sahədə xidmət etmiş əməkdaşlar istisna olmaqla) və «Polis sa-
hə inspektorlarının işinin təşkilinə dair Təlimat» üzrə məqbul ver-
dikdən sonra müstəqil işə buraxılır. 
Polis sahə inspektorları xidməti vəzifələri ilə bilavasitə bağlı 
olmayan işlərə yalnız müstəsna hallarda və qısa müddətdə polis 
orqanı rəisinin əsaslandırılmış yazılı göstərişi və ya əmri ilə cəlb 
oluna bilər. Bu halda onun xidmət etdiyi inzibati ərazi rəsmi əmr-
lə başqa sahə inspektoruna təhkim olunur. 
Polis sahə inspektorunun iş vaxtı əməliyyat şəraiti nəzərə alın-
maqla və müvafiq qanunvericilik normalarına riayət olunmaq şər-


49
ti ilə polis orqanının rəisi tərəfindən müəyyən edilir. Bu zaman 
onun əsas vaxtının bilavasitə xidmət apardığı ərazidə olması tə-
min edilir. 
Hər bir polis sahə inspektoruna kənd yerlərində 8-9 min, şəhər 
yerlərində isə təxminən 6-7 min nəfər əhalisi olan nömrələnmiş 
inzibati sahə təhkim olunur. Yalnız sənaye müəssisələri, idarə və 
təşkilatlar yerləşən, daimi yaşayış olmayan ayrıca inzibati sahənin 
yaradılması yolverilməzdir. 
Bir inzibati sahədə 3 ildən az müddət xidmət aparmış sahə ins-
pektorunun obyektiv ciddi əsas olmadan digər inzibati əraziyə də-
yişdirilməsi yolverilməzdir. 
İnzibati sahələrin dəyişdirilməsinə dair əsaslandırılmış təklif 
ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən hazırlanır və po-
lis orqanının xidmət üzrə rəis müavini ilə razılaşdırılaraq, polis 
orqanı rəisinin əmri ilə elan olunur. 
İnzibati sahə dəyişdirildikdə, polis sahə inspektorunun xidməti 
fəaliyyətinin nəticələri, şəxsi və işgüzar keyfiyyətləri, yaşadığı 
yerin yeni sahədən uzaq olub-olmaması, əhali arasında nüfuzu, 
habelə digər xüsusatlar nəzərə alınır. 
Sahənin hüdudları polis orqanının rəisi tərəfindən təyin edilir, 
ictimai təhlükəsizlik xidmətinin rəisi və polis orqanının xidmət 
üzrə rəis müavini tərəfindən əməliyyat şəraitindən və əhalinin sa-
yından asılı olaraq və digər zəruri hallarda, ərazinin və şəhərin 
(rayonun) inzibati bölgüsünün xüsusiyyətləri nəzərə alınmaqla in-
zibati sahələrin yenidən bölüşdürülməsi barədə polis orqanı rəisi 
qarşısında vəsatət qaldırıla bilər. 
Polis sahə inspektoru tərəfindən yeni inzibati sahənin qəbul 
olunması polis orqanının xidmət üzrə rəis müavininin, ərazi polis 
bölməsinin rəisi və ya onun müavini, ictimai təhlükəsizlik xidmə-
ti və polis sahə rəislərinin və bir qayda olaraq inzibati sahəni təh-
vil verən əməkdaşla birgə həyata keçirilir. 
İnzibati sahəni qəbul edən polis sahə inspektoru ərazinin sər-
hədləri, sosial-iqtisadi infrastrukturu, əhalinin tərkibi və göstərici-
ləri ilə tanış olur, yerli icra hakimiyyəti, bələdiyyə və digər orqan-
ların nümayəndələrinə, idarə və müəssisələrin vəzifəli şəxslərinə 


50
təqdim edilir, iş otağının və oradakı avadanlığın, habelə, xidməti 
sənədlərin və profilaktiki uçotda olan şəxslərə dair materialların 
təhvil-təslimi təmin olunur. 
İnzibati sahənin, polis sahə məntəqəsinin və sənədlərin qəbul 
olunması barədə sahənin pasportunda qeydlər aparılır, bu zaman 
profilaktiki qeydiyyatın və yığım işlərinin aparılmasının, habelə, 
xidməti otağın vəziyyətində aşkar edilmiş nöqsan və çatışmamaz-
lıqlar tərtib olunan müvafiq aktda öz əksini tapır. 
Polis orqanı rəisinin xidmət üzrə müavini (ərazi polis bölməsi-
nin rəisi və ya onun müavini), ictimai təhlükəsizlik xidmətinin 
rəisi və ya polis sahə rəisi inzibati sahənin təhvil-təsliminin apa-
rılmasının nəticələri barədə raportla orqan rəisinə məruzə edir
tərtib edilmiş müvafiq akt həmin raporta əlavə olunur. 
Polis sahə inspektoru xidmət apardığı sahədə əməlyyat şəraiti-
ni daim öyrənməli və aşağıdakıları bilməlidir: 
– sahənin sənədlərini, ərazisinin xüsusiyyətlərini, mülkiyyət for-
masından asılı olmayaraq ərazidə yerləşən idarələri, müəssisələri, 
xarici nümayəndəlikləri, icazə sistemi obyektlərini, meşə massivlə-
rini, nəqliyyat dayanacaqlarını, bütün yaşayış məntəqələrini; 
– əhalinin sayını, onun əsas məğulluğunu, etnik tərkibini, yerli 
adət-ənənələrini, mədəniyyətini, bir qayda olaraq əhalinin böyük 
əksəriyyət təşkil edən hissəsinin dilini, dini ayinlərini və bayram-
larını; 
– inzibati sahədə baş vermiş, açılmış və bağlı cinayətlərin sayı-
nı, növünü və onların törədilməsinə şərait yaradan amilləri, habe-
lə profilaktiki qeydiyyatda olan və hüquq pozuntusu törətməyə 
meyilli digər şəxsləri; 
– cinayət törətməkdə şübhəli olan, eləcə də barəsində axtarış 
elan edilən şəxslərin və oğurlanmış əşyaların əlamətlərini, zərər-
çəkənlər barədə məlumatları; 
– kriminal ünsürlərin toplandığı, habelə, hüquq pozuntuları da-
ha çox törədilən yerləri, belə neqativ hallara əlverişli zəmin yara-
dan xüsusatları; 
– ictimai qaydanın mühafizəsində, cinayətkarlığa qarşı müba-
rizə sahəsində istifadə olunan qüvvə və vasitələri


51
– kütləvi tədbirlərin keçiriləcəyi yerləri, vaxtını, iştirakçıları 
haqqında müvafiq məlumatları; 
Polis sahə inspektorları müəyyən edilmiş günlərdə və saatlar-
da, həftədə iki dəfədən az olmayaraq, vətəndaşları qəbul etməli, 
bu barədə vətəndaşların qəbulu jurnalında qeydiyyat aparmaqla, 
onların müraciətlərinə baxmalıdırlar. 
Polis sahə inspektoru tərəfindən inzibati sahənin təhvil-təslim 
edilməsi, ərazinin sosial-iqtisadi, demoqrafik və digər xüsusiyyət-
ləri, xidmət apardığı sahədə ictimai qaydanı və təhlükəsizliyi tə-
min edən qüvvələr, profilaktiki qeydiyyatda olan şəxslər, görül-
müş işlər və digər məlumatlar sahənin pasportunda və inzibati 
ərazinin planında əks etdirməlidir. 
Həmin məlumatları polis sahə inspektoru təhkim edildiyi inzi-
bati sahənin öyrənilməsinin nəticəsində dövlət, bələdiyyə, digər 
orqan və təşkilatlarla iş prosesində, habelə vətəndaşlarla təmasda 
olarkən əldə edir. 
Zəruri hallarda, qanunvericilikdə və polis sahə inspektorunun 
xidməti vəzifələrində dəyişikliklər nəzərə alınaraq, Daxili İşlər Na-
zirliyinin rəhbərliyinin göstərişinə əsasən, pasportun strukturunda 
və aparılan qeydlərin formasında müvafiq düzəlişlər edilə bilər. 
Polis sahə inspektorlarının fəaliyyətində xüsusi əhəmiyyət 
kəsb edən xidməti sənədlərdən biri inzibati sahənin pasportudur. 
Pasportda yazılar qələmlə, dəyişilən məlumatlar isə (ünvan, 
icazə müddəti və digər dəyişilən xüsusatlar) karandaşla dəqiq və 
səliqə ilə qeyd olunur. 
Sahənin pasportu şəhər, rayon polis orqanının dəftərxanasında 
qeydiyyata alınır və polis sahə inspektorunun əsaslandırılmış ra-
portuna əsasən, ona verilir. Köhnə pasportdakı müvafiq qeydlər 1 
ay ərzində yeni pasporta köçürüldükdən sonra, dəftərxanaya təh-
vil verilir və müəyyən edilmiş qaydada məhv edilir, bu barədə ye-
ni pasportda qeyd aparılır. 
Polis sahə inspektoru tərəfindən pasportun və profilaktik yığım 
işlərinin aparılması vəziyyəti polis orqanının rəisi və onun xidmət 
üzrə müavini tərəfindən ildə iki dəfə, ictimai təhlükəsizlik xidməti-
nin rəisi tərəfindən isə rübdə bir dəfə yoxlanılır, aşkar edilmiş nöq-


52
sanlar barədə pasportun müvafiq hissəsində qeydlər aparır və onla-
rın aradan qaldırılmasını növbəti yoxlama zamanı nəzərə alınır. 
İnzibati sahənin pasportu üzürsüz səbəbdən yararsız vəziyyətə 
düşdükdə və yaxud itirildikdə, fakt üzrə yoxlama aparılıb, təqsirkar 
əməkdaşlar barədə intizam tənbehi tədbirləri görülür. Bundan sonra, 
yeni pasportun açılmasına icazə verilir. 
İnzibati sahənin pasportunda aşağıdakı məlumatlar göstərilmə-
lidir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə