45
- cinayət prosesində iştirak edən polis əməkdaşı müstəntiqin və
təhqiqatçının müşayiəti ilə şəxsiyyətini təsdiq edən vəsiqəni təq-
dim etdiyi halda istintaq otağına;
- zərər çəkmiş və istintaq hərəkətlərində
iştirak edən şəxslər,
şahidlər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri hal-
da ibtidai araşdırmanı aparan şəxsin məktubu ilə istintaq otağına;
- müdafiəçi şəxsiyyətini və vəkillik hüququnu təsdiq edən və-
siqələrini, habelə işin icraatında iştirak etməsi barədə vəkil quru-
munun orderini təqdim etdikləri halda MSY-nin görüş otağına;
- tutulmuş və ya həbs edilmiş şəxslərlə görüş verilmiş şəxslər
müvafiq icazə sənədlərini və şəxsiyyətlərini təsdiq edən vəsiqələ-
ri (pasportları) təqdim etdikləri halda görüş otağına;
- tibbi yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün növ-
bətçinin çağırışı ilə MSY-nə gəlmiş tibb işçiləri növbətçinin,
MSY-nin rəisinin müşayiəti
ilə xəstənin olduğu yerə;
- tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları yerlərdə
sanitar nəzarətini və ya müvəqqəti saxlama yerində epidemiyaya
qarşı tədbirləri həyata keçirmək üçün gəlmiş səhiyyə orqanlarının
digər işçiləri MSY-nin növbətçisi və rəisinin müşayiəti ilə saxla-
ma yerinin bütün otaq və kameralarına.
- MSY-nə silahla gəlmiş şəxslər silahlarını müvəqqəti saxla-
maq üçün polis orqanının növbətçi hissəsinə təhvil verməlidirlər.
Bu qayda odlu tabel silahı gəzdirmək hüququ
olan vəzifəli şəxslə-
rə də şamil olunur.