Microsoft Word Vuqar ders vesaiti 2017


Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən polis or-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   144
386 in.fealxh ders vesaiti

Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən polis or-
qanının xidməti otaqlarına aparılması qadağandır. 
Saat 22.00-dan saat 07.00-dək kameraların qapıları tutulmuş 
və ya həbs edilmiş şəxslərin həyatına, sağlamlıqlarına təhlükə ya-
randıqda, onlar daxili intizam qaydalarına müvafiq olaraq kame-
ralardan çıxarıldıqda açılır. 
MSY-də buraxılış rejimi növbətçi tərəfindən həyata keçiri-
lir. MSY-nə aşağıdakı şəxslər buraxılır: 
- MSY-də qanunların icrasına nəzarət edən prokuror şəxsiyyə-
tini təsdiq edən vəsiqəni təqdim etdiyi halda maneəsiz günün hər 
bir vaxtında bütün otaqlara və kameralara
-. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili 
(Ombudsman) və Milli preventiv qrupun üzvü vəsiqəsini təqdim 
etdiyi halda istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq 
etmədən bütün otaqlara və kameralara; 
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xidmətini 
yoxlayan yaxud həmin xidmətə nəzarət edən polis orqanının vəzi-
fəli şəxsi vəsiqəsini təqdim etdiyi halda günün hər bir vaxtında 
bütün otaq və kameralara; 
- saxlanılanlar barədə ibtidai araşdırmanı həyata keçirən şəxs şəx-
siyyətini təsdiq edən vəsiqəni təqdim etdiyi halda istintaq otağına; 


45
- cinayət prosesində iştirak edən polis əməkdaşı müstəntiqin və 
təhqiqatçının müşayiəti ilə şəxsiyyətini təsdiq edən vəsiqəni təq-
dim etdiyi halda istintaq otağına; 
- zərər çəkmiş və istintaq hərəkətlərində iştirak edən şəxslər
şahidlər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri hal-
da ibtidai araşdırmanı aparan şəxsin məktubu ilə istintaq otağına; 
- müdafiəçi şəxsiyyətini və vəkillik hüququnu təsdiq edən və-
siqələrini, habelə işin icraatında iştirak etməsi barədə vəkil quru-
munun orderini təqdim etdikləri halda MSY-nin görüş otağına; 
- tutulmuş və ya həbs edilmiş şəxslərlə görüş verilmiş şəxslər 
müvafiq icazə sənədlərini və şəxsiyyətlərini təsdiq edən vəsiqələ-
ri (pasportları) təqdim etdikləri halda görüş otağına; 
- tibbi yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün növ-
bətçinin çağırışı ilə MSY-nə gəlmiş tibb işçiləri növbətçinin, 
MSY-nin rəisinin müşayiəti ilə xəstənin olduğu yerə
- tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları yerlərdə 
sanitar nəzarətini və ya müvəqqəti saxlama yerində epidemiyaya 
qarşı tədbirləri həyata keçirmək üçün gəlmiş səhiyyə orqanlarının 
digər işçiləri MSY-nin növbətçisi və rəisinin müşayiəti ilə saxla-
ma yerinin bütün otaq və kameralarına. 
- MSY-nə silahla gəlmiş şəxslər silahlarını müvəqqəti saxla-
maq üçün polis orqanının növbətçi hissəsinə təhvil verməlidirlər. 
Bu qayda odlu tabel silahı gəzdirmək hüququ olan vəzifəli şəxslə-
rə də şamil olunur. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə