Microsoft Word Vuqar ders vesaiti 2017


MSY-nin növbətçisinin buraxılış recimini həyata keçirər-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   144
386 in.fealxh ders vesaiti

MSY-nin növbətçisinin buraxılış recimini həyata keçirər-
kən vəzifələri: 
- MSY-yə gəlmiş şəxslərin sənədlərini yoxlamaq; 
- istintaq hərəkətlərinin keçirilməsi barədə tələbnamə əsasında 
tutulmuş və ya həbs edilmiş şəxslərin kameralardan çıxarılıb gö-
rüş, istintaq otaqlarına aparılması haqqında naryada göstəriş ver-
mək; 
- daxili intizam qaydalarına uyğun olaraq MSY-yə gətirilən 
şəxsləri qəbul etmək, qadağan olunmuş əşyaların kameralara ötü-
rülməsinə yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslərin 
vəkil ilə görüşlərini təşkil etmək; 
- tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması qaydaları-
nın yoxlanılmasının nəticələri və baş vermiş hadisələr barədə 
MSY-nin (polis orqanının) rəisinə məruzə etmək. 
Növbətçiyə aşağıdakılar qadağan edilir: 
- fövqəladə hallar istisna olmaqla, müəyyən edilmiş postların 
sayını azaltmaq, onların yerini dəyişdirmək; 
- xidməti tərk etmək, naryadın heyətindən hər hansı bir əmək-
daşı xidmətdən azad etmək;
- xidməti yalnız MSY (polis orqanının) rəisinin icazəsi ilə tərk 
etmək olar. 
Kameraların qarşısında qoyulan daxili post xidmətçisi bi-
lavasitə MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun vəzi-
fələri aşağıdakılardan ibarətdir: 
- postda xidmətə başlayarkən növbətçi ilə birlikdə kameralarda 
avadanlığın (çarpayı, pəncərə barmaqlıqları, döşəmə, tavan, isitmə 
sistemi, qapı, qıfıl, qapı gözlükləri), elektrik, rabitə və siqnalizasiya 
vasitələrinin vəziyyətini yoxlamaq, saxlanılanları sayaraq qəbul et-
mək, ciddi nəzarət edilməsi tələb olunan şəxsləri üzdən tanımaq; 
- xidmət zamanı sayıq olmaq, qapıdakı gözlüklərdən baxmaqla 
kamerada saxlanılan şəxslərin davranışlarına daim nəzarət etmək, 


41
dəhlizdə səs salmadan hərəkət etmək, saxlanılan şəxslərin kame-
ralardan çıxarıldığı zaman mühafizə qaydalarına dəqiq və ciddi 
əməl etmək; 
- kameralarda saxlanılan şəxslər tərəfindən daxili intizam qay-
daları pozulduqda qapının gözlüyündən onların bu hərəkətlərinə 
son qoymalarını tələb etmək, tabe olmadıqları təqdirdə bu barədə 
növbətçiyə məruzə etmək
- kameralarda saxlanılan şəxslər tərəfindən qaçmağa cəhd gös-
tərildikdə həyəcan siqnalı vermək, növbətçiyə dərhal məruzə et-
mək və postu tərk etməmək; 
- kamerada intihar hadisəsi aşkar edildiyi zaman həyəcan siq-
nalı vermək, növbətçi gələnə qədər qapının gözlüyündən həmin 
kamerada olanlara intihar edənin hərəkətinin qarşısının alınması, 
onun ipdən azad edilməsi (ipi açmaları və ona süni nəfəs vermə-
ləri, qanaxmanı dayandırmaları) barədə göstəriş vermək; 
- kameradan çağırış daxil olduqda qapını açmadan dərhal çağı-
rışın səbəbini araşdırmaq və postdan ayrılmamaq şərti ilə saxlanı-
lan şəxslərin suallarına cavab vermək, çağırış hər hansı bir tədbir 
görülməsi ilə əlaqədar olduqda növbətçiyə məruzə etmək; 
- gecə vaxtı kameraların işıqlandırılmasına və qapıların qıfılla 
bağlı olmasına nəzarət etmək; 
- kameralarda saxlanılan şəxslərin hərəkətlərinə nəzarətin nə-
ticələri haqqında müntəzəm olaraq növbətçiyə məruzə etmək
fövqəladə hadisələr zamanı öz vəzifələrini yerinə yetirməyə daim 
hazır olmaq, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrin-
dən istifadə etməyi bacarmaq. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə