Microsoft Word Vuqar ders vesaiti 2017


Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayi-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   144
386 in.fealxh ders vesaiti

Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayi-
ət naryadlarının idarə olunması
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət 
naryadlarının idarə olunması - onların üzərinə düşən vəzifələrin 
tələb olunan səviyyədə və müəyyən olunmuş qaydada icra olun-


38
masının təmin edilməsindən ibarətdir.
Polis orqanının rəisi naryadları şəxsən və tabeliyində olan vəzi-
fəli şəxslər vasitəsi ilə idarə edir. Naryadların operativ idarə olun-
ması polis orqanlarının növbətçiləri tərəfindən həyata keçirilir. 
Naryadların idarə olunması aşağıdakılarla təmin edilir:
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət 
olunmasına dair qərar qəbul olunması; 
- qüvvə və vasitələrin hazırlığı; 
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət 
olunması üzrə xidmətin aparılmasına nəzarət; 
- naryadların fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndi-
rilməsi. 
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət 
olunmasına dair orqan rəisinin qərarı bu vəzifəni yerinə yetirən 
naryadların idarə olunmasına əsasdır. 
Tutulmuş və ya həbs edilmiş şəxsləri mühafizə edən naryad-
ların vəzifələri.
MSY üzrə növbətçi (və ya köməkçisi) saxlanılan 
şəxsləri mühafizə edən naryadlara rəhbərlik edir və onlara həvalə 
olunmuş vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Ştat 
cədvəlində MSY üzrə növbətçi nəzərdə tutulmayan polis orqanla-
rında bu vəzifəni həmin orqanın məsul növbətçisi həyata keçirir. 
 MSY-nin növbətçisinin vəzifələri: 
1. daxili intizam qaydalarına uyğun olaraq tutulmuş və ya həbs 
edilmiş şəxslərin MSY-yə qəbul olunmasını və saxlanılmasını tə-
min etmək;
2. saxlanılma müddətlərinin qurtarması barədə MSY-nin rəisi-
nə vaxtında məruzə etmək, həbs edilmiş şəxslərin şəxsi işlərini 
tərtib etmək. Həbs olunmuş şəxsin şəxsi işində aşağıdakı sənədlər 
toplanılmalıdır: 
- cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında 
protokol; 
- məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı; 
- şəxsin barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin 
edildikdə, hökmdən çıxarış; 
- sağlamlıq haqqında tibbi arayış (tibb kitabçası); 


39
- anket məlumatları; 
- daktiloskopik məlumatlar; 
- şəxsi axtarış haqqında protokol; 
- şəxsiyyəti təsdiq edən sənədin surəti
- daxili intizam qaydaları ilə müəyyən edilmiş sənədlər. 
3. naryadın öz xidməti vəzifələrini bilməsini, onların lazımi 
vasitələrlə təchiz edilməsini və mühafizəçilərin dəyişdirilməsini 
şəxsən yoxlamaq, gündüz 2, gecə 3 dəfədən az olmamaq şərti ilə 
növbətçi naryadın xidmətini yoxlamaq, ciddi nəzarət edilməsi tə-
ləb olunan şəxslər barədə naryada məlumat vermək, MSY-nin 
avadanlığının, rabitə, siqnalizasiya və elektrik vasitələrinin işlək 
vəziyyətdə olmasını yoxlamaq
4. tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılma-
sı barədə qərar qəbul etmək, onların kameralardan çıxarılmasında 
şəxsən iştirak etmək, kameraları şəxsən açıb-bağlamaq, açarları 
özündə saxlamaq. Gəzintidən sonra kameraların və gəzinti həyəti-
nin qapılarının qıfılla bağlı olmasını şəxsən yoxlamaq
5. növbətçi ekspert-kriminalist tərəfindən tutulmuş və ya həbs 
edilmiş şəxsin əl-barmaq izlərinin götürülməsini və izlərin bir 
nüsxəsinin DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarə-
sinə göndərilməsini təmin etmək; 
6. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən daxili intizam 
qaydalarına riayət olunmasını təmin etmək, bu məqsədlə onların 
şəxsi axtarışını aparmaq, onlara məxsus əşyaların yoxlanılmasını 
təşkil etmək, MSY-dən qaçmağa hazırlıq haqqında alınan hər bir 
məlumatı yoxlamaq və müvafiq tədbir görmək; 
7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılan 
müddətdə qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə etmə-
lərini təmin etmək; 
8. MSY-nin bütün otaqlarında, dəhlizlərdə və gəzinti həyətin-
də daxili intizam qaydalarına və təmizliyə riayət olunmasına nə-
zarət etmək, orada kənar şəxslərin, basqın və qaçma hallarında is-
tifadə edilə biləcək əşyaların olmasına yol verməmək, tutulmuş 
və ya həbs edilmiş şəxslərdən hər gün kamera üzrə növbətçilər tə-
yin etmək; 


40
9. xidməti sənədlərin və blankların, qandalların, texniki vasitə-
lərin, avadanlığın mühafizəsini təmin etmək; 
10. növbə ərzində baş vermiş hadisələr barədə MSY-nin (polis 
orqanının) rəisinə məruzə etmək. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə