Microsoft Word Vuqar ders vesaiti 2017


MSY-nin ətrafında qoyulmuş xarici postların post xidmət-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   144
386 in.fealxh ders vesaiti

MSY-nin ətrafında qoyulmuş xarici postların post xidmət-
çisi aşağıdakı vəzifələri yerinə yetirir: 
- MSY-nin damını və pəncərələrini, həmçinin hasar qurğuları-
nı daim nəzarət altında saxlamaq
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xəttini keç-
mələrinə, kənar adamların MSY-nin ərazisinə və binalarına daxil 
olmalarına yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslər tə-
rəfindən qadağan olunan əraziyə girməyə cəhd göstərildikdə hə-
yəcan siqnalı vermək və nizam-intizamı pozan hərəkətlərin qarşı-


42
sını almaq; 
- hasar qurğuları, siqnalizasiya, pəncərə barmaqlıqları və çərçi-
vələri zədələndikdə, kameralara, gəzinti həyətinə əşyalar və mək-
tublar atıldıqda, səs-küy qaldırıldıqda dərhal növbətçiyə məlumat 
vermək; 
- MSY-nin yerləşdiyi ərazidə ictimai qayda pozulduqda müva-
fiq tədbirlər görmək, eyni zamanda bu barədə növbətçiyə məlu-
mat vermək; 
- tabe olduğu şəxslərdən başqa digər şəxsləri posta yaxın bu-
raxmamaq, postda dayanarkən silahı tətbiq etməyə hazır olmaq 
(patronu xəzinəyə ötürməmək şərti ilə), onu əldən yerə qoymamaq. 
Kamera qapılarının qarşısında, gəzinti həyətində, MSY-
nin binası yanında qoyulmuş postların post xidmətçilərinə 
aşağıdakılar qadağan edilir: 
- postu icazəsiz tərk etmək, yatmaq, oturmaq, kitab, qəzet
oxumaq, qida qəbul etmək, kamerada saxlanılan şəxslərlə söhbət 
etmək; 
- tutulmuş və ya həbs edilmiş şəxslərə hər hansı bir əşya, mək-
tub vermək və onlardan almaq, xidmətlə əlaqədar olmayan iş tap-
şırmaq; 
- kamera qapılarını, qapı gözlüklərini, gəzinti həyətinin və 
MSY-nin xidməti-təsərrüfat otaqlarının qapılarını açıq saxlamaq. 
 Çıxarıcı MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun 
vəzifələri aşağıdakılardır: 
- növbətçinin göstərişi ilə tutulmuş və ya həbs edilmiş şəxslər 
kameradan çıxarıldıqda onları müşayiət etmək; 
- tutulmuş və ya həbs edilmiş şəxslər hər dəfə kameradan çıxa-
rıldıqda onların şəxsi axtarışını aparmaq, onlar kameradan çıxarıl-
mazdan əvvəl gəzinti həyətini, dəhlizi, MSY-nin xidməti-təsərrü-
fat otaqlarını diqqətlə nəzərdən keçirmək
- sanitar təmizləmədən, tibbi müayinədən keçən tutulmuş və 
ya həbs edilmiş şəxslərin hərəkətlərinə daim nəzarət etmək, istin-
taq hərəkətləri icra edilərkən istintaq otaqlarında olmaq, həmçinin 
istintaqı aparan şəxslərin qanuni göstərişlərini yerinə yetirməyə 
hazır olmaq; 


43
Çıxarıcıya növbətçinin, MSY-nin (polis orqanının) rəisinin 
icazəsi olmadan tutulmuş və ya həbs edilmiş şəxsləri kameralar-
dan çıxarmaq qadağandır. 
MSY-nin əməkdaşlarının polis orqanının başqa xidmət sahə-
sində xidmətə cəlb olunması qadağandır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə