Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   144
386 in.fealxh ders vesaiti

 
§ 2. Polis orqanlar
ı
n
ı
n müv
ə
qq
ə
ti saxlama yerl
ə
rinin
i
ş
inin t
əş
kili 
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün aşağı-
dakı gündəlik naryadlar təyin edilir: 
- MSY üzrə növbətçi
- post xidmətçiləri; 
- çıxarıcılar; 
- müşayiət dəstəsi. 
Naryadların tərkibi MSY-nin rəisi tərəfindən müəyyənləşdiri-
lir. Polis orqanında bir ildən az xidmət etmiş əməkdaşların MSY-


37
nə xidmətə götürülməsi, habelə müşayiət dəstəsinə cəlb olunması 
qadağandır. 
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün daxili, 
xarici, daimi, müvəqqəti, 1, 2 və 3 növbəli postlar təşkil edilir. 
Hər bir posta daimi nömrə verilir. Post cədvəlində mühafizə edi-
lən obyektlər və naryadın əsas vəzifələri qeyd olunur. Mühafizəni 
gücləndirmək üçün əlavə postlar da qoyulur. 
Gündəlik postların sayı və növü, onların yerləşdirilməsi, çıxa-
rıcıların və müşayiət dəstəsinin əməkdaşlarının sayı «Müvəqqəti 
saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»na 
əsasən növbətçi tərəfindən «Müvəqqəti saxlama yerində xidmətə 
çıxan naryadların post cədvəli kitabı»nda qeyd olunur və hər gün 
polis orqanının rəisi tərəfindən təsdiq edilir. 
Daxili postlar kameraların qarşısında, xarici postlar MSY-nin 
yerləşdiyi binanın ətrafında, müvəqqəti postlar gəzinti həyətində, 
idman meydançasında və televiziya verilişlərinə baxılan otaqda 
təşkil edilir. 
Şəxslərin kameralardan çıxarıldığı və MSY-nin daxilində bir 
yerdən başqa yerə aparıldığı vaxt onların mühafizəsi üçün çıxarı-
cılar təyin edilir.
MSY üzrə növbətçiyə, daxili postlardakı post xidmətçilərinə 
və çıxarıcılara tabel silahı verilmir. 
Tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına, 
səhiyyə müəssisələrinə, məhkəməyə, dəyişdirmə məntəqələrinə, 
eləcə də istintaq hərəkətləri aparılan əraziyə müşayiət olunmaları 
ilə bağlı müşayiət dəstəsinin rəisindən, rəis müavinindən, müşayiət 
olunan şəxslərin sayından asılı olaraq bu Təlimatla müəyyən olun-
muş sayda müşayiətçilərdən və xüsusi təyinatlı avtomobilin polis 
nəfərindən (sürücü) ibarət müşayiət dəstəsi yaradılır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə