Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   144
386 in.fealxh ders vesaiti

həbs edilmiş şəxs
- barəsində məhkəmə tərəfindən həbs qətim-
kan tədbiri seçilmiş təqsirləndirilən şəxs
məhkum olunmuş şəxs
- barəsində məhkəmə tərəfindən çıxa-
rılan ittiham hökmü qanuni qüvvəyə minmiş şəxs; 
qadağan olunmuş əşyalar
- tutulmuş və ya həbs edilmiş şəxs-
lər tərəfindən həbs yerlərində hazırlanması, saxlanılması, gəzdi-
rilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyalar, habelə 
həbs yerində saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərə di-
gər şəxslər tərəfindən yoxlamadan gizlətməklə və ya hər hansı di-
gər üsulla verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyalar. 
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxla-
nılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələri-
nin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 
Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı həbs yerlə-
rində saxlanılırlar: 
- müvəqqəti saxlama yerləri
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbay-
can Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış 
başqa silahlı birləşmələrin qarnizon hauptvaxtları; 
- istintaq təcridxanaları. 
- Səfərə çıxmış gəmidə cinayət törətməkdə şübhəli olduğuna 
görə dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs tərəfin-
dən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə 


35
uyğun olaraq tutulmuş şəxs bunun üçün xüsusi ayrılmış yerlərdə 
saxlanılır. 
Şəxsin tutulması və ya həbs olunması üçün əsaslar aşağıdakı-
lardır: 
- Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin mü-
vəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikası-
nın Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada 
və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən 
tərtib edilmiş tutulma haqqında protokol (Həmin orqanın rəhbəri 
tərəfindən imzalanmalı və gerbli möhürlə təsdiqlənməlidir). 
- Cinayət prosesində ittiham elan edilməli olan şəxsin və ya 
barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirlən-
dirilən şəxsin tutulması Azərbaycan Respublikasının Cinayət-
Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda 
cinayət təqibi orqanının müvafiq qərarı. 
- Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ye-
rinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cə-
za növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cə-
zadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin 
həlli məqsədi ilə məhkumun tutulması və ya təqsirləndirilən şəx-
sin barəsində həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan 
Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edil-
miş qaydada və hallarda yalnız məhkəmənin qərarı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə