Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   144
386 in.fealxh ders vesaiti

 


29
§ 3. Post-patrul xidm
ə
tinin apar
ı
lmas
ı
 
Post-patrul xidmətinin aparılması polis əməkdaşından yüksək 
sayıqlıq və zəruri bilgilər tələb edir. Xidmətə çıxan polis əməkda-
şı aşağıdakıları bilməlidir: 
– qarşıya qoyulan vəzifəni; 
– marşrutun (postun) əməliyyat şəraitini və xüsusiyyətini
– axtarışda olan cinayətkarların və oğurlanmış əşyaların əla-
mətlərini; 
– yaxın ərazi (nəqliyyatda) polis orqanının, mühafizə və dövlət 
yol polisi naryadlarının, səyyar polis qruplarının və s. yerləşməsini; 
– növbətçi ilə əlaqə saxlama və radiomübadilə aparılması qay-
dalarını; 
– marşruta (posta) yaxın küçələri, döngələri, meydanları, hə-
yətləri, vağzalları, mehmanxanaları və s.; 
– şəhər (rayon) ərazisində yerləşən dövlət orqanlarının, polis, 
prokurorluq, milli təhlükəsizlik, məhkəmə, yanğın təhlükəsizliyi or-
qanlarının, idarə və müəssisələrin, ictimai təşkilatların ünvanlarını; 
– yanğın söndürən dəstələrin və təcili tibbi yardım stansiyalarının 
telefonlarını, yaxın xəstəxanaların, apteklərin ünvanlarını; 
– ictimai nəqliyyatın marşrutlarını, dayanacaqlarını, metro 
stansiyalarını, avtomaşın və taksi dayanacaqlarını; 
 
– dövlət orqanlarının, sənaye və ticarət müəssisələrinin, icti-
mai təşkilatların və nəqliyyatın iş qaydalarını; 
– profilaktiki qeydiyyatda və polisin nəzarəti altında olan şəxs-
ləri; 
– hüquqpozmaların törədilməsi, habelə cəmiyyətə zidd ünsür-
lərin toplanması və gizlənməsi güman edilən yerləri.
Naryadların dəyişdirilməsi təyin edilmiş yerdə aparılır. Növbə-
ni qəbul edən naryad marşrutu (postu) təhvil verən naryada özünü 
təqdim edir. Növbəni təhvil verən naryad növbəni qəbul edən nar-
yada xidmət zamanı baş vermiş hadisələr və daxil olmuş göstəriş-
lər barədə məlumat verir. Zərurət olduqda onlar marşrutu, postun 
ərazisini birlikdə gəzirlər. Marşrutun (postun) təhvil-təslim zama-
nı növbəni qəbul edən naryad tərəfindən növbəni təhvil verən 


30
naryadın xidməti kitabçasında qeydlər aparılır və növbətçiyə mə-
ruzə olunur. 
Müəyyən olunmuş vaxtda növbə gəlmədikdə xidmət aparan nar-
yad telefonla (digər vasitə ilə) növbətçiyə bu barədə məruzə edir və 
yalnız onun icazəsi ilə marşrutu (postu) tərk edir. 
Naryad təyin olunmuş vaxt ərzində marşrutdan (postdan) kə-
narlaşmadan orada xidmət aparır. O, müvəqqəti olaraq aşağıdakı 
hallarda marşrutu tərk edə bilər: 
– polis orqanı rəisinin, hissə (bölmə) komandirinin və onların 
müavinlərinin, növbətçinin və ya onun köməkçisinin göstərişi ilə
– ictimai qaydanın qorunması, cinayətin xəbərdar olunması və 
ya qarşısının alınması məqsədi ilə; 
– qaçıb gizlənən cinayətkarların təqib edilməsi üçün; 
 
– inzibati xəta törətmiş şəxslərin polis orqanına gətirilməsi 
üçün; 
– vətəndaşların təcavüzdən müdafiə zərurəti olduqda; 
– cinayətlər, təbii fəlakətlər, bədbəxt hadisələr zamanı zərərçə-
kənlərə yardım göstərilməsi, habelə küçələrdə və digər ictimai yer-
lərdə gözlənilmədən xəstələnənlərin və ya köməksiz vəziyyətdə olan 
şəxslərin yaxın tibb müəssisəsinə aparılması üçün; 
– qonşu naryadlara, DİN və MTN-in əməliyyat işçilərinə kö-
məklik göstərilməsi üçün; 
 
– yanğının söndürülməsi üçün;
– hadisə yerinin mühafizəsi üçün. 
Marşrutun (postun) tərk olunması barədə naryad telefonla və 
ya digər vasitə ilə növbətçiyə məruzə edir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə