Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   144
386 in.fealxh ders vesaiti

 
§ 2. Post-patrul xidm
ə
tinin idar
ə
 olunmas
ı
n
ı

ə
saslar
ı

v
ə
 vahid dislokasiya üzr
ə
 t
əş
kili 
 
Post-patrul xidmətinin hissə və naryadlarının idarə olunması 
mürəkkəb prosesdir və məzmununa aşağıdakı elementlər daxildir: 
– əməliyyat şəraitinin, ictimai qaydanın qorunması vəziyyəti-
nə və cinayətkarlığa təsir edən halların təhlili; 


25
– qərarın hazırlanması və qəbul edilməsi; 
– qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ayrılmış qüvvə və 
vasitələrin hazırlanması, naryadların təlimatlandırılması; 
– hissə (bölmə) və naryadların qarşılıqlı fəaliyyəti, vaxtında 
məlumat mübadiləsinin təşkil edilməsi, onlara daimi və davamlı 
əlaqənin təmin olunması; 
– post-patrul xidmətinin qüvvə və vasitələrinin çevik yerdəyiş-
məsi; 
– post-patrul xidmətinin təşkilinə və aparılmasına nəzarət; 
– hissə (bölmə) və naryadların fəaliyyətinin nəticələrinin qey-
diyyatı və qiymətləndirilməsi. 
Polis orqanının rəisi, hissənin (bölmənin) komnadiri hissə (böl-
mə) və naryadları şəxsən və ya onun tabeçiliyində olan apparat (qə-
rargah) vasitəsi ilə idarə edir. O, tabeçiliyində olan hissə (bölmə) və 
naryadların marşrutunu və dislokasiyasını, maddi-texniki təchizatını 
və ehtiyaclarını bilməli, onlar tərəfindən xidməti vəzifələrinin dəqiq 
və düzgün yerinə yetirmələrinə müvəffəq olmalıdır. Xidmət aparma 
zamanı naryadların operativ idarə olunmasını polis orqanlarının növ-
bətçi hissələri həyata keçirir. Gücləndirilmiş rejim tətbiq olunduğu 
vaxt naryadların idarə olunması təşkil edilmiş xüsusi qərargaha hə-
valə oluna bilər. 
Hissə və naryadların idarə olunmasının əsasını polis orqanının 
rəisi, hissə komandiri tərəfindən əməliyyat şəraitinin təhlili əsa-
sında qəbul edilmiş qərar təşkil edir. 
Polis orqanının rəisi, hissə (bölmə) komandiri əməliyyat şəraiti-
ni qiymətləndirirərkən, küçələrdə, digər ictimai yerlərdə cinayət-
karlığın və ictimai qaydanın qorunması vəziyyətini, əhalinin sayını 
və tərkibini, əldə olan qüvvə və vasitələri, post-patrul xidmətinin 
işinin nəticələrini, ərazinin (dəmir yolunun, su hövzəsinin) xüsu-
siyyətini, sənaye, ticarət və digər obyektlərin yerləşməsini, onların 
iş rejimini, habelə ilin, günün vaxtını, hava şəraitini, əməliyyat şə-
raitini səciyyələndirən digər amilləri nəzərə almalıdır. 
Əməliyyat şəraitinin öyrənilməsində və qiymətləndirilməsində 
aşağıdakı mənbələrdən istifadə olunur: cinayətkarlığın vəziyyəti-
ni əks etdirən təhlil materialları; operativ və iş xəritələri, planlar 
sxemlər; DİN-in digər orqan və hissələrin məlumatları, istintaq 


26
orqanlarının materialları; sahə inspektorlarının, əməliyyat, pas-
port-qeydiyyat, dövlət yol polisi və digər xidmətlərin məlumatla-
rı; post-patrul naryadlarının məruzələri; dövlət orqanlarının və ic-
timai təşkilatların məlumatları; vətəndaşların ərizələri. 
Post-patrul xidməti hissələrində cinayətkarlığın və ictimai qay-
danın vəziyyətini öyrənmək üçün əsasən cari təhlil və əməliyyat 
şəraitinin dəyişməsi üzrə fasiləsiz izləmə tətbiq edilir. Cari təhlil 
rub, yarım il, 9 ay və il ərzində aparılır və əməliyyat şəraitinə tə-
sir edə biləcək qısa müddətli amilləri aşkar etməyə imkan verir. 
Əməliyyat şəraitinin dəyişməsinə fasiləsiz izləmə (növbə, sutka, 
həftə, ay ərzində təhlil) naryadların hərəkətlərinə nəzarətin həyata 
keçirilməsinə kömək edir və şəxsi heyətin işində olan nöqsanların 
ilkin mərhələdə aşkar edilməsinə imkan verir. Belə əməliyyat şə-
raitinin dərindən və keyfiyyətli təhlili post-patrul xidmətinin qüv-
vələrinin və vasitələrinin yerləşdirilməsi üçün, yəni ictimai qay-
danın qorunması üçün əsas səylərin cəmləşdirilməsi, lazım olan 
ərazilərin, sahələrinin düzgün müəyyən edilməsi, xidməti naryad-
ların növləri və onlar tərəfindən xidmətin aparılması vaxtını və 
yerinin təyin edilməsi, digər təşkilati məsələləri həll etmək üçün 
kifayət qədər tam və vaxtında qərar qəbul edilməsini təmin edir. 
İctimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı 
mübarizədə, obyektlərin qorunmasında və yol hərəkəti təhlükə-
sizliyinin təmin olunmasında polisin qüvvə və vasitələrinin razı-
laşdırılmış kompleks şəklində istifadə olunması və ərazinin nar-
yadlar vasitəsilə tam qapanması məqsədilə post-patrul xidməti 
vahid dislokasiya üzrə təşkil edilir. 
Vahid dislokasiya əməliyyat, mühafizə və dövlət yol polisi 
aparatlarının iştirakı ilə ictimai təhlükəsizlik xidməti tərəfindən 
tərtib edilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə