Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   144
386 in.fealxh ders vesaiti

§ 2. Polis sah
ə
 inspektorlar
ı
n
ı
n ümumi v
ə
 f
ə
rdi
profilaktiki i
ş
inin t
əş
kili 
Polis sahə inspektoru tərəfindən inzibati sahədə əməliyyat şə-
raitinin təhlili əsasında cinayətlərin qarşısının alınması üçün ümu-
mi xarakter daşıyan qabaqlayıcı tədbirlər həyata keçirilir, daxil 
olan məlumatlar təhlil olunur, sistemləşdirilir və onların əsasında 
rəhbərliyə konkret təkliflər məruzə edilir, səlahiyyətləri daxilində 
aidiyyati orqan və təşkilatlarla birgə profilaktiki tədbirlər görülür. 
Cinayətlərin törədilməsi səbəblərinin aşkar edilib, aradan qal-
dırılması, o cümlədən, mühafizə xidməti işçilərinin fəaliyyətin-
də yol verilən nöqsanlar, habelə, obyektlərin texniki möhkəmli-
yində, siqnalizasiya və digər müvafiq avadanlığın işində möv-
cud qüsurlar haqqında aidiyyati idarə və müəssisələrin müdiriy-
yətinə, ictimai qurumların rəhbərliyinə məlumatlar verilir, vəsa-
tətlər qaldırılır. 
Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına parkların, kü-
çələrin və digər ictimai yerlərin işıqlandırılmasının yaxşılaşdırıl-
ması ilə bağlı təkliflər verir. 


54
Ticarət, ictimai iaşə, əyləncə və digər obyektlərin sahiblərinə, 
habelə, vətəndaşlara polisin mühafizə xidməti ilə müvafiq müqa-
vilələrin bağlanması və digər üsullarla əmlaklarının qorunması 
yollarının səmərəliliyi izah olunur, icazə sistemi obyektlərində 
müəyyən edilmiş qaydalara riayət olunmasının vəziyyəti komissi-
on şəkildə yoxlanılır. 
Əhali və əmək kollektivləri qarşısında hüquqi mövzularda çı-
xışlar təşkil edilir, vətəndaşlara cinayət və cəza anlayışları, törə-
dilmiş və ya hazırlanan cinayətlər, axtarışda olan şəxslər haqqın-
da dərhal polis orqanına məlumat verilməsinin zəruriliyi, cinayət-
lərin açılması və onları törədənlərin ədalətli mühakiməyə cəlb 
olunması işində hüquq-mühafizə orqanları ilə əməkdaşlığın va-
cibliyi izah olunur, cinayətkarlığa qarşı mübarizədə görülən təd-
birlərin nəticələri barədə hesabat verilir. 
Fərdi profilaktiki tədbirlərin daha keyfiyyətli və səmərəli ol-
ması məqsədilə uçotda olan şəxsi qanunazidd əməllərdən çəkin-
dirmək üçün ailə üzvlərinin, yaxud qohumlarının, işlədiyi və təh-
sil aldıığı kollektivlərin müdiriyyətinin, eyni zamanda onun dav-
ranışına müsbət təsir göstərə bilən digər şəxslərin imkanlarından 
istifadə olunur. 
Ümumiyyətlə polis sahə inspektorları tərəfindən profilaktiki 
qeydiyyata götürülən şəxsləri təxmini laraq aşağıdakı kimi qrup-
laşdırmaq olar: 
- Barələrində profilaktiki iş (yığım işi,qovluq) açılan şəxslər. 
- İnzibati sahənin pasportunda qeydiyyata götürülən şəxslər. 
Polis sah
ə
 inspektorlar
ı
t
ə
r
ə
find
ə
n a
ş
a
ğ
ı
dak
ı
 hallarda profi-
laktiki i
ş
 aç
ı
l
ı
r: 

Qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətmiş şəxs 
penitensiar müəssisədən azad edildikdə. 

Şəxs barəsində polisin nəzarəti altına vermə və ev dustaqlı-
ğı qətimkan tədbiri seçildikdə. 

Ailə münaqişəli kimi qeydiyyata götürüldükdə. 
Profilaktiki yığım işləri uçotda olan şəxsin məhkumluğu, əla-
qələri, məşğuliyyəti, davranışı haqqında, habelə, şəxsiyyətini xa-
rakterizə edən və polis üçün maraq doğuran başqa məlumatların 


55
toplanması, onlar ətrafında məqsədli profilaktiki işin aparılması 
üçün tərtib olunur. 
Profilaktiki yığım işlərinin qeydiyyatı ictimai təhlükəsizlik 
xidmətinin rəisi (ərazi polis bölməsinin rəis müavini) tərəfindən 
müvafiq jurnalda aparılır. 
Profilaktiki yığım işlərində uçotda olan şəxs ətrafında aparılan 
tədbirlər və onların nəticələri, həmin şəxs haqqında polis üçün 
maraq doğuran məlumatlar toplanılır. Bu zaman şəxsi həyata mü-
daxilə etmək hallarına, insan hüquqlarının pozulmasına yol veril-
məməlidir. 
Polis sahə inspektoru tərəfindən aşağıdakı şəxslər inzibati sa-
hənin pasportunda qeydiyyata götürülür: 

Penitensiar müəssisədən azad edilmiş və barələrində profi-
laktik yığım işi açılmayan şəxslər . 

Azadlıqdan məhrumetmə ilə bağlı olmayan - ictimai işlər, 
islah işləri, azadlığın məhdudlaşdırılması cəza növlərinə məhkum 
edilmiş şəxslər. 

Spirtli içkilərə alüdəçiliyə görə səhiyyə orqanlarında qey-
diyyatda olan və birgəyaşayış qaydalarını pozan şəxslər.

Mütəmadi olaraq ailə-məişət münasibətləri zəminində mü-
bahisə, münaqişə, hüquqpozma törədən şəxslər(ailələr) . 

İl ərzində təkrar olaraq narkotik vasitələrlə bağlı olan inzi-
bati xəta törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan 
narkomanlar . 

Səhiyyə orqanlarında qeydiyyatda olan təcavüzə meylli ru-
hi xəstələr. 
Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidməti 
tərəfindən uçota götürülən yetkinlik yaşına çatmayanlar və onla-
rın valideynləri (onları əvəz edən şəxslər) sahə inspektorunun 
pasportunun müvafiq siyahısında qeyd olunur, hər iki xidmətin 
uçotlarının vaxtaşırı uzlaşdırılması aparılır; 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə